Uşaqlara, dürüstlük, hörmət, cəsarət, tolerantlıq kimi dəyərləri inkişaf etdirmələri üçün yardımçı olmaq, oxuma, riyaziyyat, fənn öyrətmək qədər vaciblidir. Bir çox dəyərlərin yaşayış əsnasında itirilməsi, mövzunun daha da həssas şəkildə ələ alınmasının vacibliliyini bildirir. "Dürüst ol", "Hörmətli davran", kimi mücərrəd istiqamətləndirmələr əvəzinə, tətbiqi yanaşmalarla uşaq və gənclərə dəyərlər başa salına bilər. Müəllimlərin ev və sinif şəraitində tətbiq edə biləcəkləri bəzi əsası konkret və yaradıcı öyrəşdirmələr: Dürüstlük.Uşaqlarla birlikdə dürüstlük mövzusunda kitablar oxumaq və filmlər izləmək.Qəzetləri oxuyub incələdikdən sonra, əsas mövzusu dürüst insanlardan ibarət olan məqalələri seçmələrini tapşırıq verin. Yazıda haqqında danışılan insan dürüst olmasaydı, nəticə necə ola bilərdi? Digər insanlar bu vəziyyətdən təsirlənərdilərmi? Necə? Bu sualları onlarla ətraflı müzakirə edərək cavablayın. Uşaqlara qəzetlərdə dərc edilən, yalan danışan, oğurlayan, insanlarla bağlı xəbərləri oxumaqlarını söyləyin. Əgər bu insanlar dürüst davransaydılar bu çətinliklər meydana gələrdimi? Müzakirə edin.Plakat yarışması təşkil edin. İnsanlara dürüstlüyü öyrədən, orijinal plakat və şuarların hazırlanması mövzusunda onlara istiqamət verin.Cəsarət.Uşaqlarımızın cəsarətli olmaqları lazım gələn hallarda, bu vəziyyətdən necə çıxılmasını anlamaları üçün ssenarilər qurun. Məsələn; məktəbdə biri kobud davransa, necə münasibət bildirər? Təhlükədə olan yoldaşına yardımçı olarmı? Bir dostu spirtli içki, siqaret və ya narkotik maddə təklif etsə nə edər? Kiçik səhnəciklər quraraq, bu halları canlandırın.Uşaqlar qaranlıqdan, cinlərdən, ildırım çaxmasından, göy gurultusundan və sair bir çox şeylərdən qorxarlar . Qorxularla üzləşmək üçün cəsarətli olmaq lazımdır. İşıqları söndürün və qaranlıq otaqda əşyalara toxunaraq onların nə olduğunu bilməyə calışsın. Birlikdə sevdiyi çizgi film və ya bir nağıl qəhramanının şəklini çəkib asın və buna baxaraq özünü onun kimi güclü, cəsarətli hiss etməsini söyləyin.Cəsarətli olması lazımlı olan hallardan bəhs edin. Məsələn; düzgün olmayan bir hərəkət etdiyində üzr istəməyi, başqaları fərqli düşunsə də, həmişə öz düşüncələrinin arxasında durmağı bacarmalıdır. Qorxmaması, mübariz olması lazım olan hallara, onunda bir neçə misal göstərməsini istəyin.Cəsarətli olması mövzusunda, altı guşəli bir çizgi film quraşdırmasına yardımçı olun.Hörmət.Bütün ailə birlikdə ekran qarşısında əyləşərkən, izlədiyiniz verlişlərdə hörmət (və ya hörmətsizlik) olaraq göstərilən nümunələr üzərində dayanın. İnsanların bir-birinə necə davrandıqlarını, necə hörmət bəslədiklərini, yemək masası arxasında müzakirə edin.Məktəb tədbirlərində, futbol matçında, məsciddə, tiyatrda və ya ümumi nəqliyyat vasitələrində hörmətli davranmağın yolları hansılardır? Bu suala birlikdə cavab axtarın.Təbiyyətə qarşı hörməti nümayiş etdirmək üçün sinif şagirdləri ilə birlikdə hər hansı bir parkı, məktəbyanı sahəni və ya bir çimərliyi təmizləmə günü təşkil edin.Nağıl izah etmə fəaliyyəti redaktə edin. Bir nəfər "Biri var imiş, biri yox imiş, heç kəsin düzgün tərbiyyə olunmadığı bir ölkə var imiş" deyərək nağıl danışmağa başlasın. Hər kəs xəyal qurma gücündən istifadə edərək, evdə, işdə, məktəbdə, mağazada hörmətin, tərbiyyənin olmadığı bu ölkəylə bağlı bir fikir söyləsin. Daha sonra bu hörmətsiz yaşayanlar ölkəsinin insanlarının, əslində necə davranmaları lazım olduğu barəsində söhbət etsinlər.Bir "Tolerantlıq həftəsi" təşkil edin. Şagirdlərinizə, ailə üzvlərinə, dostlarına və cəmiyyət fərdlərinə qarşı tolerant olmağı, yaxşı münasibət bəsləməli olduqlarını xatırladın. "Tolerantlıq" həftəsindən sonra səylərinin nəticəsini və insanların münasibətlərini onlarla bölüşün.Birlikdə yaşamaq göründüyü qədər asan deyil. Uşağınız məktəbə getmək üçün hazırlaşarkən, böyük bacısı vanna otağını saatlarla məşğul edir! Ondan bu vəziyyətə bacısının gözüylə baxmağı və bu fikirləri bir vərəqə yazmağını istəyin. Uzlaşmağı təmin edə biləcək bir həll üçün ona yardımçı olun.Hər bir ölkənin fərqli adət-ənənəsi vardır. Yer kürəciyini fırladın və bir ölkə seçin. Seçdiyiniz bu ölkənin inanc və adət-ənənələrini araşdırmağını söyləyin. Fərqliliklərin dünyanı daha da rəngarəng etdiyi düşüncəsini müzakirə edin.Uşaqlara tolerantlığı təmsil edəcək bir plakat hazırlamalarında yardımçı olun. Diqqəti cəlb edən şüarlar və şəkillərlə, onları yaradıcı olmaları mövzusunda yönləndirin.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Birinci Avropa Oyunlarının məşəli qədim Qarabağ torpağında alovlandı
Zehni sağlamlığa mənfi təsir edən vərdişlər
3 addımda həyat sevincim, dəyərli yaşlanma
Şəxsiyyət vəsiqələri ilə bağlı yeni rüsumlar təsdiq olundu
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
Vanqa - həyatı haqqında bilmədikləriniz
Hadisə Nur Yerlitaşı BAДћIŞLADI-SƏBƏB
Fransız salatı (foto-resept)
Termometrdən istifadə qaydaları
Qeyrətli oğlanların namussuz arvadı olmur...
Orta internet sürətlənir
Cəbhə xəttində atışma olub
Dünya bazarlarında neftin qiyməti
Hande Erçeli məhkəməyə verdilər-SƏBƏB
Bu gündən İCAZƏ VERİLDİ - Şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK
Qayınana da anadır, gəlin də...
Qeyri-iş günləri AÇIQLANDI
“Quş qripi” ilə bağlı növbəti monitorinq başladı
Ölmədən öncə bunları edin
Kraliçanın əri görünüşü ilə hər kəsi qorxudur-FOTO
Əzilmiş maşınları sənət nümunəsinə çevirənlər
Cim Kerri ABŞ-ın yeni Co Baydeni olacaq
Telefonu şarj etmək və batareyanın ömrünü uzatmaq üçün tövsiyə
Niyə evliliklərin çoxu ayrılıqla nəticələnir?
Bu gün muzeylərə giriş pulsuzdur
Kənan uşaqlıq fotosunu paylaşdı
Təmizləyici maskalar
Gecə aclıq hissi ilə mübarizə aparmaq niyə çətindir?
"Məni tək qoymayın"
Zinət əşyaları - qadın gözəlliyinin sirridir
Azərbaycanlı musiqiçi İstanbulda konsert verdi
Toyuq ciyərindən olladilər (foto resept)
Bağlanmış bankların borcunu ödəmək üçün kredirt götürüləcək
Fransada məktəbə 15 qoyun qəbul edildi
FHN rəsmi məlumat yaydı
Prezident xalq artistinə ev hədiyyə etdi
Mark ilk sosial şəbəkəsini 10 yaşında yaradıbmış
Zorla qız qaçırıb evlənənlərin axırı...
Bu çiçəkləri ilk dəfə görürsünüz
Bu ölkədə boşananlar ayrılıq gecəsi təşkil edir
Evdə yemək masasının yeri
Gülben Ergen koronavirusa yoluxdu
Günün qoroskopu: Qətiyyətli olun!
Günün ulduz falı
Avropanın ən qədim oxu zalı
Sağlamlıq haqqında bilmədiyiniz faktlar
İdmandan öncə nələr yeyilməlidir?
Toyuq dönərinə görə məhkəməyə verdilər
Təyyarəyə vaxtında çata bilməsəniz nə etməlisiniz? – TÖVSİYƏ
Soğan suyu ilə saç uzatma
- ŞƏRHLƏR