Həmd yalnız Allaha məxsusdur. Ona həmd edir, Ondan kömək diləyir və günahlarımızın bağışlanmasını da Ondan istəyirik. Nəfsimizin, ətrafdakılarımızın və gördüyümüz yuxuların şərrindən Ona sığınır və Ondan mərhəmət diləyirik!
Yuxu barədə bu günə qədər yetərincə fikirlər söylənmiş və onun necə bir şey olduğu barədə yetərincə təcrübələr aparılmışdır. Deyirlər ki, yuxunu necə yozarlarsa, elə də olar. Ancaq mən buna o qədər də inanmıram. Çünki elə yuxular var ki, bizə nədənsə xəbər verir və onun tərsinə yozulması belə olacaq şeyə qətiyyən təsir göstərmir.
Bir çox insanlar deyir ki, mən yuxuda nə görürəmsə o da həyata keçir. Bu əslində qiyamətin əlamətlərindən biridir. Bu fikrimi Buxari və Müslimin qeyd etdiyi bu hədislə daha da möhkəmləndirmək istəyirəm: Allah Elçisi (s.a.s) buyurub: “Vaxt yaxınlaşdıqca möminin yuxusu, demək olar ki, yalan çıxmayacaq”. Burada vaxt deyəndə qiyamətin vaxtı nəzərdə tutulur.
Bilmək lazımdır ki, yuxular yaxşı və pis olurlar. Pis yuxularımızı gərək heç kimə danışmayaq, çünki onlar şeytanların əməlləridir. Bu barədə dəyərli hədis də var. Buxari və Muslimin rəvayətinə görə səhabələrdən olan Əbu Sələmə deyirdi ki, o hər zaman pis bir yuxu görəndə yuxu onu xəstələndirərdi. Bir gün O, Əbu Qatədənin də pis yuxu görərkən halının pis olduğunu dediyini eşidir və onun Peyğəmbərdən belə eşitdiyini dediyini öyrənir. Peyğəmbər (s.a.s) deyib “Gözəl yuxu Allahdandır. Buna görə də sizin hər hansı biriniz sevdiyi bir şeyi yuxuda görərsə, onu ancaq sevdiyi adamlara danışsın. Xoşuna gəlməyən bir şey görərsə, onun və şeytanın şərindən Allaha sığınsın və üç dəfə sol tərəfə tüpürürmüş kimi hərəkət etsin. O yuxusunu heç kimə danışmasın. Belə olduqda, pis yuxunun ziyanı ona dəyməz”.
İslamda yuxu yozumuna pis baxılmır. Ancaq yuxu yozacağıq deyə günahlara girənlər də olur və bu yuxu yozumundan insanlarda əlamətlərə, batil şeylərə inam yaranmağa başlayır. Ona görə də yuxunu yozarkən ehtiyatlı olmalı və kər kəsə yuxu yozdurmamalıyıq.
İslamda yuxu yozumuna dair məlumatlar olduqca genişdir. Yuxu peyğəmbərliyin 1/46 hissəsidir. İndiki dövrümüzdə peyğəmbərlikdən yalnız doğru, səhih yuxular qalmışdır. Bu o demək deyil ki, yuxuları həyat keçən adam xüsusi adamdır və ona “vəhy” gəlir. Xeyr! Sadəcə olaraq o müsəlman əməlisaleh biridir deyə, onun gördüyü yuxular da reallaşır.
Sünnəyə görə yuxular Rəbbimizin yaratdığı və insanın yalnız yatdığı zaman gördüyü inanclardır. Bu yoldan irəliləməyə başlayaraq deyə bilərik ki, yuxular və bu növdən olan düşüncələr 3 yerə bölünür:
Yuxuların ən doğru olduğu vaxtlar, eləcə də Rəhman və şeytan yuxularının növləri barədə, xoşagəlməz yuxular gördüyümüz zaman etməli olduqlarımız barədə bir sonrakı məqalədə İnşAllah, Allahın izni ilə söhbət açacağam. Unutmayaq ki, hər kəs yuxu yoza bilməz! İmam Malikə "hər kəs yuxu yoza bilərmi?"- deyə sual verildikdə, o “Siz peyğəmbərliklə əylənməkmi istəyirsiniz?”-deyə cavab vermişdir. Sonra isə vurğulamışdır ki, yuxuları bu işi yaxşı bilənlər yozmalıdır. Yuxuda bir xeyirlilik gördükdə onu bildirməli, xoşa gəlməyən şeyi gördükdə isə onu ya xeyirə yozmalı, ya da susmalıdır. Sonra isə ondan yenə soruşdular ki: “Yuxunu yozan adama görə yozumu xeyirli olmayan bir şey olduqda, yenəmi xeyirə yozmalıdır?”, O isə cavabında “Xeyr” demiş və vurğulamışdır ki, yuxu Peyğəmbərlikdən bir parçadır və Peyğəmbərliklə əylənməyə cəhd göstərilməməlidir.
İbn Verdi deyir: “Yuxu uçan quşun qanadı üstündədir. Sən onu yozarsansa, artıq ya bir müjdə alınacaq, ya da bir narahatlıq baş verəcək”.
Hər zaman şirin yuxularda olun! Şeytani yuxular sizdən uzaq olsun! Allah öz mərhəmətini bir an belə üzərimizdən əksik etməsin! Amin!!!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Məşhur pəhrizlər insanı dişsiz qoyur
Azərbaycanda bələdiyyə seçkilərinin vaxtı bilindi
Pendirli şam ağacları (foto resept)
Begemotlar
Martın 31-dən YENİ QAYDA
Çilli insanların bilməli olduqları
Balqabağın faydaları
Eva Lonqoriya və platyaları
Ceyhun Hacıbəyli haqqında bilmədiklərimiz
Qeyri-adi sürücülər
İnstitutlarda viki-qruplar yaradılacaq
Evlənmək iyundan çətinləşir
Fiziki qüsurlu uşaqların təhsili üçün şərait yaradılıb
Kraliça koronavirusdan belə qorundu-FOTO
Avropada koronavirusun yeni dalğası gözlənilir
Adobe Photoshop (Dərs 8)
Adamı meymun bilib güllələdi
Anar Eyvazov: “Döyüş bayrağını qoyub qaçan düşmənin iki yolu var…”
Azərbaycanlılar batan gəmidə
Günün ulduz falı
Polis narkotik maddəni yandırdı, bütün şəhər sərxoş oldu
Aksesuar seçimi necə olmalıdır?
Hansı qan qrupu XƏRÇƏNGƏ TUTULMUR?
Kralın səhər yeməyi pudinqi (foto resept)
Ramazan ayının 18-ci gününün imsak və iftar vaxtları
ABŞ-da iti şəhər meri seçdilər
İsmətini itirməyən qızlarımız
Prezident İlham Əliyev Davosda Gürcüstanın Baş naziri və Monako Şahzadəsi ilə görüşüb
Macarons (Fransa mətbəxindən) (foto resept)
Azərbaycan əhalisinin sayı açıqlandı
Dəri ləkələri üçün maskalar
Bitkilər və təbabət (2)
Sürücülərin diqqətinə: başlanır!
Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq
Qeyri-adi ayaqqabılar
Yeni türk nəsilini necə yetişdirməli?
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Sərdardan xanımına ad günü sürprizi-FOTO
Şevval Şam yenidən hakim qarşısında-SƏBƏB
Rəsmi göstəricilər açıqlandı: artım var
Oğlunu qucaqlaya bilməyən həkimin duyğusal anları - VİDEO
Almalı mütəkkə (foto resept)
Oturub qalxdıqdan sonra dizləriniz ağrıyırsa...
Virtual autizm yayılır
Günün qoroskopu: Axtardığınız sevgini tapacaqsınız!
Ingilis Dili-XII Dərs
Afinada ilk məscid tikildi
Deniz Çakırın məşhur seriala "qayıdışı"-VİDEO
Bir gün də yaşasa, müdafiə naziri olacaqdı - Generalın ölümünün böyük sirri
Yerə bənzəyən 7 planet tapıldı
- ŞƏRHLƏR