Yaşadığımız dövr üçün tibbə qeyri-ənənəvi üsullar ilə müalicə daha çox xarakterdir. Bu üsullara hər bir dövlətin milli sərvəti sayılan təbii ehtihatlara, məsələn, kükürd və s. zəngin istisu mənbələri, neft, özünəməxsus minerallarla ilə fərqlənən palçıq vulkanı məhsulları, duzlaq şaxtaları və s. ilə müalicələr aid olunur. Bunlar içərisində ən fərqli mövqeyə malik speleoterapiya haqqında məlumat vermək istərdim. Azərbaycan dilində bu müalicə üsulu haqqında çox az sayda məlumat var. Amma bu müalicə üçün tələb olunan təbii şərait dünyanın çox az ölkəsində, o cümlədən vətənimizdə var. “Speleoterapiya” yunan dilindən tərcümədə ”Spelaion” – mağara və
“terapiya” – müalicə deməkdir.
Speleoterapiya – qədim aeroterapevtik müalicə üsullarından biri sayılır və tənəffüs sisteminin (bronxial astma, bronxit, allergik rinit və s.) duz şaxtalarında dərman qəbul etmədən müalicəsidir. Bu müalicə üsulunun tarixinə nəzər salanda məlum olur ki, duz şaxtası şəraitində aparılan müalicə İtaliya, Macarıstan, Polşa, Almaniya, Ukrayna, Rumıniya və s. kimi ölkələrdə çox geniş tətbiq olunur. Şaxta şəraitində ilk dəfə müalicə hələ 1871-ci ildə İtaliyanın Florensiya şəhərinin yaxınlığında, Toskana vilayətinin Monsumman yaşayış ərazisində stalaktit və stalaqmit şaxtasında revmatik poliartritə tutulmuş xəstələrdə aparılmışdır. Şaxta şəraitində bronxial astmalı xəstələrin müalicəsi ötən əsrin 40-cı illərində təsadüf nəticəsində aşkara çıxmışdır. İkinci dünya müharibəsində Sovet aviasiyasının hava hücumu zamanı bombardmandan qorunmaq məqsədilə yerli əhali Almaniyanın Vestfal şəhərindəki karst şaxtasına girmişlər. Uzun müddət şaxtada qaldıqdan sonra bronxitlə və bronxial astma ilə xəstə olanlar, gərgin əsəb pozğunluğuna və qorxuya baxmayaraq özlərini yaxşı hiss etmişlər; belə ki, boğulma tutmaları kəsilmiş, öskürək azalmışdır.
Müharibədən sonra Klutert şaxtasında tənəffüs sistemi xəstəlikləri üçün müalicə ocağı yaradılmışdır. Həmçinin karst şaxtası Macarıstanın Mişkolşe şəhərinin yaxınlığında Yoşvafe əyalətində 1954-ci ildən, Gürcüstanın Sxaltubo şəhərinin yaxınlığında “Petri-Movime” şaxtası 1971-ci ildən fəaliyyətə başlayıb. Şaxtanın mikroklimatında kalsium ionları üstünlük təşkil edir. Mikroklimatı natrium və xlorda var. Belə şaxtalar Polşanın Krakov şəhərində 1968-ci ildən, Ukraynanın Ujqorod şəhərinin Solotvino qəsəbəsində 1972-ci ildən və Azərbaycanın Naxçıvan şəhərində 1979-cu ildən fəaliyyət göstərirlər. Hələ Sovetlər dövründə, 1980-cı ildə Ukraynanın Elmi-Tədqiqat Kurortologiya institutunun direktoru professor M.D.Toroxtin Naxçıvan Respublika Fizioterapiya xəstəxanasında ağ ciyər-bronx aparatının qeyri-spesifik xəstəliklərinin müalicəsinin aparılmasında üstünlükləri nəzərə alaraq xüsusi rəy vermişdir.
Naxçıvanda yerləşən duz dağının qalınlığı 8,2 metr; duzun tərkibi: NaCI - 98,4%; CaCI - 0,04%, MqCI - 0,06%-dir. Xəstələr şaxtada olduqda temperatur 0-5 yüksək disperli Naolunmaqla aparılır. Belə ki xəstələr ən əvvəl 2-3 gün xəstəxana ərazisində adaptasiya olduqdan sonra böyüklər 20-24 seans, uşaqlar isə 14-18 seans duz şaxtasında olurlar. Bu müddət xəstəliyin ağırlığından, yanaşı gedən xəstəliklərdən, ümumiyyətlə səhhətinin vəziyyətindən asılı olaraq dəyişilə bilir. Müalicə başa çatdıqdan sonra böyüklərdə 65-70%, uşaqlarda isə 80-85% yaxşılaşma qeyd olunur. Xəstəliyin ağırlıq səviyyəsindən və həkim müayinəsinin nəticəsindən asılı olaraq az hallarda bəzi dərman preparatları, fizioterapevtik proseduralar, müalicəvi bədən tərbiyəsi, döş qəfəsinin masajları və s. alırlar. Mümkün qədər dərman preparatları az təyin edilir (xəstə kortikosteroidlər alırsa, doza tədricən azaldılır). Speleoterapiya xəstədə boğulma tutmaları (“Status asmatikus”) olmayan dövrdə və ya remissiya dövründə aparılır. Speleoterapiya tənəffüs sistemində patogen mikrofloranı azaldaraq, iltihabi prosesin sağalmasına kömək edir.
Duz şaxtalarının mikroklimatı tənəffüs orqanlarında infeksion-iltihabi prosesin aktivliyini azaldaraq yerli və ümumi müdafə mexanizmlərinin tənzimləməsinə kömək edir, immun sistemin aktivləşməsinə və formalaşmasına, maddələr mübadiləsinin normallaşmasına, qanda turşu-qələvi müvazinətinin turşuluğa doğru dəyişməsinə, vegetativ funksiyaların normaya yaxınlaşmasına, ürək yığılmalarının aktivləşməsinə, allergik qıcığın orqanizmdən kənara çıxarılmasına və blokada olunmasına şərait yaradır. Bundan əlavə, yuxusuzluq, dəri quruması, gərgin fiziki (+ Cl+) ionları üstünlük təşkil edən duz şaxtaları 0C, nisbi rütubət isə 5-10% arta bilər. Şaxtada təbii ionları sabitdir.
Burada müalicə xüsusi qaydalara əməl (+CI+) və işdən sonrakı yorğunluğun aradan qaldırılmasına, təzyiqin, böyrək və həzm sisteminin normallaşmasına, eyni zamanda sümük-əzələ sisteminin möhkəmlənməsinə, miqren ağrılarının azalmasına müsbət təsir edir. Hipobakterial və hipoallergen hava mühiti hesabına immun sisteminin aktivləşməsi daha sürətlə gedir, qanda histaminin səviyyəsi, zülal və karbohidrat mübadiləsi normallaşır. Eyni zamanda speleoterapiya xəstələrdə psixoloji vəziyyətin normallaşmasına səbəb olur. Bunu ətraf mühitin qıcıqlandırıcı faktorlarından təcrid olmaqla uzun zaman sakit və orqanizm üçün rahat mühitdə mərkəzi sinir sistemin sakitləşməsi, maddələr mübadiləsinin normallaşması ilə izah etmək mümkündür.
Spleoterapiya aşağıdakı hallarda tətbiq olunur: astma önü vəziyyət, bronxial astmanın I mərhələsi, tənəffüs çatışmazlığı l-ll mərhələ, infeksion-allergik və atopik formalı yüngül, orta ağır dərəcəli növləri, ürək çatışmazlığı I mərhələ, xroniki qeyri-obstruktiv bronxit və xroniki pnevmoniya l-ll mərhələ (remissiya fazası), xroniki bronxit astmatik komponentlə remissiya fazası, allergik rinosinusopatiyalar, pollinozlar, allergik dəri xəstəlikləri, ekzema, psoriaz, I və II-A mərhələdə olan hipertonik xəstəlik, neyrodermatitlər, vazomatot rinit, bronxospazm. Son illərin elmi ədəbiyyatında yuxusuzluq, piylənmə,
sümuk xəstəlikləri, saç tökülməsi, nevrozlar, cinsi xəstəliklərin müalicəsində də speleoterapiyadan geniş istifadə olunması qeyd olunur («РЎРѕР»СЊ. Мифы Рё реальность». Р”. Рњ. Рќ., РїСЂРѕС„. Неумывакин Рџ.; «Р›РµС‡РµРЅРёРµ солью. РўСЂРѕРїРёРЅРєР° Рє Р·РґРѕСЂРѕРІСЊСЋ». Погожев Р“., Погожева Р›. və s.).
Qeyd olunan göstərişlərdən əlavə mütləq əks göstərişlər də mövcuddur:
Bronxial astma II mərhələ, bronxial astma I mərhələ ağır gedişli, diffuz pnevmoskleroz, tənəffüs çatışmazlığı III mərhələ, ürək çatışmazlığı III mərhələ, bronxoektaziya xəstəliyi, ağ ciyərlərin absesi və qanqrenası, vərəm (bütün forma və mərhələlərdə), qan dövranının çatışmazlığı III mərhələ, ürək qüsurları subkompensasiya və dekompensasiya fazası, hipertoniya xəstəliyi III mərhələ, mədə və 12 barmaq bağırsağın yara xəstəlikləri, tireotoksikoz, böyrək daşı xəstəliyi, anemiyalar, şəkər xəstəliyi ll-lll mərhələ (insulindən asılı olan).
Qeyd etdiyim kimi speleoterapiyanın Azərbaycanda təbii mənbəyi Naxçıvanda Duzdaq ərazisində yerləşir. Çox xəstələrin uzaq məsafə qət edə bilməməsi, bəzən həyat və iş şəraitinin əlverişsiz olması səbəbindən xəstələr bu təbii müalicə üsulundan istifadə edə bilmirdilər. Bunları nəzərə alaraq 2002-ci ildə Hacı İbadulla İbrahimovun təşəbbüsü ilə Bakıda Naxçıvandan gətirilmiş duz parçaları ilə “Duzlaq” adlanan duz şaxtası yaradılmışdır. Duz şaxtaları təbii orijinallığı saxlamaqla inşa edilmiş, sanitar–gigiyenik normativlərə cavab verən, xəstələrin müalicəsi üçün tələb olunan çarpayılar, oturacaqlar, əlavə tibbi proseduralar və qida qəbulu üçün xüsusi otaqlar ilə təmin olunmuşdur. Hər il burada təxminən 1500 yaxın həm yerli, həm də xaricdən gəlmiş xəstələr müalicə
kursu keçir. Yüksək səviyyədə ixtisaslaşmış, gülərüz və qayğıkeş tibb personalı xəstələrin şəfa tapmasına çox kömək edir. Bunun şəxsən şahidi olmuşam: Əziz anamın pnevmoniyadan sonra bronxospazm və obstruktiv bronxitdən əziyyət
çəkməsi səbəbindən onu “Duzlaq” sağlamlıq mərkəzinə speleoterapiya seansları keçməyə gətirdik. Anamın müalicə aldığı müddətdə mən oradakı xəstələrlə əlaqə saxlayaraq bu müalicə üsulunun nə qədər effektli olduğunun bir daha şahidi oldum.
Son olaraq bütün xalqımıza can sağlığı arzu edirəm və bir həkim kimi, ehtiyacı olanlara bu müalicə kursundan istifadə etməyi məsləhət görürəm.
XƏBƏR LENTİ
Ana südü və əmizdirmə
Bakıda ekspress avtobusların hərəkət qrafiki dəyişdiriləcək
Monika Belluçi karantin günlərindən danışdı-FOTO
AŞPA-da Qarabağ münaqişəsi üzrə bəyanat qəbul edildi
Armen Sarkisyan: “Ermənistan həm müharibədə, həm də beynəlxalq platformalarda məğlub olub”
Qadınların gizlətdikləri A-dan Z-yə qədərdir
Azərbaycan ordusu düşmənin zenit qurğusunu dəqiq atəşlə məhv etdi - VİDEO
Bal tortu (foto-resept)
Bakıda metro yaxınlığında yanğın
Körpənizin bu sözləri söyləməsi şərtdir!
Rihanna 6 milyonluq villasını bir ildir sata bilmir-SƏBƏB
NATO: Rusiya təyyarəsi Türkiyə sərhədlərini pozub
Meyvələrin gülməli şəkilləri
91 yaşlı qadın həyatında ilk dəfə pasport aldı-FOTO
Qadın.Net-lilərin ilk məktəb həyəcanı (3-cü hissə)
Azərbaycandan dünyada bir ilk
Quruyan dodaqlar üçün nə etməli?
Yəhudilərin bürclər üzrə ən qədim və dəqiq proqnozu
Evdar qadınlara müavinət veriləcək?-Ətraflı
Koronavirusun zəif nöqtəsi tapıldı
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqladı
HTC Desire 626 satışa çıxarıldı
"Pokrov" meyvə-tərəvəz bazasında azərbaycanlılar köməksiz qalıblar
ABŞ Dağlıq Qarabağa dair Vyana görüşünü yüksək qiymətləndirir
Muraddan Aslıya ad günü sürprizi - FOTO
Noyabr ayının qalibləri!
Məşhur aktrisa intihar etdi
Günün qoroskopu: Deyilənlər əsassızdır
"Mən yoldaşımla fəxr edirəm, çünki o əsl qəhrəmandır"
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 215 yeni yoluxma
Sinoptiklərdən Azərbaycan üçün xoş hava müjdəsi
Aparıcı 4 milyonluq evini partlatdı-FOTO
“Bakı”nın sabiq futbolçusu millidən getdi
Azərbaycan qış vaxtına keçəcək - DƏQİQ TARİX
Türkiyə çempionatı: "Beşiktaş"ın super şansı
Milli komandamız oynamadan irəlilədi
NATO-dan Rusiyaya müharibə xəbərdarlığı
Nazir bağlanan iş yerlərinin tezliklə açılacağını elan etdi
Riqada 7 rayon qaytarıla bilər
Dırnağını yeyən insanlarla bağlı alimlərin ŞOK AÇIQLAMASI
Willow Smith
Azərbaycanda dərmanların qiyməti ilə bağlı gözlənilməz YENİLİK
Fironun maskası da yalanmış
Azərbaycan ombudsmanı mükafat aldı
Sadəliyi sevənlər üçün sadə gəlinliklər
ÜST-dən koronavirus peyvəndi ilə bağlı açıqlama
Toyuqlu göbələk boxçası (foto resept)
Facebook-dan qorxun!
Azərbaycan analoq TV yayımını fevralda dayandıracaq
Azərbaycanda koronavirus xəstələrinin sayı 400-ə çatdı
- ŞƏRHLƏR