Qadin.NET / Könlümün tək sahibi

Könlümün tək sahibi

Könlümün tək sahibi

Könlümə, sözümü keçirə bilmədim, Yar... 

Sevgimi ürəyimdə böyüdə bilmədim, Yar... 

Dilimi, Sənə kölə edə bilmədim, Yar... 

Ürəyimi Sənə aça bilmədim, Yar... 

Zikrimi daim edə bilmədim Yar...

Bilmədim Yar, səhvlərimi tapıb düzəldə bilmədim. Məndən bütün istədiklərini Sənə verə bilmədim, daim Sənin üçün ola bilmədim, hədəfə heç cür çata bilmədim, Yar. Daha zamanım varmı bilmədim, önümə nə maneə çıxacaq təxmin edə bilmədim, imtahanları keçə bilmədim, Yar. Sevdamı Sənə göstərə bilmədim, təvəkkül edib güvənə bilmədim, mənə olan sevgini tam idrak edə bilmədim Yar. Kədərlənərəm elə keçirdiyim ömrümə, qiymətini bilmədiyim Sevgilimə. Ağlaram səhvlərimə, bitməyən istəklərimə. Qısılıb qalmış, məhbus olmuş, bir qəfəs içindəki könlümə...

Ey ürəyim, sərbəst burax artıq könlümü, getsin gedə bildiyi qədər, tutma özünü, sevdamı burax sahibinə. Əsla dinləmə özünü, yoxsa səni yeni bir vəsvəsə tapar. Burax ürəyini, getsin Sevgilinin apardığı yerə. Öz-özünə niyə, nə qədər, nə vaxt deyərkən, zaman irəliləyir öz əleyhinə. O an... Sevgilinin apardığı yerdə zaman dayanmışmı, keçmişmi - nə mənası var ki, hər şey  kifayət qədər gözəl deyilmi? Nədir ürəyində ən əhəmiyyətli olan? Eşqi axtarmaqmı, eşqi dadıb şəfa tapmaqmı, var olan sevdanı bir az daha alovlandırmaqmı? Nəticədə bunu çox istəyib əvəzini ödəməkmi? Nəfəsin çatan qədər ağlayaraq, yalvararaq səsini eşitdirə bilməkmi? Yoxsa özünü axan suya eləcə buraxa bilməkmi?..

Yoxsa... Bilərək, istəyərək öz-özünün boynunu vurmaqmı?..

Hər şeyi çox yaxşı bilib, bildiyini bildirməməkmi? Yoxsa bildiklərini bildirib, hiyləgərcə bundan xoşlanmaqmı? Gücünü istifadə edib gizlicə yaxşılıq etməkmi, ya da hər kəsə məqsədini izah etməkmi? Niyyətində xalis olub qarşındakına gülümsəməkmi? Yoxsa üzünə gülüb, bəlkə də ardından dodaq büzməkmi? Nədir bunun adı? Yaraşan budurmu ən əhsənə? Ya da yaşayarkən ən gözəlini, nəticədə eşqinin möhürüylə ürəyinə damğa vurmaq deyilmi? 

Könlümün tək sahibi

Yoxsa, gülümsəyərək qarşılamadıqdan sonra neyləyim hər gün doğan günəşi, hər kəsi canımdan çox sevmədikdən sonra, önümdə yıxılanı görəndə içim ağrımadıqdan sonra, neyləyim o zaman "mən"i? Neyləyim məndəki Səni? Sən məndə yaşamadıqca, mən Səndə yetkinləşmədikcə. Mən, Sənin olanları, Sənə vermədikcə neyləyim məndəkiləri? Əzbərləsəm bütün elmini, danışsam daim bildiklərimi, əgər gözlərim görürsə əskikləri, o zaman anlayaram yəgin ki... Atəşdən köynəkdir geydiyim... Yandırar bədənimi, ağrıdar ürəyimi, əgər ağlım uydusa - qınayaram nəfsimi.

Bax belə, Sevgilini daşıyarsan azad olan könlündə, isbatlayarsan Rəbbinə yalnız iki hecayla. O Yar sənin ürəyində də dərinlərdədir. Bir sən, bir Rəbbin bilər bunu yalnız. Ehtiyac duymaz varlığının hiss edilməsinə, yaşadıqlarının hər kəs tərəfindən bilinməsinə. Hər duyğunu hiss edər ürəyində, doya bilməz sevginin ləzzətinə.

Yüngül bir meh küləyi kimi, bir tülün toxunuşu kimi yumşaq yer edər bütün danışdığı kəslərin ürəyində. Heç kim bilməz adını, onun adının qarşısında buna ehtiyac yoxdur.

Sevgilinin eşqi, bir başqa cür böyüyər bu könüllərin sahibində. Təvazu və səbriylə fəth edər başqa ürəkləri bütün sevgisiylə. Gülün zadəganlığını daşıyar hər hərəkətiylə.

Boynu bükükdür, sevgilinin kölgəsində belə əsla dik dayana bilməz. Hiss edər anında, əmsaldır hər danışması, ibrət gizlidir hər cümləsində. Kimsəyə qoymaz könül, yoxdur könlü, çünki onun könlü Sevgilidə...

Geri götürmək istəməz artıq Sevgilidən könlünü. Çünki götürmüşdür könülsüzlüyün dadını, doyulmaz ləzzətini. Neyləsin artıq o dünya zövqlərini? Çünki onun ağlı, fikri, yaşamasının tək səbəbi, könlünün və hər şeyinin tək sahibi, Sevgilisidir…

Könlümün tək sahibi

Hamınızı çox sevirəm... Sevgilərimlə... 

(Rəbbinə qul olmaq yolunda olan bir bəndə...)

17 dekabr 2013
GO BACK