Qadin.NET / Speleoterapiya və ya duzlaqda müalicə

Speleoterapiya və ya duzlaqda müalicə

Speleoterapiya və ya duzlaqda müalicə

Yaşadığımız dövr üçün tibbə qeyri-ənənəvi üsullar ilə müalicə daha çox xarakterdir. Bu üsullara hər bir dövlətin milli sərvəti sayılan təbii ehtihatlara, məsələn, kükürd və s. zəngin istisu mənbələri, neft, özünəməxsus minerallarla ilə fərqlənən palçıq vulkanı məhsulları, duzlaq şaxtaları və s. ilə müalicələr aid olunur. Bunlar içərisində ən fərqli mövqeyə malik speleoterapiya haqqında məlumat vermək istərdim. Azərbaycan dilində bu müalicə üsulu haqqında çox az sayda məlumat var. Amma bu müalicə üçün tələb olunan təbii şərait dünyanın çox az ölkəsində, o cümlədən vətənimizdə var. “Speleoterapiya” yunan dilindən tərcümədə ”Spelaion” – mağara və 

“terapiya” – müalicə deməkdir.

Speleoterapiya – qədim aeroterapevtik müalicə üsullarından biri sayılır və tənəffüs sisteminin (bronxial astma, bronxit, allergik rinit və s.) duz şaxtalarında dərman qəbul etmədən müalicəsidir. Bu müalicə üsulunun tarixinə nəzər salanda məlum olur ki,  duz şaxtası şəraitində aparılan müalicə İtaliya, Macarıstan, Polşa, Almaniya, Ukrayna, Rumıniya və s. kimi ölkələrdə çox geniş tətbiq olunur. Şaxta şəraitində ilk dəfə müalicə hələ 1871-ci ildə İtaliyanın Florensiya şəhərinin yaxınlığında, Toskana vilayətinin Monsumman yaşayış ərazisində stalaktit və stalaqmit şaxtasında revmatik poliartritə tutulmuş xəstələrdə aparılmışdır. Şaxta şəraitində bronxial astmalı xəstələrin müalicəsi ötən əsrin 40-cı illərində təsadüf nəticəsində aşkara çıxmışdır. İkinci dünya müharibəsində Sovet aviasiyasının hava hücumu zamanı bombardmandan qorunmaq məqsədilə yerli əhali Almaniyanın Vestfal şəhərindəki karst şaxtasına girmişlər. Uzun müddət şaxtada qaldıqdan sonra bronxitlə və bronxial astma ilə xəstə olanlar, gərgin əsəb pozğunluğuna və qorxuya baxmayaraq özlərini yaxşı hiss etmişlər; belə ki, boğulma tutmaları kəsilmiş, öskürək azalmışdır.

Müharibədən sonra Klutert şaxtasında tənəffüs sistemi xəstəlikləri üçün müalicə ocağı yaradılmışdır. Həmçinin karst şaxtası Macarıstanın Mişkolşe şəhərinin yaxınlığında Yoşvafe əyalətində 1954-ci ildən, Gürcüstanın Sxaltubo şəhərinin yaxınlığında “Petri-Movime” şaxtası 1971-ci ildən fəaliyyətə başlayıb. Şaxtanın mikroklimatında kalsium ionları üstünlük təşkil edir. Mikroklimatı natrium və xlorda var. Belə şaxtalar Polşanın Krakov şəhərində 1968-ci ildən, Ukraynanın Ujqorod şəhərinin Solotvino qəsəbəsində 1972-ci ildən və Azərbaycanın Naxçıvan şəhərində 1979-cu ildən fəaliyyət göstərirlər. Hələ Sovetlər dövründə, 1980-cı ildə Ukraynanın Elmi-Tədqiqat Kurortologiya institutunun direktoru professor M.D.Toroxtin Naxçıvan Respublika Fizioterapiya xəstəxanasında ağ ciyər-bronx aparatının qeyri-spesifik xəstəliklərinin müalicəsinin aparılmasında üstünlükləri nəzərə alaraq xüsusi rəy vermişdir.

Speleoterapiya və ya duzlaqda müalicə

Naxçıvanda yerləşən duz dağının qalınlığı 8,2 metr; duzun tərkibi: NaCI - 98,4%; CaCI - 0,04%, MqCI - 0,06%-dir. Xəstələr şaxtada olduqda temperatur 0-5 yüksək disperli Naolunmaqla aparılır. Belə ki xəstələr ən əvvəl 2-3 gün xəstəxana ərazisində adaptasiya olduqdan sonra böyüklər 20-24 seans, uşaqlar isə 14-18 seans duz şaxtasında olurlar. Bu müddət xəstəliyin ağırlığından, yanaşı gedən xəstəliklərdən, ümumiyyətlə səhhətinin vəziyyətindən asılı olaraq dəyişilə bilir. Müalicə başa çatdıqdan sonra böyüklərdə 65-70%, uşaqlarda isə 80-85% yaxşılaşma qeyd olunur. Xəstəliyin ağırlıq səviyyəsindən və həkim müayinəsinin nəticəsindən asılı olaraq az hallarda bəzi dərman preparatları, fizioterapevtik proseduralar, müalicəvi bədən tərbiyəsi, döş qəfəsinin masajları və s. alırlar. Mümkün qədər dərman preparatları az təyin edilir (xəstə kortikosteroidlər alırsa, doza tədricən azaldılır). Speleoterapiya xəstədə boğulma tutmaları (“Status asmatikus”) olmayan dövrdə və ya remissiya dövründə aparılır. Speleoterapiya tənəffüs sistemində patogen mikrofloranı azaldaraq, iltihabi prosesin sağalmasına kömək edir.

Speleoterapiya və ya duzlaqda müalicə

Duz şaxtalarının mikroklimatı tənəffüs orqanlarında infeksion-iltihabi prosesin aktivliyini azaldaraq yerli və ümumi müdafə mexanizmlərinin tənzimləməsinə kömək edir, immun sistemin aktivləşməsinə və formalaşmasına, maddələr mübadiləsinin normallaşmasına, qanda turşu-qələvi müvazinətinin turşuluğa doğru dəyişməsinə, vegetativ funksiyaların normaya yaxınlaşmasına, ürək yığılmalarının aktivləşməsinə, allergik qıcığın orqanizmdən kənara çıxarılmasına və blokada olunmasına şərait yaradır. Bundan əlavə, yuxusuzluq, dəri quruması, gərgin fiziki (+ Cl+) ionları üstünlük təşkil edən duz şaxtaları 0C, nisbi rütubət isə 5-10% arta bilər. Şaxtada təbii ionları sabitdir.

Speleoterapiya və ya duzlaqda müalicə

Burada müalicə xüsusi qaydalara əməl (+CI+) və işdən sonrakı yorğunluğun aradan qaldırılmasına, təzyiqin, böyrək və həzm sisteminin normallaşmasına, eyni zamanda sümük-əzələ sisteminin möhkəmlənməsinə, miqren ağrılarının azalmasına müsbət təsir edir. Hipobakterial və hipoallergen hava mühiti hesabına immun sisteminin aktivləşməsi daha sürətlə gedir, qanda histaminin səviyyəsi, zülal və karbohidrat mübadiləsi normallaşır. Eyni zamanda speleoterapiya  xəstələrdə psixoloji vəziyyətin normallaşmasına səbəb olur. Bunu ətraf mühitin qıcıqlandırıcı faktorlarından təcrid olmaqla uzun zaman sakit  və orqanizm üçün rahat mühitdə mərkəzi sinir sistemin sakitləşməsi, maddələr mübadiləsinin normallaşması ilə izah etmək mümkündür. 

 

Spleoterapiya aşağıdakı hallarda tətbiq olunur: astma önü vəziyyət, bronxial astmanın I mərhələsi, tənəffüs çatışmazlığı l-ll mərhələ, infeksion-allergik və atopik formalı yüngül, orta ağır dərəcəli növləri, ürək çatışmazlığı I mərhələ, xroniki qeyri-obstruktiv bronxit və xroniki pnevmoniya l-ll mərhələ (remissiya fazası), xroniki bronxit astmatik komponentlə remissiya fazası, allergik rinosinusopatiyalar, pollinozlar, allergik dəri xəstəlikləri, ekzema, psoriaz, I və II-A mərhələdə olan hipertonik xəstəlik, neyrodermatitlər, vazomatot rinit, bronxospazm. Son illərin elmi ədəbiyyatında yuxusuzluq, piylənmə, 

sümuk xəstəlikləri, saç tökülməsi, nevrozlar, cinsi xəstəliklərin müalicəsində də speleoterapiyadan geniş istifadə olunması qeyd olunur («РЎРѕР»СЊ. Мифы Рё СЂРµР°Р»СЊРЅРѕСЃС‚СЊ». Р”. Рњ. Рќ., РїСЂРѕС„. Неумывакин Рџ.; «Р›РµС‡РµРЅРёРµ солью. РўСЂРѕРїРёРЅРєР° Рє Р·РґРѕСЂРѕРІСЊСЋ». Погожев Р“., Погожева Р›. və s.). 

Speleoterapiya və ya duzlaqda müalicə

Qeyd olunan göstərişlərdən əlavə mütləq əks göstərişlər də mövcuddur: 

Bronxial astma II mərhələ, bronxial astma I mərhələ ağır gedişli, diffuz pnevmoskleroz, tənəffüs çatışmazlığı III mərhələ, ürək çatışmazlığı III mərhələ, bronxoektaziya xəstəliyi, ağ ciyərlərin absesi və qanqrenası, vərəm (bütün forma və mərhələlərdə), qan dövranının çatışmazlığı III mərhələ, ürək qüsurları subkompensasiya və dekompensasiya fazası, hipertoniya xəstəliyi III mərhələ, mədə və 12 barmaq bağırsağın yara xəstəlikləri, tireotoksikoz, böyrək daşı xəstəliyi, anemiyalar, şəkər xəstəliyi ll-lll mərhələ (insulindən asılı olan).

Qeyd etdiyim kimi speleoterapiyanın Azərbaycanda təbii mənbəyi Naxçıvanda Duzdaq ərazisində yerləşir. Çox xəstələrin uzaq məsafə qət edə bilməməsi, bəzən həyat və iş şəraitinin əlverişsiz olması səbəbindən xəstələr bu təbii müalicə üsulundan istifadə edə bilmirdilər. Bunları nəzərə alaraq 2002-ci ildə Hacı İbadulla İbrahimovun təşəbbüsü ilə Bakıda Naxçıvandan gətirilmiş duz parçaları ilə “Duzlaq” adlanan duz şaxtası yaradılmışdır. Duz şaxtaları təbii orijinallığı saxlamaqla inşa edilmiş, sanitar–gigiyenik normativlərə cavab verən, xəstələrin müalicəsi üçün tələb olunan çarpayılar, oturacaqlar, əlavə tibbi proseduralar və qida qəbulu üçün xüsusi otaqlar ilə təmin olunmuşdur. Hər il burada təxminən 1500 yaxın həm yerli, həm də xaricdən gəlmiş xəstələr müalicə 

kursu keçir. Yüksək səviyyədə ixtisaslaşmış, gülərüz və qayğıkeş tibb personalı xəstələrin şəfa tapmasına çox kömək edir. Bunun şəxsən şahidi olmuşam: Əziz anamın pnevmoniyadan sonra bronxospazm və obstruktiv bronxitdən əziyyət 

çəkməsi səbəbindən onu “Duzlaq” sağlamlıq mərkəzinə speleoterapiya seansları keçməyə gətirdik. Anamın müalicə aldığı müddətdə mən oradakı xəstələrlə əlaqə saxlayaraq bu müalicə üsulunun nə qədər effektli olduğunun bir daha şahidi oldum.

Speleoterapiya və ya duzlaqda müalicə

Son olaraq bütün xalqımıza can sağlığı arzu edirəm və bir həkim kimi, ehtiyacı olanlara bu müalicə kursundan istifadə etməyi məsləhət görürəm.

30 may 2013
GO BACK