Allah bir insanı şikəst yaradırsa, bu vəziyyəti ilə həm onu, həm də ətrafındakıları imtahana çəkir. Insan bilməlidir ki, onu yaradan Allahdır. Anadangəlmə şikəst yaratmasının da bir hikməti var: əgər sən səbir edəcəksənsə, axirətdə o şikəstliyinin mükafatını alacaqsan. Başqaları da gözü görməyən, qulağı eşitməyən, dili danışmayan, əli-ayağı tutmayan şikəstə baxıb başa düşməlidir ki, Allah istəsəydi, onları da elə yarada bilərdi. Yəni, bu mənzərədən hər kəsin özü üçün çıxaracağı bir nəticə var və o nəticə budur ki, dilimiz də, gözümüz də, qulağımız da, əlimiz də, ayağımız da, bütün üzvlərimiz də bizim yox, Allahın əmanətidir.
Unutmayaq ki, axirətdə bütün bədən üzvlərimiz bizə şahid olacaqlar. Unutmayaq ki, Allah bizə bədən üzvlərimizi hallalıq çərçivəsində istifadə etməyi buyurur. Əgər dilimiz qeybətlə, iftira ilə məşğuldursa, lal olmaq bundan yaxşıdır. Əgər gözümüz davamlı olaraq harama baxırsa, halal-haram seçmirsə, kor olmaq bundan daha yaxşıdır. Əgər əlimiz başqalarının haqqını talayırsa, harama uzanırsa, əlsiz olmaq bundan daha yaxşıdır...
Bəzən insan səbirsiz davranır, bu cür hallarla rastlaşanda taleyinə üsyan edir və zərərə uğrayır. Əgər o şikəstlik (istər anadangəlmə olsun, istər sonradan) aradan qaldırıla bilərsə, bunun üçün çalışmaq lazımdır. Sən ağlının və iradənin işığında çalışacaqsan, nəticəni isə Allahdan gözləyəcəksən. Qismət nə olacaqsa, onu da qəbul edəcəksən.
Bu məsələ bir növ şəhidlik məsələsinə bənzəyir: gənc yaşlı biri Haqq yolunda vuruşur və şəhid olur. Insanlar onun taleyinə acıyır, ardınca ağlayırlar. Ancaq illər keçdikcə hər kəs ölür və bir vaxt şəhidin ardınca ağlayanlar gerçəklərlə tanış olanda “Kaş ki, mən də şəhid olaydım” deyirlər.
Insanın anadan şikəst doğulması onun nə günahıdır, nə də cəzası. Burada bir hikmət var, o hikməti anlamaq və düzgün bir həyat tərzi ilə tələb olunanı yerinə yetirmək lazımdır...
XƏBƏR LENTİ
Fransızsayağı armud piroqu (foto resept)
Bu ərazidə iki gün işıq olmayacaq
ABŞ televiziya aparıcısı yadplanetlidir? GÖZLƏRƏ DİQQƏT... - VİDEO
Şəkidə bazar od tutub yanır
Hərbi hissələr Gəncədən çıxarılır
Rusiyada məktəblilər maska taxmaya bilər
Məşhur aktrisa ikinci dəfə ana oldu
Toyuq ətli və köklü plov
Sağlam uşaqların xəstəliyi...
Cüdoçumuz Avropa çempionu oldu
Azərbaycanda 72 nəfər koronavirusa yoluxub - RƏSMİ
Mükəmməl münasibətin 5 qaydası
BÜRCLƏR bizə nə vəd edir?-3 Fevral
Köhnə kitablar üzərində rəsm əsəri
BMT uşaqlar üçün ən yaxşı ölkəni açıqladı
Nağıl qalmaqala səbəb oldu - TƏFƏRRÜATLAR
Hava haqqında
Bu dəfə Kənanla Kıvanç “toqquşacaq”
Dünyanın ən ucuz smartfonu istehsal ediləcək
Azərbaycan manatının dünya valyutalarına nisbətdə məzənnəsi
Ölkələrə görə gəlin və bəy
Dünyanın ən varlı 10 baş məşqçisi
Günün ulduz falı
Avropada vulkan oyandı, yeri titrətdi
Qəlbin qapısı
"Qara dəniz fırtınası" əsdi, "Rubin" sevindi
Göbələk dolması (foto-resept)
Dollar bahalaşdı-1,55 AZN oldu
Ata oğlunu karantin vaxtı evdə saxlamağın qeyri-adi üsulunu düşündü– FOTO
Niyyətin yaxşılıq olsa...
Qara gavalı salatı (foto resept)
“WhatsApp”da YENİLİK!
İlin Ən Pis filmlərinin reytinqi hazırlandı
Ballı suyun sağlamlığa faydası
Marmelad (foto-resept)
Həyətimizi özümüz bəzəyək
Azərbaycan-Ermənistan - 8:0
Ac quş sürüsü şəhərə hücum etdi - VİDEO
Azərbaycanda camaata qida əvəzinə zəhər satırdılar
HAVA necə olacaq?- 26 fevral
Bayraq Günü münasibətilə velo-yürüş olacaq
Ulduzların maşınları
Bakı 15 gəzməli şəhərdən biridir
Sızanağın şişkinliyi necə keçər?
Koçaryan: “İyulda sərhəd münaqişəsinə Ermənistan səbəb olub”
Skarlett Yohansson 35 yaşını qeyd edir - FOTO
Limonlu suyun möcüzəvi faydası
Vilayət Eyvazovdan yeni TƏYİNAT
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
Günün ulduz falı
- ŞƏRHLƏR