Bakıda hava 12°
USD AZN
EUR AZN
10:03Xəyalə Murad Ailənizə,sevdiklərinizə dəyər verin,Evdə Qalın! 10:03Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər! 1 aprel 23:39aysel hesenli agli olan evdə oturar
41581

Hava necə olacaq?!

Sabah havanın necə olacağını bilmək istəyirsiniz? Bunu lap dəqiq söyləmək əlbəttə, çətindir. Çünki havada elə qəfil dəyişikliklər olur ki, onların hamısını qabaqcadan müəyyən etmək çətindir. Ancaq xalq arasında uzun illərdən bəri toplanmış əlamətlər vardır ki, onlarla havanı müəyyən qədər təyin etmək olur.

Hava necə olacaq?!

Axşam gün batarkən qüruba baxmaq.

Əgər gün batarkən göyün üzü qızılı, ya da açıq çəhrayıdırsa, deməli, sabah hava yağmursuz və aydın olacaq. Yox, əgər səhər gün çıxarkən və axşam batarkən göyün üzü al qırmızıdırsa, deməli, hava dumanlı və tutqun olacaqdır.

Bacalardan çıxan tüstüyə bax.

Əgər tüstü düz yuxarı qalxırsa, deməli sabah hava aydın və yağmursuz olacaq. Yox, əgər tüstü üfüqi vəziyyətdə yerə doğru əyilirsə, onda sabah hava dumanlı və tutqun olacaq.

Hava necə olacaq?!

Əgər gecə hava sakit olub, səhər külək qalxıbsa və günorta külək şiddətlənib, axşam yenidən yatıbsa, deməli, sabah hava yağmursuz və aydın olacaq. Yox, əgər axşama yaxın külək bir qədər şiddətlənibsə, deməli, hava pis olacaq, yağış yağacaq. Əgər göyün üzü bütün günü açıqdırsa, deməli, sabah da hava belə aydın olacaq. Əgər hava aydın olanda külək qəflətən istiqamətini dəyişirsə, deməli, hava pis olacaq. Botaniklər barometr kimi havanın vəziyyətini bildirə bilən dörd yüz bitki müəyyən etmişlər. Bu bitkilərə hər yerdə-bağda, bostanda, çöldə, meşədə, bataqlıqda rast gəlmək olar.

Hava necə olacaq?!

Arılar sarı akasiyanın və ya doqquzdon kolunun ətrafında vızıldaşırlarsa, deməli yağış yağacaq. Sarı akasiyanın və doqquzdon kolunun çiçəkləri yağışqabağı daha çox şirə buraxır, sanki onlar hava soyuyana kimi çiçəklərini tozlandırmağa çalışırlar. Şirənin ətri arıları cəlb edir, onlar da dəstə ilə kolların ətrafında uçuşurlar.

Meşədə isə barometri vəzifəsini şimal moruğu görə bilər. Şimal moruğu yağışın yağmasına 15-20 saat qalmış, adətən büzük yarpaqlarını açır.

İstidir. Səma tam buludsuzdur. Qəşəng bir yay günüdür! Birdən görürsən ki, bir kəpənək quru budaqların arasında gizləndi, o biri isə ağac koğuşuna girdi. Deməli, mütləq tufan olacaq. Kəpənək tufanı bir neçə saat qabaqdan hiss edib, tələsik bir yerdə gizlənir. Lakin göyün üzü açılıb günəş görünən kimi kəpənək yağış vaxtı gizləndiyi yerdən çıxır, yenidən çiçəkdən-çiçəyə qonur...
Hava necə olacaq?!
Səslərin sayı: 6
18
3505
Şərhlər
Offline
Leyla_
cox saqolun xebere gore girl_cray
19 mart 2015 14:51
Offline
S.S.E.
maraqli xeber ucun tesekkurler
12 yanvar 2015 10:36
Offline
Pərvanə
Bu haqqda azda olsa eşitmişdim.
11 yanvar 2015 01:10
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
♥Aynişka Gülüm♥
Maraqlı məlumatlar idi təşəkkürlər!
11 yanvar 2015 00:12
Offline
Şəri Babayeva
Maraqlıdı.Təşəkkür. give_ros
10 yanvar 2015 22:26
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Qəribə
Maraqli idi tesekkur edirem.
10 yanvar 2015 18:21
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Xanim_Xatun

Xəyalə Murad
Çox maraqlı xəbər alınıb. Tarix boyu insanlar bu inanclarla sabahın havasını müəyyən edirdilər. Bu xırdalıqlardan xəbərsiz olsaq da sayənizdə öyrənmiş olduq. Davamlı olsun

Səninlə həm fikirəm canim..
10 yanvar 2015 17:03
Offline
.........................................
Oxudum maraqli idi.Xebere gore tesekkur edirem give_ros
10 yanvar 2015 16:13
Online
Xəyalə Murad
Çox maraqlı xəbər alınıb. Tarix boyu insanlar bu inanclarla sabahın havasını müəyyən edirdilər. Bu xırdalıqlardan xəbərsiz olsaq da sayənizdə öyrənmiş olduq. Davamlı olsun give_ros
10 yanvar 2015 16:08
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Ellada Babayeva
İndi böyük çilənin gələn vaxtıdır. Havanın necə olacağını bilmək çətindir.
10 yanvar 2015 15:56
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Gulum
Görəsən sinoptiklərin bu proqnozlardan xəbəri var Bu məlumatlar əsl dədə-baba qaydasıdı həmişədə düz cıxır
10 yanvar 2015 15:52
Offline
.....
Eh bu hava imkan vermirki gedib islerimi rahatca gorum.
10 yanvar 2015 15:40
Offline
Hacət-i Vuslat
Nə maraqlı və fərqli xəbərdir winked
Deyir, elə yağış yağacaq ki, tut ucundan göyə çıx.("Bəyin oğurlanmsaı" filmindən sıtat)
10 yanvar 2015 15:18
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
♥Mira♥
Cox maraqli xeber idi.Tesekkur edirem give_ros
10 yanvar 2015 15:14
Offline
Ramilya ))
Maraqli xebere gore cox sag olun yes
10 yanvar 2015 14:37
Offline
Aysel İ.
Keçmişdə havanı, saatı elə bu yolla öyrənirdilər.
10 yanvar 2015 14:32
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Humka1
Maraqlidir.Tesekkur.
10 yanvar 2015 14:24
Offline
SEHERshehi
Cox saqolun maraqli xeberdi air_kiss give_ros
10 yanvar 2015 14:11
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )