Röya adı gəldikdə, məncə, onu tanımayan tapılmaz. Uşaqdan böyüyə kimi, hətta qocalar da onu sevir, onun ifasını bəyənənlərin sayı yetəri qədərdir. Röya öz səmimiliyi, mehribanlığı, gülər üzü, ən əsası ifa etdiyi mahnılarla qəlbləri fəth etməyi bacarıb.
Əslində o, Röyalə Nəcəfovadır. Röya Ayxan isə özünə götürdüyü təxəllüsdür. Belə ki, bu gözəl müğənnimiz 1982-ci il iyun ayının 14-də Bakıda doğulub. Kökünə getsək, Qarabağın Ağdam rayonundandır. İli İt, bürcü isə Əkizlərdir. Orta və ali məktəbi də Bakı şəhərində oxuyub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub.
Röya ailəlidir, 2009-cu il oktyabrın 25-də ana olub və Hüseyn adında bir oğlu var.
Bu sənətə gəlişi məktəbdə oxuduğu zamanlarda olub.Ona ilk dəfə bəstəkar Sərvər Şahbəyli dəstək olaraq bu sənətə gətirib. 1995-ci ildən bu günə kimi artıq 18 ildir ki, Röya səhnədədir. İlk müəllimi "W-trio" qrupunun rəhbəri, bəstəkar Vaqif Gərayzadə olub. Röya bu qrupun ifaçısı olub. 2002-ci ildən etibarən qrupu tərk edərək solo ifasına başlamışdır. Çox çalışqan xanımdır, daim öz üzərində çalışır. İlk "Bu gecə" adlı solo konserti 2005-ci ildə olub. Həmin il Röya Yalta şəhərində keçirilən Beynəlxalq Gənc İfaçılar müsabiqəsində "Tamaşaçı simpatiyası" nominasiyası üzrə laureat olub. 2006-cı ildə "Darıxmışam" adlı solo konsertini verib. Elə həmin ildə də "İlin müğənnisi" və "İlin konserti" nominasiyaları üzrə qalib olub.
Röyanın ifasında olan bütün mahnılar demək olar ki, sevilir. Çoxlu sayda mahnıları, klipləri var: "Bilərsənmi", "Nazlı yarım", "Söylə", "Cücə", "Darıxmışam", "Deyin ona", "Sənə görə", "Dostumsan, yoxsa sevgilim" və s. İndiyə kimi 3 albomu işıq üzü görüb: "Söylə", "İlqar" və Türkiyədə yenicə təqdim etdiyi "Göndər". Bildiyimiz kimi, hazırda fəaliyyətini Türkiyədə davam etdiirir. Orada yazdırdığı "Göndər" adlı mahnısının sözləri və musiqisi Soner Sarıkabadayıya məxsusdur. Mahnının akustik versiyasını Mustafa Ceceli,remix versiyasnı isə Kaan Gökman hazırlayıb. Buyurub klipini izləyə bilərsiz:
Röya özünə fikir verən xanımdır. Tez-tez imicində, saçında dəyişikliklər edir. Son imici ilə onu Türkiyədə Rihannaya bənzədirlər.
Röya müğənniliklə yanaşı aktrisa kimi də özünü sınayıb. O, "İstanbul tətili" adlı filmdə baş rol alıb və uğurla bu rolun öhdəsindən gəlib.
Hazırda Röya Türkiyədə yaşayır və fəaliyyət göstərir. Azərbaycana da tez-tez gəlir. Ona daim sənətində liderliyini qoruyub saxlamağı arzu edirəm.
XƏBƏR LENTİ
Ermənistan ərazisindən ən çox hədəfə alınan ərazilərimiz açıqlandı - RƏSMİ
Alim Qasımov qızı ilə İstanbulda konsert verdi – FOTO
Quru saçlar üçün təbii maskalar
Qadınların, kişiləri cəzb edən xüsusiyyətləri
10 dəqiqəlik milyoner oldu
Sinan Akçıl Hollandiyada evlənəcək
Qripdən necə qorunmaq olar?
Ermənilər hərbiçilərimizə pulemyotlardan atəş açdı
2015-ci il yaz-yay geyimləri
Azərbaycanda yeni tibbi mərkəz yaradılacaq?
Suriyalı qaçqınların sayı 2 milyona çatıb
Məşhur aktyora ağır itki-FOTO
Britni Spirs sənətdən gedir
Qadın.Netlilər 2013-cü ili necə keçirib?
Estetiksiz FOTOsu yayıldı – hamı heyrət etdi
Bu rəsm 61 milyona satıldı
Beren Saatdan Kənana ad günü sürprizi
Azərbaycan millisi irəlilədi
Fıstıqlı şorba ( foto resept)
Qadin.Netlə birlikdə ARIQLA!-LAYİHƏSİ
Azərbaycanın ən çox xarici dil bilən səfiri kimdir?
Vətəndaşların nəzərinə: “WhatsApp” üzərindən “fişinq” kampaniyaları həyata keçirilir - FOTO
Sənədli filmlər həftəsi ilə bağlı mətbuat konfransı keçirilib
Demi Mur və Bryus Uillis illər sonra eyni verilişə çıxdılar
Dünyanın ən varlı adamı yenə odur
İlham Əliyev metroda - FOTO
Jan Klod Van Damm başlatdığı kampaniya ilə hər kəsin diqqətini çəkdi
Azərbaycanda daha dörd nəfər koronavirusdan vəfat etdi – 209 yeni sağalma
Sizi qısqanan insanı 6 işarə ilə tanıyın!
Tövlədə gözəl, unikal xəzinə tapıldı
İnsanların bu həyatda 4 imtahanı
2019-un ən yaxşı nişan şəkilləri
Sabahın HAVAsı
58 yaşlı Aliza Reger gənclik sirrini paylaşdı-FOTO
Bilmək maraqlıdır
İki dəfə Ay, iki dəfə də Günəş tutulacaq
Azərbaycan ordusu döyüşə hazır vəziyyətə gətirildi
"Titanik"
"Ən cəlbedici kişi"...
2013 nələr vəd edir?
Dollar və avro ucuzlaşdı
Ailənizi xoşbəxt edin
Çanta modelləri
Qırıcılar Yəməni bombaladı: 45 ölü
Lüğətləri ən azı 3 dil əsasında hazırlamaq lazımdır
Dünyanın ən varlı 10 xanım idmançısı
HAVA necə olacaq?
Nikoil bank MilliÖN ödəniş sisteminə qoşuldu
Dukan pəhriz ilə 25 kq arıqladım! (1-ci mərhələ)
Qışda arıqlamaq üçün
- ŞƏRHLƏR