"Doğrudan da, uçmağa qanadlarım varsa, ayaqlar nəyimə gərək?"
Frida Kalo 1907-ci ildə Mexiko şəhərində dünyaya göz açıb. O, 6 yaşında poliomielit xəstəliyinə tutulur və bundan sonra onda axsaqlıq qalır. Həmyaşıdları "Frida - ağac ayaq" deyə insafsızcasına sataşırdılar. Bunlara baxmayaraq, o, üzgüçülüklə, boksla məşqul olur, oğlanlarla futbol oynayırdı. Fiziki qüsuru gizlətməyə şalvarlar, evləndikdən sonra isə uzun milli donlar kömək edirdi.
Ölümcül qəza baş verəndə Fridanın 18 yaşı vardı. 17 sentyabr 1925-ci ildə Frida məktəb yoldaşı ilə evə getdiyi zaman avtomobil tramvayla toqquşur. Zərbə o qədər güclü olur ki, oğlan maşından yola atılır. O, kiçik yaralarla asan qurtulur. Frida isə… Tramvayın kollektorunun sınıq dəmir çubuğu mədədən keçib, çanaq sümüyünü parçalayaraq sol qasıqdan çıxır. Onurğa sümüyü üç yerdən zədələnir, hər iki budu sınır. Və beləcə iztirablarla dolu hərəkətsiz aylar başlayır.
Zədələnmiş onurğa daim özünü xatırladırdı. Buna görə də vaxtaşırı xəstəxanada yatmaq məcburiyyətində qalırdı. 1950-ci ildə onurğasında 7 əməliyyat keçirir, 9 ay xəstəxanada yatır. İndi o yalnız əlil arabasında hərəkət edə bilirdi. İki ildən sonra yeni faciə baş verir: sağ ayağını dizinə qədər amputasiya edirlər.
1953-cü ildə ona təsəlli olan ilk şəxsi sərgisi keçirilir. O, çox xoşbəxt idi - həmişəki kimi deyib-gülürdü.
Evin tavanında isə boyalarla çəkilmiş böyük, parlaq kəpənəklər uçur. Frida onlara baxaraq sakitləşir, ağrıları azalır, yuxuya gedirdi.
Heç bir avtoportretində Frida gülümsəmir: ciddi, hətta kədərli üz, qalın qaşlar, möhkəm-şəhvətli dodaqların üzərində incə, qara bığlar.
Onun rəsmlərinin ideyası detallarında, fonda, Fridanın yanında olan fiqurlarda kodlaşdırılıb. Ekspertlərin rəyinə görə, rəssamın simvolizmi milli ənənələrə, hind mifologiyasına əsaslanır.
Frida Kalo 13 iyul 1954-cü ildə, 47 yaşını qeyd etdikdən bir həftə sonra sətəlcəmdən vəfat edir.
Onun həyatından bəhs edən "Frida" filmi 2002-ci ildə "Oskar" mükafatı qazanır. Frida rolunda tanınmış aktrisa Salma Hayek çəkilib.
XƏBƏR LENTİ
Mila Kunis 9 kq ARIQLADI-FOTO
Bayram günlərində hava necə olacaq?
İnsan üzlü "pişik" görənləri təəccübləndirir
Azərbaycan tarixindən yüz şəxsiyyət-26
Google istifadəçiləri üçün xəbərimiz var
Gəlinliklər
Oskar mərasimindən ən yadda qalan geyimlər
HAVA necə olacaq?
Bu gözlər sizi heyran edəcək
İngilis dili-Hh (2)
Sinoptiklər həftəsonuna hansı havanı vəd edirlər?
Bu xəstəxanalar artıq koronavirus xəstələri üçün deyil
Məşhurları daha əvvəl belə görmədiniz
Ətli göbələk (foto resept)
Ermənilər Bakıya gəlməyərək Olimpiya oyunlarından imtina etdilər
Azərbaycanın diaspor təşkilatlarının fəaliyyəti gücləndirilir
Bu gündən sosial müavinətlərin məbləği artır
Ən ağır dərdləri onlar sağaldır
Emily Ratajkowskinin pencək sevgisi
Şəhzadə kababı (foto-resept)
Yanvardan sonra
Könüllü həbsxananı seçən ahıllar
Azərbaycan 4G ilə əhatə ediləcək
Ermənistan çıxılmaz vəziyyətdə: Ordumuza qarşı indi də qız uşaqlarını silahlandırır
Bananlı eskimo(foto resept)
Xoşbəxt ailələrin sirri
Uşaqla birlikdə "böyüyən" paltar yaradıldı
Hindistanda virusa yoluxanların sayı bir milyonu ötdü
Facebook elektron pul xidmətinə başlayır?
HAVA necə olacaq?-25 Sentyabr
Xanımlarımızın kompleksləri
Ancelina Coli ərə gedir
Qoltuqaltı qaralmalarına qarşı 5 təklif
Çavuşoğludan Qarabağla bağlı AÇIQLAMA
Göyərtinin faydaları
HAVA necə olacaq?
Demet Akalından qızına 270 minlik hədiyyə - FOTO/Video
Art terapiya
Sabahın HAVAsı
Daxili orqanlar ayaqlarla əlaqəlidir
Ancelina Coli qaçqınlar arasında
HAVA necə olacaq?-27 FEVRAL
Şaftalılı mafınlər (foto resept)
Hərəkət edən heykəl
Dünyada ilk dəfə bir körpəyə... - YAPONİYADA
Şahzadə Harrinin oğlunun dayəsi işdən çıxdı_SƏBƏB
“Instagram kraliçası” çimərlik FOTOlarını paylaşdı
Uşağın mədəsindən çıxanlar TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Neftin və dolların bu günə qiyməti
Qəhvə sirrozu məhv edir
- ŞƏRHLƏR