Gicitkən - gözəllik üçün əla vasitədir.Təzə gicitkən sadəcə olaraq çoxlu vitaminlərlə boldur,ona görə də o,isti yay günlərində dərinizi təravətləndirir.Tikanlı yarpaqların qurumağını və xeyirini itirməyini gözləməyin-rezin və yaxud pambıq əlcək geyib yaşıl kosmetika üçün parka və ya yaxınlıqdakı meşəyə gedin.Əgər çox yığsanız,salat və şorba bişirib daxilə də qəbul etməyiniz məsləhətdir. Sadəcə, tikanlı yarpaqları yeməmişdən qabaq üzərinə qaynar su tökmək yadınızdan çıxmasın. Kosmetik məqsədlər üçün isə gicitkəni yumşaltmaq gərəkli deyil,yetər ki,gicitkən şirəsi hazırlayan zaman əllərinizi qoruyasınız. Belə şirəni ətçəkən, şirəçəkən və ya mikserlə hazırlaya bilərsiniz. Bəzi reseptlərin hazırlanması üçün isə xırdalanmış yarpaqlar da kifayətdir.Əgər təzə gicitkən tapmağa imkanınız yoxdursa,onda aptekdən qurudulmuşunu ala bilərsiniz.
Gicitkən reseptləri
* Yağlı dəri üçün bu maska çox faydalıdır.100 ml arağa 1 xörək qaşığı gicitkən yarpaqlarının şirəsini əlavə edin.2 ay ərzində səhər və axşam üzünüzü silin. Nəticə - təravətli,təmiz və işıqsaçan dəri.
* 1 xörək qaşığı qurudulmuş və xırdalanmış gicitkən yarpaqlarına ( və ya 2 xörək qaşığı təzə gicitkənə) 1 stəkan qaynar su töküb 30 dəqiqə saxlayın,süzün. Sonra yağlı dərini silin və ya kompress şəklində qoyun .Bunun üçün 2-3 qat tənzif salfeti məhlula batırın, alın,yanaq və çənəyə 5-10 dəqiqəlik qoyun.Bu proseduru 3-4 dəfə təkrar edin. Kompress dəridə maddələr mübadiləsinin işini gücləndirir, qan dövranını və dərinin rəngini yaxşılaşdırır və dərini yumşaq, elastiki edir.
* 1-2 xörək qaşığı xırdalanmış quru gicitkən yarpaqlarını çini qaba tökün,üzərinə duru sıyıq əmələ gələnə qədər isti su töküb 7-10 dəqiqə ərzində dayanmadan istidə qarışdırın. Daha sonra bunu üz və boyun dərisinə çəkin,20-25 dəqiqədən sonra pambıqla maskanı silin,üz dərisini isə isti su ilə yuyun. Bu qidalandırıcı maskanı həftədə 2-3 dəfə edin.Bu maska bütün dəri tipləri üçündür,amma daha çox quru dəri tipinə münasibdir.Maskanı üzə çəkməzdən öncə üzü losyonla silin,quru dəriyə isə yağlı krem çəkmək lazımdır.
* 1 çay qaşığı quru xırdalanmış gicitkən yarpaqlarının üzərinə 1 xörək qaşığı isti süd töküb 10 dəqiqə saxlayın,bundan sonra 1 çay qaşığı yumurta sarısını oraya əlavə edib qarışdırın.Maskanı üz dərisinə çəkib 20 dəqiqədən sonra yuyun.Bu maska quru və normal dərilər üçün münasibdir.Yağlı dəridə isə yumurta sarısı əvəzinə ağından istifadə edin.
* Gicitkən yarpaqlarının saçlara möcüzəvi təsirini hətta fransız qadınları da qiymətləndiriblər.Əgər saçlarınız parlaqlığını itiribsə 1 xörək qaşığı quru gicitkən yarpaqlarına ( və ya 2 xörək qaşığı təzə ) 1 stəkan qaynar su tökün,bununla saçlarınızı yuduqdan sonra massaj hərəkətləri ilə saçınıza çəkin.Bu asan proseduru müntəzəm şəkildə etsəniz,tez bir zamanda gözəl , parlaq saçlara sahib olacaqsınız.
Onu qeyd etmək qaldı ki,qalan gicitkən yarpaqlarını xırdalayıb və ya doğrayıb dondurmaq lazımdır ( bunu buz formasında etmək daha rahat olar). Və yaxud sıxılmış şirəni təmiz su ilə qarışdırın,və üz silmək üçün buz parçaları hazırlayıb saxlayın.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Gəlinləri məhv edən qaynanalar
Hökumətin namaz icazəsi
Yaxın Şərqdə yeni müharibə başlayır
Gündəlik salat (foto resept)
Ofisdə "çürüməmək" üçün bunları bilmək vacibdir
Yeni trend: Saç sırğaları
9 möcüzəli ağac şəkli
Müəllimlərin işə qəbulu üzrə müsahibənin - NƏTİCƏLƏRİ
Özcan Denizin bacısı Ərdoğana müraciət etdi-SƏBƏB
Asılmış kuklalar adası turistləri cəlb edir
Koreya mətbəxindən " Bibimbap" (foto resept)
Ruh sağlamlığını qoruyaq
Arıqladan ərzaqlar
Bu günün hava proqnozu
Hamilə xanımlar üçün ziyafət geyimləri
Azərbaycanda din xadimləri cəzalandırılacaq
Ancelina Coli hakimə qarşı vəsatət qaldırıb
Cennifer Lopezin yeni obrazı - FOTO
Arıqlamaq istəyənlərin yol verdiyi 4 xəta
Bahar allergiyası
Kakao işçi yaddaşı yaxşılaşdırır
Yuxular və yuxuyozmalar (son)
Ermənilərin itkisi getdikcə artır
Madonna konsertlərini təxirə saldı-SƏBƏB
Tanış olun: Toyota Aqua Cross
Qadın yaylıqlarının bağlanma üsulları
Hava XƏBƏRDARLIĞI
Bahalı əməliyyatları bahalı edən nədir?
Yoldaşınızla keyfiyyətli zaman keçirməyin yolları
Sürətli saç uzadan üsullar
Kerem Bürsinin onurğası zədələndi-FOTO
Avtomobilə dəyən ziyanın qiymətləndirilməsində YENİ TƏKLİF
Ölkədə hamı bu sayta girir
Növbəti buraxılış imtahanları keçirilir
Merve 110 min pulunu ala bilmir
Limonlu isti suyun möhtəşəm faydası!
Valideynsiniz? Övladınız üçün oxuyun
Əqrəbi çəkməyi unutmayın
Ramazan ayının 6-cı gününün duası
Paxlava (foto-resept)
Bu il Azərbaycanda 11 həkimin diplomunun saxta olduğu müəyyənləşib
"WhatsApp" 3 günlük bağlandı
Dünyanın ən qəribə toyu
190 manatlıq birdəfəlik ödəmələrin verilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA - VİDEO
Yun köynəyinizi yeniləyin
Bu il doğuş zamanı baş verən ana ölümlərinin sayı açıqlanıb
Eşq sizə nə edər?
Alman dili 9-cu dərs
Dünyanın ən hündür uşağı 2 metrlik boyu ilə -FOTO
Xanımların "Gün toplantısı"
- ŞƏRHLƏR