Deyirlər ki, Albert Eynşteynin iştirak etdiyi məclislərdən birində bir nəfər ona yaxınlaşır və tanış olmaq istədiyini bildirir. Bu məqsədlə həmin adam dünya şöhrətli alimə öz telefon nömrəsini deyir:
- 36361144. Yadda qalan nömrədir, elə deyilmi? İki dənə 36, iki dənə 1, iki dənə 4.
- Bəli, yadda qalandır.
- Xahiş edirəm,təkrar edin.
- 6-nın kvadratı, 19-un kvadratı, 12-nin kvadratı.
Gülməli olsa da, bu lətifə böyük alimin intellektual özünəməxsusuluğundan, orjinal təfəkkür tərzindən xəbər verir.
20-ci əsrin ən böyük alimlərindən sayılan Albert Eynşteyn 1879-cu ildə Almaniyanın Ulm şəhərində yəhudi ailəsində anadan olmuşdur. İbtidai təhsilini yerli katolik məktəbində alan Albert altı yaşından skiripka çalır, təbiət elmləri ilə maraqlanırdı.
Belə geniş yayılmış fikir var ki, Eynşteyn orta məktəbdə pis oxuyurdu. Doğrudanmı dahi fizik, Nobel mükafatı laureatı Albert Eynşteyn uşaqlıqda orta məktəb proqramını da mənimsəyə bilmirmiş?
Eynşteynin 1896-cı ildə aldığı orta məktəb attestatından görünür ki,17 yaşlı Albertin cəbr, həndəsə, fizika, tarix fənləri üzrə bilikləri altı ballıq sistemlə ən yüksək qiymətə layiq görülmüşdür. Gələcək dahinin cəmi bir "3"-ü olub: fransız dilindən. Bununla belə Eynşteyn 20 il sonra dünyanın məşhur universitetlərində müxtəlif dillərdə o cümlədən fransız dilində mühazirələr oxuyurdu.
Bəs elə isə Eynşteynin zəif şagird olması haqqında əfsanə necə yaranıb?
Gənc Albert gimnaziya təhsili alarkən müəllimlərlə münasibətləri həmişə gərgin olub. Azad düşüncəli şagirdin aftoritar müəllimlərdən, hərbi qanunları xatırladan davranışlardan heç xoşu gəlmirdi. Müəllimləri də Albertə eyni "məhəbbətlə" yanaşıblar. Bir dəfə hətta müəllimlərdən biri Eynşteynin üzünə demişdi ki,"Sənin burada olmağın bütün məktəbin nüfuzuna xələl gətirir".
Eynşteyn gimnaziyadakı əzbərçilik sisteminə qarşı çıxırdı: "Ən ağır cəzanı da çəkməyə hazıram, təki məni bu cəfəngiyyatı əzbərləməyə məcbur etməsinlər" deyirdi. Amma o, sərbəst şəkildə öz üzərində çalışır, çoxlu mütaliə edir, uşaqlıqdan böyük alim və filosofların əsərlərini oxuyurdu.
Beləliklə, Eynşteyn pis oxuyan yox, mühafizəkar müəllimlərin nəzərində "pis", daim itaətsizlik göstərən şagird olub. Onun attestatında bəzi fənlər üzrə aşağı qiymətlərin olması da çox güman ki, bəzi müəllimlərin ona qarşı şəxsi münasibəti ilə bağlı olub. Belə nəticə çıxarmaq olar ki, Albertin biliyini yoxlayan bəzi müəllimlər gələcək dahinin məntiqi təfəkkürünün dərinliyini və orijinallığını duya bilməmişlər.
Eynşteyni yaxından tanıyan müasirləri onun çox xeyirxah, istiqanlı adam olduğunu yazırlar. Bu dahi haqqında lətifələrin çox olması bəlkə də onun özünün yumor hissinə malik olmasından irəli gəlirdi.
O yalnız elmə qapılıb bütün gününü yazı masası arxasında keçirən alimlərdən deyildi. Eynşteyn musiqini, ədəbiyyatı, bədii filmləri çox sevir, skripkada gözəl çalır, bağçılıq, filateliya ilə məşğul olurdu.
Elmi dairələrdə böyük nüfuza malik olmasına baxmayaraq Eynşteyn təkəbbürdən uzaq adam idi. Həmişə deyirdi ki, o da səhv edə bilər və əgər doğrudan da, səhv edirsə, bunu hamının qarşısında etiraf edirdi.
Ədalətsizlik həmişə Eynşteyndə hiddət doğururdu. Təbiət etibarilə humanist, pasifist olan Eynşteynin ən çox nifrət etdiyi söz "zorakılıq" idi. Ona görə də Almaniyada faşist partiyası hakimiyyətə gələndə böyük alim doğma ölkəsini tərk etməli oldu.
Eynşteyn həm də çox xeyirxah insan olmuşdur. Onun şəxsi həkimi yazırdı ki, alim rəssamlara onun şəklini çəkməyə imkan vermirdi. Çünki onların qarşısında saatlarla oturmağa vaxt sərf etmək istəmirdi. Lakin bir dəfə gənc bir rəssam ona bu haqda müraciət edib utana-utana demişdi:
- Mənim maddi sıxıntılarım var. Sizin portretiniz hesabına ehtiyacdan qurtula, maddi vəziyyətimi düzəldə bilərəm.
Onda Eynşteyn heç kimin tanımadığı bu rəssamı otağına dəvət etmiş və ona bir neçə saat vaxt ayırmışdı.
Ömrünün sonuna yaxın Eynşteyn öz dəyərlər sistemini belə ifadə etmişdi: "Mənim yolumu işıqlandıran, mənə cəsarət və iradə verən ideallar xeyirxahlıq, gözəllik və həqiqət olmuşdur".
XƏBƏR LENTİ
Putindən növbəti qadağa
Bakıdan İrəvana sərt cavab
Bu uşaq Azərbaycanın "Messi"si adlandırılır
Qiymət artımı açıqlaması
Saçlarımızı niyə kəsirik?
Hindistan qozlu makaron şirniyyatı (foto resept)
Bakıda yeni yol nişanları quraşdırılır
Doğum gününə görə xarakter (fevral)
Milyonçu qadın dilənçiyə döndü - FOTO
Sidney viran qaldı
Sitrus içkiləri böyrək daşının qarşısını alır.
Çində 78 timsah zooparkdan qaçıb
Birləşmiş Krallıqda ilk dəfə - QADIN ƏSGƏRLƏR - FOTO
Kraliçanın ailəsi bağlı məlumatlar
Qan vermək haqqında
Məşhur aktrisa ərə getdi
Putin və Sarkisyan Qarabağı müzakirə edəcək
Perseid meteor yağışından sonra baş verənlər sakinləri qorxutdu - VİDEO
Bakıda polis maşınları marketi mühasirəyə aldı - VİDEO
Rəsmi Bakıdan Pakistana TƏBRİK
Osteoporoz
Məşhur cütlüyün AYRILIQ xəbəri yayıldı-FOTO
Kişilər yay mövsümündə niyə aldadır?
Süd sudan ucuzdur
Can Yaman və Demet BARIŞDI-FOTO
Sarkisyan Qarabağda itirdikləri torpaqdan danışdı
Sabahdan Bakıda ictimai nəqliyyat işləməyəcək
Ömrünüz uzansın deyə...
Əkizlərin sayı niyə artıb?
11 yaşında sərvət qazandı
Azərbaycanda havanın temperaturu yüksələcək
İdmandan sonra gözəl görünmək üçün...
Ermənilər küçələrə çıxdı
Qış depressiyası
HAVA necə olacaq?-16 Sentyabr
Tətildə yaranmış günəş ləkələri üçün maska
Hellouində yadda qalanlar
Çində 600 milyon nəfər internetdədir
Evdə düzəldilən maskalar
Məşhur müğənni ata olacaq
Sızanaqlı üz üçün sadə maska
Xəbərdarlıq: güclü külək, dolu
Azərbaycanda keçirilən ilk qəbul imtahanının nəticələri açıqlandı
Yaşıl mərci salatı (foto-resept)
Təbii dəri təmizləmə üsulları
"Son zəng"in vaxtı məlum oldu
Daxili İşlər Nazirliyindən sərt karantin günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
Məşhurların makiyajsız şəkilləri
Mərkəzi Gömrük Hospitalı daha bir yeniliyə imza atıb
İçərisində 122 nəfər olan gəmi batdı, axtarışlar gedir
- ŞƏRHLƏR