2014-ci ildə Yaxın Şərq ölkələrindən olan qadınların adları kütləvi informasiya vasitələrinin başlıqlarını rəngarəng etdilər. Onların adları genetika, mikrobiologiya, hüquq, riyaziyyat və kino kimi müxtəlif sahələrdə hallanırdı. Bu müsəlman qadınlar, həm cəmiyyətə, həm də müsəlman qadınlar haqqında stereotiplərin ifşası istiqamətində öz töhfələrini vermişlər. Ötən ilin əsas müsəlman xanım-qəhrəmanları aşağıdakı xanımlar olublar:
2. Kürd yaraqlı-qadınlar
1946-ci ildə İran-İraq sərhəddində dağlarda yaranmış yaraqlılar-"peşmərqə" ("ölümə gedən") mərkəzi İraq hökumətinin əleyhinə mübarizəyə başladılar. Bu gün onlar İslam dövlətinin yaraqlılarına qarşı vuruşur. Peşmərqə sıralarında 500-600 qadın var. Peşmərqəli qadınlar-şərtsiz hörmətə malikdirlər. Kürdistanla yanaşı dünyada yalnız bir neçə ölkədə qadınlara döyüşlərdə iştirak etmək icazəsi verilir (Yaxın Şərqdə yalnız İsrail bunların sırasına daxildir). "Mən öz xalqımı və torpağımı qoruyuram", -əli avtomatlı gənc qadın-döyüşçülər bəyan edirlər.
3. Umaya Naci Əl-Cabara
Qadın İŞİD-ə qarşı mübarizə apararkən İraqda dörd uşaq anası "şeyxinya" kimi tanınıb-qərb əyaləti Salah-əd-Dində yaraqlılarla mübarizədə öz həyatını qurban verdikdən sonra bu titul onun ailəsinə təqdim edilib. Səlah-əd-Din Qubernatorluğunun məsləhətçisi olan Cabaranın əlində Kalaşnikov tüfəngi tutduğu şəkli bu ilin sentyabrında bütün dünyada yayılmışdır.
"Qadın döyüşçülərinin Kobani və Pəşmərgədə etdiklərini Cabara İraqda öz təşəbbüsü ilə edirdi. Onu yüzlərlə digər qadınlarilə müşayiət etmirdi. Onun həyat yoldaşı və uşaqları var idi. O insanlar üçün dəstək təmin edirdi, əksini yox ",-Soha Oda, İraq fəalı və jurnalisti bildirib.
4. Məryəm Mirzəhani
Stanford Universitetinin riyaziyyat professoru 37 yaşlı İranlı Məryəm Mirzakhani, riyaziyyat sahəsində ən nüfuzlu mükafatı olan-Fields mükafatını alan ilk qadın olmuşdur. Nobel mükafatı riyaziyyatçılara verilmədiyi üçün Fields mükafatına tez-tez "riyaziyyat üzrə Nobel mükafatı" da deyilir. Təşkilat komitəsi Məryəmin həndəsə və dinamik sistemlərə son dərəcə qiymətli töhfələrini qəbul etmişdir. 37 yaşlı professor bir neçə həmkarları ilə əməkdaşlıq edərək müxtəlif sahələrdə elmi tədqiqat işlərinin apararaq elmi fəaliyyətini davam etdirir.
5. Səidə Varsi
39 yaşlı Səidə Varsi, Böyük Britaniyanın Nazirlər Kabinetinin üzvləri arasına daxil olan ilk müsəlman qadın olmuşdur. Amma bu ilk dəfə 2010-ci ildə media başlıqlarını bəzədiyi zaman idi. Bu il isə istefa niyyətini elan etdiyi zaman Varsinin adı bir daha mediada göz qamaşdırdı. O, öz qərarını Londonun Qəzza zolağındakı vəziyyəti ilə bağlı mövqeyindən narazılığı ilə izah etdi. Vəzifəsini tərk etdiyi üçün təəssüflənən baronessa, cari xarici siyasətinin Londonun nüfuzuna zərbə vurduğundan əmin olduğunu da qeyd etmişdi.
6. Somaya Jabarti
Ölkənin ən məşhur ingilis dilli qəzetlərindən olan "Saudi Gazette"-yə qadının başçılıq edəcəyi xəbəri bütün dünyada yayılmışdı. O vaxta qədər Jabarti əhəmiyyətli bir karyera qazandığı rəqib nəşrdə-gündəlik "Arab News"-da çalışırdı. Səudiyyə Ərəbistanı üçün jurnalist bir çox mütərəqqi fikirlərə sahibdir. Əvvəlki baş redaktorun sözlərinə görə baş redaktor olaraq Jabartini seçməsinin səbəbi onun qadın olması deyil, yalnız peşəkar keyfiyyətlərinə görədir. Onun təyin edilməsi haqqında Jabarti sadəcə bunları dedi: "Bu, şüşə tavandakı bir çatlaqdır, ümid edirəm ki,o, qapıya çevriləcək."
7. Malala Yusafzai
16 yaşındakı pakistanlı Malala Yusufzai 2014-cü il Nobel Sülh mükafatına layiq görülmüşdür. Qızlar hüququnun xeyrinə Malala gənc yaşlarından qızların təhsil almaq hüququ uğrunda mübarizə aparır, bu səbəblə pakistan talibanları onu güllə ilə vurmağa cəhd göstərdilər. Bütün dünya ilk dəfə Malala haqqında, o, 11 yaşında ikən atası Malalanı mətbuat klubunun iclasına aparanda, qızın : "Taliban mənim təhsil almaq haqqımı almağa necə cəsarət edir?" deyə bəyan etdikdən sonra eşitdi.
8. Bayan Mahmud Əl-Zahran
Zahran mühafizəkar Səudiyyə Ərəbistanında ilk qadın vəkili oldu və məhkəmələrdə qadınların hüquqlarını qoruduğu qadınlar üçün ilk hüquq firması açmışdı. "Mən inanıram ki, qadın vəkillər hüquq sisteminə çox yeniliklər gətirə bilər. Bu hüquq firması krallıqda məhkəmə proseslərinin gedişatını və problemlərinin həllini dəyişdirəcək. Mən bu tarixi addımı atarkən mənə dəstək olanlara minnətdaram və ümid doluyam"- demişdi Zahran. Bundan əlavə bu il Zahran ərəb dünyasının ən nüfuzlu qadınların siyahısında haqlı olaraq yeddinci sırada yer aldı.
9. Məryəm Matar
BƏƏ-dən olan həkim Matar karyerasını Fars Körfəzi bölgəsində aktual olan genetik xəstəliklərlə mübarizəyə həsr etmişdir. 2005-ci ildə o, Daun sindromu ilə mübarizə, bir il sonra isə genetik xəstəliklərə qarşı mübarizə dərnəyini qurdu. Bu il Matar BƏƏ-də qan xəstəlikləri üzrə araşdırmalarını tamamladı. Dubay çap nəşri Arabian Business 2012-ci ildə Matarı "BƏƏ-inin ən yaxşı dövlət qulluqçularından" biri adlandırdı. Bu il Matar müsəlman elmi saytında "İslam elm dünyasının ən nüfuzlu 20 qadını sırasına daxil oldu.
10. Daniya Əl-Jabari
14 yaşlı Fələstinli Daniya Əl-Jabari Sinqapurdakı Beynəlxalq riyaziyyat müsabiqəsini qazanmşdı. Analoq hesablayıcı vasitələrin köməyi ilə 3000 iştirakçıları başlarında hesablamalar aparmalı idilər. Daniya 8 dəqiqə ərzində 230-dan çox çətin riyazı hesablamalar apararaq müsabiqədə qalib oldu. 14 yaşlı Fələstinli qız öz məmləkətində dəfələrlə riyaziyyat olimpiadalarını qazanmışdır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Kişilər uzunömürlülük yarışında qadınlara çatırlar
Bakıya gətirilən 29 azərbaycanlıda koronavirus aşkarlandı - RƏSMİ
Rusiya - Azərbaycan: 3-0
“Survivor”un iştirakçısı hamını təəccübləndirdi - Foto
"Yeni il nağılı" deserti
Bu günün tarixi (20.10.2014)
Outlook yeniləndi
İraq yenə silkələndi
Günün qoroskopu:Uğurlu gündür!
Tovuza dolu və leysan yağıb
BMW-dən eksklüziv velosiped
Suqovuşandakı son vəziyyət “Haber Global”ın kamerasından... - VİDEO
Günün qoroskopu: qətiyyətli və təşəbbüskar olun
Ən gözəl saçlı 10 ulduz
Azərbaycan dili - X dərs
Bu ərazilərdə qaz olmayacaq
Uşağınızın yuxu vərdişi üçün bunları yoxlayın
Ən ağır "bir həftəm"
Hava haqqında
Gözəllik sirrləri
Uşaqlara vaxt tapılmırsa...
Keks bişirməyin sirləri
2017-nin dəbli saç düzmü hansı olacaq?
Çimərlik mövsümü başlayır
Adriana Limanın yeni sevgilisinin kimliyi məlum oldu-FOTO
Bu da yeni Nissan Juke
İmmunitetə nəzarət etmək olar?
Dünyanın texnologiya nəhəngləri də Rusiyaya qarşı
Yas mərasimlərində yenilik
Bu faciə dünyanı şoka saldı
Yeni İphone 6
Amerikanın saqqız divarı
Manikürün vacib nöqtələri
Hande Erçel izləyicilərini məhkəməyə verdi-SƏBƏB
Bakıda yaşıllıqlar metro tunellərində formalaşan qrunt suları ilə suvarılacaq
Bakıda istifadəyə yararlı çimərliklər açıqlandı - SİYAHI
Günün ulduz falı
Enerji cibdə doldurulacaq
31 Mart-azərbaycanlıların soyqırımı günüdür...
Bayram günlərində Şahdağa 12 min turist gəlib
Böyük sinəli xanımlar necə geyinməlidir?
Xocavənddə düşmən təxribatı: Şəhidimiz var, altı erməni məhv edildi - RƏSMİ
Heydər Əliyevin vəfatından 15 il keçir
Abel Məhərrəmov narazı tələbələrlə görüşdü
“İki” alanların sayı bəlli oldu
Anna Sedokovanın Moskva biznesi iflas etdi-FOTO
Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
TQDK imtahan keçirəcək
Yollarımız qışa hazırdırmı?
Dəbli ayaqqabılar
- ŞƏRHLƏR