Könlümə, sözümü keçirə bilmədim, Yar...
Sevgimi ürəyimdə böyüdə bilmədim, Yar...
Dilimi, Sənə kölə edə bilmədim, Yar...
Ürəyimi Sənə aça bilmədim, Yar...
Zikrimi daim edə bilmədim Yar...
Bilmədim Yar, səhvlərimi tapıb düzəldə bilmədim. Məndən bütün istədiklərini Sənə verə bilmədim, daim Sənin üçün ola bilmədim, hədəfə heç cür çata bilmədim, Yar. Daha zamanım varmı bilmədim, önümə nə maneə çıxacaq təxmin edə bilmədim, imtahanları keçə bilmədim, Yar. Sevdamı Sənə göstərə bilmədim, təvəkkül edib güvənə bilmədim, mənə olan sevgini tam idrak edə bilmədim Yar. Kədərlənərəm elə keçirdiyim ömrümə, qiymətini bilmədiyim Sevgilimə. Ağlaram səhvlərimə, bitməyən istəklərimə. Qısılıb qalmış, məhbus olmuş, bir qəfəs içindəki könlümə...
Ey ürəyim, sərbəst burax artıq könlümü, getsin gedə bildiyi qədər, tutma özünü, sevdamı burax sahibinə. Əsla dinləmə özünü, yoxsa səni yeni bir vəsvəsə tapar. Burax ürəyini, getsin Sevgilinin apardığı yerə. Öz-özünə niyə, nə qədər, nə vaxt deyərkən, zaman irəliləyir öz əleyhinə. O an... Sevgilinin apardığı yerdə zaman dayanmışmı, keçmişmi - nə mənası var ki, hər şey kifayət qədər gözəl deyilmi? Nədir ürəyində ən əhəmiyyətli olan? Eşqi axtarmaqmı, eşqi dadıb şəfa tapmaqmı, var olan sevdanı bir az daha alovlandırmaqmı? Nəticədə bunu çox istəyib əvəzini ödəməkmi? Nəfəsin çatan qədər ağlayaraq, yalvararaq səsini eşitdirə bilməkmi? Yoxsa özünü axan suya eləcə buraxa bilməkmi?..
Yoxsa... Bilərək, istəyərək öz-özünün boynunu vurmaqmı?..
Hər şeyi çox yaxşı bilib, bildiyini bildirməməkmi? Yoxsa bildiklərini bildirib, hiyləgərcə bundan xoşlanmaqmı? Gücünü istifadə edib gizlicə yaxşılıq etməkmi, ya da hər kəsə məqsədini izah etməkmi? Niyyətində xalis olub qarşındakına gülümsəməkmi? Yoxsa üzünə gülüb, bəlkə də ardından dodaq büzməkmi? Nədir bunun adı? Yaraşan budurmu ən əhsənə? Ya da yaşayarkən ən gözəlini, nəticədə eşqinin möhürüylə ürəyinə damğa vurmaq deyilmi?
Yoxsa, gülümsəyərək qarşılamadıqdan sonra neyləyim hər gün doğan günəşi, hər kəsi canımdan çox sevmədikdən sonra, önümdə yıxılanı görəndə içim ağrımadıqdan sonra, neyləyim o zaman "mən"i? Neyləyim məndəki Səni? Sən məndə yaşamadıqca, mən Səndə yetkinləşmədikcə. Mən, Sənin olanları, Sənə vermədikcə neyləyim məndəkiləri? Əzbərləsəm bütün elmini, danışsam daim bildiklərimi, əgər gözlərim görürsə əskikləri, o zaman anlayaram yəgin ki... Atəşdən köynəkdir geydiyim... Yandırar bədənimi, ağrıdar ürəyimi, əgər ağlım uydusa - qınayaram nəfsimi.
Bax belə, Sevgilini daşıyarsan azad olan könlündə, isbatlayarsan Rəbbinə yalnız iki hecayla. O Yar sənin ürəyində də dərinlərdədir. Bir sən, bir Rəbbin bilər bunu yalnız. Ehtiyac duymaz varlığının hiss edilməsinə, yaşadıqlarının hər kəs tərəfindən bilinməsinə. Hər duyğunu hiss edər ürəyində, doya bilməz sevginin ləzzətinə.
Yüngül bir meh küləyi kimi, bir tülün toxunuşu kimi yumşaq yer edər bütün danışdığı kəslərin ürəyində. Heç kim bilməz adını, onun adının qarşısında buna ehtiyac yoxdur.
Sevgilinin eşqi, bir başqa cür böyüyər bu könüllərin sahibində. Təvazu və səbriylə fəth edər başqa ürəkləri bütün sevgisiylə. Gülün zadəganlığını daşıyar hər hərəkətiylə.
Boynu bükükdür, sevgilinin kölgəsində belə əsla dik dayana bilməz. Hiss edər anında, əmsaldır hər danışması, ibrət gizlidir hər cümləsində. Kimsəyə qoymaz könül, yoxdur könlü, çünki onun könlü Sevgilidə...
Geri götürmək istəməz artıq Sevgilidən könlünü. Çünki götürmüşdür könülsüzlüyün dadını, doyulmaz ləzzətini. Neyləsin artıq o dünya zövqlərini? Çünki onun ağlı, fikri, yaşamasının tək səbəbi, könlünün və hər şeyinin tək sahibi, Sevgilisidir…
Hamınızı çox sevirəm... Sevgilərimlə...
(Rəbbinə qul olmaq yolunda olan bir bəndə...)
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Cazibədar xanımlar üçün donlar
Türkan Şoray sevincdən ağladı-FOTO
Prezident maaşları artırdı
Fərqli manikür nümunələri
"Facebook" istifadəçilərinin sayı 1 milyarda çatıb
Əl işləri- Toxunma ayaqqabılar
Bu sezonun eynək modelləri
Gəlinlərə saç düzümləri
Azyaşlı uşaqların erkən nigaha təhrik edilməsi problemi
Mavi qar yağdı
Zəhərli qidalar
Qidaların orqanizmə təsiri
Müəllimləri onu pulsuz hazırladı - 692 bal yığdı
Məşhur reper 4-cü dəfə ata olacaq
Azərbaycan tarixindən yüz şəxsiyyət-80
Təmiz evin 4 sirri
Misir ehramlarını tikənləri niyə gizlədirlər?
Evdə heyvan saxlamağın faydaları
Canerlə Selinin AYRILIQ xəbərləri yayıldı-FOTO
Azərbaycanda turistlərlə bağlı yenilik olacaq
Kəsmikli-moruqlu kekslər (foto resept)
“YouTube” yeni qaydalar tətbiq edir: hansı videolar ləğv ediləcək?
Əməkdar artistin səhhəti ağırlaşdı
Keçi südünün faydaları
Göygölə 25-30 santimetr qar yağdı
Bir həftəyə 4 kq arıqladan pəhriz
SON DƏQİQƏ: Çində koronavirusa yoluxan onlarla insan güllələndi - VİDEO
BÜRCLƏR bizə nə vəd edir?-3 Yanvar
Facebook videoreklama başlayır?
Düşmən mülki əhalini hədəfə aldı: Tərtərin kəndi atəşə tutuldu - FOTO
Evdə hazırlaya biləcəyiniz dəri maskaları
Güclü qar Gürcüstanın avtomobil yollarını iflic etdi
Ətli-göbələkli qəlyanaltı (foto resept)
Maykl Cekson dirildi – VİDEO\FOTO
Çiyələkli "Rafaello" (foto resept)
Qətərdə futbol üzrə dünya çempionatının keçirilmə vaxtı gələn il məlum olacaq
Apple geriləyir
Öz maketini hazırlayan ana
Günün ulduz falı
Cüneyt Arkın qızından və nəvəsindən imtina etdi - SƏBƏB
Valideynlərin DİQQƏTİNƏ! - FOTO
Sobada ətli pirojki (foto-resept)
Arzular, arzular, gözəl arzular...
Düyülü balıq şorbası (foto resept)
Bakı polisinindən xəbərdarlıq: "Sürücülər gözləməsinlər ki..."
Mütəxəssislər xəbərdarlıq edir - İnternetdə belə səhifələrdən uzaq olun!
Arıqlamağa kömək edən 3 içki
İnsanın ən böyük düşməni elə özüdür!
Ali təhsil müəssisələrində tədris ili uzadılacaq? - Nazir açıqladı
Valideynlərin nəzərinə!
- ŞƏRHLƏR