Uşağınızın özünə inamını artırmaq üçün nə etməlisiniz?
Özünə inam uşağın özünə yaxşı duyğular bəsləyib özlərini yaxşı hiss etmələri deməkdir. Başqa sözlə desək, özü olmağından şad olub sonunda özü və ətrafı ilə barışıq olması deməkdir. Özünə inam sevilmə duyğusu və yeterli olma duyğusunu uşaqda yaradır.
Uşaqda özünə inam duyğusu uşağın öyrənmə, sevmə və düzəltmə qabiliyyətini qaldırmaqdır. Özünə inam xoşbəxtlikdən və həyatdakı uğurlardan irəli gəlir.
Uşaqda özünə inamsızlıq ən çox ana-atanın günahıdır. Laqeyd və çox qoruyucu olan ana-atalar uşağın özünə inam duyğusunu zədələyir. Evdə uşağa qarşı heç yoxmuş kimi və önəmli olmayan biri kimi davranılması onun duyğu və düşüncəsini heçə sayaraq həmişə cəzalandırıcı, sərt və qorxuducu davranması, ya da bunun əksi olaraq onun istədiyi hər şeyin yerinə yetirilməsi uşaqda özünə inamsızlıq yaradır.
Aparılan axtarışlarda özünə güvəni olmayan ana-ataların uşaqlarının da belə olduğu aşkarlanıb. Biz necəyiksə uşaqlarımız da elə olur. Çünki onlar bizimlə böyüyürlər. Uşaqların fəal olması üçün birinci biz istiqanlı və aktiv olmalıyıq. Uşaqlar ailələrində sosial cəsarətlilik görsələr, ətrafın "təzyiq"i altında əzilməzlər.
Özünə güvəni yaradan ifadələr:
Aşağıdakı cümlələri yeri gələndə işlətsəniz, uşağınızın özünə güvənini artıra bilərsiniz.
- Səninlə fəxr edirəm. Çox gözəl alınıb.
- Həqiqətən çox əziyyət çəkdin.
- Hər kəs səhv edə bilər.
- Haqlısan.
- Səni sevirəm.
- Çox gözəl bir yoxlama idi.
- Nə qədər diqqətlisən.
- Səninlə vaxt keçirməyi çox sevirəm.
- Çox gözəl.
- Düzgün davranışın üçün çox sağ ol.
Uşağın özünə inamını artırmaq üçün nə edə bilərik?
1. Ona tez-tez söz haqqı verin.
2. Özünü və duyğularını "nə düşünürsən, necə hiss edirsən" kimi sözlərlə başa düşməyə cəhd göstərin.
3. O danışanda onun üzünə baxın və onunla ciddi olduğunuzu ona hiss etdirin.
4. Onun fikirlərinə dəyər verdiyinizi ona göstərin.
5. Onun müsbət davranışlarıyla hər zaman qürur duyun.
6. Yaşına uyğun vəzifələr verin.
7 .Verilən vəzifələrdən sonra müvəffəqiyyətinin sevincini ona yaşadın.
8. Onun üçün vaxt ayırın.
9. Onunla müxtəlif mövzularda söhbət etmə mühiti yaradın.
10. Onun qorxu və narahatlıqlarına hörmət edin.
11. Həddindən artıq tənqidçi olmaqdan və mühakimə edici davranmaqdan uzaq durun.
12. Səhv davranışları danışaraq başa salın və ona doğrunun necə olduğunu deyin.
13. Başqalarının yanında onu hörmətdən salmayın.
14. Onun uğursuzluqlarını böyütməyin.
15. Başqaları ilə onu müqayisə etməyin.
16. Qabilliyətlərini görün və üstündə işləməsində kömək edin.
17. Ona ictimai mühitlərdə görünməsinə cəsarət verin.
18. Onu uşaq gözündə görməyin, var olduğunu hər zaman hiss etdirin.
19. Yaşına uyğun oyun fəaliyyətlərini dəstəkləyin.
20. Onu necə sevdiyinizi tez-tez dilə gətirin.
21. Onun üçün əhəmiyyətli olan şeylərə siz də əhəmiyyət verin.
22. Onun əhəmiyyətli günlərin yaddan çıxarmayın.
23. Ailəniz üçün onun necə ehtiyac duyulan bir insan olduğunu dilə gətirməkdən qaçmayın.
24. Onun etməsi lazım olan işləri siz görməyin.
25. Onun ailə içi bağlılıqlarını gücləndirməyə çalışın.
26. Hadisələri həmişə mənfi qiymətləndirməyin.
27. Onun məktəb həyatına və təhsilinə əhəmiyyət verin.
28. Sadəcə onun üçün ayıra biləcəyiniz vaxtınız olsun.
29. Səhv və əlverişsiz cəzalardan uzaqlaşın.
30. Ondan gözlədikləriniz çox da böyük olmasın.
31.Onun fərqli və inkişaf etməkdə olan bir insan olduqunu yaddan çıxarmayın.
32. Onun üçün xoşbəxt və sakit bir ailə mühiti yaradın.
Onun ailə daxili münasibətlərini artırmağa çalışın. Yaddan çıxartmayın ki, bu günün uşaqları sabahın böyükləri olacaq. Uşağınızın bu gündən davranış və şəxsiyyət inkişafı yaxşı olsa, gələcəkdə həm onun, həm sizin üçün ideal olan reallığa keçəcək.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Kəs və yapışdır-58
Bəhram Bağırzadədən Bakı merinə təklif
Dovşanın qulaqları niyə uzundur?
Pavel Antipovdan fəlsəfi rəsm əsərləri
Zarafatla da olsa, boşanma sözünü dilinizə gətirməyin!
Ançelotti: "Hədəfimiz 3 kubokdur"
Aleyna Tilki "gül kələminə" eşq elan etdi
Saqqız çeynəmək mədəniyyəti
Günün ulduz falı
Kim oruc tutmaya bilər?
Ofisdə işləyənlər idmanla necə məşğul ola bilər?
Bürclərə görə qadınların ərlərinə qarşı münasibəti
XƏBƏRDARLIQ: Qar yağacaq, yollar buzlayacaq
Baş infeksionist toylara icazə verilməsi barədə: "Ehtimal çox yüksəkdir..."
Qızardılmış toyuq-Gürcü mətbəxindən (foto resept)
Panamada tarix yazıldı
Teymur Rəcəbov xanımı ilə
Pensiya sistemi təkmilləşdiriləcək - RƏSMİ
Almalı rulet (foto resept)
Azərbaycanda internetin sürəti artırıldı
İstedadı ilə təəccübləndirən makiyaj ustası
Ronaldinyodan Messi etirafı
Hamiləlikdə anemiya: ana və körpəsi risk altındadır
Ermənilərin gecə TƏXRİBATı
Reallıq düşündüyümüz kimi deyil
Heyvanlara sevgi uşağın dil inkişafına da təsir edir
10 min çanta paylandı
Facebook-dan Türkiyəyə qarşı səhv addım
Rusiya-Azərbaycan parlamentlərarası komissiyasının 11-ci iclası keçiriləcək
Evlərin dam örtüyü dəyişdiriləcək
Kirpiklərim çox qısadır, necə uzada bilərəm?
Yayda formada olmaq üçün 5 məsləhət
Prezidentin köməkçisi: “Araik Artunyan cəzasını aldı”
Sabahın HAVAsı
BÜRCLƏR bizə nə vəd edir?-30 noyabr
4 uşaq anası vampirə "çevrildi"-FOTO
Alla Puqaçovanı kimsə tanımadı- FOTO
ÜST-dən qorxunc COVID-19 statistikası: Dünya üzrə yeni rekord
8 saat yatmaq vacibdirmi?
"Milli Atlas" qeydə alındı
Kolleclərə tələbə qəbulu başladı
İlham Əliyevin oğlu imtahan verdi
Haker Rumıniya prezidentinin saytını dağıtdı
Goranboyda 3 gündür bütün apteklər bağlıdır
Putin Bakıya görə rus telekanallarını tənqid etdi
Bunları bilirdinizmi?
Aslı Enverdən "İstanbullu gelin"lə bağlı qadağa
Rusiya maşınları Ukraynaya girdi
"Xəzər status qazanmağa yaxındır?"
Koronavirusun ağrıkəsicilik xüsusiyyəti aşkarlanıb
- ŞƏRHLƏR