Bir qadının ən böyük xəyalı uşaq sahibi olmaqdır.Ancaq hamiləlik və süd vermə dövrü kilo alma baxımından bir qarasbasana dönə bilir.İlk hamilə qaldığında sən iki canlısan,iki kişilik yeməlisən kimi təkidlər,doğumdan sonra süd artırma qayğısına dönür və süd artsın deyə yüksək kalorili yeməklər,şirniyyatlar yeyilir,beləliklə də kilo almağınıza səbəb olur.İndi isə analara süd artırarkən kilo vermələrinə kömək edəcək 10 ipucu verirəm:
1) Hamiləlikdən sonra avto immun tiroid xəstəliklərinin ortaya çıxmasında bir artış olur.Əgər hamiləlik sonrası depresiyonunuz varsa və kilo artışı yaşayırsanız bu baxımdan daxili xəstəlikləri mütəxəssisinə müraciət etmənizdə fayda var.Həm tiroid,həmdə ümumi maddələr mübadiləsinin dəyərləndirilməsi yaxşı olar.
2) Cəmiyyətdə şəkərli yeməklərin və içkilərin ana südünü artırdığı kimi yanlış fikirlər var.Bu cür yeməklər südü artırmır.Bu səbəblə hazır meyvə suları,kompotlar,halvalar,şokoladlardan uzaq durun.
3)Südü artıran ən mühüm maddə sudur.Nə qədər çox su içsəniz bir o qədər çox südünüz olar.Xüsusilə hər yeməkdən sonra 2 stəkan su için.Hər meyvədən sonra su için.Ortalama gün ərzində 10-12 stəkan su için.
4)Su miqdarı çox olan tərəvəz və meyvələr südü artırır.Hər yeməyinizin yanında bolca göyərti yeyin.Bu səbəblə göyərtini baş tacınız edin.Ancaq salatın içinə yağ,mayonez,sous qoymayın.Nar turşusu,sirkə,limon və çay qaşığını keçməyəcək qədər yağ qata bilərsiniz.Su miqdarı çox olan ispanaq,qırmızı kələm kimi yeməklərinizi süfrənizdən əksik etməyin.Bu tərəvəzləri bişirərkən içinə qiymə yumurta qataraq qida dəyərini artırın.Əgər qiymə sevmirsinizsə yanında ayrıca katlet olaraq hazırlayıb yeyə bilərsiniz.
5)Təzə sıxılmış meyvə suyu,ayran,mineral (mədən) suyu və şəkərsiz bitki çayları içməkdə fayda var.
6)Yağlı yeməklərə qarşı diqqətli olun.Qızartmalar,şirniyyatlar,cipslər,kremli yeməklər kalori miqdarı çox olan yeməklərdir.Az yesəniz belə çoxlu kilo almağınıza səbəb olar.
7)Süd verən ananın gecə qalxmaları həmişə təkrarlanan hadisədir.Əmizdirmək ayrıca enerji ehtiyacını artırır.Ancaq gecə qalxdığınızda qarnınız acsa belə ağzınıza bir tikə belə qoymayın.Çünki gecə insan vücudu yığmağa daha meyillidir.Gecə yediyiniz bir tikə səhər yediyiniz 10 tikəyə bərabərdir.Çox acsanız sadəcə bir stəkan su için.
8)Əmizdirmə dövrü əslində kilo vermək üçün tapılmaz bir fürsətdir.Çünki insan vücudu süd hazırlamaq üçün enerji xərcləyir.Xərclənən enerji xüsusilə 2 ayda daha çoxdur.Demək olarki gündə 2 saat idman etməyə bərabərdir.Bu səbəblə doğru yeməklərə üstünlük versəniz və daha çox hərəkət etsəniz həftədə 1-1.5 kilo vermiş olarsınız.
9)Südünüzü artıracaq və körpənizin qazını alacaq bir resept: 1 yemək qaşığı rəzyana,bir yemək qaşığı cökə,1 çay qaşığı dənə zirə,1 yemək qaşığı çobanyastığını bir farfor dəmliyin içinə qoyub üzərinə 2 stəkan qaynar su tökürük,üzərini bir dəsmal ilə bağlayırıq.Yeməkdən sonra ardından bu çayı içirik.Beləliklə körpənizdə qaz az olacaq,sizində südünüz artacaq.
10)Duzlu yeməklər nə qədər su içməyə məcbur etsə də bədənə bəzi zərərlər verə bilər.Turşu,şorabaya qoyulmuş təzrəvəzlər,duzlu çərəzlər,hazır souslar,duzlu pendirlər və zeytunlar gizli duz miqdarı çox olan qidalardır.Bu qidalar çox yeyildikdə duz bədəndən atılarkən sümükdən kalsiyum çəkdiyi üçün sümük əriməsi baş verir.Xüsusilə hamiləlik və sonrası bədənin kalsiyum ehtiyacı artır.Əgər çox duz yeyilirsə bu vəziyyət qadının ayrıca kalsiyum ehtiyacını artıraraq sümük əriməsini tətiklər.Buna görə duz miqdarı çox olan qidalardan qaçmaqda fayda var.
XƏBƏR LENTİ
Ana südü haqqında 10 yalan
Bu yazın ən sevimlisi kimonolar
Diqqət testi
İcazə xidməti ilə bağlı MÜHÜM YENİLİK - Bu gündən qüvvəyə minir
Bu gənc həyat yoldaşını ölkədən qovmağa çalışır-SƏBƏB
Səbəbsiz yorulursunuzsa, fibromialgiyalı ola bilərsiniz
Dəbli ayaq bilərzikləri
"Messi ilə müqavilə imzalayardıq, ancaq PSJ-də, onsuz da, yaxşı futbolçular var"
Tam rəsmi: Elektron siqaretlər ziyanlıdır
Azərbaycanlı model “Best Model of The World – 2019” seçildi
Qədim təhlükəli infeksiyanın sirri açıldı
Arıqladan ərzaqlar
HAVA necə olacaq?
Bakıda məşhur xəstəxana ilə bağlı yeni QƏRAR
Facebook-da hər gün nə qədər insan var?
10 il sonra yenidən kamera qarşısında olacaqlar
Turşulardan zəhərlənməmək üçün nə etməli?
Məlumat bankı:DNT
Müəllimlərin işə qəbulu üzrə elektron qeydiyyat başa çatdı - VİDEO
“Napoli”nin stadionuna Maradonanın adı verildi
Rəqibimiz "Barselona" oldu
Qida məhsulları ilə bağlı daha bir neçə standart tətbiq ediləcək
Ananasın faydaları
Telekanal qazisini böyük coşqu ilə qarşıladı - VİDEO
Atasını axtaran qadın yüzlərlə bacı-qardaşının olduğunu öyrəndi - FOTO
Boksçumuz dünya çempionatında ikinci qələbəsini qazandı
Hande Erçel və Muradın romantik gecəsi qalmaqalla BİTDİ - FOTO
Bəhram Bağırzadənin hazırkı vəziyyəti ilə bağlı AÇIQLAMA
İrina Şeyk geyimi ilə TƏƏCCÜBLƏNDİRDİ
Şuşaya yeni polis rəisi təyin edilib
Təbii maskalar
Fərqli badımcan kürüsü (foto resept)
250 nəfərin olduğu gəmi batdı
Təhsil Nazirliyi vətəndaşların qəbulunu avqustun 31-dək dayandırdı
Krediti olanlar oxusun-video
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Yaşanmış "MÖCÜZƏ"dən xatirələr...
Möhtəşəm mənzərələr
Bakıda kirayə evlər ucuzlaşdı - QİYMƏTLƏR
HAVA necə olacaq?-16 Sentyabr
Azərbaycanda bələdiyyələrin statusu dəyişdirildi
Hərbi xidmətdən möhlət hüququyla bağlı QƏRAR VERİLDİ
Yaşam-AДћ
Aslı Murata “yox” dedi - SƏBƏB
Bu ərazilərdə su olmayacaq
HAVA necə olacaq?-20 Avqust
HAVA necə olacaq?
Şahinlərin bayramıdır
Serial eşqi gerçək oldu-FOTO
Yağlı üz üçün təbii maskalar
- ŞƏRHLƏR