Dünyada hər il milyonlarla insan turizm, biznes, müalicə, məskunlaşma və digər səbəblərdən xarici ölkələrə səyahət edir. Azərbaycanda bu və başqa səbəblərdən ölkəyə gələnlərin və ölkədən gedənlərin sayı ildən ilə artmaqdadır. Xarici ölkəyə səfər edənlər içərisində yetkinlik yaşına çatmayan şəxslər – uşaqlar da əhəmiyyətli yer tutur. Səfərlərinizin yalnız xoş məramlı olması arzusu ilə, Sizi 18 yaşına çatmamış Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getmək qaydaları ilə tanış edirik.
İlk növbədə bilməliyik ki, hərəkət azadlığı hər bir vətəndaşın konstitusion hüququdur. Vətəndaş heç bir halda ölkəyə gəlmək və ölkədən getmək hüququndan məhrum edilə bilməz. Bu hüquq yalnız qanunla göstərilən hallarda müvəqqəti məhdudlaşdırıla və ya dayandırıla bilər.
Yetkinlik yaşına çatmayan şəxslərin təhlükəsizliyi və müdafiəsi məqsədi ilə, qanunla 18 yaşına çatmamış vətəndaşın ölkədən getməsi üçün hər iki valideynin və ya qanuni nümayəndəsinin notarius tərəfindən və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş razılığı tələb olunur. Mətndə 18 yaşına çatmamış vətəndaşı “uşaq” sözü ilə ifadə edəcəyik.
Uşaq hər iki valideyni ilə (yaxud qanuni nümayəndəsi ilə) səyahət edirsə, valideynin birinin (yaxud qanuni nümayəndənin) ümümvətəndaş (xidməti, diplomatik) pasportuna həmin uşaq yazılmalı və fotoşəkli yapışdırılıb möhürlənməlidir.
Uşaq bir valideyni ilə səyahət edirsə, həmin valideynin pasportuna uşaq yazılmalı və fotoşəkli yapışdırılıb möhürlənməli, həmçinin digər valideynin notarius tərəfindən təsdiq edilmiş razılığı alınmalıdır.
Valideynlərdən birinin razılığı olmadıqda, (münaqişəli boşanma, valideynin yerinin müəyyən edilə bilməməsi və s. hallarda) yetkinlik yaşına çatmamış vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Əgər valideyn vəfat etmişdirsə, ölüm haqqında sənədi, itkin düşmüşdürsə, itkin düşmüş elan edilməsi haqqında məhkəmənin qərarını götürmək lazımdır.
Uşaqlar, bir qayda olaraq, ölkədən yalnız valideynlərindən birinin və ya qanuni nümayəndəsinin müşayiəti ilə gedə bilərlər. Müstəsna hallarda təhsil almaq, beynəlxalq tədbirlərdə iştirak etmək, müalicə olunmaq və ya daimi yaşamaq üçün 18 yaşına çatmamış uşağa valideynlərinin razılığı, müvafiq təşkilatın vəsatəti əsasında pasport verilə bilər.
Lakin qanunda pasport alma yaşının aşağı həddinin müəyyən olunmaması (Daxili İşlər Nazirliyinin müvafiq daxili təlimati olub-olmaması barədə məlumatlı deyilik) müəyyən suallar doğurur. Məsələn, 2 yaşı tamam olmuş uşağa pasport verilə bilərmi? Verilmədiyi halda, 2 yaşı tamam olmuş uşaqlar valideynin müşayiəti olmadan doğum şəhadətnaməsi və razılıq əsasında ölkəni tərk edə bilərmi? Müxtəlif ölkələrin təcrübəsində məsələyə yanaşma fərqlidir. Rusiya və Ukraynada bir qayda olaraq, təcrübədə 7 yaşına çatmış uşağa pasport verilir, daha az yaşlılarda isə doğum haqqında şəhadətnamə, yaxud müvəqqəti səfər sənədi istifadə olunur. ABŞ təcrübəsində isə xarici səfər üçün yeni doğulmuş uşağa belə pasport almaq məcburidir.
Ölkəmizdə biometrik pasportlar tətbiq olunmağa başladıqdan sonra boşluqların aradan qalxacağına ümid edirik. Hazırda isə qanunu rəhbər tutaraq, gələcəkdə xoşagəlməz sürprizlərdən yayınmaq üçün, hər iki valideynin pasportunda yetkinlik yaşına çatmayan uşaqların yazılmasını və mümkün olan ən erkən yaşda uşaqlara pasport alınmasını tövsiyə edirik.
Uşağın pasportu olduğu təqdirdə, istər valideynin müşayiəti ilə olan, istərsə də, valideyni tərəfindən müşayiət olunmadığı səfər zamanı pasportu özü ilə götürməlidir.
Uşaq valideynin müşayiəti ilə getmədiyi halda, (qohumu, qrup rəhbəri və s. şəxslərlə gedirsə) valideynlərin hər ikisi tərəfindən (birlikdə və ya ayrılıqda) müşayiət edən şəxsin adına notariusda təsdiq etdirilmiş razılıq/etibarnamə verilməli və ümumvətəndaş pasportu götürülməlidir.
Uşağı müşayiət edən şəxs yoxdursa, pasportdan əlavə, uşağın müvafiq aviakompaniyanın personalının nəzarəti altında daşınmasına dair onun valideynləri (yaxud qanuni nümayəndəsi) tərəfindən doldurulmuş, hər iki valideyn tərəfindən imzalanmış və notarial qaydada təsdiq olunmuş ərizə təqdim olunmalıdır. Bu halda uşağın daşınması qaydaları daşıyan aviakompaniya tərəfindən müəyyən olunur. Belə qayda əksərən 2 yaşdan yuxarı və 14 yaşdan aşağı (məsələn, THY-da 7-11 yaş) uşaqlara şamil olunur. Uşaqlar valideyn/qanuni nümayəndə tərəfindən hava limanına gətirməli, təyinat nöqtəsində səlahiyyətli şəxs tərəfindən qarşılanmalı, bir qayda olaraq, sərnişin bileti ilə yanaşı aviakampaniyadan əvvəlcədən razılıq alınmalıdır.
Uşaq daimi yaşayış üçün ölkədən getdiyi halda, onun valideynlərinin hər birinin və ya qanuni nümayəndəsinin yazılı şəkildə ifadə edilmiş və notarius tərəfindən təsdiq edilmiş razılığı olmalıdır.
Uşaq əcnəbi/vətəndaşlığı olmayan şəxs tərəfindən övladlığa götürülmüşdürsə, səfər zamanı digər sənədlərlə yanaşı, onun övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və övladlığa götürmə haqqında şəhadətnamə təqdim edilməlidir.
Nəzərə alınmalıdır ki, ölkədən getməyin və ölkəyə gəlməyin qanunla müəyyənləşdirilmiş qaydaları pozulduqda təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Qeyd 1: Qeyd olunan məsələlər “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının 813 saylı 14.06.1994-cü il tarixli qanunu, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Əsasnamənin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə AR Milli Məclisinin 928 saylı 29.11.1994-cü il tarixli qərarı ilə tənzimlənir.
Qeyd 2: Xəbərdə istifadə olunan şəkillər http://www.ehow.co.uk, http://www.examiner.com və http://www.jaunted.com mənbələrinə məxsusdur.
XƏBƏR LENTİ
Ağız içi yaraları, səbəbləri və müalicə üsulları
Azərbaycanla Naxçıvanı birləşdirəcək dəhliz - VİDEO
Azərbaycanda zəlzələ olub
Ramazanı Birlikdə Yaşayaq!
Pritçalar (son)
1,3 milyonluq evi 19 dollara satır-SƏBƏB
Azərbaycan zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı Pakistana kömək təklif edib
"Medcezir"in ulduzu xanımı ilə-FOTO
Beyl yenə ən yaxşı futbolçu sayıldı
Qış vannası qəbul etməyin faydaları
Instagram-ın gələcəyi necə olacaq?
Məşhurların ən böyük peşmanlığı: "İndiki ağlım olsaydı..." - FOTO
Zakir Qaralovdan kadr dəyişikliyi
Azərbaycanda 101 nəfər koronavirus xəstəsi sağalaraq evə buraxıldı
Hansı təmizlik vasitələrindən necə istifadə edirsiniz?
Azərbaycanda bu yerlərdə yaşayış binalarının tikilməsinə qadağa qoyuldu
Tarixin və təbiətin yaratdığı təbii tablolar
Orta məktəb dərsliklərinə yeni mövzular daxil ediləcək
Düşmənin sipər kimi istifadə etdiyi daşın yanında Mübariz İbrahimovun şəkli ucaldıldı
İnsanların daha sonra peşman olduğu 10 şey
Qadınlar bayramı haqda ilginc həqiqətlər
İranın təhdidlərindən sonra ABŞ fikrindən daşındı
Revmatizm üçün sınanılmış üsul
Gözəl geyim və aksessuarlar
Hava haqqında - 23.01.2014
Denis Kislov: “Qarabağ münaqişəsi tez, aydın və lazımi zamanda həll edildi”
Siqareti tərgitməyin asan yolu
Həkimləri robotlar əvəz edəcək
Məşhur professordan zəlzələ xəbərdarlığı-VİDEO
Bakı Beynəlxalq Qadınlar Klubu ənənəvi Milad bazarı keçirəcək
Amerikanın saqqız divarı
Məhərrəm ayının ilk gününün müstəhəb əməlləri
İlin Ən Pis filmlərinin reytinqi hazırlandı
Səhnədə gözlənilməz məqam-FOTO
Səudiyyə Ərəbistanı məğlub oldu
Toyuq ilə yay ləvəngisi
Məşhur model toyundan danışdı-FOTO
Günün ulduz falı
Kimdir qadın?
Yüksək təzyiqi aşağı salan üsullar
Lətifələr
Neslihan və Kadir Doğulu karantindən FOTO paylaşdılar
Qlobal istiləşmə 23 milyon nəfərə təsir edəcək
Qurana hörmətsizlik edənlər cərimə olundular
Rezidenturaya qəbul imtahanı keçirilir
Dinlə! Dinləyirəm!
Saç rəngini təbii yolla açan üsul
Gülşenin geyimi diqqət çəkdi-FOTO
Naomi Kempbell Ceylonun paltarında-FOTO
Hər qadına lazım olan 15 məsləhət
- ŞƏRHLƏR