Qadin.NET / 2013 MTV Film mükafatları mərasimi

2013 MTV Film mükafatları mərasimi

MTV Film mükafatları Los-Ancelesdə təşkil edilən mərasimlə sahiblərini tapıb. Bu il qırmızı xalçada kimlər var idi? Gözəllik və şıqlıq  yarışına birlikdə nəzər salaq! Bizi mərasimdən və mükafat qazananlardan daha çox həyəcanlandıran isə təbii ki, məşhurların geyim seçimi oldu.

Arada  mavi, çəhrayı və sarı kimi tək-tük rənglər olsa da, əsasən qara və ağ rənglər üstünlük təşkil edirdi. Jordana Brewster qırmızı xalçada tək çiyin ağ paltarıyla diqqəti cəlb edirdi. Karlık Kloss və Kylie Jenner isə yüksək bel ətəklərini qısa ağ rənglərlə  tamamlamışdılar.

2013 MTV Film mükafatları mərasimi

Bu xanımların bu cür ağ geyimlərdə çıxması onlarda bir növ bənzərlik yaratmışdı.

2013 MTV Film mükafatları mərasimi

   Əslində ağ geyimli xanımlar bu gecənin şıq görünənlər sırasında idilər. Geyimi ilə seçilənlərdən biri də ağ geyimdə gördüyünüz Jordana Brewsterdir.

 Qırmızı paltar geyinən Crystal Reed ayaqları istisna olmaqla, bütövlükdə gözəl görünürdü. Bu paltar onu yaşından daha gənc göstərirdi.

 Bunlar da qırmızını və onun tonlarını  sevən məshurların geyimləri. Məncə, cazibəli görünür.

 

2013 MTV Film mükafatları mərasimi

Geyimində mavi rəngin çalarlarına üstünlük verənlər heç də yanılmadıqlarını sübut etdilər və gecənin gözəl görünən xanımlarından oldular.

2013 MTV Film mükafatları mərasimi

Ashley Rickards bu qısa ətəkli paltarı ilə sanki özündən razı idi. Onun gözəl görünən saçları bu gözəlliyə daha da rəng qatırdı. Gözəl laklı  ayaqqabısına isə söz ola bilməz.

Hayley Williams isə süni görünüşü ilə bu dəfəki mükafatlandırma mərasimində son sıralarda idi. Saçlarını iki əlvan rəngə boyamaqla özünü sanki Barbi gəlinciklərinə bənzədib. Geyimi isə bu cür dəbdəbəli müsabiqə üçün heç də münasib deyil.

2013 MTV Film mükafatları mərasimi

Kerry Waşinqton geyimində gözəl uyğunluq yaradıb və gecədə qırmızı xalça üzərində inamla addımlayanlardan biri olub.

2013 MTV Film mükafatları mərasimi

Vinny Guadagnino-Melanie İglesias cütlüyü isə gecənin ən çox diqqət mərkəzində olan məşhurlarından idi. Onların belə gözəl görünmələrinin səbəbi isə daxildən gələn sevgi hissləridir. Əsasən də xanımın şıqlığı lap göz qamaşdırır.

2013 MTV Film mükafatları mərasimi

Will Ferrell bu gecədə pul rəsmli parçadan tikilmiş kostyumu ilə hamını özünə cəlb edirdi. Mükafat alan aktyorun sevincinin həddi-hüdudu yox idi.

Karlık Kloss başdan-ayağa ağa bürünmüşdü və bu da onu çox cəlbedici göstərirdi.

Gorn Star Trek qızları isə qara uzun çəkmələri gecənin zövqsüz məşhurları siyahısında ön yer tutublar.

Quvenzhane Wallis adlı bu balaca qara dərili xanımın geyimində bənövşəyi rəngin açıq çalarlarından uğurla istifadə olunmuşdur.

Ben Haggerty "Macklemore" bu mavi rəngli və qeyri- adi geyimi ilə diqqət mərkəzində idi.

Qırmızı xalçanın ən çox diqqət çəkəni isə başında böyük bir siqaret kötüyü daşıyan "Pitch Perfect" filminin oyunçusu Xana Mae Lee idi. Onun bu geyimini bəzi moda severlər bəyənmədilər.

Jenni Farley dekolteli uzun paltarı və gözəl aksessuarları ilə sanki göz oxşayırdı.

Keşanın bu cür səliqəsiz geyimi və makiyajı onu bu mükafat mərasimində arxa sıralarda qoydu.

Sammi Giancolanın bu geyimi gözəl görünsə də heç də maraqla qarşılanmayıb.

2013 MTV Film mükafatları mərasimi

Kylie Minogue da şəffaf detallı bir paltar seçim etməsinə baxmayaraq sönük qalmışdı.

Chloe Grace Meretz isə Louis Vuittondan olan paltarıyla sanki "Mən heç  zaman yaşımı göstərməyəcəyəm" deyirdi və buna da nail olmuşdu. Chloe Moretz  cins paltarıyla sevimli görünürdü desək, yanılmarıq.

Zoe Saldananın uzun çəhrayı qızılgüllü və yarıqlı ətəyi maraqlı görsənirdi. Ətəyinin bir hissəsinə tikilən tülün də öz gözəlliyi vardır. Saçlarına isə  təbii görkəm verməklə sadəliyi özünə cəlb etmişdir.

Melissa McCarthy isə bu cür hədsiz artıq çəkisini heç qara rəngli geyimi ilə də örtə bilməyib.

2013 MTV Film mükafatları mərasimi

Mükafatlandırma mərasimində bəyənilənlər sırasında yer alan Brittany Snowun gözəl paltarı modelyer işlərindən biridir.

2013 MTV Film mükafatları mərasimi

Nicole Elizabethin açıq dekolteli paltarı, ayaqqabısı və çantası çox gözəl uyğunluq təşkil edir.

2013 MTV Film mükafatları mərasimi

Selena Gomez də bu mərasimə qatılmışdı. Gecədə mükəmməl performasa imza atan gənc müğənni çıxışından öncə gecənin qırmızı xalçasına Julien MacDonald dizaynı olan qızılı rəngli qəşəng bir paltar ilə çıxdı. Muncuq saçaqlı detalları olan paltarını platin rəngi ayaqqabı ilə tamamlayan müğənni-aktrisa paltarını hörüklü saç modeli ilə tamamlayaraq gecənin ən qəşəng qadınları arasında yerini aldı. 

 

Əziz qadınlar, 2013-cü il MTV film mükafatlarından çəkilən fotoşəkilləri ümid edirəm ki, bəyəndiniz.

 Qırmızı xalça mərasimlərinin növbəti buraxılışlarında görüşmək ümidilə...

27 may 2013
GO BACK