Biz qadınlar ayaqqabıya lazımlı əşya olaraq deyil, üslubumuzu tamamlayan bir aksessuar kimi baxmağı üstün tuturuq. Ayaqqabını rahatlığı baxımından almaqla yanaşı, həm də sırf geyim tərzimizə uyğun olduğu üçün seçirik.
1. Alış-verişə çıxanda çox bəyəndiyiniz bir ayaqqabını rahat olmasa almayın. Sizi bütün günü "daşıyan" ayaqqabılarınıza daha çox əhəmiyyət verin.
2. Bəyəndiyiniz bir ayaqqabının iki tayını da sınayıb sonra almağa qərar verin. Bəzən ayaqqabının bir tayı digərindən kiçik olur və bu da ayaqlarınızın sağlamlığına zərər verir.
3. Ayağınızdakı ən uzun barmaq heç bir zaman ayaqqabının ucuna dəyməməlidir. Əgər dəyirsə, bu o deməkdir ki, ayaqqabı sizin ayaq ölçünüzə uyğun deyil. Unutmayın ki, baş barmaqlar hər zaman uzun olmur.
4. "Geyindikcə genələcək" cümləsinə də aldanmayın. Bəlkə həqiqətən də genəlir,lakin buna nail olmaq həmin dəqiqə mümkün deyildir. Bu isə o deməkdir ki, günlərlə narahat ayaqqabı ilə gəzməli olacaqsız!
5. Bir ayağınız digərindən az da olsa böyükdür. Ayaqqabı seçimini hər zaman böyük olan ayağa görə edin.
6. Hər zaman təbii dəridən (keyfiyyətli olması üçün) hazırlanmış ayaqqabıları seçin. Ayaqlarınızın sağlamlığını da nəzərə alın. Keyfiyyətli ayaqqabıların daha uzunömürlü olduğunu unutmayın.
7. Ayağınızın ölçüsünə çox güvənməyin. Markaların qəlibləri bir-birilərindən fərqli ola bilər. Seçiminizi ayaq ölçüsünə görə deyil, ayağınıza uyğun gələn ayaqqabıya görə edin.
8. Alacağınız ayaqqabını müəyyən bir corabla geyinəcəksinizsə, mütləq onu da özünüzlə aparın.
9. "Ucuzdur vardır xəstəliyi, bahadır vardır hikməti" sözünü ağlınızdan çıxarmayın. Daha çox pul verərək aldığınız ayaqqabının həm daxili, həm də xarici dərisi daha keyfiyyətlidir. Buna görə ayaqqabınızı daha uzun müddət istifadə edə bilərsiniz.
10. Mütəxəssislər ideal daban hündürlüyünün 4 sm olduğunu bildiriblər. Bəli, bilirik dəb bu qaydanı heçə sayır, amma siz hər zaman hündürdaban və babet almaqdan qaçın. Mütəxəssislər hündürdaban ayaqqabı ilə yanaşı tez-tez babet geyinməyin ayaqlara zərərli olduğunu söyləyirlər.
XƏBƏR LENTİ
Ən böyük başlı qız bəladan qurtuldu
Martda çox isti olacaq
Pulu hansı cibinizdə saxlayırsınız?
HAVA necə olacaq?
Azərbaycan Kuboku canlı yayımda
"Şən uşaqlar" - içlikli pomidorlar (foto resept)
Bakının tramvay keçəcək ünvanları məlum oldu - SİYAHI + RƏSMİ
Qeyri-adi dekorasiyalar
Kraliça II Yelizaveta Keyti mükafatlandırdı
Cemli rulet (foto resept)
Məşhur aktrisa ana olacaq-FOTO
Qat-qat xəmirdən pendirli-şüyüdlü ruletlər(foto resep)
Həkim xəbərdarlığı: körpələrə bal verməyin!
Beyonsedən qızının adına görə 10 milyon dollar istənildi - FOTO
Bu şəxslərə ŞAD XƏBƏR - Hər birinə bu qədər PUL VERİLİR
“TikTok” rəhbərliyindən Trampa cavab
Mikroskopla çəkilmiş şəkillər
Bananla hazırlaya biləcəyiniz 3 maska
Uşaqlarda dəmir çatışmazlığının səbəbləri
Qəhvə içmək ölüm riskini azaldır
Həsəd aparanın 3 nişanəsi: Qeybət edənin acı aqibəti
Şəhid ailələri üçün “Qaçqınkom”un nazirliyə verdiyi mənzillərin ünvanları - SİYAHI
İlham Əliyevin sənət adamlarının təkliflərinə cavabı
"Azərbaycan coğrafiyası" dərsliyi ləğv olunur...
Peyğəmbər Əfəndimizin (s.ə.s.) möcüzələri
İlham Əliyevdən yeni ərazilərin işğaldan azad olunması ilə paylaşım
Oktyarbr ayı üçün bayram və tarixi günlər
Artur Rasizadə qanunu dəyişdi
Millət vəkili xəyanətdən yazdı
Azərbaycan qadınlarının sayı açıqlandı
500-700 bal toplayan abituriyentlərin sayını AÇIQLANDI
Saxta ətirlər xəstəliyə səbəb ola bilər
Audi A1-i bolidə döndü - FOTO
Bundesliqada XVI tura start verildi
Ağzı açıq yatanlar bu yazını oxusun
ƏFSANƏ tortu (foto resept)
Mətbəximizin möcüzəsi
Azərbaycan avtomobil idxalını azaldıb
Uzun donlar
Süd,bal və kələm
Sərdar Ortaç qəza keçirmiş xanımı haqqında danışdı-FOTO
Faydalı məsləhətlər
Evdə hazırlanan maskalar
Məşhur aktrisa hamilədir
Qadınlar haqqında deyilmiş aforizmlər (3)
Sizi sevdiyini göstərən 6 əlamət
Ordumuzun snayper qadınları
Cennifer Lopez son paylaşımı ilə Diqqət Çəkdi-FOTO
İki "Çalıquşu"nun bənzərlikləri və fərqləri
Türkiyəli aktyorlar “Kann”da diqqət çəkdi - FOTO
- ŞƏRHLƏR