Dərs 2
Bu günkü dərsimizdə sizlərlə tez-tez olmasa da,amma qarşılaşdığımız kompüter problemindən danışacayıq.Yaxın əyləşin...
Hələ ki,Windows XP-da baş verənlərdən söhbət gedəcək.Növbəti dərslərimizdə isə Windows Vista və Windows 7 sistem əməliyyatları haqda da məlumat alacayıq.
Windows XP kimi bir əməliyyat sistemində belə bir çox problem ilə qarşılaşa bilərsiniz. Ancaq qorxmayın; bu problemlər ümumiyyətlə qalıcı zərərlərə gətirib çıxarmaz. Yenə də problemlər qarşısında nə etməniz lazım olduğunu bilməlisiniz.
Windows əməliyyat sistemi ilə çalışan kompüterlərdə, PCi bağlamaq üçün sistem qutusunun üzərindəki düymədən istifadə edilməz. Əvvəlcə reallaşması lazım olan əməliyyat, əməliyyat sisteminin özü-özünü bağlamasıdır. Bunun tamamlanması isə, ancaq "Başla" menyusundakı "Kompüteri Bağla" əmri ilə mümkün ola bilər.
Ancaq sistemdə meydana gələ biləcək bəzi səhv və problemlər, "Kompüteri Bağla" əmrini istifadə etmənizə icazə verməyə bilər. Məsələn hər hansı bir proqramın cavab vermədiyi vəziyyətlərə göz ata bilərik. Əgər Windows XPdən əvvəlki distributivləri istifadə edirsinizsə, bu kimi vəziyyətlərdə klaviatura ilə maus da əmrlərə cavab verməz və təbii olaraq idarəni itirmə hissinə qapılarsınız.
Tövsiyələrimizə keçmədən əvvəl bunu deməkdə fayda var; bu tip vəziyyətlər Windows XP-də sayıları azalmışdır. Çünki Windows XP, Windows 98 və Windows ME-ə görə çox daha dayanıqlı bir əməliyyat sistemidir.( Windows Vista və Windows 7 sistemləri haqqında növbəti dərslərdə məlumat olacaq.)"Dayanıqlı" sözü ilə sistemin, bir proqramın kilidlənməsi kimi texniki problemlər qarşısında çalışmasının pozulmamasını anlaya bilərik. Bu xüsusiyyət, əməliyyat sisteminin yaddaş qaynaqlarını daha müvəffəqiyyətli bir şəkildə istifadə etməsindən qaynaqlanır. Beləcə sistem, ciddi problemlərlə qarşılaşıldığında kilidlənmə ya da çökmə kimi geri dönüşü olmayan səhvlərə qarşı qorunmuş olur.
Windows XP-də əvvəlki distributivlərdən fərqli olaraq, bir proqram kilidləndiyində bütün əməliyyat sistemini bağlamanıza gərək qalmaz. Çox vaxt yalnız səhv verən proqramı bağlayaraq Windows ilə işə davam edə bilərsiniz.
Sistemi yenidən başlatmaq:
PC-iniz bir proqram işlədərkən, yeni bir proqram yüklərkən və ya indiyə qədər tez-tez istifadə etdiyiniz və heç problem yaratmamış olan bir proqram ilə çalışarkən kilidlənə bilər. Az əvvəl də söylədiyimiz kimi, çox vaxt yalnız proqramı bağlayaraq Windowsa dönə bilər və işə davam edə bilərsiniz. Əgər səhv verən proqramı təkrar başlatdığınızda səhv davam edirsə, əməliyyat sisteminizi yenidən başlatmanızda fayda var. Bunun üçün "Başla" düyməsini basın; "Kompüteri Bağla" əmrini seçin və "Yenidən Başla"ı seçin.
Sistem cavab vermədikdə:
1- Əgər kompüteriniz heç bir əmrinizə cavab vermirsə, dərhal çaxnaşmaya düşməyin. Bəzən əməliyyat sistemi, yalnız keçici bir müddət üçün hərəkətsiz qala bilər. Bu vəziyyət, sistemin əmrinizi hələ yerinə yetirə bilməməsi nəticəsində ortaya çıxar. Başqa bir deyişlə kompüter o anda əmrinizi yerinə yetirməklə məşğuldur və digər bir əməliyyat etmənizə icazə verməz. Buna görə, ilk mərhələdə sistemə bir az zaman ayırmalı və əməliyyatı bitirməsi üçün gözləməlisiniz.
2- Bir az gözlədikdən sonra PC-nin əmrlərinizə cavab verib- vermədiyinə təkrar nəzarət edin. Əgər mausu oynatdığınızda, kiçik ox ekranda hərəkət edirsə əhəmiyyətli bir problem yox deməkdir. Klaviaturanın işləyib-işləmədiyinə nəzarət etmək üçünsə, "NUM LOCK" düyməsinin işığının yanıb- yanmadığına baxın.
İdarələr əsnasında sisteminiz heç bir şəkildə cavab vermirsə, əvvəldə izah edildiyi kimi kompüterinizi yenindən başladın.
3- Əgər sabit diskin işığı yanmırsa, klaviaturanız,mausunuz işləmirsə və ekranınızda donub qalmış bir proqram pəncərəsi varsa, bu proqramı sağlam bir şəkildə bağlama şansınız ola bilər. Eyni anda "Ctrl + Alt + Del" düymələrinə basın. Ekranda Windows XP-nin "Vəzifə İdarəçisi", yəni o anda işləyən proqramları siyahısı ilə bir pəncərə meydana çıxacaq. Bu siyahıda, kilidlənmiş proqramın yanında "Cavab vermir" xəbərdarlığını görəcəksiniz. Proqramı seçmək üçün adının üzərinə basın. Daha sonra "Vəzifəni sonlandır" düyməsini basın. Düyməni basdıqdan sonra bir neçə saniyə gözləməniz gərəkə bilər. Ancaq bir müddət sonra ekranda bir dialoq pəncərəsi meydana çıxacaq və proqramı bağlamanıza köməkçi olacaq. Əgər bunlar da işə yaramazsa, yenidən "Ctrl + Alt + Del" düymələrinə müraciət edin. Ancaq bu dəfə düymələrə iki dəfə üst -üstə basın. Bu şəkildə kompüterinizi yenidən başlatmaq mümkün ola bilər.
4- Əgər kompüteriniz "Ctrl + Alt + Del" düymələrinə də cavab vermirsə, sistem qutusu üzərində olan və açma-bağlama düyməsinin yanında olan kiçik yenidən başlama (reset) düyməsinə basmalısınız. Ancaq bu düyməni çox sıx istifadə etməmənizdə fayda var. Çünki reset düyməsi, kompüterin heç bir şəkildə cavab vermədiyi vəziyyətlərdə son çarə olaraq istifadə edilməlidir. Əks halda təmir edilə bilməz və geri dönüşü olmayan problemlərlə qarşı-qarşıya qala bilərsiniz.
DİQQƏT: "Vəzifə İdarəçisi"ni istifadə edərək kilidlənmiş bir proqramı bağlayarkən, işləməkdə olan başqa bir proqramı bağlamamağa diqqət yetirin.
Öyrənənlərə uğurlar!
XƏBƏR LENTİ
Castin Biber xanımı haqqında bunları yazdı-FOTO
Yazın sürprizi bitmir
Qara donla makiyaj necə olmalıdır?
Reynmen "YouTube"dən 130 min qazandı
COVID-19 testlərində pasiyentlərin və tibb işçilərinin səhvləri açıqlandı
3D makiyaj sənəti
Geyim kombinləri
Uşaq kraliça ilə belə zarafatlaşdı-VİDEO
Bahalaşmaya qəti yox
Günün qoroskopu: Sparta çarı Leonid demişdi...
Mehriban Əliyeva Zirədə "Dalğa" yay düşərgəsinin açılışında iştirak edib
Bu həftə sosial mediada diqqət çəkən 5 xəbər
Bağışlanan əmlak hansı hallarda geri alına bilər?- AÇIQLAMA
Ovulyasiya gününü ozünüz müəyyənləşdirin
Dəniz duzunun faydası
Azərbaycanda sürücülərə bəd xəbər
Dünyanın ən yaxşı tennisçiləri
Marsda canlı tapılıb
Hava haqqında - 15.10.2013
"Spam"lardan necə yaxa qurtaraq?
Qardaşını xilas etmək üçün imtahana girmədi-FOTO
""Bavariya"nı udmağa gücümüz çatır"
SOS! Hazır qidalar kişilərdə sonsuzluq yaradır
Hamiləlik zamanı kosmetika məhsullarının zərərləri
Karantində kökəlmək istəməyənlərin nəzərinə - VİDEO
Qışın sərtliyi
Südlü biskivit (foto resept)
Qadın ərini 18 avroya satışa çıxartdı-FOTO
Ordumuz ermənilərdən kənd alıb?
Hər növ saç düzümü
Hava haqqında - 18.11.2013
Çexiya ermənilərə rədd cavabı verdi
Azərbaycanda yeni informasiya sistemi
Məşhurların əvəzedilməz estetik əməliyyatları
Bəlkə də "Qərar Yorğunluğu" yaşayırsınız!
Müddətsiz əmək müqaviləsi üçün müsahibələr onlayn keçiriləcək
Sözlə ifadə edilə bilməyən düşüncələr
Limonun ən faydalı beş cəhəti.
BÜRCLƏR bizə nə vəd edir?-25 yanvar
Qəlb hüzuru üçün namaz
Toy üçün "həzin rəqs" musiqiləri
O şəkildəki cüt bacı 24 il sonra tapıldı - FOTO
“Taxt oyunları”nın sonuncu mövsümündən FOTO
Ailə daxilində baş verən cinsi zorakılıq hallarına görə cəzalar sərtləşdirilə bilər
Münasibətləri bu dəfə tam fərqli davam edir - FOTO
Dərinizi yaya hazırlayın
Çörək pəhrizi ilə 3 gündə 2 kilo arıqla
HAVA necə olacaq? 8 İyul
Azərbaycan “Eurovision” finalında
İdeal kişidə olan 6 xüsusiyyət
- ŞƏRHLƏR