Bakıda hava
USD AZN
EUR AZN

Süd verən anaların qidalanması

Süd verən anaların qidalanması
Ana südündəki maddələrin əhəmiyyətli bir qismi ananın yedikləri ilə təmin edilir. Bu dövrdə qidalarla alınan kalorinin hamısı süd üçün xərclənməməlidir. Əmizdirmə dövründə tətbiq olunan qidalanma planı həm ananın, həm də böyüyən körpənin sağlamlığı baxımından çox əhəmiyyətlidir. Dərhal qeyd edək ki, ana südünün miqdarına və keyfiyyətinə təsir edən üç əhəmiyyətli amil var: ananın istifadə etdiyi yeməklərin kafi, balanslı və müxtəlif olması, hamiləlik dövründə qazanılan ehtiyat qidaların miqdarı və ananın psixoloji vəziyyəti.
Süd verən anaların qidalanması
Əmizdirmə dövründə qidalarla alınan kalorinin bir qismi süd üçün, bir qismi də bədənin digər ehtiyacları üçün istifadə edilir. Süd verən analarda qida ilə alınan enerjinin 80%-i süd istehsalı üçün istifadə edilir. Sağlam ananın gündə orta hesabla 800 ml qədər süd ifraz etdiyi diqqətə alınarsa, əmizdirmə dövründə anaların gündəlik enerji istehlakına 750 kalori əlavə etmək lazımdır. Bu miqdarın 500 kalorisini ananın gün boyu yediklərindən, 250 kalorisi isə hamiləlik dövründə qazanılan ehtiyatlardan təmin ediləcək. Qısası, əmizdirən ananın gündəlik kalori ehtiyacına 500 kalori əlavə etmək  lazımdır.
Süd verən anaların qidalanması
Bunlar çox əhəmiyyətlidir!
Əmizdirən anaların diqqət etməli olduğu ən önəmli məqamlar: 
- Südü artırmaq üçün enerji miqdarı yüksək olan (şirniyyat, şokolad, keks, tort, şərbətlər və s.) qidalardan istifadə etməyinizə ehtiyac yoxdur. Şəkərli qidalar südü artırmaz. Şəkərə olan ehtiyacınızı mümkün olduğu qədər südlü şirniyyatlardan almalısınız. 
- Gündə 3-4 boşqab kalsiumla zəngin qidalardan (süd, qatıq və pendir) istifadə edilməlidir.
- Meyvə-tərəvəzlərin mütləq hər yeməkdə istifadə edilməsinə diqqət göstərilməlidir.
- Kolbasa, sosiska kimi məhsulların tərkibində qatqı maddəsi olduğundan, onlardan istifadə etmək məsləhət görülmür. 
Süd verən anaların qidalanması
- D vitamini yalnız günəşin birbaşa dəriyə əks olunması ilə əmələ gəlir. Bu vitamin qidalarda olmadığı üçün süd verən ana günəşdən mütləq faydalanmalıdır. 
- Yeməklərdə yodlu duzdan istifadə edilməlidir.
- Quru meyvələrin istifadəsi əlavə kalsium və dəmirə olan ehtiyacınızı təmin edər (1 boşqab meyvə = 4 ədəd quru ərik).
- Qanazlığının qarşısını almaq üçün çayın yeməklərdən yarım saat əvvəl və sonra içilməsinə diqqət göstərilməlidir. Çökə, nanə, çobanyastığı kimi bitki çaylarını seçə bilərsiniz.
Süd verən anaların qidalanması
- Bu dövrdə maddələr mübadiləsində artım vardır. Süd miqdarının dəyişməməsi üçün ana maye qəbulunu artırmalıdır. Gündəlik alınan maye miqdarının təxminən 3 litr olmasına diqqət göstərilməlidir. Bu miqdar praktik ölçülərlə 12 su stəkanı su, süd, ayran, doşab, kompot, təzə sıxılmış meyvə suları və bitki çayları şəklində istifadə edilməlidir. Çay və qəhvə kimi içkilərin süd ifrazını azaltdığını bilməlisiniz.
- Həkimlə məsləhətləşmədən dərman və ya əlavə hər hansı bir vitamindən istifadə edilməməlidir. Daha dəqiq qidalanma məlumatı üçün təcrübəli pəhriz mütəxəssislərindən, həkimlərdən, tibb bacılarından faydalanmalısınız. Hamiləlik dövrünüzdə əmizdirmə və bəslənmə, əmizdirmə və məşqlər, əmizdirmə və psixoloji təsirlər mövzularında məlumatlanmaqda fayda var. 
Bunları etməyin!
Süd verən anaların qidalanması
- 1-2 fincan qəhvə içə bilərsiniz. Çox miqdarda olarsa, südünüzlə körpənizi həddən çox kofeinlə yükləyərsiniz.
- Spirtli içkilər içməməlisiniz. İçdiyiniz spirt birbaşa ana südünə və körpənizə keçir. Əmizdirən bir ananın spirt istifadə etməməsi lazım olduğunu unutmayın!
- İstifadə etdiyiniz hər dərmanın dərhal südünüzlə körpənizə də keçə biləcəyini unutmayın. Reseptli və ya reseptsiz bir dərmanın körpənizə keçib keçməyəcəyini həkiminiz və ya əczacınızdan başqası bilə bilməz, onlarla məsləhətləşin!
Süd verən anaların qidalanması
Bunları edin
Kalsiumla zəngin bir bəslənmə planı tərtib edin: süd və süd məhsulları, yaşıl yarpaqlı tərəvəzlər.
Maqnezium, dəmir və sinki unutmayın: fındıq, tam buğda unu, yaşıl yarpaqlı tərəvəzlər, ət, balıq.
B-12 və D Vitamini qəbulunu artırın: balıq, yumurta, ev quşları, ət.
Gündə 10-12 stəkan su için.
Vitamin və omeqa-3 kapsulu və ya siropu dəstəyindən istifadə edin.
Səslərin sayı: 7
40
58636
loading...
Şərhlər
Offline
Fidan Məmmədova
Kolbasa, sosiska kimi məhsulların tərkibində qatqı maddəsi olduğundan, onlardan istifadə etmək məsləhət görülmür.
Çox gec gec istifadə etməyə çalışıram.
10 noyabr 2014 03:18
Offline
gumuw gulu
Aydaaaaa men cay cox icirem demek ondandir sudum azalir getdikce
bes menim dowumun ucu yara olub ona ne ede bilerem?
3 iyun 2014 22:29
Offline
sebine ismayilova
Men sud verırem bunkarı bılmırdı. Teşekkürler cox sagolun,ama bunu yazan xanıma 1 sual verım qazlı su zad ıcmek korpeme kop vere bıler ya zıyandı. give_ros
19 may 2014 19:28
Offline
Turkane Melikzadeh
Meslehete goro cox sag ol maraqlidi birdeki men usagi sudden kese bilmiren 2 yasi var isderdim kesim her cur sey etmisem ama alinmir bir meslehet vererdizde bacilar
9 mart 2014 18:47
Offline
Qizil Gul
Sevgi_94,
give_rossende sag ol
27 fevral 2014 20:28
Offline
Sevgi_94
Deyerli meslehetlere gore cox sagolun
23 fevral 2014 13:41
Offline
Qizil Gul
⚜Nilla. A⚜,
sende sag ol canim give_ros
22 fevral 2014 20:55
Offline
⚜Nilla. A⚜
Dəyərli məsləhətə görə çox sağ ol canım give_ros
22 fevral 2014 20:19
imza: İşlərin sizlər üçün zülmət gecələr tək qaranlıq və şübhəli olduğu hər vaxt Qurana üz tutun.Çünki,şəfaəti qəbul olunan bir şəfaətçi,şikayəti qəbul edilən bir şikayətçdir.Kim Qurana üz tutsa,onu cənnətə çəkib gətirər,ona arxa çevirəni isə cəhənnəmə qovar.
Hz.Məhəmməd (s)
Offline
Qizil Gul
Xəyalə Murad,
give_ros give_ros give_ros
16 fevral 2014 11:01
Offline
Xəyalə Murad
En yaxsisi mene ele gelir tercubeli wexslerin meslehetidir.Internetde o qeder ferqli meslehetler var ki,hamisi da bir birinden ferqlidi.Adamin basi xarab olur.Kecen gunlerde Ceylan xanimin bir xeberinde yazilmisdi ki ananin qidasi sude tesir ertmir.

Aysel inşAllah sən ana ol bütün məsləhətləri sənə hər birimiz verərik amma bilirəm ki, məsəhətə ehtiyacın olmayacaq çünki sən öz körpəni qucağına aldığın andan etibarən onu necə və nə cür qidalarla bəsləyəcəyini biləcəksən. instinkt kimi bir şeydi. Əgər sənin bugun yediyin axşam uşağa kop narahatlıq sancı verirsə həmin qidanı menyudan çıxaracaqsan 6 aylığına kimi. Ceylan xanımın o xəbərində düz qeyd edilib amma cümlənin verdiyi məna tam fərqlidir. ana südünə ananın ağzına gedən dərisinə hopan hər şey daxil olur. o cümlədə isə bildirilir ki, qadın hamiləlikdə ehtiyyat yığdığını süd vermə zamanı körpəyə ötürür. yəni, sənin gülük yediyin süd olaraq yığıldığından əlavə hamiləlikdə bədəninə daxil olmuş yağ, vitamin və.s də əlavə olaraq südün kefiyyətini tamamlayır. axı sən hər gün kalsium tərkibli nəsə yeməyə bilərsən demək o gün sənin körpənin südünün təkibində kalisum olmayacaq? əlbəttə olacaq çünki kalisum ehtiyacını sənin hamiləlikdə yigdiyin ehtiyyat kalsium bazasından götürəcək. hər əmdiyində körpənə D vitaminindən başqa (D vitamini günlük ehtiyacdan az yigilmiş olur ona görə)nə lazımdırsa gedəcək. D vitamini isə 7 günündən etibarən pediatr yazacaq. Allah sağ salamat balanı dünyaya gətirməyə kömək etsin gerisini özün analıq hissi ilə anlayacaq biləcəksən.

Xəbər üçün muəllifə dərin minnətdarlığımı bildirirəm çox düzgün vurğulanıb. Davamlı olsun xəbərləriniz.
16 fevral 2014 09:38
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Qizil Gul
Narın ,
Canim cox sag ol. İnsallah sende faydalanasan.
16 fevral 2014 08:08
Offline
Narin...
Analar üçün faydalı məsləhətlərdir. İnşAllah zamanı gələr nə vaxtsa oxuduqlarımdan faydalanaram məndə blush Təşəkkürlər bacı ətraflı məlumat üçün kiss
16 fevral 2014 01:55
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Aysel İ.
bir xeberinde yazilmisdi ki ananin qidasi sude tesir ertmir.

Elə gözəl təsir edir ki, insanda qaz əmələ gətirən nə isə yesən uşaq həmin gün sancıdan qışqırır. Və ya az qidalansan süd də olmur. Süd göydən gəlib düşmür ki, sən nə yeyirsənsə orqanizm də bu yediklərinin sokunu çəkib südə çevirir. İnşallah sən özün buu təcrübə edəcəksən.
13 fevral 2014 14:06
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Xelilova Sehla
Faydali melumat ucun tskler men qizima sud cemi 3gun verdim sudum olmadi insallah 2ci ovladima sud vermek qismet olar yes
13 fevral 2014 13:19
Offline
♥NiLuFeR♥
Fatma xanım,
FATMA XANIM SIZINLE TAM RAZIYAM
11 fevral 2014 22:15
Offline
Fatma xanım
bir xeberinde yazilmisdi ki ananin qidasi sude tesir ertmir.

Elə yaxşı təsir edirki ana nə yeyir yesin südə çıxır
11 fevral 2014 22:13
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
ToRmEnTo
PƏRVANƏ ƏLİYEVA......,
Canim deyirem de gerek tecrubeli wexslerden meslehet alasan.Senin kimi,analarimiz kimi sud verib tecrubeli olanlar desin ki ne ye,ne yeme.Yoxsa dietoloqlar,hekimler ancaq oxuduqlarindan netice cixardib meslehet verirler.
11 fevral 2014 22:08
imza: Yemek bisirmek,evi temizlemek,usaga baxmaq qadının vezifezı deyıl, size lütfudur! Hz. Mehemmed (sav)
Offline
PƏRVANƏ ƏLİYEVA......
En yaxsisi mene ele gelir tercubeli wexslerin meslehetidir.Internetde o qeder ferqli meslehetler var ki,hamisi da bir birinden ferqlidi.Adamin basi xarab olur.Kecen gunlerde Ceylan xanimin bir xeberinde yazilmisdi ki ananin qidasi sude tesir ertmir.

Canim eslinde ferqli meslehetler olur.Meselen qaynimin ushaqi 10 ayliqdi.onlar xaricde yashiyir.orda Ana hekimlerin sozune baxsa gerey acinnan olsun.Hecne yemeye qoymurlar.Acaq soyutma et vessalam..deli oldume men ushaqda ana sudunu yeyir doymur axi terkibinde hecne yoxdu.Sonra danishib basha saldimki men ikisine ana sudu vermishem her shey yemishem bir pomidor,duzlu birde kop veren sheyler yememishem oda 6 aya qeder.qalan ureyimnen ne kecib yemishem ushaqada yaxshi komey olub cekisi her ayinda 3 kq artirdi..ancaq ana sudu ile..onda sudde yaqli olur ushaqda bilirki ne yeyir.
11 fevral 2014 15:03
Offline
Qizil Gul
Aytac Mva ,
Realist (A-N),
Onsuz_həyat,
agamemmedli Zehra,
Aysun Memmedova,
ToRmEnTo,
her birinize minnetdaram. give_ros give_ros give_ros
11 fevral 2014 14:40
Offline
ToRmEnTo
En yaxsisi mene ele gelir tercubeli wexslerin meslehetidir.Internetde o qeder ferqli meslehetler var ki,hamisi da bir birinden ferqlidi.Adamin basi xarab olur.Kecen gunlerde Ceylan xanimin bir xeberinde yazilmisdi ki ananin qidasi sude tesir ertmir.
11 fevral 2014 14:15
imza: Yemek bisirmek,evi temizlemek,usaga baxmaq qadının vezifezı deyıl, size lütfudur! Hz. Mehemmed (sav)
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • İlk qadın redaktorumuz

    Привет! Советую взглянуть (ЭТО НЕ РЕКЛАМА) : - какой самый огромный набор лего https://www.instagram.com/tv/B6Sg7DTAHNH/ :-) Жесть Понравилось: 8465477785 пользователямДоброго Всем настроения! Советую взглянуть (ЭТО НЕ РЕКЛАМА) : - какой самый большой h m https://www.instagram.com/p/B6NW2T-gdqM/ :-) Жесть Понравилось: 8465477785 пользователямПривет! Советую взглянуть (ЭТО НЕ РЕКЛАМА) : - какой самый большой изгиб для нарощенных ресниц https://www.youtube.com/watch?v=9r1lwLiMbdo :-) Жесть Понравилось: 8465477785 пользователямПривет! Советую взглянуть (ЭТО НЕ РЕКЛАМА) : - как выиграть monkey scissors https://www.instagram.com/tv/B6Sg7DTAHNH/ :-) Жесть Понравилось: 8465477785 пользователям
  • Bunları tozsoranla təmizləməyin

    Un tozsoranın motoruna girib onu xarab edə bilər.
  • 18:54 - Müəllif: aysel hesenli
    Faciədən 30 il keçir... (1)

    Faciədən 30 il keçir...

    30 il az vaxt deyil
  • Amerika mütəxəssislərindən Toyuq əti haqqında XƏBƏRDARLIQ

    Araşdırmanın nəticələrinə görə, toyuq ətini yumaqla mikrobların yayılmasına şərait yaradırıq.
  • İstanbula gedənlər üçün fransız səyahət dərgisindən tövsiyələr

    Taksiyə minmədən əvvəl qiyməti dəqiqləşdirib, sonra davam edin.
  • Milyader olmadan əvvəl necə görünürdülər?

    Milyader olmadan əvvəl necə görünürdülər?
  • İstanbula gedənlər üçün fransız səyahət dərgisindən tövsiyələr

    "Sizə özel qiymət" deyilərək satmağa çalışan xalçalar əslində normal qiymətindən daha baha satılır.
  • Bunları tozsoranla təmizləməyin

    Saç, filtləri çox sürətli tutar və cihazda daha çox saç girdikdə, tozsoranın gücü böyük ölçüdə azala bilər.
  • Həkimlərdən XƏBƏRDARLIQ-Bu insanlara....

    Həkimlərdən XƏBƏRDARLIQ-Bu insanlara....
  • Diri ilanbalığı uddu ölümdən döndü-FOTO

    Diri ilanbalığı uddu ölümdən döndü-FOTO
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!