Saçlarınzın dibi quruyur və qaşınırsa, başınızı alma sirkəsiylə yuyun. Alma sirkəsi qaşıntınızın kəsilməsinə kömək olacaq, quruluğu da aradan qaldıracaq.
Saçınız davamlı qarışır və çətin daranır? Hər hansı bir saç kremindən çox az bir miqdarı (bir neçə damla) spreyli bir şüşəyə qoyun. Su əlavə edin və yaxşıca çalxalayaraq istifadə edin.
Kəpəkdən qorunmaq üçün baldan istifadə edin! Dörddə bir stəkan isti suda 1 qaşıq balı əridin. Barmaqlarınızla saç diblərinizə masaj edərək bu qarışığı yaxşıca yedirin. Daha sonra saçınızı yuyub durulayın. Fərqi hiss edəcəksiniz.
Qurumuş və köhnəlmiş saçları ən yaxşı canlandırma üsulu zeytun yağı müalicəsidir. Saçlarınıza parlaqlıq vermək və bəsləmək üçün 2 xörək qaşığı zeytun yağını istilədin. Bunu yavaş-yavaş bütün saç dərinizə yedirdin. İsti suda islatdığınız bir dəsmalı sıxdıqdan sonra hicab kimi başınıza sarıyın. Dəsmal soyuyarkən bu əməliyyatı iki və ya üç dəfə təkrarlayaraq, başın yağı yaxşıca qəbul etməsini təmin edin. Sonra saçlarınızı yuyaraq, yaxşıca yaxalayın. Bu baxım növü, xüsusilə tez qırılan saçlar üçün çox faydalıdır.
Gənəgərçəkyağı ilə maska
Yarım çay fincanı gənəgərçək yağını isitdikdən sonra baş dərinizi ovaraq saçınızın yağı əmməsini təmin edin. Yavaş-yavaş darayacağınız saçlarınızı qaynar suya batırıb sıxdığınız dəsmalla sarıyın. Bu əməliyyatı etdikdən sonra yarım saat qədər gözləyib şampunla yuyun. Bu müalicə, çox incə, tez qırılan, quru saçlara yaxşı təsir edir.
Zeytun yağı və bal ilə maska
Yarım stəkan zeytun yağını bir stəkan balla qarışdırın. Bu mayeni yaxşıca çalxalayın və bir neçə gün qoyun qalsın. Daha sonra bu qarışığı saç dərinizə ovaraq və darayaraq yedirdin. Ancaq bu əməliyyatı edərkən darağın dişlərinin baş dərinizə batmamasına diqqət yetirin. Başınıza bir neylon torba keçirərək, başın istiliyini qoruyun. Qarışığı başınızda yarım saat gözlətdikdən sonra, saçlarınızı bol suyla yaxalayın. Bu əməliyyat, tünd rəng saçların parıldamasına kömək edir.
Zülal ilə maska
Yumurta ilə olan zülal müalicəsi demək olar ki, hər cür saç üçün uyğundur. İki yumurtanı çırpın və içinə yavaş-yavaş bir xörək qaşığı zeytun yağı, bir xörək qaşığı qliserin, bir xörək qaşığı sirkə (mümkünsə alma sirkəsi) əlavə edin. Saçınızı bir dəfə şampuanladıqdan sonra saçlarınıza bu qarışığı sürtüb 15-20 dəqiqə gözləyin. Saçlarınızı yaxşıca duruladıqtan sonra saçlarınızın çox qısa müddətdə canlandığını hiss edəcəksiniz.
Parlaq saçlar üçün
1 yumurtanın sarısı ilə 2 xörək qaşığı zeytunyağını qarışdırın. Saç diblərinə sürtüb masaj edin və 10 dəqiqə gözləyin. Şampunla yuyub durulayın. Saçlarınızın parlaq və sağlam bir görünüş qazandığını görəcəksiniz.
Qidalandırıcı maska
1 yumurta sarısı, 1 çay stəkanı dəmlənmiş çay, 1 xörək qaşığı badam yağı və 2 damla limon suyunu bir qabda qarışdırın. Saç diblərinizə sürtüb masaj edərək yaxşıca yedirin. 10-15 dəqiqə gözləyib şampunla yuyun.
2 xörək qaşığı limon suyu və ya sirkəni 4 su stəkanı suya əlavə edib ilıq edin. Saçlarınızı yuduqdan sonra bu qarışıqla durulayın.
Və nəticədə belə gözəl saçlara sahib olacaqsınız
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Yaralı barmağa "dolama"
Gəlinlik saç düzümləri
Analar gününüz mübarək!
Susması üçün Meqan Markla pul təklif edilib?-SƏBƏB
Körpələr niyə asqırır?
Ən səxavətli ölkələrin siyahısı
Ölkəmizdə yay vaxtı ləğv ediləcək
2011-in yay geyimləri
Yay ayaqqabıları
Çimərliyə gedənlərin DİQQƏTİNƏ: Bu qaydalara ƏMƏL EDİN
Məşhur geyim markası bağlanır-SƏBƏB/FOTO
Xəzər dənizində zəlzələ olub
Məktəblərə XƏBƏRDARLIQ
Şimali Koreyada daha bir qadağa
Qələmlə sənət əsəri yaratmaq
Koronavirusdan sağalan xəstələr haqqında ŞOK İDDİA - 48 gün ərzində...
3 gün iş olmayacaq
Minlərlə yeni iş yeri açılacaq
Pulları ilə toy etmək yerinə Afrikaya gedən cütlük
Ahmet Kural evlənir - FOTO
Kişilərin qaçdığı 5 qadın tipi
Mehriban Əliyevadan müraciət
Muradla Aslının arasına o girib?
Ailə ixtilafları (I hissə)
İtaliyada 2 manata ev satılır-FOTO
Gökçe Bahadır 3,5 milyon qazanacaq
Azərbaycanda 5 gün iş olmayacaq
Uşaqların sosial-psixoloji inkişafı-7
Bu xəstəliklərdən əziyyət çəkənlərə ŞAD XƏBƏR: 4 milyon manat ayrıldı
Gəncliyin sirri
Qurban bayramının vaxtı bəlli oldu
Gündəlik və ziyafətlər üçün geyim kombinasiyaları
Fərqində olmadan sizi stress edən 11 vərdiş (1)
Təbabətdə inqilab kimi yenilik
Bu sezon makiyajda minimalizm dəbi
Qeyri-adi moda
Yeni xüsusi informasiya bazası yaradılır
Beş istedadlı rəssamların rəsmləri
Bu müəllimlər də imtahana çəkiləcək
Erməni boksçunu məğlub edən idmançımız çempion oldu
Bu gün Qarabağ görüşləri başlayır
Uşaqlar arasında xəstəliklərlə bağlı vəziyyət açıqlandı - Təhlükə varmı?
Maradonanın formasını satdı və...
Üçəmlərin 3-cüsü 5 il sonra doğuldu - FOTO
Ərdoğan Şuşanın azad edilməsi münasibəti ilə təbrik etdi - VİDEO
Ana bətnində bunu da etdilər
Döyüş oyunlarında Cenevrə Konvensiyası
İspaniya "Facebook"u cərimələdi
Peruda 7.5 bal gücündə zəlzələ oldu
Sabahın HAVAsı
- ŞƏRHLƏR