"Nə edirsən ki yorulursan, hər işini texnika görmürmü?" İnanıram ki, bu sözləri hər bir xanım ömründə bir dəfə də olsa həyat yoldaşından və ya qaynanasından eşidib.
Hazırda həyatımıza çoxlu məişət texnikası (maşınlar) daxil olub ki, onlarsız günümüzü təsvir belə edə bilmirik. Artıq müasir zəmanədə hər bir evdə müəyyən bir qism bu maşınlardan var. Keçmişdə nənə-babalarımız heç ağlına gətirə bilməzdilər ki, haçansa paltarlarını, qablarını maşın yuyacaq, qurudacaq, evi maşın təmizləyəcək və s. və i.a. Demək istəmirəm ki, soyuducu, tozsoran, yuyucu maşınlar lazımsızdır, əsla!
Onlar olduqca lazımlı və hər birinin özünəməxsus müsbət tərəfləri olan əşyalardır. Mən sizə yuxarıda qeyd etdiyim o sualı verənə verəcəyiniz cavab olsun deyə kiçik bir yazı hazırladım. Oxuyub düşünək. Paltaryuyan maşınlar əlləri ziyanlı vasitələrdən, nəfəs borularına mənfi təsirdən qoruyur, tozsoran evdəki tozun 90 faizinin qarşısını alır, uşaqlar və astma xəstələri üçün dərman qədər vacib bir əşyadır. Soyuducunun rolu əvəzsizdir. Yay aylarında mətbəximizin "antibiotiki", ərzaq zəhərlənməsinin qarşısını alan bir nömrəli əşyadır və s.
Amma bu qədər müsbət təsirli maşınlarla yenə xəstəliklər artır, əsəblər gərilir, uzunömürlülük azalırsa, demək, haradasa səhv edirik və həmin səhvimiz sonumuzu gətirir. Bu səhvi biz başqa texniki maşınlardan istifadə etməklə edirik. Axı biz onlarsız da yaşaya bilərik - nənə-babalarımız kimi həm sağlam, həm uzunömürlü. Bunlar kompüter texnikası, TV və mobil telefonlar, musiqi üçün qulaqcıqlar və digərləridir. Əsasən uşaq orqanizminə, əsəblərinə mənfi təsir edən texnikalar bunlardır.
Gənclərimizin gün boyu qulaqlarında qulaqcıqları orta və daxili qulaq vasitəsiylə beyinə qırıq, gərgin siqnallar ötürür. Göz zəifliyinə TV-lər olduqca pis təsir edir, kompüterlərin mənfi təsirindən heç danışmaq istəmirəm. Çünki saymaqla bitməz. Hazırda cəmiyyətdə "oyun xəstələri" adlanan gənclər var. Kompüter sayəsində gənclərimizin virtual dostları gündən-günə çoxalır, realda dostluq, qardaşlıq məhv olub gedir. Bu da öz növbəsində cəmiyyətə adaptasiyanın qarşısını alır, gənclik reallıqdan uzaqlaşıb özünü virtualda tapır. Ürəyindəkiləri, düşündüklərini "status"larda yazır. Bütün bunların qarşısını almaq, cəmiyyətdə əsl gənclik yetişdirmək üçün texniki maşınlardan düzgün və yerində, lazımlı şəkildə istifadə edək. Axı real həyatı virtual dünyaya qurban verən gəncliyin ən böyük günahı biz valideynlərdədir.
Dünyaya real pəncərədən baxaq. Virtual ekrandan uzaq qalaq, uşaqlarımızı qoruyaq. Ətrafda baş verənləri virtualda görmələrinin qarşısını alaq, sağlamlıqlarını qoruyaq. Hələ də gec deyil. Yetişən gənc nəsli - övladlarımızı düşünək. Həmin mühitdə böyüyən uşaq gələcəkdə ailə quracaq, boş vaxtını ailəsinə deyil, internetə sərf edəcək. Nəticədə xoşbəxt olmayan bir ailənin təməli qoyulacaq. İnternet olmayanda özünü tənha hiss edəcək, depressiyaya düşəcək gəncliyi qoruyaq, onlarda internetə nifrət oyadaq. Əgər bacara bilsək... Sizə bu yolda səbr və dözüm arzulayıram və inanıram ki, sadəcə oxumaqla kifayətlənməyəcəksiniz.
XƏBƏR LENTİ
4 gün iş, 3 gün istirahət - Azərbaycan buna hazırdırmı?
Gəncə mətbəxinin unudulmaqda olan yeməkləri...
2 həftəyə 8 kiloqram arıqlayın
BÜRCLƏR bizə nə vəd edir?-8 Oktyabr
Toyuq ətli salat (foto resept)
İyulun havası: 43 dərəcə isti
Yaş salfetlərdəki təhlükədən xəbəriniz var?
İrəvanın böyük məğlubiyyəti
4 fərqli hörük modeli
Hava haqqında - 27.08.2013
Bəzədilmiş salat nümunələri
Saçları seyrəkləşdirən səbəblər
Günün ulduz falı - 09.08.2013
Qonaq otağı üçün pərdələr
Azərbaycanda daha 556 nəfər koronavirusa yoluxdu, 7 nəfər vəfat etdi - RƏSMİ
Zakir Həsənov: “Ermənistan ərazisindən Azərbaycan ərazisinə atəş açılması açıq təxribat xarakteri daşıyır”
Qız bürcü qadını
Qadın içkili kişini ölümdən xilas etdi – VİDEO
Alma-yerkökü-çuğundur tandemi: faydası və ziyanı
Günün qoroskopu: hər şey qarşılıqlı olacaq
Bakıda mənzillərin qiymətləri - CƏDVƏL
Metronun fəaliyyəti bərpa olunur? - RƏSMİ AÇIQLAMA
Yerin yaxınlığından daha bir ASTEROİD keçdi-FOTO
Xəzərlə bağlı razılaşma
Karantin dövrünün təbiətə müsbət təsiri
Ermənilər suyumuza qənim kəsiliblər
Sadə bantın hazırlanması
Bakı bulvarında möhtəşəm yenilik
Tarixin ən çılğın 10 diktatoru: İnanılmaz qadağalar - FOTO.
Sibel Can cavabı ilə təəccübləndirdi-FOTO
Azərbaycana güclü qar yağıb
Tələbə olmaq istəməyən abituriyentlərin sayı açıqlandı
Ailə ixtilafları - II hissə
Psixoloji problemlər zamanı dərman qəbulu
Bütün Amerika bu kitabı oxuyur
Hərbi Akademiyanın magistraturasına qəbul olmaq istəyənlərin nəzərinə
Oruckən ağız qoxusunun qarşısını almaq üçün xüsusi üsul
Orqanizmdə vitamin balansının pozulması
Savaşdan danışıldı
Uşaqlar üçün tortlar
Leksika - 3
HAVA necə olacaq?-5 yanvar
Məşq sonrası aclıq böhranı
Məşhur aktrisa ana olduğunu hər kəsdən gizlətdi
Ancelina Colidən qorxulu etiraf
İnformasiyanı haradan alırsınız?
Gecə üzə qulluq
Azərbaycanda peşə məktəblərində yenilik
HAVA necə olacaq?-9 FEVRAL
İlham Əliyev xizək sürdü
- ŞƏRHLƏR