Əqidəyə aid olan digər məsələlər
Peyğəmbərin (s.a.s) əhli-beyti
Peyğəmbərin (s.a.s) əhli-beyti deyildikdə onun, özlərinə sədəqə haram edilmiş ailəsi nəzərdə tutulur. Əhli-beyt Əli ibn Əbu Talibin (r.a) ailəsi, Cəfərin (r.a) ailəsi, Abbasın (r.a) ailəsi, Haris ibn Əbdül Muttalibin oğulları və Peyğəmbərin (s.a.s) xanımlarıdır.
Əhli-beytin fəziləti barədə
Uca Allah buyurur: “Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir” (əl-Əhzab, 33).
Peyğəmbər (s.a.s) belə buyurmuşdur: “Allah xatirinə əhli-beytimlə gözəl rəftar edin!”("Səhih Muslim", 2408)
Peyğəmbərin (s.a.s) xanımlarının əhli beytdən sayılması
Uca Allah buyurur: “Ey Peyğəmbərin zövcələri! Siz hər hansı bir qadın kimi deyilsiniz. Əgər Allahdan qorxursunuzsa, yad kişilərlə nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər. Şəriətə müvafiq qaydada danışın. Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir. Evlərinizdə oxunan Allahın ayələrini və hikməti yada salın. Həqiqətən, Allah Lütfkardır, hər şeydən Xəbərdardır” (əl-Əhzab, 32-34).
İmam İbn Kəsir demişdir: “Quran oxuduğumuz zaman hər birimizə aydın olan məsələlərdən biri də odur ki, Peyğəmbərin (s.a.s) xanımları Uca Allahın: “Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir”–ayəsinə daxildirlər. Ayədə söhbət məhz onlardan gedir, belə ki Uca Allah qadın cinsində xitab edərək buyurur: “Evlərinizdə oxunan Allahın ayələrini və hikməti yada salın.” Yəni evlərinizdə Allahın Rəsuluna (s.a.s) nazil etdiklərinə–Quran və Sünnəyə riayət edin.” Qatədə və başqaları demişlər: “Digər qadınlardan fərqləndirildiyiniz bu neməti xatırlayın” (İbn Kəsir, "Təfsir əl-Quran əl-Əzim", 6/411).
Əhli-beytin qeydinə qalmaq xüsusunda vəsiyyət
Az öncə əhli-beytin qeydinə qalmaq xüsusunda hədisi qeyd et-dik. Əhli-Sünnə əhli-beyti sevir, onlara qarşı hörmət bəsləyir və Peyğəmbərin (s.a.s) onlar barəsində etdiyi tövsiyəyə riayət edirlər. Çünki əhli-beyti sevmək Peyğəmbəri (s.a.s) sevmək deməkdir. Lakin bir şərtlə ki, əhli-beytə mənsub olunanlar, məsələn Abbas (r.a) və onun ailəsi, habelə Əli (r.a) və onun ailəsi kimi Sünnəyə riayət edənlərdən olsunlar. Sünnəyə və dinə müxalif olanlara gəlincə, onlar əhli-beytdən olsalar belə, onlarla dostluq etmək olmaz.
Əhli-Sünnə vəl cəmaanın əhli-beyt barədə mövqeyi insaflı və ədalətlidir. Onlar əhli-beytdən dinə riayət edənlərə sayğı göstərir, dinə müxalif olanlardan isə uzaq dururlar. Çünki dinə riayət etməyən kəslərə Peyğəmbərə (s.a.s) qohumluğu heç bir fayda verməyəcəkdir. Əbu Hureyradan (r.a) rəvayət olunur ki, qüdrətli və əzəmətli Allah: “Ən yaxın qohumlarını qorxut!” (əş-Şuəra surəsinin, 214-cü) ayəsini nazil etdikdə Peyğəmbər (s.a.s) (qohum-əqrəbasını çağırıb) dedi: “Ey quyerşlilər, canınızı satın alın! (Yəni canınızı Allahın əzabından qurtarın.) Mən sizi Allahın (əzabından) qurtara bilməyəcəyəm. Ey Abdumənaf oğulları, mən sizi Allahın (əzabından) qurtara bilməyəcəyəm. Ey Abbas ibn Abdulmuttəlib, mən səni Allahın (əzabından) qurtara bilməyəcəyəm. Ey Peyğəmbərin bibisi Səfiyyə, mən səni Allahın (əzabından) qurtara bilməyəcəyəm. Ey Muhəmmədin qızı Fatimə, malımdan nə istəyirsənsə, istə. Mən səni Allahın (əzabından) qurtara bilməyəcəyəm” ("Səhih Muslim", 2699.). Həmçinin, “Kimin əməli təxirə düşərsə, onun nəsəbinin ona heç bir faydası olmaz” hədisi də bu qəbildəndir.
Əhli-Sünnə vəl-Cəmaə bəzi əhli-beytə mənsub şəxslərin barə- sində həddi aşaraq onların məsum olduğunu iddia edənlərdən, habelə əhli-beytə qarşı düşmən mövqeyində olanlardan, onlara tənə vuranlardan, əhli-beyt vasitəsilə təvəssül edən bidətçi və xürafatçılardan və nəhayət, onları Allaha tay tutanlardan uzaqdırlar. Bu məsələdə Sünnə əhli ifratla təfrit arasında orta mövqe nümayiş etdirmişlər.
Raşidi xəlifələr
Raşidi xəlifələr bunlardır: Əbu Bəkr əs-Siddiq (dostluqda sadiq olan), Ömər ibn Xəttab əl-Faruq (haqqı batildən ayırd edən), zin-Nureyn (Peyğəmbərin (s.a.s) iki qızını almış) Osman ibn Əffan, Əbu Sibteyn (Peyğəmbərin (s.a.s) iki nəvəsinin atası) Əli ibn Əbu Talib (Allah onların hər birindən razı olsun).
Onların yeri və onlara tabe olmağın vacibliyi
Raşidi xəlifələr səhabələrin ən xeyirlisidir. Peyğəmbər (s.a.s) öz ümmətinə, doğru yolu göstərən xəlifələrinə tabe olmağı buyurmuşdur. İrbad ibn Səriyədən rəvayət olunur ki, Peyğəmbər (s.a.s) demişdir: “Sizlərə eşidib itaət etməyi tövsiyə edirəm, sizlərdən məndən sonra yaşayanlar bir çox ixtilaflar görəcəkdir. Mənim və raşidi xəlifələrimin sünnəsindən arxa dişlərinizlə yapışın, dində sonradan yaranmış yeniliklərdən isə çəkinin, çünki hər bir bidət zəlalətdir” ("Müsnəd Əhməd", 4/127-129; "Sünən ət-Tirmizi", 7/438).
Onların fəziləti
Əhli-Sünnənin rəyinə görə raşidi xəlifələr ardıcıllığa görə bir-birindən fəzilətlidirlər. Əbu Bəkr, sonra Ömər, sonra Osman, sonra Əli. Onların fəzilətləri barəsində saysız hesabsız hədislər mövcuddur ki, biz onların hər birinə aid bir yalnız hədis qeyd edirik: Əbu Bəkr (r.a) barədə Buxari və Muslimin "Səhih" əsərlərində rəvayət olunur ki, Peyğəmbər (s.a.s) minbərdə oturub demişdir: “Əgər yer üzündəki insanlardan özümə ən yaxın dost seçməli olsaydım, hökmən Əbu Bəkri dost seçərdim. Elə isə bu məsciddə Əbu Bəkrin qapısından başqa bütün qapıları bağlayın!” ("Səhih əl-Buxari", 3654) Ömərin (r.a) fəziləti barədə Buxari və Muslimin "Səhih" əsərlərində Peyğəmbərin (s.a.s) belə dediyi rəvayət olunur: “Sizdən öncəki ümmətlər içində özlərinə ilham verilən kimsələr olmuşdur və əgər ümmətim arasında belə birisi varsa, bu, Ömər ibn Xəttabdır” ("Səhih əl-Buxari", 3689; "Səhih Muslim", 2398). Osman ibn əl-Əffanın (r.a) fəziləti barəsində Aişədən (r.a) rəva-yət olunan uzun hədisdə o demişdir: “Əbu Bəkr, sonra Ömər, sonra da Osman Peyğəmbərin (s.a.s) yanına daxil oldular. Osman daxil olduqda Peyğəmbər (s.a.s) qalxıb ətəyini dizinin üstünə çəkdi.” Aişə bu haqda Peyğəmbərdən (s.a.s) soruşduqda o dedi: “Mələklərin utandığı bir adamdan mən necə utanmayım?!” ("Səhih Muslim", 2401)
Əlinin (r.a) fəziləti barəsində Buxari və Muslimin "Səhih" əsərlərində Səhl ibn Səddən Peyğəmbərin (s.a.s) Xeybər gecəsi belə dediyi rəvayət olunur: “Sabah mən bu bayrağı el bi adama verəcəm ki, o, Allahı və Rəsulunu sevir, Allah və Onun Rəsulu da onu sevir. Allah onun əli ilə Xeybəri fəth edəcəkdir...” Sonra: “Əlini mənim yanıma çağırın”–dedi və bayrağı ona verdi. Beləliklə də, Allah onun əli ilə Xeybəri fəth etdi” ("Səhih əl-Buxari", 3702; "Səhih Muslim", 2405).
Cənnətlə müjdələnmiş on nəfər
Öncəki fəsillərdə səhabələrin fəzilətləri, onların ədalətli olmalarını və bəzilərinin digərlərindən üstün olduqlarını qeyd etmişdik. Səhabələrin ən xeyirlisi İslamı qəbul etməkdə hamını ötüb keçmiş mühacirlər, sonra ənsar, sonra Bədr döyüşündə iştirak edənlər, sonra Uhud döyüşündə iştirak edənlər, sonra Əhzab döyüşündə iştirak edənlər, sonra Ridvan beyətində iştirak edənlər, sonra Məkkənin fəthindən öncə hicrət edib döyüşənlər, sonra da Məkkənin fəthindən sonra hicrət edənlərdir. Bunların hamısını Allah gözəl aqibətlə müjdələmişdir.
Səhabələrin ən xeyirlisi Raşidi xəlifələr-Əbu Bəkr əs-Siddiq, Ömər əl-Faruq, Osman zin-Nureyn, Əbu Sibteyn Əli ibn Əbu Talib, sonra Abdur-Rəhman ibn Auf, Peyğəmbərin (s.a.s) həvarisi Zubeyr ibn Əvvam, Təlhə ibn Ubeydullah, Səd ibn Əbu Vaqqas, bu ümmətin ən etibarlısı Əbu Ubeydə ibnul-Cərrah, Səid ibn Zeyd ibn Nufeyldir–Allah onların hamısından razı qalsın. Onların barəsində həm ümumi, həm də xüsusi dəlillər varid olmuşdur. İmam Əhməd və "Sünən" əsərlərinin müəllifləri Abdurrəhman ibn Əxnəsdən, o da Səid ibn Zeyd- dən rəvayət etmişdir ki, o belə demişdir: “Şəhadət verirəm ki, mən Peyğəmbərin r belə dediyini eşitmişəm: “On nəfər Cənnətdə olacaq. Peyğəmbər (s.a.s) Cənnətlikdir, Əbu Bəkr Cənnətlikdir, Ömər Cənnətlikdir, Osman Cənnətlikdir, Əli Cənnətlikdir, Təlhə Cənnətlikdir, Zubeyr ibn Əvvam Cənnətlikdir, Səd ibn Malik Cənnətlikdir, AbdurRəhman ibn Auf Cənnətlikdir.” Sonra dedi: “Əgər istəsən sənə onuncunun da kim olduğunu xəbər verərəm.” Soruşdular: “O kimdir elə?” O bir qədər susduqdan sonra yenə soruşdular: “O kimdir elə?” O dedi: “Səid ibn Zeyd” ("Müsnəd Əhməd", 1/188 və "əs-Sünən" topluları).
Peyğəmbər (s.a.s) bu on nəfərdən başqalarını da Cənnətlə müjdələmişdir. Onlardan Abdullah ibn Məsudu, Bilal ibn Əbu Rəbahı, Ukkaşə ibn Mihsanı, Cəfər ibn Əbu Talibi və bir çox başqalarını misal göstərmək olar. Ümumən Sünnə əhli dəlillərdə varid olan hər kəsin
Cənnətlə müjdələndiyinə etiqad edirlər. Onlardan qeyrilərinə isə ümumilikdə onlara vəd olunan Cənnətdə olacaqlarına da etiqad edirlər. Uca Allah səhabələrin bir-birindən fəzilətli olmaları barədə buyurur: “Allah onların hamısına ən gözəl nemət vəd etmişdir” (ən-Nisa, 95).
Burada gözəl nemət deyildikdə, Cənnət nəzərdə tutulur. Həmçinin, Əhli Sünnə vəl Cəmaanın rəyinə görə onlar ümumən heç bir müsəlmana onun Cənnətə və ya Cəhənnəmə gedəcəyini qəti şəkildə bildirmirlər. Onlar yaxşı əməl sahiblərinə savab diləyir, pis əməl sahiblərinin isə əzaba düçar olacaqlarından qorxurlar. Tövhid üzərində ölən hər bir kəsin isə əsla əbədi olaraq Cəhənnəmdə qalmayacağını bildirirlər. Uca Allah buyurur: “Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqa olan günahları isə istədiyi kimsəyə bağışlayacaqdır” (ən-Nisa, 116).
Saleh əs-Suheymi
Abdur-Rəzzaq əl-Bədr
İbrahim ər-Ruheyli
"Quran və Sünnə işığında İslamın əsasları"
XƏBƏR LENTİ
Ana bətnindəki əkizlər bir-birini "yumruqladı"
31 Mart Soyqırımı
Qadın ərini satışa çıxartdı-SƏBƏB
Alma-yerkökü-çuğundur tandemi: faydası və ziyanı
Londonda Ermənistan səfirliyi qarşısında piket
Prezident ailəsində xoş gün-36 il birlikdə!
Düşmən seçimini etdi - MÜHARİBƏ
Bu gün şəkili sovet kəşfiyyatçısının doğum günüdür
Saakaşvili Azərbaycanı “təhlükə zonasına” saldı
Deputat Quranı təhqir etdi
Merve Boluğur şantaj edildi
Yer kürəsinə doğru meteor gəlir!
Bu şəhərdə hər kəs xoşbəxtdir!
Düymə ( foto resept)
Qovuşmadığı sevgilisi üçün 40 kiloqram arıqladı - FOTO
Koronavirusa yoluxanların müalicəsi dövlət hesabına aparılır - RƏSMİ
Receb İvediyin 100 minlik dekorasiyası dağıldı
TƏBİB sədri: “Kütləvi şəkildə yas mərasimlərinə toplaşma hallarına rast gəlinir”
Mini albalı keksi
Bu günün hava proqnozu
İlham Əliyev: “Gümrüdəki bazadan Ermənistan silahlı qüvvələrinə təchizat göndərilir”
Azərbaycan alimləri yeni qurğu ixtira etdilər
Girovlardan pis xəbər
Telefonunuza gələn SMS əslində tələdir - ehtiyatlı olun!
Mehmet Ali Erbilin halı yenidən pisləşdi
Uşaqlarınıza daha yaxşı gələcəyi necə verə bilərsiniz?
Prezident: "Regionumuzda təhlükəsizliyin möhkəmlənməsi işinə töhfə verəcək qərarlara nail ola bilmişik"
Günün ulduz falı - 18.08.2013
Cennifer Lopez ayaqqabı kolleksiyasını satışa çıxardı - FOTO
"Evlənsən öləcəksən" dedilər...
Aleyna Tilkinin bədxərc olduğu üzə çıxdı
Günün qoroskopu - 09.11.2013
Ümid elə güclü bir küləkdir ki...
Dövlət universitet və xəstəxanaları özəlləşdiriləcək?
Ataya uşaq əmanət edilərsə
Burberry payız-qış kolleksiyasi 2010-2011
Yağış yarım saata Qubanı bu hala saldı
Kimlər uzun saçlardan istifadə etməlidir?
Asan hazırlanan çizkeyk (foto resept)
BÜRCLƏR bizə nə vəd edir? - 13 mart
Şəhzadə Diananın zinət əşyaları
20 saniyədə mavi gözlərə sahib ola bilərsiniz
Adelin günlük qazancı hər kəsi heyrətləndirdi
Putin peyvəndləmə tədbirləri ilə bağlı göstəriş verdi
Fərqli bilərziklər
Bakı əhalisinin həyat tərzi araşdırıldı: nəticələr bərbaddır
Burun qanaxması
Azərbaycanda bir rayonda səkkiz müəllim koronavirusa yoluxdu - RƏSMİ
Cənubi Koreyada beş aydan sonra koronavirusa rekord yoluxma
Eser Yenenlerin xanımı doğumdan 15 gün SONRA-FOTO
- ŞƏRHLƏR