Allah bir insanı şikəst yaradırsa, bu vəziyyəti ilə həm onu, həm də ətrafındakıları imtahana çəkir. Insan bilməlidir ki, onu yaradan Allahdır. Anadangəlmə şikəst yaratmasının da bir hikməti var: əgər sən səbir edəcəksənsə, axirətdə o şikəstliyinin mükafatını alacaqsan. Başqaları da gözü görməyən, qulağı eşitməyən, dili danışmayan, əli-ayağı tutmayan şikəstə baxıb başa düşməlidir ki, Allah istəsəydi, onları da elə yarada bilərdi. Yəni, bu mənzərədən hər kəsin özü üçün çıxaracağı bir nəticə var və o nəticə budur ki, dilimiz də, gözümüz də, qulağımız da, əlimiz də, ayağımız da, bütün üzvlərimiz də bizim yox, Allahın əmanətidir.
Unutmayaq ki, axirətdə bütün bədən üzvlərimiz bizə şahid olacaqlar. Unutmayaq ki, Allah bizə bədən üzvlərimizi hallalıq çərçivəsində istifadə etməyi buyurur. Əgər dilimiz qeybətlə, iftira ilə məşğuldursa, lal olmaq bundan yaxşıdır. Əgər gözümüz davamlı olaraq harama baxırsa, halal-haram seçmirsə, kor olmaq bundan daha yaxşıdır. Əgər əlimiz başqalarının haqqını talayırsa, harama uzanırsa, əlsiz olmaq bundan daha yaxşıdır...
Bəzən insan səbirsiz davranır, bu cür hallarla rastlaşanda taleyinə üsyan edir və zərərə uğrayır. Əgər o şikəstlik (istər anadangəlmə olsun, istər sonradan) aradan qaldırıla bilərsə, bunun üçün çalışmaq lazımdır. Sən ağlının və iradənin işığında çalışacaqsan, nəticəni isə Allahdan gözləyəcəksən. Qismət nə olacaqsa, onu da qəbul edəcəksən.
Bu məsələ bir növ şəhidlik məsələsinə bənzəyir: gənc yaşlı biri Haqq yolunda vuruşur və şəhid olur. Insanlar onun taleyinə acıyır, ardınca ağlayırlar. Ancaq illər keçdikcə hər kəs ölür və bir vaxt şəhidin ardınca ağlayanlar gerçəklərlə tanış olanda “Kaş ki, mən də şəhid olaydım” deyirlər.
Insanın anadan şikəst doğulması onun nə günahıdır, nə də cəzası. Burada bir hikmət var, o hikməti anlamaq və düzgün bir həyat tərzi ilə tələb olunanı yerinə yetirmək lazımdır...
XƏBƏR LENTİ
Şahzadə Harrinin oğlunun dayəsi işdən çıxdı_SƏBƏB
Ermənistan 1915-ci il hadisələrini gəlir mənbəyinə çevirməyə çalışır
Qırmızı kadife tort (foto resept)
Səyahət edərkən formada qalmağın yolları
Dünyanın sonuna hazırlaşanların şousu
Azərbaycanda koronavirusdan sağalanlara XƏBƏRDARLIQ - VİDEO
Xəzərdə zəlzələ olub
Günün ulduz falı
Meqan və Harri öz evinə köçdü-FOTO
Sən həmişə bizimləsən
Bu günün hava proqnozu
Vəhşi təbiətin yırtıcı gözəlləri
Ət soyutması (foto resept)
Rəngarəng donlar
Şeir öyrənək-1
Prezident İlham Əliyev və xanımı ümumdünya forumunun açılışında
Putin İrəvana ağır zərbə vurur
Arqan yağı maskası
Ay qana boyandı
Çimərlik mövsümü açılacaq?
İmtahana hazırlaşan abituriyentlər oxusun
BÜRCLƏR bizə nə vəd edir? - 22 APREL
İrem Helvacıoğlu aylar sonra Etiraf etdi
Günəşdən qorunmağın 5 qaydası
Ermənilər böyük itkilər verdi
Ağcabədi rayonu yenidən atəşə tutulub - RƏSMİ
Qızların beyni daha tez inkişaf edir?
17 il əvvəlki şəklini görənlər tanımadılar-FOTO
Tikinti bazarında nə ucuzlaşıb, nə bahalaşıb?
"Wikipedia"nı yalan məqalələrdən azad edəcəklər
Dünya Bankı: 5 gündən sonra ABŞ-ı fəlakət gözləyir
Vahid məktəbli forması necə olacaq?
Alimlər planeti məhv edəcək asteroidin ölçüsünü dedilər
Şəkillərdə güldürən detallar
Kiyevdə qırğındır: ölənlərin sayı 27-yə çatıb
Qozlu mannı halvası (foto resept)
Kəşf etməyi sevənlər üçün sənədli filmlər
Bayram namazı necə qılınacaq?
Arzularımın və xəyallarımın şəhəri-Roma!
Prezident: “Azərbaycan Ordusu “Qarabağ Ermənistandır” iddiasına layiqli cavab verdi”
Balıq kotleti (foto resept)
Cəbhədən son xəbər
Alimləri təəccübləndirən müəmmalı canlı
Körpələrdə barmaq sorma və qəbizlik
Dünyanı lərzəyə salan epidemiya bitdi
Öz mətbəximdən nümunələr (2)
2020-ci ilin 6 dəbli rəngi
Hələ bu cür üzük görməmisiniz!
Minlərlə şəxs sürücülük hüququndan məhrum edildi -SƏBƏB
Zəfəran çayının faydası
- ŞƏRHLƏR