Körpəniz
Tam uzunluğu 37-40 sm, çəkisi isə 1.5-2.5 kq. təşkil edir. Siz öz qarnınızı oxşadıqca, balacanın xoşuna gəlir və o sizi anlayaraq cavab reaksiyası verməyə başlayır. O, yatanda çiyinlərini yığır, büzüşür, üz-gözünü turşudur. Uşaq aktiv olanda gərnəşir, çönüb əllərini və ayaqlarını oynadır. Əgər siz düz əyləşməsəniz və ya çox siqaret çəkilən məkanda olsanız, balacanın xoşuna gəlməyəcək və təpikləri ilə mütləq sizə narahatlığını hiss etdirəcək. Siz uşağın hərəkətlərinə müvəqqəti müddəti hesablayaraq nəzarət edə bilərsiniz.
Körpənin hərəkət normaları:
1. Körpə 1 saat tam sükutda olsa, ən azı 6 dəfə tərpənməlidir.
2. Körpə 6 saat sükutda qalsa, ən azı 10 dəfə tərpənməlidir.
3. Körpəniz 12 saat sükutda qaldısa, ən azı 24 tərpəniş etməlidir. Əgər siz gün ərzində 3-dən az tərpəniş hiss edirsinizsə, dərhal həkimə müraciət edin.
Yadda saxlamaq lazımdır ki, gələcək ananın həyəcan və keçirdiyi stress körpəyə də təsir edir. Odur ki, gələcək ana və körpəni stress, həyəcan və nigaranlıqdan uzaq tutmaq, onların qayğısına qalmaq vacibdir!
Hamiləliyin sonuna yaxın müddətdə körpə uca səslərə və ananın qarnına yönəlmiş parlaq işığa həssas olur. İşıq nə qədər parlaq olarsa, uşağın tərpənişi də o qədər gərgin olur.
Uşağın ağciyərləri gələcək müstəqil həyatdakı işinə hazırlanır. USM-də görünür ki, döş qəfəsi qalxır və enir, belə nəfəs təlimləri çox faydalıdır, onlar əzələləri möhkəmləndirir və uşağın ağ ciyərlərinin normal inkişafına kömək edir. Əgər körpə amniotik maye ilə tənəffüs etməsə, uşağın ağciyərləri balaca və inkişafsız qalar.
Artıq vaxtından əvvəl doğuş elə də qorxulu və təhlükəli deyil.
Hamiləliyin 30-31-ci həftələrində körpənin gözləri göz boşluğunda hərəkət qabiliyyəti əldə edir. Balaca ipək tüklər tökülməyə başlayır. Hərçənd çiyin, kürəkləri və alnında doğuşdan sonra da bu tüklərdən qala bilər. Bəzi uşaqlar doğularkən saçlı, bəziləri isə demək olar ki, keçəl olur. Bu normaldır.
Bu müddət ərzində uşağın beyninin kütləsi artır, dərinliyi və əyrilərin hüdudları böyüyür, baş beyin qabığının funksiyası isə doğuşdan sonra inkişaf edəcək.
Hamiləliyin 30 həftəliyində ana
Uşağın boyunun artması səbəbindən siz narahatlıq hiss edə bilərsiniz. Axı sizin daxili orqanlarınızın yeri günü-gündən daha da dar olur. Sizin üçün yerimək çətinləşir. Hərəkətləriniz xeyli ləngiyir, yerişiniz isə ördək yerişini xatırladır. Uşaqlıq göbək üzərində 7.5- 10.2 sm, qasıq simfizom üzərində isə 29-30 sm məsafədədir. Uşaqlıq elə yüksək məsafədə yerləşir ki, diafraqma ürəyi sıxır və o, öz vəziyyətini sanki böyrü üstə uzanaraq dəyişir. Siz hiss edə bilərsiniz ki, sizdə tənəffüs çətinləşib, təngənəfəslik yaranır.
Qaz yaradan məhsulları - təzə kələm, noxud, üzüm, təzə süd, şirniyyat və un məmulatlarını azaldın.
Əgər siz işgüzar qadınsınızsa, hamiləliyin 30 həftəliyində məzuniyyətə çıxmalısınız. Məzuniyyət zamanı hamilə ana daha çox istirahət etməlidir. Axı uşağa əvvəlki kimi yenə də çoxlu vitamin və qida maddələri tələb olunur. İstirahət etmək, ağır işlərdən uzaq olmaq lazımdır, amma bu o demək deyil ki, bütün günü yatmaq lazımdır. Siz fəal hərəkətdə olmalısınəz.
Analıq məzuniyyətinin müddəti 126 gündür. Hamiləliyin 32-ci həftəliyində körpə doğulacağı mövqedə dayanır. O, ya başı aşağı, ya da uşaqlıq borusuna aşağı vəziyyətdə ola bilər. Bəzən bu vaxt uşaq mövqeyini dəyişdirə də bilər.
Hamiləliyin bu dövründə sinə kobudlaşır və böyüyür. Öskürdükdə, ucadan güldükdə və ya asqırdıqda sidiyinizi qaçırmağınızı müşahidə edə bilərsiniz. Odur ki, tez-tez ayaq yoluna getməlisiniz. Arxası üstə yatmaq məsləhət görülmür, çünki vena damarları sıxılmamalıdır. Vena damarlarından qan bədəninin aşağı hissəsinə və aşağı ətraflardan ürəyə qalxır. Əgər damarlarda sıxılma baş verərsə, ürəyə qan qaytarılması azalır, təzyiq aşağı düşür və başgicəllənmə, gözlərdə qaralma yarana bilər. Belə zamanda çalışın ki, böyrü üstə uzanasınız.
Oturan zaman varikoz xəstəliyindən qaçmaq üçün ayaqlarınızı daha az çarpazlamağa çalışın. Hovuzda üzmək xeyirinizədir. Hər 15 gündən bir ginekoloqa getməlisiniz. Hamiləlik ərzində getdiyiniz zaman həkimin siyahıya aldığı nəticələr, bütün müayinə və analizlərin cavabları olan mübadilə kartını həkiminizə təqdim edin. Mübadilə kartını çantanızda özünüzlə gəzdirin, onu heç bir halda unutmayın. Doğum evinə daxil olarkən sizə lazım olacaq.
Belinizdəki ağrılardan qurtulmaq üçün yoldaşınızdan yüngül masaj etməyi xahiş edin. Yataqdan kəskin hərəkətlə qalxmayın. Qalxmazdan öncə böyrü üstə fırlanın. Əgər siz yatan zaman körpə həddindən artıq fəaldırsa, onun yuxu rejiminin pozulmasından narahat olmayın. Körpə doğulduqdan sonra hər şey yoluna düşəcək.
Sizin daxilinizdəki yeni həyatın başlaması kimi gözəl hiss ana və uşaq arasında qırılmaz əlaqənin başlanğıcıdır.
XƏBƏR LENTİ
Şvarsnegger 61 yaşlı Sara ilə qayıtdı-FOTO
Manatla verilən kreditlər artacaq
Ev geyimləri
Miniatür oyuncaqlar gündəlik həyatımızda
"Hörmət"ə evinizi banka girov qoymayın!
Gənc xanımlar üçün donlar
Məhəmməd evdə timsah saxlayır - FOTO
Qənirə Paşayevanın "Qarabağ" sevdası
Peru silkələndi
Azərbaycanda qadın nazir təyin olundu
Ballı banan peçenyesi (foto resept)
Beləsini görmədiniz
Braziliyada daşqın həyatı iflic etdi: 40 min insan evsiz qaldı
Azərbaycanda 11 bank ləğv olunur
Qeyri-adi toy şəkilləri
Zərifə Əliyevanın doğum günüdür
Kimlər aptekə, mağazaya və ya banka istənilən vaxt getməkdə sərbəstdir? - RƏSMİ
İki qolu olmayan qız: "İradə hər şeydir"
Eşq beyinlə başlayır, ürəklə bir əlaqəsi yoxdur!
UEFA iki futbolçusu koronavirusa yoluxmuş kluba texniki məğlubiyyət verdi
İnsanların sayı 8 milyarda çatacaq, sonra azalmağa başlayacaq
Paraqvay Xocalı soyqırımını tanıdı - FOTO
Əlləri ilə dünyanı kiçildən sənətkar
Kür çayının aşağı axınında müsbət dəyişiklik müşahidə edilir
Dərini təmizləyən və ağardan maska
Nazirlik xəbərdarlıq edir: bu yerlər təhlükəlidir!
Albalının faydaları
Fındıqlı keks (foto-resept)
Şirin pizza (foto resept)
Gəlin saçı modelləri
8 yaşlı uşaq dostu üçün 1 milyon topladı
Müxalif general prezident oldu
Bukmə budlar (foto-resept)
Saxtakarlıqla yüksək vəzifə tutdu - Ağ Ev şokda
Olimpiya çempionumuzla bağlı ilginc məlumat
Şahinlərimizə qurban kəsildi
Uşağa tərbiyə verməkdə gecikməyək
"Hədəf"dən şəhid ailələri və qazilərin övladlarına xüsusi güzəştlər
Uşaqları mazoxist kompleksi olmadan böyütmək
Keçmiş sevgilisindən gözlənilməz rəy-FOTO
Azərbaycan meyvələri Hindistana ixrac olunacaq
Türkiyə Bakıya söz verdi
Azərbaycanda Dövlət Bayrağı günüdür
Rusiya üç ölkə ilə uçuşları bərpa edir
Azərbaycan dəmir yollarında yenilik
Gecəlik modelləri
Namazda diqqətimizi toplamaq üçün nə edək?
Fahriye Evceni 12 kq arıqladan SEHRLİ PƏHRİZ - FOTO
Koronavirusun yeni təhlükəli xüsusiyyəti məlum oldu
"La case de papel" finala hazırlaşır
- ŞƏRHLƏR