Hər bir uşaq yaşından və xarakterindən asılı olmayaraq sevilməli, arzulanmalıdır. Diqqət və mehribanlıq əhatəsində yaşamalıdır. Uşaq yaşadığı ailədə söz demək, müzakirə etmək və izah etmək hüququna malik olmalıdır. O hiss etməlidir ki onun fikri ilə maraqlanır, onunla hesablaşırlar.
Uşaqların inkişafında oyuncaqların rolu da az deyil. Uşaqları özünə cəlb edən oyun və oyuncaqlar uşağın intellektindən xəbər verir. Uşağın marağını və fantaziyasını genişləndirir.
Uşağın fantaziyaları, arzuları üçün mənbə ola bilən yeni təəssüratlar almasına çalışın. Uşağın başını müxtəlif oyuncaqlarla qatmağa çalışmayın, bu onun fantaziyasına xələl gətirə bilər. Ona hansı oyuncağı alım sualına isə cavab bəsitdir. Uşaqların əqli inkişafı üçün onlara konstruktor tipli oyuncaqlar alın. Uşaq hissələrə ayrılmış konstruktoru yığıb, onu əvvəlki formasına salmağa maraq göstərəcək. Oyuncağı az olan uşaqlar əqli cəhətdən gec inkişaf edir.
Məktəbəqədər yaşlı uşaqlar oyuncaqlarını özləri seçirlər. Bununla yanaşı uşağın hər istəyini reallaşdırmaq düzgün deyildir. Belə uşaqların arzuladıqları heçnə olmur, çünki istəklərinə asanlıqla nail olurlar. Hər şeyə asanlıqla nail olan uşağın gələcəkdə qarşısına çıxan hər bir kiçik problem ona faciə kimi görünəcək. Lakin, həyatı dərk etməyə çalışan uşağı hər şeydən məhrum etməkdə düzgün deyil. Uşağı əhatə edən ətraf mühitdə elə şarait yaratmaq lazımdır ki, uşaq düşdüyü hər bir vəziyyətdən özü çıxmağı bacarsın. Əgər uşaq “mən oyuncaq istəyirəm” deyirsə, lakin, konkret olaraq nə istəyini bilmirsə o məhz hansı oyuncağı istədiyinə əmin deyil. Əgər, hər hansısa bir oyuncağı göstərib, təkidlə həmin oyuncağı istəyirsə, deməli, həmin oyuncaq onun fantaziyasında nəyisə canlandırıb. Uşaq, onun üçün məna kəsb etməyən oyuncağa meyl etməz.
Uşaqlara, “özünü yaxşı aparsan” sənə istədiyin oyuncağı alacayam demək də düzgün deyil. Bu zaman uşaq gördüyü hər bir işdən mənfəət umacaq. Onu da nəzərə almaq lazımdır ki, uşağa səbəbsiz yerə çoxlu oyuncaqda almaq bəyənilmir. Belə halda, uşaq ərköyün və gələcəyin bədxərci kimi böyüyər.
Uşaq otağında kifayət qədər oyuncaq olmalıdır. Uşaqlar oynayarkən oyuncaqlarını ətrafa səpələyirlər, oynayıb qutardıqdan sonra isə onları yığmağa tənbəllik edirlər. Bu zaman uşaqları tənbeh ətmək, onlara qışqırmaq olmaz. Yaxşı olarki onların otağında ayrıca “kiçik ev” düzəldəsiniz ki (uşaqla birlikdə) oynadıqdan sonra bütün oyuncaqlarını oraya tullaya bilsin.
Uşaqlar oynayarkən valideyinlər diqqət yetirməlidirki, uşaq daha çox hansı oyuncaqları ilə oynayır. Uşağın maraq dairəsindən kənar qalmış oyuncaqları kiməsə hədiyyə etsəniz uşaq, açıqqəlbli olmağı öyrənər. Valideynlər uşaqlarının hansı oyuncaqla oynadıqlarına diqqət etməklə həmdə onların maraq dairəsinidə müəyyələşdirə bilərlər. Oyunları ev şəraitində, masa arxasında, açıq havada gəzintiyə çıxarkən və ya bağçaya gedərkən yolda da oynamaq olar. Oyuncaqlarla yanaşı çalışın uşağınıza hər gün kitab oxuyasınız.
Uşaq ailə daxilində hər iki valideyndən eyni dərəcədə qayğı görməlidir. Hörmətli atalar! Əgər uşaq evdə sizlə qalıbsa onu başınızdan eləməyə çalışmayın. Onun asudə vaxtını onun üçün maraqlı və arzuladığı kimi qurmağa çalışın. Məsələn, onunla kitab mağazasına gedib uşağın sevimli nağılları olan kitabı və ya sevdiyi cizgi filminin və ya kinofilm diskini ala bilərsiniz. Evə qayıdarkən pop-korn yeyib, meyvə şirəsi içib qaranlıq otaqda kinoseans qurun. Evdən çıxmadan da uşağın otağının dizaynını uşaqla birlikdə dəyişməklə və ya yüngül qəlyanaltı hazırlamaqla boş vaxtınızı maraqlı keçirə bilərsiniz.
Uşaqlar yatarkən, adətən, özlərinin ən sevdiyi oyuncağı qucaqlayıb, valideyin tərəfindən danışılan nağılı dinləməklə yatırlar. Oyuncağı qucaqlayıb yatan uşaq özünü daha güvəncdə hiss edir. Nəzərə almaq lazımdır ki, həmin bu oyuncaq nə çox böyük, nə də çox kiçik olsun.
Məktəb yaşına çatmış uşaqları isə əlavə olaraq hər hansısa idmana uşağın maraqları daxilində dərnəklərə və ya hər hansısa incəsənət növünə yazdırmaqla onların dərsdən qalan asudə vaxtını maraqlı keçirməsinə nail olmaq olar. Komanda şəklində olan idman növündə uşağınız yeni dostlarla tanış olar və asanlıqla ünsiyyət qurma qabiliyyətinə yiyələnərlər.
Bununla yanaşı nəzərə almaq lazımdır ki, uşaq öz asudə vaxtını özünün istəyinə görə nə ilə məşğul olacağını seçsin. Valideynlər öz istəklərinizi uşaqlarızın üzərinə yönəltməyin. Uşağa qarşı daha çox sevgi, mehribanlıq, onunla münasibətdə daha çox inam göstərir.
Uşağın ətrafında nə qədər oyuncaq olursa olsun, valideynlə ünsiyyətdən və valideyn qayğısından faydalı ola bilməz.
XƏBƏR LENTİ
Uşağınız diş fırçalamağı xoşlamırsa
NASA-nın kosmik aparatı Günəşə çox yaxınlaşdı
Özbək aşı (foto resept)
Sizcə bu dairədirmi?
Ecazkar xanımların seçimi
Həzi Aslanov yad edildi
Qış dekorasiyası
Obama sərt danışdı
Türkiyədə terror: 3 ölü, 45 yaralı
Kredit borcu olanlara XƏBƏR VAR
Ailədə uşaqların tərbiyəsi
Tramp Nobel Sülh Mükafatına namizədliyindən danışdı: Haqqımdır
Messi, yoxsa Ronaldo: Hansı güclüdür? - Alimlər açıqladı
"Barbi" gəlincikləri də "ağıllan"dı
Namaz: Allaha ibadət, yoxsa...?
Bakıda nəhəng yolka qurulur
Bakıda hava yağmurlu olacaq
Siqaret çəkmək intihara sövq edir
Vanilli pudinqli biskvit (foto resept)
Pensiyalar haqqında yeni QANUN
Çəkisizlik immuniteti azaldır
Azərbaycanda qeyri-adi ev - VİDEO
Yeni il tortları və peçenyeləri
Məhsuldarlıqdan razı, qiymətdən narazı
Naxçıvanda da dərslər təxirə salındı
Evdə hazırlanan təbii əl kremləri
Son dəb makiyaj üsulu
Almalı keks (foto resept)
İki ailə
Dahilərin müdrik sözləri
Adriana Limanın bu FOTOsu diqqət çəkdi
Yeniyetməlik dövründə müşahidə olunan davranışlar
Bu qadın ideal bədən ölçüləri ilə TƏƏCCÜBLƏNDİRİR-FOTO
Sarkisyan: "Qarabağ uğrunda müharibə bitməyib"
Yeni "Kalaşnikov"lar gəlir
Kişi arvadını çemodanla apardı
AFFA daha bir türk futbolçunu milliləşdirdi
“Gucci” erməni qıza görə lağa qoyuldu - FOTO
Məşhur aktrisaya 2milyonluq TƏKLİF
Astanada "Yeni İpək Yolu" II Beynəlxalq Nəqliyyat və Logistika biznes-forumu keçiriləcək
Zayn Malik izləyicilərinə əsəbləşdi-FOTO
HAVA necə olacaq?-26 dekabr
Dünyanın 100 ən zəngin İT milyarderləri - SİYAHI
İrandan şok açıqlama
Azərbaycanda 30 minə yaxın şagird "iki" aldı
“Qarabağın məşhur müəllimləri” - Soltan Hacıbəyov
Erkən qocalmanın qarşısını almaq üçün 10 yol
Sağlam qocalın(2)
“CNN Türk”ün xanım əməkdaşı Azərbaycanla bağlı xatirələrini paylaşdı –VİDEO
Prezident Hikmət Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verdi
- ŞƏRHLƏR