Zamanının ən yaxşı kimyaçılarından olan Yuliya Lermontova eyni zamanda neftlə bağlı araşdırmalar aparan ilk qadındır. O, 1847-ci ildə Rusiyada Sankt-Peterbuqda anadan olub. Yuliyanın atası Moskvada Kadet qrupunun rəhbəri olan bir general idi və çox zəngin bir kitabxanaya sahib idi.
Evdə təhsil alan Yuliya kitabxananı hardasa fəth etdi və əlinə keçən hər şeyi oxudu. Çox erkən yaşlarında bir neçə Avropa dillərini öyrəndi.
Yuliyanın ən çox diqqətini çəkən və marağına səbəb olan şey kimya idi. Ailəsi onun kimyaya olan bu böyük marağını anlamasalar da, ödənişli müəllim tutaraq onun təhsil almasına kömək etdilər.
Yuliya 22 yaşına gəldikdə güclü bir kimya proqramına sahib Petrovskaya Kənd təsərrüfatı Akademiyasına müraciət etdi. Ancaq Yuliyanın da müraciəti digər qadınların müraciəti kimi rədd edildi.
Bu xəyal qırıqlığının ardından qohumu Yuliyanı həmin vaxtlarda Almaniyaya gedərək təhsilini orda davam etdirmək planları quran riyaziyyatçı və feminist Sofiya Kovalevskaya ilə tanış etdi. İki qadının arasında yaranan dostluq Yuliyanın gələcək karyera həyatında əhəmiyyətli rol oynadı. Sofiya Kovalevskaya Yuliyanın ata və anasını onların Rusiyadan ayrılaraq birlikdə təhsil ala bilmələri üçün Heydelberqə getmələri məsələsində razı salmağa kömək etdi. 1869-cu ildə Heydelberqə getdikləri zaman Sofiya Universitetdə hər ikisinin də dərslərə girə bilməsinə icazə ala bildi, həm də təəccübləndirici də olsa, qadın düşmənçiliyi ilə şöhrət qazanmış Robert Bunsendən laboratoriyada Yuliyanın işləyə bilməsi üçün izin aldı.
Yuliyanın Heydelberqdəki işləri platin kimyası üzərində cəmlənmışdi. Lakin, 1871-ci ildə Berlinə getdiyi zaman üzvi kimyaya istiqamət aldı. Berlində dərslərə davam etməsinə və laboratoriyada işləməsinə rəsmi icazə verilməmişdi. Buna baxmayaraq Yuliya xüsusi dərslər aldı, kimyaçı dostu A.V. Hofmanın laboratoriyasında işlədi və 1872-ci ildə ilk elmi məqaləsini dərc etdi. (Bu məqalə difeninin tərkibi ilə əlaqəli bir məqalə idi.) İki il sonra Göttingenə (Aşağı Saksoniya) getdi. Orda hazırlamış olduğu elmi tezini tamamladı və müdafiə etdi. Ən yüksək fəxri dərəcə ilə doktorluq diplomunu aldı. Bu bir qadının Göttingendə aldığı ilk kimya doktorluğu idi.
Eyni il, 28 yaşında ikən Rusiyaya qayıtdı və aralarında elementlərin dövrü cədvəlini tapan və hazırlayan Dmitriy Mendeleyev də olmaqla ölkənin ən qabaqcıl kimyaçıları tərəfindən böyük bir maraqla qarşılandı. Yuliya bir müddət Moskavada Vladimir Markovnikov ilə işlədi və daha sonra getdiyi Sankt-Peterburqda isə Aleksandr Butlerovun laboratoriyasında işlədi. 1875-ci ildə Rusiya Kimya Akademiyasının üzvü oldu. Bu dövrdə Yuliya üzvi kimyada bir lider halına gəlməsinə səbəb olan bəzi kəşflər etdi.
1877-ci ildə Yuliya yatalaq xəstəliyinə tutulduğunda Sofiya onun yanına gələrək qulluğunda dayandı və sağalmasına kömək etdi. Eyni il Yuliya atasının ölümü ilə təkrar Moskvaya qayıtdı və orda qaldı. Artıq onun üçün bir ailə üzvü olan Sofiya ilə birlikdə yaşamağa qərar vermişdi. Bu səbəbdən həmkarlarını xəyal qırıqlığına uğradaraq qadınlar üçün yüksək təhsil verən ilk rus institutu olan Sankt-Peterburqdakı yeni qurumda müəllimlik etmək fürsətini qaçırmışdı.
1880-ci ildə neftlə bağlı tədqiqatlarına başladı və xam neftin tərkibinə diqqətini artırdı. Təcrübələri neftin sənaye üçün kömürdən daha keyfiyyətli bir enerji qaynağı olduğunu göstərmişdi. O eyni zamanda nefti davamlı olaraq distillə edən cihazı da inkişaf etdirdi.
Yuliyanın neftlə bağlı tədqiqatları rəğbətlə qarşılandı, lakin o 1886-cı ildə kimyadakı uğurlu karyerasını tərk edərək fermasına sakit bir həyata döndü.
Yuliya kimya karyerasında heç bir zaman rəsmi bir mövqe sahibi olmadı. 39 yaşında Pskovdakı ailə fermasına getdi və orada diqqətini əkinçiliyə verdi. Torpaq keyfiyyətini inkişaf etdirdi, balıq və mal yetişdirdi və mükəmməl pendirlər istehsal etdi.
Sofiya Kovalevskaya 1891-ci ildə hələ 41 yaşındaykən öldükdə qızı Fufanı Yuliya himayəsinə aldı və ona baxmağa başladı. Fufa yay aylarını Yuliya ilə birlikdə keçirirdi. İkisi birlikdə 1917-ci il oktyabr inqilabına qədər fermada xoşbəxt yaşadılar.
Yuliya 1919-cu il keçirdiyi beyin qanaması nəticəsində öldü. Yuliya Lermontova Göttingendə kimya üzrə ilk doktorluq dərəcəsi almış qadındır. Kimya üzrə bir sıra tədqiqatları və işləri ilə Rusiyada neft və təbii qaz təsisatlarının lazımi qaydalarda inşa edilməsində böyük rol oynamışdır.
XƏBƏR LENTİ
Azərbaycanlı rəssam Merilin Monronun portretini elə yaratdı ki... - VİDEO - FOTO
Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində xəttə ilk qatar buraxıldı
Bakıda bayram namazı qılınır - CANLI YAYIM
Ziyafət geyimini necə seçməli?
Revani (foto resept)
Əcaib görünüşlər: bu da modadır?
Qulağınız "yanır"?
Kabayeva mandatdan imtina etdi
Nişan üzüyü şayiələrə səbəb oldu - FOTO
Bir-birimizə xoş söz deməyin əhəmiyyəti nədir?
Hazırlaşın: WhatsApp inqilab edəcək - FOTO
Ronaldo “Intagram”ındakı reklamlara görə nə qədər qazanır?
“Ginnesin Rekordlar Kitabı”na düşən pişik - FOTO
Bizimkilər də güldürürlər...
Bazar ertəsi sindromundan qurtulmağın YOLLARI
Məşhur cütlük ayrıldı-FOTO
Kim nə qədər yatır?
Dubayda nadir təbiət hadisəsi - VİDEO
Həzm sistemini gücləndirən üsullar
9 uşaqlı müğənnidən məsləhət-FOTO
Kosmosa 12 günlük səyahət - Qiymət açıqlandı/Video
"Heydər Əliyev və Azərbaycan tarixi" adlı II ümumrespublika bilik yarışı keçiriləcək
Putinə inanılmaz təklif: “Mənimlə evlənin"
Tuba Ekinci Xocalı soyqırımından yazdı
Azərbaycanın "Eurovision-2011" mahnısı məlum oldu
Məşhurlar 80-ci illərdə
Sabahın HAVAsı
"Ağıllı" üzük faydalı köməkçiniz...
Repetitorlara da qadağa qoyuldu
Operativ Qərargahdan brifinqlərlə bağlı iddialara CAVAB
300 illik mumiya 1 saata çürüdü
Abonentlərin nəzərinə: Ödəmə terminallarından istifadə etməyin
"Sumqayıt təxribatı - “Qriqoryanın işi”
Kadırovdan çox sərt açıqlama
Gəlinlik alarkən bunlara diqqət edin!
"Bizim Tarla" - AJVAR SALATI
Qeyri-adi üzüklər
Bakıda eyvana paltar asmaq QADAДћAN olundu
Qadın geyim ölçüləri
Azərbaycanda uşaqlara qoyulan 10 ən populyar ad
"Yaz günü" salatı (foto resept)
QALİB SEÇİLDİ - "Şah əsərim"
45 kiloqram arıqlayan Adelin sirri
Qadınların bilməsi lazım olan 22 qayda!
Yeni trend: Saç sırğaları
Pul ilə aranız necədir? (test)
94 kiloqram arıqlayıb heyran etdi - FOTO
İdmançımız Dünya çempionatının medalçısı oldu
Pomidorun yararları
Bu şəhərdə necə insanlar yaşayır?
- ŞƏRHLƏR