Zarafat etmək -insanın fitrətindən gələn bir haldır. Bu, insanda xoş duyğular əmələ gətirir, onun həyata baxışının optimist tərzdə tənzimlənməsinə kömək edir.
Lakin bununla belə İslamda zarafat etməyin öz ədəbləri mövcuddur ki, müsəlman öz zarafatlarını bu qaydalara müvafiq tərzdə tənzimləməli, ilk növbədə Allaha, daha sonra insanlara xoş gələcək zarafatlar etməlidir. Zarafat ədəbləri aşağıdakılardır:
1. Zarafatlarda İslam dininə tənə gətirən, lağ edilən ton olmamalıdır.
Bilmək lazımdır ki, İslam dininin hər hansı atributunu zarafat, lağ hədəfi etmək müsəlmanı İslamdan çıxarır:
(«Ya Rəsulum!) Onlardan soruşsan: “Biz ancaq söhbət edib zarafatlaşırdıq (əylənirdik)”,- deyə cavab verərlər. De: “Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz?!”
(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. (Quran, Tövbə, 65-66)
Allaha, Onun kəlamlarına, nişanələrinə, peyğəmbərlərinə lağ etmək, bunları zarafat hədəfinə çevirmək müsəlmanı tövbə etmədiyi təqdirdə kafir edir.
2. Zarafatda yalan olmamalıdır.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: «Vay o kəsin halına ki, insanları güldürmək üçün yalan danışır. Vay onun halına!» Əbu Davud.
3. Zarafat edərkən insanları qorxutmaq olmaz.
İbn Əbu Layla rəvayət edir ki, səhabələr bizə danışırdılar ki, bir dəfə Peyğəmbərlə (Allahın ona salavat və salamı olsun) səfərdə olarkən, onlardan biri yuxuya getdikdə, digər səhabə birincinin əlində olan ipi dartdı və ikinci qorxaraq yuxudan ayıldı. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi:»Müsəlmana o biri müsəlmanı qorxutmağa icazə verməyin» Əbu Davud.
Xüsusən əlində iti, kəsici alət, silah olan şəxsləri qorxutmaq daha təhlükəlidir.
4. Lağ etmək, məsxərəyə salmaq.
Aydın məsələdir ki, hər bir insan yalnız onun özünə məxsus individual xüsusiyyətlərə malikdir. Bəzən bu xüsusiyyətlər insanın digərlərindən həddən artıq fərqlənməsinə səbəb olur. Bəzi kəslər bundan istifadə edərək həmin adamı məsxərəyə qoyur, lağ və tənə edirlər. Lakin Uca Allah Qurani Kərimdə bunu qadağan edərək belə buyurur:
«Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin (ayıb tutmayın) və bir-birinizi pis ləqəblərlə (ey kafir, ey fasiq, ey münafiq və i. a.) çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır! (Özlərinə zülm edənlərdir!) «
(Hucurat, 11)
Müsəlmanların bir-birinə rişxənd etməsi onların arasındakı sevgini yox edir, nəticədə isə bütün ümmət arasında parçalanma baş verir. Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) buyurmuşdur:
«Müsəlman müsəlmanın qardaşıdır. O, onun xətrinə dəymir, onu köməksiz qoymur və ona həqarətlə baxmır. «Təqva bax burdadır» (o dedi və əlini 3 dəfə sinəsinə tərəf apardı). İnsan üçün öz qardaşına nifrət etmək pislik etməkdə kifayətdir. Hər bir müsəlmana o biri müsəlmanın qanı, namusu və malı haramdır»
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Sevgi alimin ağlını aldı
Aslı Murad haqqında danışdı
Tarkan qızı üçün mahnı yazdı-FOTO
Dərs ili qısaldıla bilərmi?
Azərbaycan əhalisinin son sayı açıqlandı
Neslihandan Fahriyenin artıq çəkilərinə dair AÇIQLAMA
Menstruasiya haqqında bilməli olduqlarınız
Azərbaycan Ordusu mülki əhalini heç vaxt hədəf almır - RƏSMİ
Beyonsdan kababçı Nüsrətə şok təklif
Google-un lobbiçiləri zəifləyəcək
Hər kəs təyyarə sürə biləcək
Gülməli anlar
Yataq üstü rəflər
Millət vəkili oğluna 1500 nəfərlik toy etdi - FOTO/VİDEO
Türkiyəli ulduz "Ay qız"ı oxudu - VİDEO
Portağallı kokostar qurabiyəsi (foto-resept)
Hadisənin son FOTOsu narazılıq yaratdı
Pensiyalarla bağlı YENİ MƏLUMAT
Merlin Monronun öldüyü ev rekord qiymətə satıldı
İstirahət gününün havası
Günün ulduz falı
Feil - 1
Skype-da gözlənilən yenilik gerçəkləşdi
Azərbaycanda evdə təhsil alanlara müjdə
Yay geyimləri
Bakı kəndlərində sel köçü
Albalı keksi (foto resept)
Putindən dünyanı ayağa qaldıran həmlə
Koronavirusu ən çox yayan mahnı məlum oldu
Danışa bilməsə də, milyonlar onu seçdi-FOTO
Müəllimlər üçün İKT-dən istifadə təlimləri keçirilir
Hava necə olacaq?
Əl işləri
Hicablı xanımlar üçün ziyafət geyimləri
Britni Spirs pəhrizi
Xəyanətin ölçüsünü orada axtarın
Bir günə 20 min artdı - Əcnəbilərin “Qarabağ” marağı...
Dolu bədənli xanımlar üçün
Şahzadələrin cazibədarlıq sirləri
Övlad sahibi olmaq istəyənlər
Berkay tənqid olundu - FOTO
"Uşaqlar və qadınlar zorla bu xoşagəlməz vərdişlərə məcbur edilirlər"
Vanqanın Qarabağla bağlı PROQNOZU
Nəvələri Heydər Əliyevin məzarında
Ay tutulması baş verəcək - Dəqiq vaxt açıqlandı
HAVA necə olacaq?
Hava haqqında
İstirahət günlərində Bakıda bu yol bağlı olacaq
Ramil Səfərov ata oldu
Bergüzar Korel çətin hamiləliyindən danışdı – FOTO
- ŞƏRHLƏR