Doğuşun normal və ya keysəriyyə ilə olmasından asılı olmayaraq, mümkün olduqca doğumdan dərhal sonra uşaq əmizdirilməlidir. Çünki saatlar sürən doğuşdan sonra dünyaya gələn körpə yorğundur və acmışdır.
Əmizdirmənin digər faydaları isə bunlardır:
Doğuşdan dərhal sonra əmizdirməyə başladıqda anada doğuş sonrası qanaxmalar da azalacaq.
İlk gündən etibarən düzgün əmizdirmə çox əhəmiyyətlidir. Ancaq bu şəkildə anaların südü artar. Körpə səhv əmizdirildiyindən tez-tez döş giləsində çatlar meydana gələr.
Hamiləlik müddətində hər qadının bədənində körpəsini əmizdirə bilməsi üçün lazımlı maddələr yığılır.Buna görə də hər ana əmizdirmə qabiliyyətinə malikdir. Əhəmiyyətli olan isə bu qabiliyyətdən düzgün şəkildə istifadə edə bilməkdir.Düzgün əyləşmək və körpəni sinəyə düzgün yaxınlaşdırmaq rahat əmizdirmə üçün çox əhəmiyyətlidir. Hər dəfə təxminən 30 dəqiqə əmizdirə bilmək üçün özünüzü rahat hiss etməyiniz əhəmiyyətlidir. Doğuşdan sonra südün bol olması üçün analar 2 məsələyə diqqət yetirməlidir:
Körpəsini tez-tez əmizdirmək və bol miqdarda maye içmək.
Südün bol və uzun müddətli olması üçün körpə hər istədikdə və tez-tez əmizdirilməlidir.
Əmizdirmə zamanı hər iki döş körpəyə verilməlidir. Hər dəfə son verilən döşdən başlanmalıdır.Əmizdirmədə ən rahat mövqe seçilməli və körpənin başı və sinəsi anaya tərəf olmalıdır.
Döşləri təmizlədikdə tez-tez sabundan istifadə etmək olmaz.Körpələr doğulduqları zaman bədənlərində ilk 4 gündə ehtiyacları olduğu ehtiyat su ilə birlikdə doğulurlar.Buna görə də ana südü bollaşana qədər ona su və ya digər mayelərin verilməsinə ehtiyac yoxdur. Ana südü körpələrin normal böyüməsini və inkişafını təmin edəcək ən ideal tərkibdədir. Heç bir qida və ya maye ana südünün yerini verməz.Ana südü xəstəliklərdən qoruyur. Ana südü ilə bəslənən körpələrdə ishal və tənəffüs sistemi xəstəlikləri çox az olur.Ananın ilk 4-5 gündəki südü olan "ağız südü"nün (kolostrum) körpəyə verilməsi çox əhəmiyyətlidir. Çünki ağız südü sanki körpənin ilk peyvəndi kimidir.Gərəksiz yerə verilən əlavə qidalar nəticəsində körpələr qısa müddət ərzində ana südündən imtina edə bilərlər. Ana südü təmizdir və ən uyğun istilikdədir. Ana südünü vermək üçün pul xərcləməyə ehtiyac yoxdur.Körpə acdığında ana südünü dərhal vermə imkanı olduğundan körpənin ağlaması haqda söhbət gedə bilməz. Ana südü ilə bəslənən körpələrdə allergik xəstəliklər daha az olar.İlk 4 ay ərzində körpələrə ana südü xaricində su da daxil olmaqla heç bir əlavə qida verilməməlidir. Əmizdirmə əsnasında ana ilə körpə arasında eyni zamanda bir əlaqə meydana gəlir və bu bağın körpələrin uşaqlıq dövrlərinə dahi müsbət təsir etdiyi müəyyən olunmuşdur. Körpələrini əmizdirən qadınlarda döş xərçəngi olma riskinin azaldığı sübut edilmişdir.Əmizdirmə körpənin diş sağlamlığı üçün faydalıdır. Döşdən əmmək əmzikdən əmməyə nisbətən körpənin diş və çənə inkişafı üçün daha uyğundur. Döşdən əmərkən əmziyə görə 60 qat çox enerji xərcləyən körpənin çənə əzələləri daha qüvvətli olur. Düz inkişaf edən çənədə çıxan dişlər daha düz və sağlam olur. Əmizdirmə ananın özünə olan hörmətini artırır.
XƏBƏR LENTİ
Sevgi alimin ağlını aldı
Aslı Murad haqqında danışdı
Tarkan qızı üçün mahnı yazdı-FOTO
Dərs ili qısaldıla bilərmi?
Azərbaycan əhalisinin son sayı açıqlandı
Neslihandan Fahriyenin artıq çəkilərinə dair AÇIQLAMA
Menstruasiya haqqında bilməli olduqlarınız
Azərbaycan Ordusu mülki əhalini heç vaxt hədəf almır - RƏSMİ
Beyonsdan kababçı Nüsrətə şok təklif
Google-un lobbiçiləri zəifləyəcək
Hər kəs təyyarə sürə biləcək
Gülməli anlar
Yataq üstü rəflər
Millət vəkili oğluna 1500 nəfərlik toy etdi - FOTO/VİDEO
Türkiyəli ulduz "Ay qız"ı oxudu - VİDEO
Portağallı kokostar qurabiyəsi (foto-resept)
Hadisənin son FOTOsu narazılıq yaratdı
Pensiyalarla bağlı YENİ MƏLUMAT
Merlin Monronun öldüyü ev rekord qiymətə satıldı
İstirahət gününün havası
Günün ulduz falı
Feil - 1
Skype-da gözlənilən yenilik gerçəkləşdi
Azərbaycanda evdə təhsil alanlara müjdə
Yay geyimləri
Bakı kəndlərində sel köçü
Albalı keksi (foto resept)
Putindən dünyanı ayağa qaldıran həmlə
Koronavirusu ən çox yayan mahnı məlum oldu
Danışa bilməsə də, milyonlar onu seçdi-FOTO
Müəllimlər üçün İKT-dən istifadə təlimləri keçirilir
Hava necə olacaq?
Əl işləri
Hicablı xanımlar üçün ziyafət geyimləri
Britni Spirs pəhrizi
Xəyanətin ölçüsünü orada axtarın
Bir günə 20 min artdı - Əcnəbilərin “Qarabağ” marağı...
Dolu bədənli xanımlar üçün
Şahzadələrin cazibədarlıq sirləri
Övlad sahibi olmaq istəyənlər
Berkay tənqid olundu - FOTO
"Uşaqlar və qadınlar zorla bu xoşagəlməz vərdişlərə məcbur edilirlər"
Vanqanın Qarabağla bağlı PROQNOZU
Nəvələri Heydər Əliyevin məzarında
Ay tutulması baş verəcək - Dəqiq vaxt açıqlandı
HAVA necə olacaq?
Hava haqqında
İstirahət günlərində Bakıda bu yol bağlı olacaq
Ramil Səfərov ata oldu
Bergüzar Korel çətin hamiləliyindən danışdı – FOTO
- ŞƏRHLƏR