Bir türk aliminin olmuş hekayəsi
Ürəyimi kövrəldən həmin mənzərə hələ də gözümün qarşısındadır və onu heç cür unuda bilmirəm.
Həmin il Ramazan ayının ilk cümə namazı qılınırdı.
Dayandığım yerdə qarşımda iki böyük adam və bir uşaq var idi. Uşaq təxminən 7-8 yaşlarında olardı. Par-par yanan nur üzü və davranışlarında məscidə yeni gələnlərin duyduğu həyəcan kimi, onda da bir ceyran ürkəkliyi var idi. Yanındakıların hərəkətini gözünün ucu ilə izləyib eynisini etməyə çalışırdı. Fərz namazı qılındıqdan sonra sünnət namazını qılmayanların təlaşla çıxdığını görən uşaq, bir an onlarla birlikdə çıxıb-çıxmamaqda tərəddüd etdi. Məsciddə qalanların bir qismi isə bu arada cümənin son sünnətini qılmağa başlamışdı.
Uşaq çıxmağa qərar verdi və namaz qılmağa davam edən iri cüssəli bir adamın önündən keçərkən həmin şəxs namazı tərk edib uşağa tərs bir sillə vurdu. Sonra da uşağın qolundan tutub, əvvəlki dayandığı yerə itələdi.
Nə baş verdiyini bilməyən və həmin silləni nə səbəbə yediyini anlaya bilməyən körpə, bu adama çaşqın və özünü itirmiş nəzərlərlə baxmağa başladı. Namaz qılarkən qarşısından keçən bir uşağa belə, təhəmmül etməyən bu "mömin" isə başını qəzəbli-qəzəbli oyan-bu yana yelləyib, "lə havlə və lə quvvatə" dedikdən sonra uşağa heçnə söyləmədən təkrar namaz qılmağa başladı. Hələ namaz qılmayan camaatdan bir nəfər uşağı qolundan tutub bayıra çıxartdı.
İndi o körpəni düşünürəm. Kim bilir hansı bir duyğu ilə məscidə gəlmişdi. Bəlkə həmin gün oruc tutmağa həvəslənmiş, cümə əzanının körpə ruhunda oyandırdığı sevinc ilə məscidə gəlmişdi. Bəlkə də körpənin məscidə alışmasını istəyən anası, onu cümə namazına göndərmişdi. Bildiyimiz kimi cümə gününün namazı bütün namazlardan vacibdir. Cümə gününün namazları bütün namazların şahıdır.Elə bu balaca körpəyə də məsciddəki əmilərindən "afərin oğlum" deyə başının oxşanmasını umduğu halda, o sərt sillə ilə qarşılaşan uşağa çox təəccüb edirəm. Kaş mən də, namazımı yarımçıq tərk edib, o uşağı qucaqlayıb təsəlli versəydim. Könlünü almağa çalışsaydım. Ona yenidən namaz qılması üçün kömək edərdim...
Bundan sonra o uşaq görəsən yenə məscidə gələcəkmi?
Namaz qılan müsəlmanlar haqqında nə düşünür?
Bir daha məscidə ayaq qoymasa, bunun günahı kimə aid olacaq?
M. Yaşar Kandəmir
Əziz dostlar, əgər siz türk aliminin yerinə olsaydınız o zaman nə edərdiniz? Namazı tərk edib uşağa təsəlli verərdiniz, yoxsa elə türk alimi kimi namaz qılmağa davam edərdiniz? Amma bunu da düşünün ki, həmin alim "Kaş mən də, namazımı yarımçıq tərk edib, o uşağı qucaqlayıb təsəlli versəydim. Könlünü almağa çalışsaydım.Ona yenidən namaz qılması üçün kömək edərdim..."- deyir.
XƏBƏR LENTİ
Şokoladlı pudinq (foto-resept)
Yeni ildə fərqli hədiyyə ideyaları axtaranlar üçün...
Valideynlərin nəzərinə: CƏMİ 6 GÜN QALDI
Keyfiyyətli balıq necə olmalıdır?
Messi keçilərlə şəkil çəkdirdi -FOTO
Antibiotiklərin 4 əks təsiri
İlk dəfə Ali məhkəməyə qadın başçılıq edəcək
18 dil bilən qadının sirri
Kirli paltarlar neçə dəfə yuyulmalıdır?
Guccidən 2014-2015 kişilər üçün payız-qış kolleksiyası
Qarabağın məşhur motal pendiri necə hazırlanır? - FOTO
Evlilik xəbəri yalan çıxdı-FOTO
Günorta yuxusunun orqanizmə faydası
Vafli səbətlər(foto resept)
Ayaqları gözəlliyinə kölgə saldı - FOTO
Uşaqlara Vulkan, Leysan adlarının qoyulmasına icazə verilməyib
Meray Kerri hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-VİDEO
Orucun həqiqəti
160 yumurtanı birdən yedi
Buz qayalarına belə dırmandılar
Milli Ordunun yaranmasından 101 il ötür...
Sabahın HAVAsı
Frappe (foto-resept)
Dünyanın ən varlı qadını 37 milyardı necə xərcləyəcəyini açıqladı
Üzüm bağının altından görün nə çıxdı - FOTO
Dünyanın ən iri teleskopu tikilir
NASA açıqladı: Marsa ilk dəfə qadın gedəcək
Vanqanın qorxulu xəbərdarlığı
"Müəllimlərin əmək haqqı iki dəfə artırılacaq..."
Yanvarın hava proqnozu açıqlandı
XX əsrin faciəsi: Xocalı soyqırımından 23 il ötür -Video
Dünyanın ən bahalı fotosu satıldı
Tarkanın ad günüdür və o...
Bayram günlərinin hava proqnozu
Bakı metrosunda qiymət artır?
Metroda qiymətlər qalxacaq?
Saç tökülməsinin müalicəsi
Dəbdə olan kəmərlər
Bakıda İsrailin müstəqilliyinin 66-cı ildönümü qeyd olundu
Yol polisindən sürücülərə xəbərdarlıq
Mehriban Əliyeva UNESCO-nun Baş direktoru ilə görüşüb - FOTO
Bəşər Əsəd dürüstlük testindən keçdi
Azərbaycanda yeni zavod açılacaq-SƏBƏB
Məşhur yazıçı və şairlər eşqi izah edir
Məşhur aparıcının arxiv FOTOsu tapıldı
Kəsmikli, almalı piroq-"Payızın rəngləri"
Naxışlı cins pençəklər
Güclü saçlar üçün vacib maddələr
Vanilin faydaları
Cennifer Lopez nişanlısına görə ağladı-FOTO
- ŞƏRHLƏR