Deyirlər ki, Albert Eynşteynin iştirak etdiyi məclislərdən birində bir nəfər ona yaxınlaşır və tanış olmaq istədiyini bildirir. Bu məqsədlə həmin adam dünya şöhrətli alimə öz telefon nömrəsini deyir:
- 36361144. Yadda qalan nömrədir, elə deyilmi? İki dənə 36, iki dənə 1, iki dənə 4.
- Bəli, yadda qalandır.
- Xahiş edirəm,təkrar edin.
- 6-nın kvadratı, 19-un kvadratı, 12-nin kvadratı.
Gülməli olsa da, bu lətifə böyük alimin intellektual özünəməxsusuluğundan, orjinal təfəkkür tərzindən xəbər verir.
20-ci əsrin ən böyük alimlərindən sayılan Albert Eynşteyn 1879-cu ildə Almaniyanın Ulm şəhərində yəhudi ailəsində anadan olmuşdur. İbtidai təhsilini yerli katolik məktəbində alan Albert altı yaşından skiripka çalır, təbiət elmləri ilə maraqlanırdı.
Belə geniş yayılmış fikir var ki, Eynşteyn orta məktəbdə pis oxuyurdu. Doğrudanmı dahi fizik, Nobel mükafatı laureatı Albert Eynşteyn uşaqlıqda orta məktəb proqramını da mənimsəyə bilmirmiş?
Eynşteynin 1896-cı ildə aldığı orta məktəb attestatından görünür ki,17 yaşlı Albertin cəbr, həndəsə, fizika, tarix fənləri üzrə bilikləri altı ballıq sistemlə ən yüksək qiymətə layiq görülmüşdür. Gələcək dahinin cəmi bir "3"-ü olub: fransız dilindən. Bununla belə Eynşteyn 20 il sonra dünyanın məşhur universitetlərində müxtəlif dillərdə o cümlədən fransız dilində mühazirələr oxuyurdu.
Bəs elə isə Eynşteynin zəif şagird olması haqqında əfsanə necə yaranıb?
Gənc Albert gimnaziya təhsili alarkən müəllimlərlə münasibətləri həmişə gərgin olub. Azad düşüncəli şagirdin aftoritar müəllimlərdən, hərbi qanunları xatırladan davranışlardan heç xoşu gəlmirdi. Müəllimləri də Albertə eyni "məhəbbətlə" yanaşıblar. Bir dəfə hətta müəllimlərdən biri Eynşteynin üzünə demişdi ki,"Sənin burada olmağın bütün məktəbin nüfuzuna xələl gətirir".
Eynşteyn gimnaziyadakı əzbərçilik sisteminə qarşı çıxırdı: "Ən ağır cəzanı da çəkməyə hazıram, təki məni bu cəfəngiyyatı əzbərləməyə məcbur etməsinlər" deyirdi. Amma o, sərbəst şəkildə öz üzərində çalışır, çoxlu mütaliə edir, uşaqlıqdan böyük alim və filosofların əsərlərini oxuyurdu.
Beləliklə, Eynşteyn pis oxuyan yox, mühafizəkar müəllimlərin nəzərində "pis", daim itaətsizlik göstərən şagird olub. Onun attestatında bəzi fənlər üzrə aşağı qiymətlərin olması da çox güman ki, bəzi müəllimlərin ona qarşı şəxsi münasibəti ilə bağlı olub. Belə nəticə çıxarmaq olar ki, Albertin biliyini yoxlayan bəzi müəllimlər gələcək dahinin məntiqi təfəkkürünün dərinliyini və orijinallığını duya bilməmişlər.
Eynşteyni yaxından tanıyan müasirləri onun çox xeyirxah, istiqanlı adam olduğunu yazırlar. Bu dahi haqqında lətifələrin çox olması bəlkə də onun özünün yumor hissinə malik olmasından irəli gəlirdi.
O yalnız elmə qapılıb bütün gününü yazı masası arxasında keçirən alimlərdən deyildi. Eynşteyn musiqini, ədəbiyyatı, bədii filmləri çox sevir, skripkada gözəl çalır, bağçılıq, filateliya ilə məşğul olurdu.
Elmi dairələrdə böyük nüfuza malik olmasına baxmayaraq Eynşteyn təkəbbürdən uzaq adam idi. Həmişə deyirdi ki, o da səhv edə bilər və əgər doğrudan da, səhv edirsə, bunu hamının qarşısında etiraf edirdi.
Ədalətsizlik həmişə Eynşteyndə hiddət doğururdu. Təbiət etibarilə humanist, pasifist olan Eynşteynin ən çox nifrət etdiyi söz "zorakılıq" idi. Ona görə də Almaniyada faşist partiyası hakimiyyətə gələndə böyük alim doğma ölkəsini tərk etməli oldu.
Eynşteyn həm də çox xeyirxah insan olmuşdur. Onun şəxsi həkimi yazırdı ki, alim rəssamlara onun şəklini çəkməyə imkan vermirdi. Çünki onların qarşısında saatlarla oturmağa vaxt sərf etmək istəmirdi. Lakin bir dəfə gənc bir rəssam ona bu haqda müraciət edib utana-utana demişdi:
- Mənim maddi sıxıntılarım var. Sizin portretiniz hesabına ehtiyacdan qurtula, maddi vəziyyətimi düzəldə bilərəm.
Onda Eynşteyn heç kimin tanımadığı bu rəssamı otağına dəvət etmiş və ona bir neçə saat vaxt ayırmışdı.
Ömrünün sonuna yaxın Eynşteyn öz dəyərlər sistemini belə ifadə etmişdi: "Mənim yolumu işıqlandıran, mənə cəsarət və iradə verən ideallar xeyirxahlıq, gözəllik və həqiqət olmuşdur".
XƏBƏR LENTİ
Gündəlik idman hərəkətləri
Günün ulduz falı
Gəlinliklər
Fəlsəfi fikirləri ilə tilsimləyən film
Almanlar ispanları darmadağın etdi, yığmamız xorvatlara uduzdu
Özcan Deniz haqqında gözlənilməz xəbər
Tovuz rayonunun içməli su problemi 95 faiz həll olunub
Təhlükə geridə qaldı: Asteroid Yerdən yan keçdi
Romantik bir gecə
Nəsli tükənmiş bəzi nəhəng heyvanlar
Ölüləri dirildir, insanları 500 il yaşadırlar...
Beləsini görmədiniz
Trampın keçmiş köməkçisi onu “mənəviyyatsız” adlandırdı
Bu futbolçular Braziliyada oruc tutacaqlar
Təkbətək görüş oldu
Günəşimdir mənim dilim!
Günün qoroskopu: tərs kimi, ağlınıza da yeni heç nə gəlmir
İpoteka ilə ev alanlar kimlərdir?
Gecə cəbhədə silahlar susmadı
Bu ölkədə "Pokemon Go" qadağan edildi
“WhatsApp” istifadəçilərinə bəd xəbər - İşləməyəcək
Həftəbecər (foto resept)
Kiyevdə toqquşmalar zamanı 77 nəfər həlak olub
Turşulu noxud salatı (foto-resept)
Aİ Ukraynaya qarşı sanksiya tətbiq etməyi nəzərdə tutmur
Azərbaycan və Ermənistan XİN rəhbərləri münaqişənin dinc yolla nizamlanması üzrə qətiyyətlərini təsdiqləyiblər
Əhali arasında yayılan xəstəlik nədir? - Baş terapevtin CAVABI
Tuba da “Netflix”lə müqavilə bağladı
Anna Frankın Gündəliyinin 78-79-cu səhifələri tapılıb-FOTO
Dünya mətbəxi - İsveçrə
Uşaq otağı dekorasiyası üçün maraqlı nümunələr
Kişilər niyə yalan danışır?
Şon Konneri 6 mərtəbəli villasını rekord məbləğə satır
ABŞ müharibə elan edir
İslamda "qara bayram" varmı?
Azərbaycan polislərinə müjdə
Bu ölkə müharibə tədbiri gördü
Saçlarını kəsdirmə səbəbini AÇIQLADI -FOTO
Ütünü təmizləməyin ən asan yolu
"Mən türkəm"
Böyrəyi təmizləyən çay
Dostoyevskidən seçmələr
Dünyanın möhtəşəm yer olduğunu göstərən şəkillər
Böyük ailədə böyüyən uşaqların qazancı
Müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar başlayır
Mobil nömrələrlə bağlı yenilik
Dünya ulduzları reklam çəkilişində - FOTO/VİDEO
Məşhur amerikalı diplomatdan Avropa Oyunları açıqlaması
Yuxadan hazırlanmış paxlava(foto-resept)
Trend: Toxunma donlar
- ŞƏRHLƏR