Kristian Dior
Kristian uşaqlıqdan incəsənətə həvəs göstərmiş, 1928-ci ildə dostu ilə birlikdə qalereya açmışdır. Bu qalereyada Derena, Matissa, Pikassonun işləri və öz əl işləri nümayış olunurdu. Lakin anasının xərçəngdən vəfat etməsi və atasının vərəmə tutulması onun qalereyasının da bağlanmağına səbəb olur. Odur ki, o, öz rəsmlərini - paltar və şlyapa eskizlərini Fransanın moda jurnalı olan "Le Fiqaro İllsture"yə göndərir və onun işləri hər kəsdə maraq doğurur. Bu minvalla o, hər dəfə daha çox eskiz hazırlamağa başlayır. 1941-ci ildən artıq o, tam şəkildə moda ilə məşğul olmağa başlayır. 1942-ci ildə parfümeriya laboratoriyasını açır və tezliklə onu böyüdüb fabrikə çevirir.
Onun modelləri teatr ornametləri ilə zəndindir. Lələkli və tüllü şlyapalar, valanlar, lentlə bəzədilmiş ayaqqabı və aksessuarlar Kristian Dior markasının özəllikləridir.
Şlyapalı və valanlarla işlənmiş, sanki fransız teatr tamaşasını səhnələşdirən aktrisaların geyimini xatırladan Dior marka nümunələri:
Qabardılmış ətəkli dəbdəbəli fransız zadəgan geyimi.
Lentlə bəzənmiş və rəngarəng ayaqqabı modelləri Dior brendinin əvəzolunmazlarındandır.
Hər zamankı kimi Diorun ekstravaqant və rəngarəng kolleksiyası, havalı ideyalar onun fikirlərindən əskik olmur. Çoxlu sayda valanlı yüngül şifon, müxtəlif parçaların vəhdəti hələ də kolleksiyaların əsas ornametləridir.
Kristian Dior ətir və parfimeriyası ilə də cox tanınr. Bir çox qadınların ustünlük verdiyi bəzi ətirləri təqdim etmək istəyirəm.
Daha çox gənc xanımların istifadə etdiyi yaz notu - "DiorAddict". Qoxusu limon suyu və çəhrayı qreypfrutun canlandırıcı notları ilə başlayır, qırmızı meyvənin romantik və qadına xas notlarıyla davam edir. Sidr akkordları və duyğulara xitab edən ağ müşk ilə qoruyur.
Qadınlar üçün çiçəkli ətir. Üst notları qızılgül, orta notları jasmin, əsas notları müşk və sidrdir. Yaz-yay aylarında istifadəsi mükəmməldir.
Klassik "Diorissimo" ətri. İlanq, jasmin və zanbaq tərkiblidir. Qoxusunun uzun müddət qalması sayəsində gün boyu təravət hissi bəxş edir. Gündüz istifadə olunur.
"Dolce Vita" seriyasından olan Dior ətri. Çiçək və meyvə ilə yanaşı, ədviyyat qoxusuna da sahibdir. Darçın, şaftalı, vanil və heliatrop notlarına malikdir. Zəngin fantaziya duyğusu bəxş edən ətir qalıcıdır. Gecə istifadəsi üçün mükəmməldir.
"Dune" ətri iti qoxusu ilə səciyyəvidir. Gül tonları istilik və rahatlıq bəxş edir. Gündəlik istifadə üçün uyğundur.
"Escale"nin qoxusu sizi sonsuz emosiya səyahətinə aparacaq. İtaliya və Aralıq dənizinin 16 müxtəlif çiçək ətrini özündə birləşdirir. Sitrus notları ətrə zəriflik və təmtəraq toxunuşu bəxş edir. Yumşaq ətir gündəlik istifadə üçün nəzərdə tutulub.
Pierre Cardin
İtalyan mənşəli fransız moda dizayneri, moda tarixinin ən nüfuzlu şəxsi Pierre Cardin ilk dəfə 1947-ci ildə Kristian Diorla işləməyə başlamışdır. Artıq 1950-ci ildən özünün modalar atelyesini açmışdır. O, modaya abstrakt, geometrik dizayn gətirdi ki, bu, heç də gündəlik tələbatlar üçün uyğun gəlmir. 1960-cı ildə o, "Moda yalnız qadınlar üçündür" stereotipini qıraraq kişi geyimlərindən ibarət moda kolleksiyası hazırladı.
Bu brendin özəllikləri - mütləq şəkildə bütün kolleksiyada halqalar mövcud olur, ya paltarın qolları, ya boğazı, ya üzərindəki naxışlar, ya paltarlara edilmiş əlavələrdə onun səma cisimlərinin təsvirini görmək mümkündür. Bundan başqa, rəngli corablar, hündür və uzun çəkmələr, mini sarafanlar, düyməli - qeyri ciddi yaxalıqsız pencəklər, uzun gödəkçələr və sıx şalvarlar brendin emblemidir.
Qolları və şlyapası "uçan bosqab"ı xatırladan brend nümunəsi.
Ətəyinin dairəsi qabarıq vurğulanan sarafan nümunəsi.
Pierre Cardin izləri olan gəlinlik.
Sadə və gözəl brend nümunəsi.
Modelin sirğaları və mantosu Pierre Cardin brendinə məxsusdur.
Brendin emblemini daşıyan klaç.
Saatlarda da abstrakt təsvirlər hiss olunur.
XƏBƏR LENTİ
Koronavirusla mübarizə üçün robot yaradıldı - FOTO
Alimlər planeti məhv edəcək asteroidin ölçüsünü dedilər
Küsülü prezidentlər barışdı
Yuli Qusman: "Bakı da mənim vətənimdir, Moskva da"
Üzdəki məsamələri sıxlaşdıran sabunlar
Məşhur cütlük 1,5 milyon qazandı-FOTO
Hürrəm Sultan 30 yaşında - FOTO
Əl əməyi, göz nuru
Tədris ilinin müddətinin azaldılması nəzərdə tutulur? - RƏSMİ
Yıldız Tilbe musiqiçilərə hər kəsin içində QIŞQIRDI
Bakının yeni avtobusları xəttə çıxdı
Ölkədə istilik sisteminin verilməsi qrafiki açıqlandı
Məhəmməd peyğəmbərə həsr olunan 30 milyonluq film
Nəslihan Atagül "Dəmir qadın" obrazında...
Qırmızı kələm salatı (foto-resept)
Evlənmək dəvəti nə üçün gecikir?
Tərz sahibi olmaq istəyənlər üçün 3 kombin
Azadlıq heykəli (Nyu-York)
Naringili peçenye (foto resept)
Quru dərilər üçün pilinq maskası
Evdə müalicə alan və nəzarətdə olan şəxslərin sayı açıqlandı - RƏSMİ
Malcolm X-in ibrətli sözləri
Ev trüfelləri (foto resept)
Sarkisyanın səyləri qırılır
Krediti xarici valyuta ilə alanların taleyi necə olacaq?
DTX tərəfindən 30 ildən sonra Cıdır düzündə təşkil olunan ilk konsert proqramı - VİDEO
Səmada görünən parlaq cisimlər qorxuya səbəb oldu - FOTO
Murat Handenin filmi haqqında danışdı
Ayaqqabılar haqqımızda nə deyir?
Deniz Çakır AÇIQLAMA verdi -FOTO
Ev şəraitində üzə və əllərə qulluq
Şahzadə Çarlz koronavirusa qalib gəldi
Ebola son 40 ilin ən qorxulu virusudur
Sürücələrə: "Yolu unudun"
Albalının faydaları
Ayaqlarımıza qulluq edək
Türkan Şorayın ən böyük arzusu...
Bu kişi plastik cərrahiyyə narkomanıdır
"Qəfil bir zəng"
Tayvan eyni cinslilərin nikahına icazə verdi - Asiyada ilk
Azərbaycanlı milyarderin oğlu Rusiyanın ən zəngin varisi oldu
Bakı Metropolitenində dəyişiklik
Azərbaycan ordusunun təlimləri bitdi
Geyim nümunələri
Şəki bazarı "od tutub yanır"
18 yaşlı bloqer “TikTok” -da şöhrət qazanmaq üçün cinayətə əl atdı
İlk öpüşdən 75 il sonra ailə qurdular
Azərbaycanda uşaqlar üçün xüsusi mobil telefonlar satıla bilər
Müasir cəmiyyətimizdə psixoloqa müraciət niyə normal qəbul edilmir?
YALAN DANIŞIRSIZ?
- ŞƏRHLƏR