Qadin.NET / Qadın.Netlə birlikdə hamiləlik (30-cu həftə)

Qadın.Netlə birlikdə hamiləlik (30-cu həftə)

Körpəniz

Tam uzunluğu 37-40 sm, çəkisi isə 1.5-2.5 kq. təşkil edir. Siz öz qarnınızı oxşadıqca, balacanın xoşuna gəlir və o sizi anlayaraq cavab reaksiyası verməyə başlayır. O, yatanda çiyinlərini yığır, büzüşür, üz-gözünü turşudur. Uşaq aktiv olanda gərnəşir, çönüb əllərini və ayaqlarını oynadır. Əgər siz düz əyləşməsəniz və ya çox siqaret çəkilən məkanda olsanız, balacanın xoşuna gəlməyəcək və təpikləri ilə mütləq sizə narahatlığını hiss etdirəcək. Siz uşağın hərəkətlərinə müvəqqəti müddəti hesablayaraq nəzarət edə bilərsiniz. 

Qadın.Netlə birlikdə hamiləlik (30-cu həftə)

Körpənin hərəkət normaları:

1. Körpə 1 saat tam sükutda olsa, ən azı 6 dəfə tərpənməlidir.

2. Körpə 6 saat sükutda qalsa, ən azı 10 dəfə tərpənməlidir.

3. Körpəniz 12 saat sükutda qaldısa, ən azı 24 tərpəniş etməlidir. Əgər siz gün ərzində 3-dən az tərpəniş hiss edirsinizsə, dərhal həkimə müraciət edin.

Yadda saxlamaq lazımdır ki, gələcək ananın həyəcan və keçirdiyi stress körpəyə də təsir edir. Odur ki, gələcək ana və körpəni stress, həyəcan və nigaranlıqdan uzaq tutmaq, onların qayğısına qalmaq vacibdir!

Hamiləliyin sonuna yaxın müddətdə körpə uca səslərə və ananın qarnına yönəlmiş parlaq işığa həssas olur. İşıq nə qədər parlaq olarsa, uşağın tərpənişi də o qədər gərgin olur. 

Qadın.Netlə birlikdə hamiləlik (30-cu həftə)

Uşağın ağciyərləri gələcək müstəqil həyatdakı işinə hazırlanır. USM-də görünür ki, döş qəfəsi qalxır və enir, belə nəfəs təlimləri çox faydalıdır, onlar əzələləri möhkəmləndirir və uşağın ağ ciyərlərinin normal inkişafına kömək edir. Əgər körpə amniotik  maye ilə tənəffüs etməsə, uşağın ağciyərləri balaca və inkişafsız qalar.

Artıq vaxtından əvvəl doğuş elə də qorxulu və təhlükəli deyil.

Hamiləliyin 30-31-ci həftələrində körpənin gözləri göz boşluğunda hərəkət qabiliyyəti əldə edir. Balaca ipək tüklər tökülməyə başlayır. Hərçənd çiyin, kürəkləri və alnında doğuşdan sonra da bu tüklərdən qala bilər. Bəzi uşaqlar doğularkən saçlı, bəziləri isə demək olar ki, keçəl olur. Bu normaldır.

Bu müddət ərzində uşağın beyninin kütləsi artır, dərinliyi və əyrilərin hüdudları böyüyür, baş beyin qabığının funksiyası isə doğuşdan sonra inkişaf edəcək. 

Qadın.Netlə birlikdə hamiləlik (30-cu həftə)

Hamiləliyin 30 həftəliyində ana

Uşağın  boyunun artması səbəbindən siz narahatlıq hiss edə bilərsiniz. Axı sizin daxili orqanlarınızın yeri günü-gündən daha da dar olur. Sizin üçün yerimək çətinləşir. Hərəkətləriniz xeyli ləngiyir, yerişiniz isə ördək yerişini xatırladır. Uşaqlıq göbək üzərində 7.5- 10.2  sm, qasıq simfizom üzərində isə 29-30 sm məsafədədir. Uşaqlıq elə yüksək məsafədə yerləşir ki, diafraqma ürəyi sıxır və o, öz vəziyyətini sanki böyrü üstə uzanaraq dəyişir. Siz hiss edə bilərsiniz ki, sizdə tənəffüs çətinləşib, təngənəfəslik yaranır.

Qaz yaradan məhsulları - təzə kələm, noxud, üzüm, təzə süd, şirniyyat və un məmulatlarını azaldın.

Əgər siz işgüzar qadınsınızsa,  hamiləliyin 30 həftəliyində məzuniyyətə çıxmalısınız. Məzuniyyət zamanı hamilə ana daha çox istirahət etməlidir. Axı uşağa əvvəlki kimi yenə də çoxlu vitamin və qida maddələri tələb olunur. İstirahət etmək, ağır işlərdən uzaq olmaq lazımdır, amma bu o demək deyil  ki, bütün günü yatmaq lazımdır. Siz  fəal hərəkətdə olmalısınəz.

Analıq məzuniyyətinin müddəti 126 gündür. Hamiləliyin 32-ci həftəliyində körpə doğulacağı mövqedə dayanır. O, ya başı aşağı, ya da uşaqlıq borusuna aşağı vəziyyətdə ola bilər. Bəzən bu vaxt uşaq mövqeyini dəyişdirə də bilər.

Hamiləliyin bu dövründə sinə kobudlaşır və böyüyür. Öskürdükdə, ucadan güldükdə və ya asqırdıqda sidiyinizi qaçırmağınızı müşahidə edə bilərsiniz. Odur ki, tez-tez ayaq yoluna getməlisiniz. Arxası üstə yatmaq məsləhət görülmür, çünki vena damarları sıxılmamalıdır. Vena damarlarından qan bədəninin aşağı hissəsinə və aşağı ətraflardan ürəyə qalxır. Əgər damarlarda sıxılma baş verərsə, ürəyə qan qaytarılması azalır, təzyiq aşağı düşür və başgicəllənmə, gözlərdə qaralma yarana bilər. Belə zamanda çalışın ki, böyrü üstə uzanasınız. 

Qadın.Netlə birlikdə hamiləlik (30-cu həftə)

Oturan zaman varikoz xəstəliyindən qaçmaq üçün ayaqlarınızı daha az çarpazlamağa çalışın. Hovuzda üzmək xeyirinizədir. Hər 15 gündən bir ginekoloqa getməlisiniz. Hamiləlik ərzində getdiyiniz zaman həkimin siyahıya aldığı nəticələr, bütün müayinə və analizlərin cavabları olan mübadilə kartını həkiminizə təqdim edin. Mübadilə kartını çantanızda özünüzlə gəzdirin, onu heç bir halda unutmayın. Doğum evinə daxil olarkən sizə lazım olacaq.

Belinizdəki ağrılardan qurtulmaq üçün yoldaşınızdan yüngül masaj etməyi xahiş edin. Yataqdan kəskin hərəkətlə qalxmayın. Qalxmazdan öncə böyrü üstə fırlanın. Əgər siz yatan zaman körpə həddindən artıq fəaldırsa, onun yuxu rejiminin pozulmasından narahat olmayın. Körpə doğulduqdan sonra hər şey yoluna düşəcək.

Sizin daxilinizdəki yeni həyatın başlaması kimi gözəl hiss ana və uşaq arasında qırılmaz əlaqənin başlanğıcıdır.

29 dekabr 2013
GO BACK