Əziz istifadəçilərimiz!
Online kompüter dərslərinə başlamaqda əsas məqsədimiz hər kəsin PC-ni tanıya bilməsi, proqramları və əməliyyat sistemini doğru istifadə edə bilməsi və kompüterləri haqqında əvvəlcə kafi məlumata ,daha sonra isə çox məlumata sahib ola bilmələri üçündür.Bəzi istifadəçilərimizin bu biliklərə ehtiyacı olduğunu nəzərə alaraq "Virtual dərslər" bölməmizdə bu gündən "Kompüter dərsləri"nə də başlayırıq.Bu yolda da bizlərə və hamımıza uğurlar olsun!
Hər kəs bir fərdi kompüterin (ya da PCin) nə olduğu və nə işə yaradığı haqqında az çox fikir sahibidir. Kompüter sisteminin monitor, klaviatura, maus(el arasında siçan) və kassa deyilən bir qutudan meydana gəldiyi bilinir. "PC bir çox dəyişik parçalardan meydana gəlmiş bir bütündür" desək yanılmarıq.
PC bizimlə belə danışar:
Kompüterin bizlərə təqdim etdiklərini göstərmək üçün monitor deyilən böyük bir cihaza ehtiyac vardır. Monitorlar, ilk baxışda televizora bənzəyirlər. Sizcə də elə deyilmi? Əslində bu bənzətmə həqiqətən çox da uzaq deyil. Monitorun iş şəkli televiziya ekranıyla eyni texniki prinsiplər üzərinə söykənir. Lakin istifadə məqsədləri tamamilə fərqlidir. Kompüter sizinlə monitor vasitəsilə "danışar" və sizi o anda olanlardan və varsa problemlərdən xəbərdar edər. Ekranda, kompüterlə etməkdə olduğunuz hər cür əməliyyatı görə bilərsiniz. Məsələn yazmaqda olduğunuz mətnlər ya da çəkməkdə olduğunuz şəkillər bir-bir ekranda əks olunar.
Satışda müxtəlif ölçülərdə monitorlar tapa bilərsiniz. Ekran böyüklüyü, televiziyalarda olduğu kimi çarpaz iki künc arasındakı məsafəylə ifadə edilər və "düym" dəyəri ilə ifadə edilər.
Monitor necə qurulur?
İlk olaraq monitorun bir güc qaynağı tərəfindən bəslənməsi lazımdır. Bunu etmək üçün, sahib olduğunuz kompüterə görə iki fərqli yol izləyə bilərsiniz. Birincisi, ən ənənəvi şəkildə, monitoru elektrik şəbəkəsinə bağlamaqdır. Digər yol isə monitoru uyğun bir əlaqə kabeliylə kompüter prosessorunun arxasında olan elektrik girişinə bağlamaq və lazımlı gücü bu şəkildə təmin etməkdir. Əgər ikinci yolu seçsəniz, PC açıldığında monitor da avtomatik olaraq açılacaq. Güc kabelinin xaricində, monitorun kompüterdən gələn video siqnallarını alması və onları göstərməsi üçün istifadə edilən fərqli bir kabeli daha vardır. Bu kabel, ekran kartına bağlanmalıdır.
Əgər ekrandakı görünüşdə bəzi pozuqluqlar varsa, görünüş dəqiq deyilsə ya da gedib -gəlirsə, bu kabellərin doğru şəkildə bağlanıb bağlanmadığını və möhkəm şəkildə ilişib- ilişmədiyinə nəzarət etməlisiniz. Unutmayın ki, monitora bağlı problemlər, çox vaxt kabellərin pis bağlanmasıyla əlaqədardır.
Ayrıca ekranın nizamlasnmasını da ehtiyaca görə etmək mümkündür. Bütün monitorların parlaqlıq, kontrast və göstərmə ölçüsü nizamları mövcuddur.
Kompüterin bütün hissələri:
Bir PCin təməl parçaları bunlardır:
• Sistem bloku
• Monitor
• Klaviatura
• Maus(Siçan da deyirlər)
Kompüterə başqa cihazlar da bağlana bilər:
• Printer
• Skayner
• Modem
• CD və/və ya DVD oxucu
• CD yazıçı
Multimedya xüsusiyyətlərindən faydalanmaq üçün bir kompüterə bunlar da əlavə oluna bilər:
• Dinamiklər
• Mikrofon
• Dijital fotoaparat
• Dijital video kamera
İlk dərsimiz bu qədər,növbəti dərsləri izləyin
Suallarınızı şərhlərdə verə bilərsiniz.
XƏBƏR LENTİ
Ciyərli rulet-pizza (foto resept)
91 yaşında İnstaqram fenomenidir - FOTO
Tarkan xanımına qadağa qoydu-SƏBƏB
Aslı 19 il əvvəlin FOTOsunu paylaşdı
Dişə zərərli qidalar
Əncirli keks (foto resept)
Məmməd Əmin Rəsulzadənin şəklinin üstü açıldı
Zövqlü üzük modelləri
Məhərrəm ayı başladı
Göygöldə zəlzələ olub
“Telegram”da videozəng funksiyası təqdim olundu
Peşə məktəblərinin tələbələri maaş alacaqlar
Botoksdan daha təsirli maska
Ohanyan Azərbaycana gəlib
Şahzadə ilə evlənən aktrisanın ilk TOY FOTOLARI - CANLI
Stəkanlar üçün hörmələr
Əfqanıstanda prezident seçkilərinin ilkin nəticələri açıqlandı
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Koronavirusdan sağalan insanlar başqalarını yoluxdura bilərlər?
Heydər Əliyev adına Ali Hərbi Məktəbinə yeni rəis təyin olundu
Selfi xanımların burnunu BÖYÜDÜR -FOTO
Leyla Əliyeva internat məktəblərində - FOTO
Ehtiras
Cennifer Lopez ana olmağa hazırlaşır
Bakı-Məşhəd aviareysinin açılması üçün şərtlər açıqlandı
Şlyapalar
"Çukur" final edir-SƏBƏB
Hüseyn Ərəblinski
Qanunda övladlığa götürmə ilə bağlı yeniliklər olacaq
Çağatay daha bir seriala çəkiləcək
Emin Ağalarov İlham Əliyevi təbrik etdi - FOTO
Bayramlar gəlir: neçə gün evdəyik?
Məktəblərdə koronavirusla bağlı bugünkü vəziyyət açıqlandı - CƏDVƏL
Paytaxtın mərkəzindəki yol 3 gün bağlı olacaq
Fotoşəkillərdə effektli çıxmanın yolları
Bu yollarda ehtiyatlı olun!
Düşmən ordunun böyük sirri
75 yaşlı ulduzun geyim tərzi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Adriana Lima artıq çəkisi ilə diqqət çəkib-FOTO
"Dilə gərək qulluq edəsən. Seçəsən, təmizləyəsən"
Yol polisinə silah veriləcəkmi?
Avropalı bayrama nə qədər xərcləyir?
“Mall”ların fəaliyyəti bu tarixdən bərpa olunur
Karantin postları yenidən qurulur
"Kişi və qadın" tamaşası Qazaxda
Buğra Gülsoy yenidən evlənir-FOTO
DİN-dən “WhatsApp”da yayılan səs yazısı ilə bağlı AÇIQLAMA
Azərbaycanda meşələr niyə yanır?
Əlavə pul qazanmaq istəyən müəllimlərə ŞAD XƏBƏR
Kanas gölündə "Loxness" əjdahası görüldü -VİDEO
- ŞƏRHLƏR