MTV Film mükafatları Los-Ancelesdə təşkil edilən mərasimlə sahiblərini tapıb. Bu il qırmızı xalçada kimlər var idi? Gözəllik və şıqlıq yarışına birlikdə nəzər salaq! Bizi mərasimdən və mükafat qazananlardan daha çox həyəcanlandıran isə təbii ki, məşhurların geyim seçimi oldu.
Arada mavi, çəhrayı və sarı kimi tək-tük rənglər olsa da, əsasən qara və ağ rənglər üstünlük təşkil edirdi. Jordana Brewster qırmızı xalçada tək çiyin ağ paltarıyla diqqəti cəlb edirdi. Karlık Kloss və Kylie Jenner isə yüksək bel ətəklərini qısa ağ rənglərlə tamamlamışdılar.
Bu xanımların bu cür ağ geyimlərdə çıxması onlarda bir növ bənzərlik yaratmışdı.
Əslində ağ geyimli xanımlar bu gecənin şıq görünənlər sırasında idilər. Geyimi ilə seçilənlərdən biri də ağ geyimdə gördüyünüz Jordana Brewsterdir.
Qırmızı paltar geyinən Crystal Reed ayaqları istisna olmaqla, bütövlükdə gözəl görünürdü. Bu paltar onu yaşından daha gənc göstərirdi.
Bunlar da qırmızını və onun tonlarını sevən məshurların geyimləri. Məncə, cazibəli görünür.
Geyimində mavi rəngin çalarlarına üstünlük verənlər heç də yanılmadıqlarını sübut etdilər və gecənin gözəl görünən xanımlarından oldular.
Ashley Rickards bu qısa ətəkli paltarı ilə sanki özündən razı idi. Onun gözəl görünən saçları bu gözəlliyə daha da rəng qatırdı. Gözəl laklı ayaqqabısına isə söz ola bilməz.
Hayley Williams isə süni görünüşü ilə bu dəfəki mükafatlandırma mərasimində son sıralarda idi. Saçlarını iki əlvan rəngə boyamaqla özünü sanki Barbi gəlinciklərinə bənzədib. Geyimi isə bu cür dəbdəbəli müsabiqə üçün heç də münasib deyil.
Kerry Waşinqton geyimində gözəl uyğunluq yaradıb və gecədə qırmızı xalça üzərində inamla addımlayanlardan biri olub.
Vinny Guadagnino-Melanie İglesias cütlüyü isə gecənin ən çox diqqət mərkəzində olan məşhurlarından idi. Onların belə gözəl görünmələrinin səbəbi isə daxildən gələn sevgi hissləridir. Əsasən də xanımın şıqlığı lap göz qamaşdırır.
Will Ferrell bu gecədə pul rəsmli parçadan tikilmiş kostyumu ilə hamını özünə cəlb edirdi. Mükafat alan aktyorun sevincinin həddi-hüdudu yox idi.
Karlık Kloss başdan-ayağa ağa bürünmüşdü və bu da onu çox cəlbedici göstərirdi.
Gorn Star Trek qızları isə qara uzun çəkmələri gecənin zövqsüz məşhurları siyahısında ön yer tutublar.
Quvenzhane Wallis adlı bu balaca qara dərili xanımın geyimində bənövşəyi rəngin açıq çalarlarından uğurla istifadə olunmuşdur.
Ben Haggerty "Macklemore" bu mavi rəngli və qeyri- adi geyimi ilə diqqət mərkəzində idi.
Qırmızı xalçanın ən çox diqqət çəkəni isə başında böyük bir siqaret kötüyü daşıyan "Pitch Perfect" filminin oyunçusu Xana Mae Lee idi. Onun bu geyimini bəzi moda severlər bəyənmədilər.
Jenni Farley dekolteli uzun paltarı və gözəl aksessuarları ilə sanki göz oxşayırdı.
Keşanın bu cür səliqəsiz geyimi və makiyajı onu bu mükafat mərasimində arxa sıralarda qoydu.
Sammi Giancolanın bu geyimi gözəl görünsə də heç də maraqla qarşılanmayıb.
Kylie Minogue da şəffaf detallı bir paltar seçim etməsinə baxmayaraq sönük qalmışdı.
Chloe Grace Meretz isə Louis Vuittondan olan paltarıyla sanki "Mən heç zaman yaşımı göstərməyəcəyəm" deyirdi və buna da nail olmuşdu. Chloe Moretz cins paltarıyla sevimli görünürdü desək, yanılmarıq.
Zoe Saldananın uzun çəhrayı qızılgüllü və yarıqlı ətəyi maraqlı görsənirdi. Ətəyinin bir hissəsinə tikilən tülün də öz gözəlliyi vardır. Saçlarına isə təbii görkəm verməklə sadəliyi özünə cəlb etmişdir.
Melissa McCarthy isə bu cür hədsiz artıq çəkisini heç qara rəngli geyimi ilə də örtə bilməyib.
Mükafatlandırma mərasimində bəyənilənlər sırasında yer alan Brittany Snowun gözəl paltarı modelyer işlərindən biridir.
Nicole Elizabethin açıq dekolteli paltarı, ayaqqabısı və çantası çox gözəl uyğunluq təşkil edir.
Selena Gomez də bu mərasimə qatılmışdı. Gecədə mükəmməl performasa imza atan gənc müğənni çıxışından öncə gecənin qırmızı xalçasına Julien MacDonald dizaynı olan qızılı rəngli qəşəng bir paltar ilə çıxdı. Muncuq saçaqlı detalları olan paltarını platin rəngi ayaqqabı ilə tamamlayan müğənni-aktrisa paltarını hörüklü saç modeli ilə tamamlayaraq gecənin ən qəşəng qadınları arasında yerini aldı.
Əziz qadınlar, 2013-cü il MTV film mükafatlarından çəkilən fotoşəkilləri ümid edirəm ki, bəyəndiniz.
Qırmızı xalça mərasimlərinin növbəti buraxılışlarında görüşmək ümidilə...
XƏBƏR LENTİ
Xəzərdəki itkilərlə bağlı rəsmi açıqlama
Cemli peçenye (foto resept)
Viza ən geci 3 günə veriləcək
"Yarım kalan aşklar" serialının ilk tanıtım çarxı
Payızda immuniteti gücləndirən 5 ərzaq
Pizzadan imtina etdi gözəlləşdi-FOTO
Məşhurları təqlid edən italiyalı Emanuele
Hörüklü saç modelləri
Qaynanalar üçün ən gözəl toy donları
Acun Ilıcalı: “Estetik əməliyyat etdirməmişəm, heç düşünmürəm də” - VİDEO
Coğrafiya İnstitutundan ildırım açıqlaması
Dərini təmizləyən üsullar
Ziyalılarımızın dəfn olunduğu məzarlıq yerlə bir olub
Yaponiyada kУ™ndir çУ™kmУ™ yarışması
İrina Şeyk yeni FOTO paylaşdı
Hava haqqında - 09.08.2013
“Məktəblər və universitetlər birmənalı olaraq açılmayacaq” - İlham Əliyev
HAVA necə olacaq?
2018 tərzləri ilə təəccübləndirən məşhurlar
Adları göy cisimlərinə verilmiş azərbaycanlılar - SİYAHI
Cavanlıq sirri qulaq arxasında gizlənib
HAVA necə olacaq? 20-yanvar
Lotereyada 4 milyon dollara yaxın pul uddu
Dünyada hər şey asandır, amma bircə şey çətindir. O şey — evlənmək
Evdə ət bulyonu (foto-resept)
Pakistanda Azərbaycanla bağlı sərgi
Kasilyas dünya rekordu vurdu
Ronaldonu hələ bu qədər "şirin" görməmişdiniz - VİDEO
Kələmli piroq (foto-resept)
Azərbaycanda bu uşaqlara 36 manat veriləcək - Nazirlər Kabineti qərar verdi
Günün ulduz falı
Ermənistan prezidentini öldürmək istədilər
Bürclərin musiqi seçimi (1)
Azərbaycan məktəblərində 5 gün dərs olmayacaq
Zəncəfil şorbası (foto resept)
Kiçik praktik ipucları
Tərbiyədə 9 qızıl qayda
Türkiyədə zəlzələ
Uşaq tərbiyəsində 7 vacib məqam
2017 Amerika Musiqi Mükafatları sahibləri
Gəlinlik ayaqqabıları
Görkəmli azərbaycanlı alim vəfat edib
Bu il 2020-ci ildən daha qısa olacaq
Cəlilabadda yeni yaşayış məskənləri aşkar olunub
"Əgər ora zərbə endirilərsə, Ermənistan hansı faciələri yaşayacaq?" - polkovnik Şair Ramaldanov
Uşaqların riyazi aləmi və barmaq oyunları
Texnologiyadan uzaq, təbiətə yaxın
Bakıda Novruz yarmarkaları keçiriləcək
56 il əvvəl donmuş insanlar tapıldılar
Mən xoşbəxt olmaq istəyirəm
- ŞƏRHLƏR