Bakıda hava 10°
USD AZN
EUR AZN
14:48Ayla Ayla qizlar necəsiz Survivora kim baxdı? səhərə kimi ağladım e 09:03Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41423

Sevgi güclüdürmü?

Sevgi güclüdürmü?

Axşam vaxtı idi. Dostum ailəlikcə bizə gəlmişdi. Evliliyimizdən yeddi ay keçməsinə baxmayaraq birinci qonaq idi ki, qəbul edirdik. Həm sevincli, həm də həyəcanlı idim. Necə sevinməyim? Gülzar tez-tez şikayət edirdi ki, onu adam içinə çıxartmıram, dostlarımla tanış etmirəm. Düzdür, arada şıltaqlıq edir, amma mən "qadın işvəsidir" deyib, təbəssüm edirdim. Mən yazıq da nə edim, səhər tezdən işə gedirəm, axşam yorğun-ağır evə gəlirəm. İlk əvvəllər bizim evdə qalırdıq, lakin nəsə Gülzarım anamla yola getmədi. Anam bir az tələbkar qadındır, məni də o ruhiyyədə böyütmüşdü. Ancaq Gülzar bir az şıltaq qız idi. Gəzməyi, əylənməyi sevən idi. Məni hər dəfə danlayırdı ki, gəl çıxaq gəzək, mənə lazımı diqqəti göstərmirsən, məni saymırsan. Axı mən necə başa salaydım ki, ay qız, mən yazıq bütün bunları əldə etmək üçün pul qazanmalıyam. Anam belə şeyləri bəyənmirdi. Çünki Gülzar gec yatırdı, gec də dururdu. Mən onu alanda mənə demişdi ki, evdə paltaryuyandan tutmuş hər bir xırda elektrik məişət cihazına qədər olmalıdır. Çünki onu anası ərköyün böyütdüyünə görə ev işləri görməyə maraqlı deyildi. Tez-tez evlərinin yanından fast-food aldıqlarına görə yemək də bişirə bilmirdi. Mən bütün bunları onun üçün keçmişdim. Çünki onu çox sevirdim. Amma anam köhnə qadınlardan idi. Səhər tez durar, işə gedər, mənə və qıza qulluq edər, axşam da gəlib yenə də iş görərdi. Düzdür, mən bunu qəbul edə bilmirdim. Amma sevgim imkan vermirdi ki, Gülzara artıq söz deyim.
Gülzar hər gün mənə "bu evdən çıxaq, anan baş-beynimi aparır, mən burda qalmaq istəmirəm" - deyirdi. Mən də çar-naçar razılaşdım. Axı razılaşmayıb da nə edəcəkdim. Hər gün dır-dıra qulaq asmaqdansa, bu səsi almaq lazım idi. Yazıq anam, nə qədər and-aman elədisə, qulaq asmadım. Yeni ev axtarışına çıxdım. İndiki evlər də ki, maşallah. Gülzarı 150 manatlıq evdə saxlamaq olardı? Özü də bir otaqlı evdə? Güc bəla ilə Əhmədli tərəfdə üçyüz manatlıq ev tapdım. Babat da şəraiti vardı. Amma Gülzarın xoşuna gəlmirdi. Deyirdi ki, küçədən maşınlar keçəndə səs gəlir. Həm də, evin divanı rahat deyil. Bir təhər razı saldım onu.
Həmin gün dostum ailəsi ilə bizə gələndə, yanımızdakı "Mətbəx" kafesindən ev xörəkləri aldım. Qabaq 600 maaş alırdımsa, indi onun üçyüzü evə gedirdi. Məcbur idim ki, əlavə iş də görüm ki, ehtiyaclarımızıı ödənsin. Odur ki, evdəki vaxtım da tükənirdi. Amma Gülzara bunu başa sala bilmirdim ki, mənə güzəşt et, üstümə gəlmə. Nə isə. Evdən qonaqlar getdikdən sonra gördüm ki, Gülzarın əhval-ruhiyyəsi yaxşı deyil. Necə deyim, "nastrayenisi" yoxdur. Güldüm və dedim:
- Güli, nolub sənə?
- Heeeç, nəsə nastrayenim yoxdu, yuxum da gəlir.
- Xətrin nəsə istiyir?
- Yoo.
Əlini süfrəyə atıb telefonunu götürdü, hardasa 5-6 dəqiqə sosial şəbəkədə oturdu. Yəni bunu bilirdim. Heç telefonuna da baxmağa ehtiyac yox idi. Çünki həmişəki adəti idi. Sonra ayağa durub dedi:
- Mən gedirəm yatmağa, yuxum tökülür. Gecən xeyrə.
- Yaxşı, ged yat.

Sevgi güclüdürmü?

Niyə özünü belə aparırdı bilmirdim. Bəlkə də ailə qurmağımızdan bəri uşağımızın olmamasına görə idi. Deyirdilər ki, ailə qurduqdan sonra altı ay uşaq olmaması normal haldır. Əksər ailələrdə belə hallar olurdu. Odur ki, depressiyaya qapılmamaq lazım idi. Ayağa qalxıb süfrəni yığışdırdım. Zibilləri vedrəyə atmaq istədikdə gördüm ki, doludur. Klyoku çıxartdım ki, əlavə zibilləri bir təhər yerləşdirim. Sonra da aparım atım. Tərslikdən vedrədən çıxartanda klyok cırıldı və zibillər yerə dağıldı. "Allah lənət etsin!" deyib yerə əyilib zir-zibili yığmağa çalışdım. Gördüyüm mənzərə məni təəccübləndirdi. Yerdə hamiləlik üçün test var idi. Heç bilmirəm də haçan gedib almışdı. Axı həmişə evə bir şey lazım olanda mən alırdım. Onun dükanla arası yox idi. Deyirdi ki, bu işlərə kişi baxmalıdır. Testi əlimə götürüb ah çəkdim, onun halına acıdım ki, yazıq qız nə qədər dərd-qübar çəkir. Zibilə atmaq istəyirdim ki, birdən əlimi saxladım. İşıq tərəfə keçib diqqətlə baxdım. Ürəyim kalaşnikov avtomatı kimi atmağa başladı, həyəcanlandım. Bilmədim nə edim. İki xətt göstərirdi. Elə bildim ki, bu öz təxəyyülümdür. Bir də baxdım. Yox, düz görmüşdüm. Sevindiyimdən bilmirdim nə edim. Tez yataq otağına gəldim.
- Güli, ay Güli. Yatmısan?
- Hə, yorğunam, mürgiliyirəm.
- Bu sənindi?
- Nə mənimdi?
- Test
- Diyəsən.
Mənə tərəf çönmədi. Heç sevinmirdi də. Çaşıb qaldım. Dedim yəqin nəsə olub. Yatağın o biri tərəfinə keçdim.
- Necə yəni diyəsən?
- Hə, mənimdi.
- Hamiləsən?
- Korsan?
- Bəs mənə niyə diməmisən?
- Fikirləşirdim bu barədə.
- Bu mənə ən gözəl hədiyyəndir.
Sevincimdən əllərimi bir-birinə vurdum:
- Ata olacağam. Nəhayət ki, Allah bizim səsimizi eşitdi.
- Mən istəmirəm.
- Nəyi istəmirsən?
- Uşağı.
- O da nə deməkdir? - Sifətimin cizgiləri dəyişdi. Bu söz mənə çox pis təsir etdi.
- İstəmirəm də, başa düşmürsən?
- Niyə də?
- Mənim 27 yaşım var, hələ buna hazır deyiləm. Mənim ana olmaq yaşım deyil hələ.
- Ay qız, bəs sən mənimlə bərabər plan qurmurdun? Məndən çox sən istəyirdin ki, uşağı.
- Yox istəmirəm, istəmirəm, istəmirəm! - Qalxıb yataqda oturdu, dizlərini qatlayıb, dirsəklərini dizlərinin üstünə qoydu.
- Necə yəni istəmirəm?
- Sabah gedəcəm aborta.
- Bu sənin tək verəcəyin qərar deyil!
- Uşaq mənim deyil? İstəmirəm. Mənim yaşım hələ azdır. Sənlə ailə qurmuşam, Cəhənnəm yaşayıram. Mən evliliyi belə bilmirdim. Nə günüm var, nə saatım. Nə diqqət göstərirsən, nə bir şey. Onsuz da bu dörd divar arasında qalmışam.
- Axı biz bunları danışmışdıq. Öz kefimdən belə deyiləm ki. Axı bacardığım qədər diqqət göstərirəm sənə. Hər ay mənə deyirsən ki, filan şey lazımdır. Hər ay kredit ödəyirəm. Bir istəyini iki eləmirəm. Gör mənə nə deyirsən. Evliliyimizdən bu yana otuz dənə paltar aldırmısan mənə. Amma özüm bir şalvarın içindəyəm.
- Xalxın kişiləri qaz vurub, qazan doldurur. Kim bu uşağa baxacaq? Anon? Gestapo anon? Uşağı nemes kimi böyüdəcək?
- Gijdəmə!
- Özün gijdiyirsən. Mən sabah səhər gedəcəyəm həkimə! Mənə pul verərsən. Abort edəcəyəm!
- Vermirəm! - Özümü ələ almağa çalışırdım. Özümə yer tapa bilmirdim. Mən səsimi qaldırırdım, o da qaldırırdı. Bilmirdim nə edim.
- Gedim qonşudan alım bəlkə, hə?
- Ağlıvu başıva yığ! Sən o balacaya necə qıya bilərsən?
- Hələ nə yaşım var ki, görəcəyim günlər qabağdadır. Yenə də olar. Vəssəlam! Mən qərarımı vermişəm! Söhbət bağlandı.
- İlahi, belə insan olar? Belə insan olar? Axı niyə yer yarılmır və içinə də girmirsən axı?
- Mən niyə girim? Girsin məni istəmimyənlər!

Sevgi güclüdürmü?

Həmin gecə mən yata bilmədim. Səhərə qədər qonaq otağında onun sevmədiyi divanda oturdum və fikirləşdim. Mənim ona qarşı sevgim, onun yanında dilimi gödək etmişdi. Mənə zərrə qədər də hörmət qoymurdu. Sözümü keçirə bilmirdim. Sevgi də insanı gücsüz edərmiş, ilahi! Deyirlər ki, Allah bəndələrini sevir. Amma pislərini Cəhənnəmə atır. Mən bunu başa düşə bilmirdim ki, Allah da öz əli ilə yaratdığı bəndəni necə Cəhənnəmə ata bilər? Bunu indi-indi anlayırdım ki, nankor insanı Cəhənnəmə atmağın özü lütfdür. Bir şeyi başa düşmürdüm. Mənim sevgim onun yanında məni zəif etdiyi halda, o gücünü nədən alırdı? Axı dəfələrlə mənə sevdiyini demişdi. Hər dəfə. Bir adam "səni sevirəm" deyib əri ilə bu cür qəddarcasına davranardımı? Balasını öz bətnindən rədd etməyə çalışardımı? Axı bu - hələ ruh verilməmiş rüşeym ona nə pislik etmişdi? Onu bu qədər qəddarlaşdıran nə idi? Nə edəcəyimi bilmirdim.
Səhər açıldı və mən işə getdim. Yol boyu düşündüm, görəsən sevgi güclüdürmü? Yoxsa mən sevgini başqa cür başa düşmüşdüm? Yəni dünyanı - həqiqətən də sevgi xilas edəcəkdimi?

Fərid Abdullah

Səslərin sayı: 10
42
3594
Şərhlər
Offline
PƏRVANƏ ƏLİYEVA......
Allah adama belə gəlini heç qismət eləməsin ,nə də belə çuma oğlun ola

Amin bacim Amin.Dushunendeki adama bele gelin qismet olacaq Allah yazibsa pozsun demey gelir dilimnen.
1 fevral 2015 20:03
Offline
nigar dadasova
hec o corpeye qiymaq olar oda insandirda ,,sizin yoldasiniz cox sefv edir qardas
31 yanvar 2015 22:44
Offline
Fatma xanım
Allah adama belə gəlini heç qismət eləməsin ,nə də belə çuma oğlun ola
31 yanvar 2015 22:08
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Farid Abdullah
yeni, gunah evin kisisindedir, bele demek istedim...


Aydındır. Dəyərli zamanınızı ayırıb oxuduğunuza görə təşəkkür edirəm.
30 yanvar 2015 15:22
imza: Həqiqətən də, insanlar nəfslərində olanı dəyişmədikcə, Allah da onlarda olanı dəyişməz.
Offline
ملاك
ملاك,
Sona qeder oxudum, heyatin icinden olan bir yazi idi, amma incimeyin, men gunahi sizde gorurem, ailede kisi anasina ve heyat yoldasina ela munasibet qoymalidir ki, heresinin oz yeri olsun, yoxsa, yoldasinin onu iller boyu boyuden, sevgi veren, oglu ucun emek serf eden anasindan bele asanliqla uzaqlasdirmagi dogru deyil... Daha sonra diqqetimi bir mesele cekdi, ailede demek olar ki, siz butun fedakarliqlari edirsiniz, amma yoldasiniz anlayis gostermir...
Men dusunurem ki, qarsiliqsiz ve tukenmez sevgi yalniz Allahadir... Ondan basqa ikinci biri yoxdur!!!
Yeni bir insandan, esasen de ozune omur, gun yoldasi secdiyin birinden bu qeder anlayissizliq gorsen, cetin ki, onunla bir uzun heyat yasamaq olar... İs bacarmamaqda eyib gormurem, insan istese zamanla cox isi bacara biler...

yeni, gunah evin kisisindedir, bele demek istedim...

30 yanvar 2015 15:19
Offline
Farid Abdullah
Fikirlərinizə görə təşəkkür edirəm hər birinizə

Sona qeder oxudum, heyatin icinden olan bir yazi idi, amma incimeyin, men gunahi sizde gorurem

Xanım, bu hekayədir. Mənim şəxsi həyatımla bağlı deyil.
30 yanvar 2015 15:11
imza: Həqiqətən də, insanlar nəfslərində olanı dəyişmədikcə, Allah da onlarda olanı dəyişməz.
Offline
Aysel
Bu hekayə cox qabardılmış hekayədi sevgi 1 saniyənin içində məhv olada bilər,yenidən yaranada bilər.Məncə əsilində hec sevgi deyilən bir şey yoxdu sadəcə birinə bir büdətlik bağlanırsan bəzən bu 1-2 ay cəkir bəzən 1 ömür və onuda deyimki bağlılıq sevgidəndə pisdi....
30 yanvar 2015 12:14
Offline
ملاك
Sona qeder oxudum, heyatin icinden olan bir yazi idi, amma incimeyin, men gunahi sizde gorurem, ailede kisi anasina ve heyat yoldasina ela munasibet qoymalidir ki, heresinin oz yeri olsun, yoxsa, yoldasinin onu iller boyu boyuden, sevgi veren, oglu ucun emek serf eden anasindan bele asanliqla uzaqlasdirmagi dogru deyil... Daha sonra diqqetimi bir mesele cekdi, ailede demek olar ki, siz butun fedakarliqlari edirsiniz, amma yoldasiniz anlayis gostermir...
Men dusunurem ki, qarsiliqsiz ve tukenmez sevgi yalniz Allahadir... Ondan basqa ikinci biri yoxdur!!!
Yeni bir insandan, esasen de ozune omur, gun yoldasi secdiyin birinden bu qeder anlayissizliq gorsen, cetin ki, onunla bir uzun heyat yasamaq olar... İs bacarmamaqda eyib gormurem, insan istese zamanla cox isi bacara biler...

Ayrica, yazi ucun tesekkur edirem...
30 yanvar 2015 11:22
Offline
Shefa Ahmedova
BU ÇOX QABARDILMIŞ SEVGİDİ. SEVGİ HÖRMƏT DEMƏKDİ. O DA AİLƏDƏ YOXDUSA UCURUNMA GEDİR. OĞLANDA GÜNAH ÇOX OLUB. ACİZ KİŞİLƏRİN AXIRI BELƏ OLUR. TƏƏSSÜF.
30 yanvar 2015 09:51
Offline
Hacət-i Vuslat
Əvvəlki davranışlarına görə (yəni hamiləliyə qədər) qızın anasına 1-2 kəlmə deyərdim... Övladı cinsinə uyğun böyüdərlər. O ana özü də həyat yoldaşıdır. İstəyərmi ki, ərinin belə arvadı olssun?(yəni özü qızı kimi olsun). Və ya ata görmürdümü ki, qızı gələcəyin anası. həyat yoldaşı kimi yox, eqoist böyüyür? Zamanında doğru tərbiyə etmək lazımdır. Bütüb bunların üzərinə də hamiləlik şoku - təbii ki, reaksiyası abort etmək fikri olacaqdı. Bu vəziyyətdə günah bütün tərəflərdə var. Heç kim güzəştə getməyib, oğlandan başqa. Amma oğlan da gərək əvvəldən düşünərdi ki, ailəmizə gətirəcəyim qız ailəmə uyğundurmu. Çünki uyğunsuzluq ciddi fəsadlara gətirir.
Sevgi güclüdürmü? - Sevgi güclüdür, əgər kökündə Allah rizası durursa...

"Allahın nərdivanı sevgi üzərində qurulmuşdur.Allaha çatmaq istəyən ətrafındakıları sevsin,zülm etməsin." Dəyərli mürşidimin söhbətindən.Allah Onu başımızın üzərindən əskik etməsin,Allahın Sevgisini bizə öyrədən zamanın ən dəyərli şəxsiyyəti...
30 yanvar 2015 08:29
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Farid Abdullah
Dəyərli fikirlərinizə görə təşəkkür edirəm.
30 yanvar 2015 06:32
imza: Həqiqətən də, insanlar nəfslərində olanı dəyişmədikcə, Allah da onlarda olanı dəyişməz.
Offline
Ellada Babayeva
İkincisi hekayədən anlaşılır ki, oğlan qıza əlindən gələn diqqəti göstərir.

Əlindən gələn diqqəti göstərirsə, daha nə istəyir.. Yəqin gözəl şəraitli ev istəyir və.s.
30 yanvar 2015 01:04
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
أحبك
Burda gunahi oglanda gorurem, onun anasini beyenmeyib evden sakitcilik olsun deye sevdiyini goturub geden oglandadi gunah, Evvel bu problemi hell etseydi indi bu yerlere qeder gelib cixmazdi. Ne olsun ki 27 yasi var belekede ele onun agli 15 yasinda olan qizin aglindanda az inkisaf edib , dusuncesin ondanda asagi seviyyededi. Heyatda cox hadiseler var. Nahaq yere demeyibler sevenin gozude konlude kor olur. Maraqli idi davamli olsun.
30 yanvar 2015 00:33
imza: فراق
Offline
●♥ Səma ♥●
Bele nankor,qedirsiz gelini Allah hec kime qismet elemesin!Ele bele aciz kishini de.Kishi sozu otkem olar,xanimini sever,meslehetlesher,amma evde son sozu kishi deyer.
Teshekkurler,Ferid bey.Maraqli yazilarinizi gozleyirik.
30 yanvar 2015 00:20
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Offline
gunay
Bu abartilmis sevgi olub
30 yanvar 2015 00:05
Offline
S.S.E.
Yəni
dünyanı - həqiqətən də sevgi xilas
edəcəkdimi?
30 yanvar 2015 00:03
Offline
Farid Abdullah
Əslində bizlər hər gün belə və bundan da betər insanların həyat hadisələrinin şahidi oluruq. Bəzən tez mühakimə veririk, bəzən istəsək də qarışa bilmirik, bəzən əksinə, daha da alovlandırırıq və s. Amma biz gərək hər bir personajın yerində özümüzü hiss edə bilək. Bu bizə mühakimədə də, gələcək həyatımızda da təsir edə bilər. Həm də məsələlərə baxarkən obyektivliyi itirməməliyik. Ona görə də açmaq lazımdır ki, görəsən həqiqətən sevgi necə olmalıdır? İnsan ağlı ilə sevsə nə olar, qəlbi ilə sevsə nə olar? Hər biri çox geniş məsələlərdir. Dəyərli vaxtınızı ayırıb oxuduğunuza görə təşəkkür edirəm.
29 yanvar 2015 23:26
imza: Həqiqətən də, insanlar nəfslərində olanı dəyişmədikcə, Allah da onlarda olanı dəyişməz.
Offline
איסון ממדוב.
Aysun xanım, niyə məndə görürsüz səhvi, zəhmət olmasa bir az da geniş yazardız fikrinizi

Men ele bildimki bu sizin ozunuz heyati haqdadi oncun sizi gunahkar cixardim uzurlu sayin evvelde qeyd etseydizki bu hadise basqa bir insanin heyatindan ger o zaman size yo mes o "kisiye" iradimi yazardim
Aysunum sən niyə Fərid bəyi günahlandırısan o öz həyatın yazmayıbee)) kiminsə həyatında baş verən hadisəni qələmə alıb. Sən hekayədəki oğlanı nəzədə tutmusan. Haqqlısan. Ən böyük günah kişidədir. Bəli kişi sevdiyi qadının əziyyətini, nazını çəkməlidir. Ancaq bu naz çəkmək deyil. Acizlik və iradəsizlikdir. Belə iradəsiz kişinin sonu elə belə də olmalıdır.

A doqurdan mende ele bilirdim Ferid beyin ozudu burdaki bey beli can burdaki beyi nezerde tutmusam burda sohbet geden bey artiq butun ipleri verib yoldasinin eline yoldasida bunu "kisini"ureyi isteyen yone cevirir/
29 yanvar 2015 23:12
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Aysel İ.
Amma dostlar, hekayədə bir məsələ də var. O da qızın diqqətsizlikdən şikayət etməsidir.

Bu məsələ də doğrusur ki, kişilərdə qadınlara qarşı çox zaman diqqətsizlik olur. Fikirləşirlər ki, işləyirəm, pul qazanıram daha nə istəyir ki, Ancaq düşünmürlər ki, həyat yoldaşı və uşaqlar ondan xoş söz, diqqət istəyirlər. Diqqət yalnız harasa gedib pul xərcləmək deyil.
Bu hekayədə isə qız diqqətsizliyi bəhanə edir. Oğlan onuun üçün anasını evini tərk edib kirələrdə yaşayır, özü 1 dəst paltarda qaldığı halda ona 30 dəst paltar alıb hələ bu maaşla. Budur diqqətsizlik? İnsana da pis təsir edən də budur. Nə qədər ağıllı qızlarımı var. Oğlanlarımız isə belələrini alıb özlərini bədbəxt edirlər.
29 yanvar 2015 21:51
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Zehra.
Təşəkkür edirəm,ancaq onu deyim ki,sevgi insan həyatında önəmli bir varlıqdıır.Hərdən bu sevgi nifrətə belə dönüşə bilir.Hekayəni bəyəndim.
29 yanvar 2015 20:39
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )