Braxioplastika – qolun üst hissəsində yaranmış artıq piylərin və sallanmış dərinin aradan qaldırılması üçün keçirilən plastik əməliyyatdır. Yaş ötdükcə insanlarda dəri tonusun azalması müşahidə edilir, bu da dərinin sallanmasına səbəb olur. Adətən bu, qolun çiyinlərdən başlayaraq dirsəyə kimi olan hissəsində baş verir. Bu problemlər həm də tez zamanda arıqlayanlarda müşahidə edilir. Buna görə də bu əməliyyata müraciət edənlərin çoxu arıqladıqdan sonra qol dərisinin sallanmasından şikayət edənlərdir.
Aşağıdakı xəstəlikləri keçirənlər braxioplastika əməliyyatı keçirə bilməz:
- Şəkərli diabet;
- Tənəffüs və ürək-damar sisteminin xəstəlikləri;
- Piylənmə - bu zaman öncə liposaksiya, daha sonra qolların gərilməsi əməliyyatı keçirilir.
- Onkoloji xəstəliklər.
Eyni zamanda qoltuqaltı limfa vəziləri və ya mastoektomiya (döş vəzilərinin çıxarılması) əməliyyatı keçirmiş şəxslər bu əməliyyata girə bilməzlər.
Əməliyyatdan bir neçə gün öncə qanın, sidiyin analizi verilməli, QİÇS, sifilis, B və C hepatitlərinə yoluxma araşdırılmalıdır.
Braxioplastika ümumi narkoz altında keçirilir, 1-2 saat davam edir. Əməliyyat zamanı çiyinlərdən dirsəyə qədər qolun iç hissəsində kəsik edilir. Artıq dəri götürülür, qalanı isə öz-özünə sorulan tibbi saplarla tikilir. Əməliyyatdan sonra əllərə sarıqlar qoyulur, 1 həftə sonra açılır. Lakin tam sağalma üçün hələ 6-8 gün tələb olunur.
Əgər heç bir problem yaranmazsa, əməliyyatdan 4-5 gün sonra pasiyent evə buraxılır. Ancaq reabilitasiya dövründə fiziki güc tətbiq etməkdən və idmandan uzaq durmaq lazımdır.
Əməliyyatdan sonrakı dövr əllər üçün rahatlıq tələb edir. Həftədə bir neçə dəfə əllərə qoyulmuş sarıq dəyişdirilməlidir. Tikişlər sorulduqdan və sarıqlar açıldıqdan sonra adi yaşam tərzinizə davam edə bilərsiniz. Fiziki işlərə 2 həftə sonra başlanmalıdır. Ağrı olduqda adi ağrıkəsicilər təyin edilir. Ağrı həddən çox olarsa, temperatur qalxarsa, yaranın olduğu bölgədə qızartı və şişkinlik yaranarsa, mütləq həkimə müraciət etmək lazımdır.
Braxioplastika 5-10 il ərzində effektiv olur. Onun müddəti pasiyentin çəkisində dəyişiklik olub-olmaması və ya hamiləlikdən asılıdır. Yeri gəlmişkən, əgər yaxın zamanlarda hamilə qalmağı planlaşdırırsınızsa, o zaman braxioplastika əməliyyatı haqda qətiyyən düşünməyin. Bunu da nəzərə alın ki, əməliyyatdan sonra qoltuq altından dirsəyinizə qədər uzun çapıq izi qalacaq. Yarım ildən sonra onun rəngi solğunlaşsa da, bu iz tam itmir.
XƏBƏR LENTİ
Həkimindən beyin əməliyyatı keçirən Maradona ilə bağlı AÇIQLAMA
55 ölkə Bakını izləyəcək
Serenay Sarıkaya "Çukur"a gəlir
Serenay Sarıkayadan Ciddi Qərar-FOTO
Quru dəri üçün pilinq
Göz yaşı
Cəbhədə gərgin gecə
Pivə düşkünü olan kərtənkələ görənləri güldürdü – VİDEO
"Tatlı" paxlava (foto resept)
QARABAŞAQ SIYIДћI (foto resept)
Sıla Bakıya gəldi-FOTO
Məşhur aktrisalardan ziyafət donları
Terrorçulara görə islamı günahkar saymaq olar?
Niyə ilıq su içməliyik?
Google özünü yeniləyəcək.
Yuxuda öyrənmək
Zövqlü geyimlər
İlham Əliyev "Dünyada ilin adam"ı oldu-Yenilənib
Zövqlü çanta modelləri
2020-nin trend saç rəngləri
Hovuza girmək üçün koronavirus karantinindən qaçdı - VİDEO
Bakının təkrar mənzil bazarında vəziyyət
İlin Ən Yaxşıları Seçildi - FOTO
Maksim Allaya xəyanət edir?
Xoşladığımız yeməklər və xasiyyətimiz
2017 şalvar dəbi
Boyat çörəkdə pizza (foto-resept)
Qiyməli kabak dolması (foto-resept)
BMW-dən ən sürətli 2-Series
Bu smartfon 10 dəqiqəyə "dolur"
Ağıllı körpə inkişafının 10 təməl daşı
Koronavirusla bağlı son STATİSTİKA
Bülənt Ərsoydan Azərbaycanla bağlı paylaşım
"Danışan" kağız yaratdılar
"Ermənistan rəhbərliyindəkilər, sanki, başqa planetdən gəliblər"
Bakıda gəzməli hava olacaq
Kral ailəsində daha bir toy - FOTO
Gəlinciyi gəlinliyə dəyişdirilənlər
BÜRCLƏR bizə nə vəd edir? -3 İyun
Bayram günlərində hava necə olacaq?
Cibimizə xeyir, canımıza zərər: yenə vaxtı yetişdi...
Lolita makiyajsız halı ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Moskva və Bakı yeni yola çıxır
“WhatsApp”da YENİLİK!
Sözlərin təsnifatı
2020-ci ilin 6 dəbli rəngi
Eşitmə testi
İlon Mask altıncı dəfə ata oldu
Ana südü körpələrin stressini azaldır
Sonuncu gün: "Zombi" Yer kürəsini necə udacaq?
- ŞƏRHLƏR