Qadin.NET / Dəyərlər və uşaqlarımız

Dəyərlər və uşaqlarımız

 

Dəyərlər və uşaqlarımız

 

Uşaqlara, dürüstlük, hörmət, cəsarət, tolerantlıq kimi dəyərləri inkişaf etdirmələri üçün yardımçı olmaq, oxuma, riyaziyyat, fənn öyrətmək qədər vaciblidir. Bir çox dəyərlərin yaşayış əsnasında itirilməsi, mövzunun daha da həssas şəkildə ələ alınmasının vacibliliyini bildirir. "Dürüst ol", "Hörmətli davran", kimi mücərrəd istiqamətləndirmələr əvəzinə, tətbiqi yanaşmalarla uşaq və gənclərə dəyərlər başa salına bilər. Müəllimlərin ev və sinif şəraitində tətbiq edə biləcəkləri bəzi əsası konkret və yaradıcı öyrəşdirmələr: rüstlük.aqlarla birlikdə dürüstlük mövzusunda kitablar oxumaq və filmlər izləmək.Qəzetləri oxuyub incələdikdən sonra, əsas mövzusu dürüst insanlardan ibarət olan məqalələri seçmələrini tapşırıq verin. Yazıda haqqında danışılan insan dürüst olmasaydı, nəticə ne ola bilərdi? Digər insanlar bu vəziyyətdən təsirlənərdilərmi? Necə? Bu sualları onlarla ətraflı müzakirə edərək cavablayın. aqlara qəzetlərdə dərc edilən, yalan danışan, oğurlayan, insanlarla bağlı xəbərləri oxumaqlarını söyləyin. Əgər bu insanlar dürüst davransaydılar bu çətinliklər meydana gələrdimi? Müzakirə edin.Plakat yarışması təşkil edin. İnsanlara dürüstlüyü öyrədən, orijinal plakat və şuarların hazırlanması mövzusunda onlara istiqamət verin.sarət.aqlarımızın cəsarətli olmaqları lazım gələn hallarda, bu vəziyyətdən necə çıxılmasını anlamaları üçün ssenarilər qurun. Məsələn; məktəbdə biri kobud davransa, necə münasibət bildirər? Təhlükədə olan yoldaşına yardımçı olarmı? Bir dostu spirtli içki, siqaret və ya narkotik maddə təklif etsə nə edər? Kiçik səhnəciklər quraraq, bu halları canlandırın.aqlar qaranlıqdan, cinlərdən, ildırım çaxmasından, göy gurultusundan və sair bir çox şeylərdən qorxarlar . Qorxularla üzləşmək üçün cəsarətli olmaq lazımdır. İşıqları söndürün və qaranlıq otaqda əşyalara toxunaraq onların nə olduğunu bilməyə calışsın. Birlikdə sevdiyi çizgi film və ya bir nağıl qəhramanının şəklini çəkib asın buna baxaraq özünü onun kimi güclü, cəsarətli hiss etməsini söyləyin.sarətli olması lazımolan hallardan bəhs edin. Məsələn; düzgün olmayan bir hərəkət etdiyində üzr istəməyi, başqaları fərqli düşunsə də, həmişə öz düşüncələrinin arxasında durmağı bacarmalıdır. Qorxmaması, mübariz olması lazım olan hallara, onunda bir neçə misal göstərməsini istəyin.Cəsarətli olması mövzusunda, altı guşəli bir çizgi film quraşdırmasına yardımçı olun.rmət.tün ailə birlikdə ekran qarşısında əyləşərkən, izlədiyiniz verlişlərdə hörmət (və ya hörmətsizlik) olaraq göstərilən nümunələr üzərində dayanın. İnsanların bir-birinə necə davrandıqlarını, necə hörmət bəslədiklərini, yemək masası arxasında müzakirə edin.ktəb tədbirlərində, futbol matçında, məsciddə, tiyatrda və ya ümumi nəqliyyat vasitələrində hörmətli davranmağın yolları hansılardır? Bu suala birlikdə cavab axtarın.Təbiyyətə qarşı hörməti nümayiş etdirmək üçün sinif şagirdləri ilə birlikdə hər hansı bir parkı, məktəbyanı sahəni və ya bir çimərliyi təmizləmə günü təşkil edin.Nağıl izah etmə fəaliyyəti redaktə edin. Bir nəfər "Biri var imiş, biri yox imiş, heç kəsin düzgün tərbiy olunmadığı bir ölkə var imiş" deyərək nağıl danışmağa başlasın. Hər kəs xəyal qurma gücündən istifadə edərək, evdə, işdə, məktəbdə, mağazada hörmətin, tərbiyyənin olmadığı bu ölkəylə bağlı bir fikir söyləsin. Daha sonra bu hörmətsiz yaşayanlar ölkəsinin insanlarının, əslində necə davranmaları lazım olduğu barəsində söhbət etsinlər.Bir "Tolerantlıq həftəsi" təşkil edin. Şagirdlərinizə, ailə üzvlərinə, dostlarına və cəmiyyət fərdlərinə qarşı tolerant olmağı, yaxşı münasibət bəsləməli olduqlarını xatırladın. "Tolerantlıq" həftəsindən sonra səylərinin nəticəsini və insanların münasibətlərini onlarla bölüşün.Birlikdə yaşamaq göründüyü qədər asan deyil. Uşağınız məktəbə getmək üçün hazırlaşarkən, böyük bacısı vanna otağını saatlarla məşğul edir! Ondan bu vəziyyətə bacısının gözüylə baxmağı və bu fikirləri bir vərəqə yazmağını istəyin. Uzlaşmağı təmin edə biləcək bir həll üçün ona yardımçı olun.Hər bir ölkənin fərqli adət-ənənəsi vardır. Yer kürəciyini fırladın və bir ölkə seçin. Seçdiyiniz bu ölkənin inanc və adətnənələrini araşdırmağını söyləyin. Fərqliliklərin dünyanı daha da rəngarəng etdiyi düşüncəsini müzakirə edin.Uşaqlara tolerantlığı təmsil edəcək bir plakat hazırlamalarında yardımçı olun. Diqqəti cəlb edən şüarlar və şəkillərlə, onları yaradıcı olmaları mövzusunda yönləndirin.

28 iyun 2011
GO BACK