Biri var idi, biri yox idi, bir kənddə balaca bir qız var idi. Bu qız elə qəşəng idi ki, daha dünyada ondan yaxşısı yox idi. Anası onu həddən artıq sevir, nənəsi isə anasından da artıq istəyirdi.
Nəvəsinin anadan olduğu gün nənəsi ona bir qırmızı papaq bağışlamışdı. Рћ vaxtdan bəri qız hara getsəydi, özünün təzə, yaraşıqlı qırmızı papağını başına qoyub gedərdi, qonşular da onun barəsində beləcə deyərdilər:
- Вах, Qırmızıpapaq gəlir!
Bir dəfə anası qutab bişirdi və qızına dedi:
- Qırmızıpapaq, get nənənin yanına, bu qutabları və bir küpə yağı ona apar, özü də gör necədir, sağ-salamatdırmı?
Qırmızıpapaq yığışıb Рѕ biri kəndə, nənəsinin yanına getdi.
Qız meşə ilə gedirdi, birdən qabağına bir boz Qurd çıxdı.
Qurd istədi Qırmızıpapağı yesin, ancaq cəsarət eləmədi, çünki yaxınlıqdan odun doğrayanların baltasının tappıltısı gəlirdi. Qurd dodaqlarını yalayıb qızdan soruşdu:
- Hara gedirsən, ay Qırmızıpapaq?
Ancaq Qırmızıpapaq meşənin ortasında dayanıb qurdlarla danışmağın necə qorxulu olduğunu hələ bilmirdi. Рћ, Qurdla salamlaşıb dedi:
- Nənəmin yanına gedirəm, bu qutabları və bir küpə yağı da ona aparıram.
- Nənən uzaqdamı olur? - deyə Qurd soruşdu.
- Çox uzaqda olur, - deyə Qırmızıpapaq cavab verdi. - Odur bax, Рѕ kənddə, dəyirmanın dalında, qıraqdakı birinci evdə.
Qurd dedi:
- Yaxşı, elə mən də sənin nənənə baş çəkmək istəyirəm. Mən bu yolla gedim, sən də bax, Рѕ biri yolla get. Görək hansımız tez gedib çatarıq.
Qurd bunu deyib bütün qüvvəsini toplayaraq ən yaxın yolla qaçdı.
Qırmızıpapaq isə ən uzaq yolla getdi. Рћ arxayın-arxayın gedir, orada-burada dayanıb çiçək yığır və dəstə bağlayırdı.
Рћ hələ dəyirmana çatmamış, Qurd gəlib nənənin evinə çatdı və qapını döydü:
- Tıq... tıq!
Kimsən? - deyə nənə soruşdu.
Mənəm, nəvən Qırmızıpapağam, - deyə Qurd incə səslə cavab verdi, - sənə qonaq gəlmişəm, qutab və bir küpə yağ gətirmişəm.
Nənə bu zaman xəstə idi, yorğan-döşəkdə yatırdı. O, elə bildi ki, gələn doğrudan da Qırmızıpapaqdır, odur ki, qışqırıb dedi:
- Bala, ipi tut dart, qapı açılar!
Qurd ipi tutub dartdı, qapı açıldı. Qurd nənənin üstünə atılıb elə Рѕ saatca onu uddu. Qurd çox ас idi, çünki üç gün idi heç bir şey yeməmişdi.
Sonra qurd qapını bağlayıb nənənin yerində uzandı və Qırmızıpapağın gəlməsini gözlədi. Çox keçmədi ki, Qırmızıpapaq gəlib qapını döydü:
- Tıq... tıq!
- Kimsən? - deyə Qurd soruşdu.
Qurdun səsi kobud və xırıltılı idi.
Qırmızıpapaq əvvəlcə qorxdu, sonra fikirləşdi ki, yəqin nənəsinə soyuq dəyib, səsi tutulub, ona görə də belə danışır. Qımıızıpapaq dedi:
- Mənəm, nəvənəm, sənə qutab və bir küpə yağ gətirmişəm.
Qürd öskürüb bir az incə səslə dedi:
- Bala, ipi tut dart, qapı açılar!
Qırmızıpapaq ipi dartan kimi qapı açıldı. Qız evə girdi. Qurd yorğanı başına çəkib dedi:
- Qızım, qutabları qoy stolun üstünə, küpəni qoy yerə, özün də gəl mənim yanımda uzan. Yəqin ki, yol gəlib yorulmusan.
Qırmızıpapaq Qurdun yanında uzanıb soruşdu:
- Nənə, əllərin niyə belə böyükdür?
- Sən yaxşı-yaxşı qucaqlamaq üçün, mənim balam.
- Nənə, qulaqların niyə belə böyükdür?
- Yaxşı eşitmək üçün, mənim balam.
- Nənə, gözlərin niyə belə böyükdür?
- Yaxşı görə bilmək üçün, mənim balam.
- Nənə, bəs dişlərin niyə belə iridir?
- Belə səni tez yemək üçün, mənim balam! Qırmızıpapaq nəfəsini çəkməyə macal tapmamış, kinli Qurd qızın üstünə atıldı, ayaqqabıları və qırmızı papağı ilə birlikdə onu uddu.
Ancaq xoşbəxtlikdən elə bu zaman odun doğrayanlar çiyinlərində baltaları evin yanından keçirdilər. Onlar səs-küyü eşitdilər, tez yüyürüb evə girdilər və Qurdu öldürdülər. Sonra da Qurdun qarnını yarıb Qırmızıpapağı, onun dalınca da nənəni sağ və salamat çıxartdılar.
XƏBƏR LENTİ
Muradla Aslının arasına o girib?
Təmayül sinifləri üçün yeni dərsliklər hazırlanacaq
Azərbaycanda internetin verilməsi məhdudlaşdırıldı - RƏSMİ
Bakıda sürücülər və piyadalar üçün yeni xəbər
"Qarabağda yüzlərlə erməni əsgəri öldürülüb"
Yeni ipoteka təklifi
Bakı məktəblərində çalışan müəllimlər nə qədər maaş alır? - RƏSMİ
Məşhur müğənni ərə gedir
TƏBİB sədrindən ölkədə koronavirusun yeni dalğası ilə bağlı MÜHÜM AÇIQLAMA
Səbziqovurma (foto resept)
Unikal enerjili avtomobil
"WhatsApp" da barmaq izinə keçir
Putinin Suriya müharibəsi ilə bağlı etirafı
Xoşbəxtlik ətrafımızdadır
Ölkələrə görə qadağalar
Günün qoroskopu: tələsməyin, aramla hərəkət edin
Qayğıya ehtiyac
Lətifələr
Radamel Falkao dünyanın ən yaxşı oyunçusunun adını dedi
İti xilas etmək üçün həyatını təhlükəyə atdı - VİDEO
Ağrıların səbəbi D vitamini çatışmazlığı
Falçılarda qalan qaynanalar
Everestə çıxmaq üçün yaş həddi
Meryem Üzerli tənqidlərə məruz qaldı-SƏBƏB
Bayram namazı ilə bağlı açıqlama
Kenan İmirzalıoğlunun Yeni Serialı Məlum Oldu-VİDEO
Bu zavodda 15 növ çörək bişəcək
Azərbaycanda minlərlə yeni İŞ YERİ AÇILACAQ
Sabahın HAVAsı
Dahi azərbaycanlının əziz xatirəsinə
Mayamidə sehirli quş
Acunla Şeymanın ayrılması Türkiyə Parlamentində
Ərdoğan Qarabağa görə Moskvaya gedir
“İcra məmurları haqqında” Qanuna dəyişiklik edildi
Körpənin yuxuya rahat getməsi üçün tövsiyələr
Tarixdən...(4)
Qadınlar kişilərdə olmasını istədiyi 5 xüsusiyyət
Cavidin "İblis" pyesi İstanbulda
Ata sevgisi
"Şok xəbər" yalanını necə bilməli? - MƏSLƏHƏTLƏR
Fransada təcili yardım xidmətləri ödənişli olacaq
Adriana Limanın son FOTOsu diqqət çəkdi
Beş rayonda qaz olmayacaq - Xəbərdarlıq
Möcüzə baş vermədi: əlvida, Türkiyə...
İstifadə etmədiyiniz əşyaları dəyərləndirməyin yolları
Azərbaycan sülhməramlıları Əfqanıstanda qalacaqlar?
Ermənilərin yeni düşməni
Bir aya ləkələri yox edən maska
Universitetlərdə 4050 yer boş qalıb
Libası müğənniyə çətinlik yaratdı - FOTO
- ŞƏRHLƏR