Ubey ibn Kəb (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər s.ə.s.) belə demişdir: “Bir dəfə Musa İsrail oğullarına xütbə verərkən ondan: “İnsanların ən elmlisi kimdir?”– deyə soruşdular. Musa: “Ən elmli adam mənəm!”– dedi. Allah da buna görə onu qınadı. Çünki Musa bu haqda bilginin yalnız Allaha məxsus olduğunu demədi. Sonra Allah ona belə vəhy etdi: “İki dənizin qovuşduğu yerdə Mənim səndən çox bilən bir qulum vardır.” Musa dedi: “Ey Rəbbim! Mən onu necə tapa bilərəm?” Allah buyurdu: “Zənbilə bir balıq qoy və yola düş balığı harada itirsən, həmin adamı orada tapacaqsan.” Musa xidmətçisi Yuşə ibn Nunla birgə yola düşdü və özləri ilə zənbildə bir balıq götürdü. Nəhayət, gəlib bir qayanın yanına çatdıqda başlarını yerə qoyub yatdılar. Bu əsnada balıq səkitcə zənbildən çıxıb dənizə düşdü və suyun altı ilə yol alıb getdi. Balığın suyun altı ilə yol alıb getməsi Musaya və onun xidmətçisinə qəribə gəlmişdi. Sonra qalxıb gecənin qalan hissəsini və bütün günü yol getdilər. Nəhayət, ertəsi gün səhər Musa öz xidmətçisinə: “Nahar yeməyimizi gətir. Biz bu səfərimizdə lap əldən düşdük”– dedi. Musa Allahın buyurduğu yerdən gəlib keçincəyə qədər yorğunluq hiss etməmişdi. Xidmətçisi ona dedi: “Qayanın yanında gizləndiyimiz vaxt yadına gəlirmi? O zaman mən balığı unutdum.” Musa dedi: “Elə istədiyimiz də bu idi!” Sonra onlar öz ləpirlərinin izinə düşüb geri qayıtdılar.” Nəhayət, qayanın yanına gəlib çatdıqda, orada əbasına bürünmüş bir adama rast gəldilər. Musa ona salam verdi. Xədir soruşdu: “Sənin məmləkətində belə salam verməyi haradan öyrəniblər?” O: “Mən Musayam!”– dedi. Xədir soruşdu: “İsrail oğullarından olan Musa?” Musa: “Bəli!”– deyə cavab verdi, sonra da əlavə edib dedi: “Sənə öyrədilmiş doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə sənin arxanca gələ bilərəmmi?” Xədir dedi: “Doğrusu, sən mənim yanımda səbir edə bilməzsən. Ey Musa! Mən Allahın mənə öyrətdiyi və sənin bilmədiyin bir elmi bilirəm. Sən də Allahın sənə öyrətdiyi və mənim bilmədiyim bir elmi bilirsən.” Musa dedi: “İnşallah, səbirli olduğumu görəcəksən. Sənin heç bir əmrindən çıxmayacağam.” Sonra hər ikisi, gəmiləri olmadığından dənizin sahili ilə piyada getməyə başladılar. Bu əsnada bir gəmiyə rast gəldilər və onun yiyələrindən onları da gəmiyə götürməyi xahiş etdilər. Gəmidəkilər Xədiri tanıdıqlarına görə, onlardan muzd almadan hər ikisini gəmiyə götürdülər. Bu ərəfədə balaca bir sərçə gəlib gəminin yan tərəfinə qondu və dənizdən bir-iki damla su içdi. Xədir dedi: “Ey Musa! Mənim və sənin elmin bu sərçənin dənizdən götürdüyü bir-iki damla su qədər belə Allahın elmini əksiltməz.” Sonra Xədir gəminin lövhələrindən birini sındırdı. Musa dedi: “Bu adamlar təmənnasız bizi gəmiyə götürdükləri halda sən onları suya qərq etmək üçünmü onların gəmilərini deşdin?!” Xədir dedi: “Mən demədimmi ki, sən mənim yanımda səbir edə bilməzsən?” Musa dedi: “Unutduğum bir şeydən ötrü məni qınama.” Birinci dəfə Musa unutduğundan belə dedi. Sonra ikisi də yenə yola düzəldilər. Nəhayət, gəlib uşaqlarla oynayan bir oğlan uşağı ilə rastlaşdıqda Xədir onu tutub əli ilə başını üzdü. Musa dedi: “Heç kəsi öldürməyən günahsız bir canamı qəsd etdin?” Xədir dedi: “Sənə demədimmi ki, mənim yanımda səbr edə bilməzsən?” Sonra yenə yola düzəldilər. Nəhayət, bir kənd əhlinin yanına gəlib camaatdan yeməyə bir şey istədilər. Lakin camaat onları yeməyə qonaq etmək istəmədi. Onlar orada dağılmaq istəyən bir divar gördülər və Xədir öz əli ilə onu düzəltdi. Musa dedi: “Əgər istəsəydin, bunun müqabilində zəhmət haqqı alardın.” Xədir dedi: “Bu, mənimlə sənin aranda ayrılıqdır.”
Peyğəmbər (s.ə.s) dedi: “Allah Musaya rəhm etsin! Kaş, səbir edəydi, onda onların barəsində bizə daha çox xəbər verilərdi.” (əl-Buxari,122)
XƏBƏR LENTİ
Qozadan "Kirpi" düzəldilməsi
Ramazanın 23-cü gününün duası
Ön cəbhədə atışma
“Əsas məqam imtahanın yazılı və ya şifahi olması deyil”
Boyun qırışlarını necə azaltmalı?
Türkiyə Lavrovu ölkəyə buraxmadı
Tolqa Karel yeni ev aldı
Mehmet Ali Erbil nə vaxt evə buraxılacaq?
Azərbaycanda ilk: ömürlük məhkum həbsxanada evləndi
Televizor uşaqların inkişafına mane olur
İlham Əliyev G20-yə bu təyyarə ilə gedəcək
Qan iltihablanması və müalicəsi
Rəngli kağızlar, həndəsi fiqurlar
9-cu siniflərin NƏZƏRİNƏ!
Vanda tullantılardan rəsm əsərləri
22 minədək yeni iş yeri açılacaq
Müdafiə naziri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub
Azərbaycanda daha 329 nəfərdə koronavirus aşkarlandı, 7 nəfər öldü
Siqareti tərgidənlərə 300 avro veriləcək
Günün qoroskopu: emosional fon qeyri-sabitdir
Limonlu kakaolu keks (foto resept)
"Victoria’s Secret"də ilk dəfə kök model - FOTO
Tuba hər kəsi təəccübləndirdi
Əziyyətsiz biqudilər
Yer kürəsi üçün TƏHLÜKƏ - Nəhəng asteroid yaxınlaşır
Sabahdan bulvara giriş qadağan olunur
Qorunan qala-İnsan bədəni
Tatlısəs Hiltonu Bodruma dəvət etdi
Acun və Murat arasında qalmaqal böyüdü-FOTO
"Whatsapp" istifadəçilərinə növbəti xəbərdarlıq
Azərbaycan polisi Kəlbəcərdə postlar qurdu - FOTO
Əcnəbi tələbələrin "hello"sunu "salam"a necə çevirək?
Teylor Svift pərəstişkarlarına beş milyon dollar məbləğində yardım edib
Fahriye Evcen Burak Özçivitin filminin qalasında GÖZ QAMAŞDIRDI - FOTO
Müasir qadının eşq acısı
Rəqibləri geridə qoyan Citroen Cactus
Nazirlikdə boş iş yeri var
Qafqaz qorxunc virusun təhlükəsi altında
Yuxudan vaxtında oyanmaq üçün nə edək?
Məşhur modelyer həbs oluna bilər-SƏBƏB
Üçlü beyin nəzəriyyəsi
ABŞ-dan Azərbaycana Qarabağa sadiqlik mesajı
Elektrikli ütünün icadı
“WhatsApp”da ödənişli funksiyalar
Hava haqqında - 24.11.2013
Hulusi Akar: “Ermənistan tarix və beynəlxalq hüquq qarşısında cavab verəcək” - VİDEO
Kate Moss tərzinin əvəzedilməzləri
Gün var əsrə bərabər: Ötənləri yada salaq
İspan dili (sınaq)
Məşhur model həbs olundu
- ŞƏRHLƏR