əl-Fəcr (Dan yeri) surəsi
(Məkkədə nazil olmuşdur, 30 ayədir)
Bismilləhir rahmənir-rəhim!
- And olsun dan yerinə;
- And olsun on gecəyə (zülhiccə ayının birinci, yaxud ramazan ayının sonuncu on gecəsinə);
- And olsun cütə və təkə (tək olan xaliqə, erkək və dişi olmaqla cüt olan məxluqata; cüt olan hər şeyə, yaxud Qurban bayramına və yaxud Ərəfə gününə);
- And olsun keçib getməkdə olan gecəyə (ki, qiyamət haqdır və siz kafirlər qiyamət günü dirilib əməllərinizin cəzasını layiqincə alacaqsınız)!
- Məgər bunlarda (qiyamətin haqq olması barədə) ağıl sahibi üçün and yoxmudur?!
- (Ya Peyğəmbər!) məgər görmədinmi ki, Rəbbin nələr etdi Ada (Hud peyğəmbərin Ad qövmünə)?!
- Sütunlar sahibi (və ya: sütun kimi uca boylu) İrəmə (İrəm camaatına)?!
- (Elə bir qövm ki) məmləkətlər (əhli) arasında onun kimisi yaradılmamışdı.
- (Məgər görmədinmi ki, Rəbbin nələr etdi) vadidə qayaları olan Səmuda (Səmud qövmünə)?!
- Eləcə də saysız-hesabsız ordular sahibi Firona?!
- O kəslər ki, məmləkətlərdə tüğyan edir,
- Oralarda çoxlu fitnə-fəsad törədirlər.
- Nəhayət, Rəbbin onlara əzab qamçısı endirdi.
- Şübhəsiz ki, Rəbbin (bəndələrinin bütün əməllərini) baxıb görür.
- İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir nemət versə, o: Rəbbim mənə ehtiram göstərdi! deyər.
- Amma nə zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əskiltsə: Rəbbim məni alçaltdı (mənə xor baxdı)! söyləyər.
- Xeyr! (Belə deməyin). Doğrusu, siz özünüz yetimə hörmət etmirsiniz (yetimin haqqını vermirsiniz).
- Bir-birinizi yoxsulu yedirtməyə rəğbətləndirmirsiniz.
- Mirası (halal-haramına) varmadan yeyirsiniz (qadınların, uşaqların paylarını vermirsiniz).
- Mal-dövləti isə lap çox sevirsiniz.
- Xeyr! Yer dağılıb parça-parça olacağı;
- Rəbbinin əmri gəlib mələklər səf-səf duracağı
- Və Cəhənnəmin (məhşər meydanına) gətiriləcəyi gün məhz o gün insan (öz günahlarını) xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?!
- O: Kaş ki, mən əvvəlcədən (axirət) həyatım üçün (yaxşı əməllər) edəydim! deyəcəkdir.
- O gün (Allahın) etdiyi əzabı heç kəs edə bilməz!
- (Günahkarları) heç kəs Onun kimi zəncirləyə bilməz!
- (Qiyamət günü Allah-təala mömin kimsəyə belə buyuracaqdır: ) Ey (öz imanından, əməlindən və Allahın vədindən) xatircəm olan kəs! (Və ya: Ey arxayın nəfs!)
- Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən!
- (Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol!
- (Onlarla birlikdə) Cənnətimə varid ol!
XƏBƏR LENTİ
Azərbaycan siyasi elitasının olduğu vertolyotun vurulmasından 22 il ötür
80 yaşlı kişiyə ərə gedən aktrisanın yeni paylaşımı
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Azərbaycanda koronavirusdan rekord ölüm qeydə alındı
HAVA necə olacaq?-15 Oktyabr
Məsamələri necə təmizləməli?
Günümüzün xəstəliyi fibromiyalji sindromu
Paytaxt bazarlarında bahalığa səbəb nədir?
İlham Əliyevdən müharibə mesajı
Qar bu şəhəri “basdı”
Məşhur cütlük MÜJDƏLİ xəbəri elan etdi
"Ginnesin rekordlar kitabı"na iki rekord qeyd edildi
“WhatsApp"da YENİLİK!
Ermənistanda güclü zəlzələ oldu
Pomidor haqqında bilmədiklərimiz
Şəkər xəmirinin xeyrindən çox ziyanı var
Məşhur şəhərə Putinin adı veriləcək?
Təhsil nazirindən I siniflərlə bağlı VACİB XƏBƏR
"Hercai"nin ulduzuna görə təhlükəsizlik tədbirləri gücləndirildi
Şeyma Subaşı qəzəbləndi-FOTO
Ordumuzun döyüş hazırlığı yoxlandı
İranlıları yuxudan zəlzələ oyatdı
"Azəriqaz"dan qarlı hava şəraiti ilə bağlı açıqlama
İpotekada yeni şərtlər
Körpələrdə tərləmə
Bakıda yenidən zəlzələ gözlənilir?
İştahsız uşaq
Köz bibərli noxud salatı (foto-resept)
Damarları təmizləyən içki
Ölkələrin gözəlliyinə gözəllik qatdı
Şahzadənin sevinci ürəyində qaldı-FOTO
Əl işlərim
Ledi Qaqa geyimi ilə diqqət çəkdi-FOTO
Dietoloqdan həzmi asanlaşdırmağın yolları
Gözəllik standartlarını dəyişdirən model - FOTO
TƏBİB: “Koronavirusdan sağalmış şəxsin təkrar test olunması tələb edilməməlidir”
DİN komendant saatı ilə bağlı xəbərdarlıq etdi
Ərdoğanın Gəncə səfəri təxirə düşdü
Yaşa görə göz xəstəlikləri
Mercedes-Benzin Bionik Avtomobili
Dünyanın gözlədiyi toya az qaldı - FOTO
On il müddətində sərt qış olacaq-XƏBƏRDARLIQ
Bakıda dövlət səviyyəsində keçiriləcək Novruz tədbirləri açıqlandı
22879 nəfər Böyük Vətən Müharibəsi iştirakçısına pul verildi
Üzdəki tüklərdən xilas olmaq üçün 2 üsul
DÇ-2014: Yarımfinal oyunlarının başlama vaxtı
Fransa prezidenti Türkiyədə ermənilərin təəssübünü çəkib
Dekabrda belə hava normaldırmı?
Günün qoroskopu: ciddi dəyişikliklər mümkündür
Oyunlardan nə qazanacağıq?
- ŞƏRHLƏR