Morfologiya
Morfologiya cümədə sözlərin dəyişməsi,müxtəlif şəkillərə düşməsi qaydalarını öyrənir. (yunanca morphe-forma,qəlib, logos-elm,təlim deməkdir.
Morfologiyanın əsas obyekti sözdür. Morfologiya sözlərin qrammatik xüsusiyyətlərini öyrənir.
Söz həm morfologiyada, həm də leksikologiyada tədqiq edilir. Leksikologiyada sözlərin xüsusiyyətləri, leksik mənası, mənşəyi və s öyrənilir. Morfologiyada isə sözün qanunauyğunluqları, bütöv söz qrupları və onların dəyişmə xüsusiyyətləri öyrənilir.
Müasir dildən bəhs edən morfologiyada müstəqil işlənən söz və şəkilçilər öyrədilir. Morfologiyanın mühüm problemləri içərisində sözün tərkibi və quruluşu məsələləri mühüm yer tutur.
Sözün tərkibi və quruluşu: Sözün tərkibi anlayışına səslər, hecalar, vurğu, sözün kökü və şəkilçilər daxildir. Səslər və hecalar ayrılıqda məna ifadə etmir. Bunlar yalnız söz şəklində birləşdikdə məna kəsb edir. Buna görə də səslər və hecalar dilin maddi materialı olub, danışıq səslərindən bəhs edən Fonetika şöbəsində öyrənilir.
Söz kökləri və şəkilçilər isə mənalı vahidlərdir. Sözdəki ən kiçik mənalı vahidlərə morfem deyilir. Məsələn bəstəçilik sözünün tərkibində:
b-ə-s-t-ə-ç-i-l-i-k -10 səs
bəs-tə-çi-lik - 4 heca
bəstə-çi-lik -3 morfem vardır.
Morfemlər səslər və hecalarda fərqli olaraq məna bildirir. Bəstə- mahnı bəstələmək, yaratmaq mənasında, -çi leksik şəkilçi olub yeni söz yaranmasına xidmət edir. Bəstəçi- bəstələyən adam mənasında, -lik leksik şəkilçi olub yeni söz yaradır. Bəstəçilik- sənət mənasında işlədilir.
Morfemlər iki yerə ayrılır: kök morfemlər və köməkçi morfemlər. Kök morfemlər sözün yeni morfemlərə ayrıla bilməyən əsas hissəsinə deyilir. Həm leksik, həm də qrammatik mənaya malik olur. Köməkçi morfemlərə isə şəkilçilər, qoşmalar, bağlayıcılar, ədatlar, modal söz, nida və s. aiddir. Şəkilçilər sadəcə qrammatik mənaya malik olur.
Quruluşuna görə sözləri aşağıdakı kimi ayırmaq olar:
a) Söz yalnız bir kökdən ibarət olur: yaz, oxu, gör, bil, say və s.-bunlar sadə sözlər adlanır.
b) Söz kökdən və qrammatik-leksik şəkilçidən ibarət olur: gül-dan, gözəl-ləş, pay-laş, dəmir-çi, sür-ücü-lük, sürün-dür-mə-çi-lik və.s –bunlar düzəltmə sözlər adlanır.
c) Söz iki sözün birləşməsindən ibarət olur: ağac-dələn, günə-baxan, uzun-sifət, bağa-yarpağı və s. –bunlar mürəkkəb sözlər adlanır.
Sözün müstəqil mənaya malik olan,ayrılıqda işlənə bilən və dəyişməyən hissəsinə kök deyilir.
Söz kökünün azərbaycan dilində bir sıra xüsusiyyətləri var:
1)kök sözün müstəqil leksik mənaya malik hissəsidir.
2)kök sözün əsasını təşkil edir.
3)söz kökü şəkilçilərdən ayrı işlənə bilir.
4)bir kök müxtəlif şəkilçilər qəbul edə bilir.
5)azərbaycan dilində (həmçinin bütün türk dillərində) sözün kökü sabit olur və dəyişmir.Amma bəzən söz kökləri türk dillərində sabit olsa da qismən dəyişə bilir. Məsələn: dilimizdə yüksə, uza, kiçi sözləri yoxdur. Amma bu köklərdə iki söz düzəlir: yüksəl-yüksək; uzan-uzat; kiçil-kiçik və s.
Şəkilçilər aşağıdakı xüsusiyyətlərə malikdir.
1)müstəqil leksik məna ifadə edə bilmir.
2) sözdən ayrı işlənmir.
3) yalnız qrammatik mənaya malik olur.
4) söz kökünün tələbi ilə variantlaşır.
Sözlərin ayrılıqda işlənməyən, müstəqil lüğəvi mənaya malik olmayan, söz kökünə artırılarkən yeni mənalı söz düzəldən və ya sözlər arasında əlaqə yaradan hissəsinə şəkilçi deyilir.
Şəkilçilər özləri də morfoloji xüsusiyyətinə görə fərqlənir:
a) Yeni sözlər yaradan şəkilçilər (sözdüzəldici və ya leksik şəkilçilər)- göz-gözlük, dəmir-dəmirçi, mal-maldar, gül-gülçü və s.
b) Sözlər arsında əlaqə yaradan şəkilçilər (sözdəyişdirici və ya qrammatik şəkilçilər)- ismin hal, mənsubiyyət, felin şəxs şəkilçiləri buraya daxildir. Məsələn: "tələbənin kitabı" birləşməsində tələbə sözün kökü, -n- bitişdirici samit, -in isə yiyəlik hal şəkilçisidir. Kitab sözün kökü, -ı mənsubiyyət şəkilçisidir.
Sözün leksik məna ifadə edən hissəsi əsas hissə adlanır. Yəni qrammatik şəkilçiləri çıxmaqla yerdə qalan hissə əsas hissədir.
Azərbaycan dilində şəkilçilər əsasən sözün sonuna atılır. Lakin bir sıra alınma şəkilçilər bu qaydanı pozur. Ümumiyyətlə dünya dillərində şəkilçilər işlənmə yeinə görə üç qrupa bölünür:
1) Ön şəkilçilər. (prefikslər) – Alınma şəkilçilərdir. Məsələn: a-normal, bi-qeyrət, na-ümid,anti-faşist,bi-tərəf və s.
2) İç şəkilçilər (infiks) – Flektiv dillərə aiddir. Daxili fleksiya ilə söz köklərinin dəyişməsinə səbəb olur. Məsələn: Məhəmməd – Əhməd, Mahmud – Həmid
3) Son şəkilçilər (suffikslər) – Azərbaycan dilinin özünə məxsus şəkilçiləridir. Məsələn: su-çu, gül-dan, bağ-ban, güllə-lə-mək, boyun-la-maq və s. Suffikslər içərisində alınma şəkilçilər də vardır.Məsələn: insan-i, inqilab-i, tərbiyə-vi, ailə-vi, ənənə-vi və s.
Bu günlük də bu qədər. Növbəti dərs İnşallah nitq hissələri haqqında olacaq.
Bu dərsdə öyrəndiklərimiz : morfem, sözün kökü, sözün əsas hissəsi, şəkilçilər, sadə sözlər, düzəltmə sözlər mürəkkəb sözlər.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Daha bir ölkədə koronavirus mutasiyaya uğrayıb
Müraciət edənlərin sayı 23 mini keçdi
Castin Biberdən gözlənilməz AÇIQLAMA
Səhranın gözəlliyi
Kökəlmək istəyənlər bunları yesin - TÖVSİYƏLƏR
Kriştianu Ronaldudan inanılmaz fədakarlıq
Tatuaj necə silinir?
Nazirdən müharibə mesajı
Kişilərin inanılmaz xəyanət bəhanələri
Adriana Lima Metin Haranı sildi
DİQQƏT! Bu telefonlarda WhatsApp İŞLƏMƏYƏCƏK
55 yaşlı qadın üçəm dünyaya gətirdi
Müasir oğlan
Kayli Cenner rəfiqələrindən kömək istədi-SƏBƏB
Hər qadına 5 dost
Günün qoroskopu: Hisslərinizi cilovlayın!
Vanna otağında qara rəng trendi
Təbii gözəllik vasitəsi: Hind Yağı
Talassemiya xəstələrinin artmasının SƏBƏBİ açıqlandı
Düşmən cəbhədə mülki əhalini və yaşayış evlərini hədəf aldı - RƏSMİ
Özge Ulusoydan ayrılıq xəbəri
Mərci salatı (foto resept)
Bu həşəratları öldürərək təbiətə zərər veririk!
Saçları seyrəldən 5 vərdiş
“Twitter” satışda - Kim alacaq?
Hər zövqə uyğun paltarlar
Fotoşəkildə gözəl görünməyin 5 Yolu
Bu şəxslər ali məktəblərə müsabiqəsiz qəbul olunacaq
Qadınların cavan qalmasına kömək edən məhsullar
Rusiyalı rəssamın əl işləri
Nokia Lumia insanı xilas etdi
Maşınlar Bakının mərkəzində saxlanılarsa
Məşhur aktyor ata oldu
Günün qoroskopu: Münaqişə etməyin!
Microsoft daha onları yeniləməyəcək
"Çukur"un yeni mövsüm tizeri - Video
Dünyanın ən yaşlı əri öldü - FOTO
Bu cür insanlardan UZAQ DURUN!
Hava haqqında
TQDK-dan müraciət
TƏBİB əhaliyə müraciət etdi
Gündəlik salat (foto resept)
Şəkərli sadə peçenyelər (foto resept)
Hər gün bu tərəvəzi yeyən insanda xərçəng olmur
Bəşər Əsəd dürüstlük testindən keçdi
Berkay AÇIQLAMA VERDİ
Zakir Həsənov: "Düşmənə on qat zərbə vurulacaq”
Məşhur aktyor “Çukur” serialına qayıdır
Bakıda evlər ucuzlaşdı
Elektrik dirəklərini bəzədilər
- ŞƏRHLƏR