Hörmətli istifadəçilər,
Nəhayət ki, uzun müddətdir davam edən yenilənmədən sonra, fərqli bir simada, daha böyük imkanlarla qarşınızdayıq!
Təxminən 1 aydan artıq bir müddətdir ki, layihənin yaradıcı, texniki qrupu eləcədə administrasiya həyəti hal-hazırda qarşınızda olan yeniliklər üzərində çalışırdı. İlkin olaraq saytın logosu yenidən tərtib olundu. Saytda logo hissəsi dinamik dəyişkənliyi ilə seçilir. Təqvimə, mövsümə, tarixin əlamətdar hadislərinə görə "Qadın.Net" layihəsi də fasiləsiz olaraq yenilənir...
Eyni zamanda sayta bir sıra yeni rubrikalar, həmin rubrikalar üçün alt bölmələr eləvə edildi, arxivdə olan təxminən 1500 xəbər yenidən araşdırlıb müvafıq bölmələr üzrə yerləşdirildi. Lazımsız sayılan, istifadəçi marağını toplaya bilməyən bir sıra yazılar ümumiyyətlə saytın arxivindən silindi. Artıq istifadəçilərimiz, 7 fərqli başlıq altında 37 bölmədə yerləşdiriləcək, xanımlara aid demək olarki bütün sahələri əhatə edəcək yazı və xəbərlərdən yararlana biləcəklər. Bunlarla yanaşı əlavə olaraq 8 "köməkçi bölmə" fəaliyyət göstərəcək. Bunun sayəsində həm vaxtınızı əyləncəli keçirmə imkanı, eləcədə Sizə faydalı olacaq materiallardan istifadə etmə imkanı qazanacaqsınız.
Bütün qeyd olunanlarla tanış olmaq, maraqlı məlumatlar əldə etmək üçün sadəcə olaraq qeydiyyatdan keçmək kifayətdir. Qeydiyyatdan keçdiyiniz zaman, Siz ilkin olaraq istifadəçi statusuna sahib olursunuz. Artıq uzun müddətdir saytdan yararlanan istifadəçilər bütün bu prosedurlarla tanışdırlar.
Qeyd etdiyimiz kimi yeniliklər zamanı, istifadəçilərin əziyyətlərini qarşılıqsız qoymamaq üçün istifadəçi statuslarında da müəyyən dəyişikliklər edildiki, bunların da nəticəsində artıq hər bir istifadəçi öz əməyinin, zəhmətinin qarşılıqında saytda müəyyən edilmiş vəzifələrə sahib olacaq. Hər bir istifadəçi aktivliyindən asılı olaraq, Aktiv istifadəçi, Jurnalist, Ekspert və sonda layihə üçün əhəmiyyətli sayılacaq işlər gördüyü halda Redaktor statusuna sahib ola biləcək. Hər ayın sonunda statistik məlumatlar yoxlanıldıqdan sonra statusu qazanmış istifadəçiyə yeni vezifəsi təqdim olunacaq. Statuslar, xüsusi vəzifələr, onları əldə etmə qaydaları və bu kimi mövzuya aid digər məlumatlar haqqında başqa bir yazıda etraflı məlumat veriləcək.
Statuslara aid son olaraq qeyd etmək istərdik ki, bu günə qədər saytda fəaliyyət göstərən bəzi istifadəçilərdən onların vəzifələri geri alınmışdır ki, bunlarında müxtəlif səbəbləri var. Buna baxmayaraq, həmin istifadəçilərin hər birinə ayrı-ayrılıqda layihənin inkşafı üçün etdiklərindən dolayı, dərin təşəkkürlərimizi bildiririk və ümid edirik ki, onlar yenidən əvvəlki kimi öz statuslarına sahib olacaqlar!
Yenilənmə zamanı "Xəbər arxivi", "Google reklam", "Dost saytlar", "Statistika", "Saygac" kimi bölümlər saytdan çıxarılmışdır. Qeyd olunan bölmələr içərisində, "Dost saytlar" bölməsində yer almış sayt rəhbərlərinə və idarəçilərinə uzun müddətdir əməkdaşlıq etdikləri üçün minnətdarlığımızı bildiririk!
Yaxın günlərdə saytın idarəetmə sistemidə tam yenisiylə əvəzlənəcək və müvafiq olaraq zamanla bütün istifadəçilərin rahatlığı üçün fərqli imkanlar xidmətinizə veriləcək!
Sonda görünüş olaraq yeni olan, lakin kiçikdə olsa tarixcəsi mövcud saytın yarandığı gündən bütün texniki işlərində hər zaman bizə dəstək olan "SVİTU" dizayn studiyasına dərin təşəkkürlərimizi bildiririk...
Hər birinizə xoş məlumatlar
Hörmətlə,
Qadın.Net administrasiyası
P.S - Sizin də maraqlı təklif və iradlarınzı gözləyirik...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Hicablı xanımlar üçün geyim kombinasiyaları
Koronavirusla bağlı SON STATİSTİKA
Paşinyan hansı dünya liderlərinə neçə dəfə zəng edib? - SİYAHI
ABŞ-ın maliyyə naziri aktrisa ilə evləndi
Evdar xanımlar üçün praktik məsləhətlər
Arıqlamağa kömək edən içkilər
Ebru Gündeş arıqladı-FOTO
"Heç kimdən hədiyyə gözləmirəm"
“Sony” ev işini görən robot buraxacaq
Qış çəkmələri
Miray Daner eşq iddialarına açıqlama verdi
Dubay bu tikiliylə dünyaya səs salacaq
"Bakı məktəblərində qış mövsümünə hazırlıq işləri başa çatıb"
Kaktuslar və kompüter şüalanması(1)
Toy günü gözəl görünmək üçün tövsiyələr
Qarpızdan sənət əsərləri
İş həyatında insanlara təsir etmək üçün...
"Azərbaycanda tolerantlıq həyat tərzidir"
Moskva od tutub yanır
Azərbaycan təyyarəsi qəzaya uğrayıb, həlak olanlar var
Mehriban Əliyeva 2021-ci ilin batut və tamblinq üzrə dünya çempionatı haqqında
Obamadan Cennifer Lopesə MƏSLƏHƏT - FOTO
Övladınıza ad qoyarkən düşündünüzmü?
Məşhurların pəhrizləri
Həcc ziyarətində olan zəvvarlar üçün Ərəfat günü mərhələsi başladı
Şebnem Gülər ​​Karacanın yazdığı "100 Aldım Düşüb Bayıldım" kitabı satış rekordları qırır
Millimizin növbəti rəqibi bəlli oldu
"Facebook" və "İnstagram"da problem yarandı
Zəngli saat ürəyiniz üçün zərərlidir
Şəhidimiz torpağa tapşırıldı
Qiyməli kabak dolması (foto-resept)
Toyuqlu blinçik (foto resept)
Sadə qəlyanaltı (foto resept)
Aslı və Muradın barışıq xəbəri yalan çıxdı
Yağış, qar yağacaq
Hansı təmizlik vasitələrindən necə istifadə edirsiniz?
Edama bir neçə saat qalmış əfv olundu
Mali prezidenti: “Hakimiyyətimi qorumaq naminə qan tökülməsini istəmirəm”
Vintaj üslubunda donlar
Azərbaycanda çoxdilli məlumat-sorğu mərkəzi yaradılır
İtaliyalı jurnalist Xocalı həqiqətlərindən yazdı
Yazda dəriyə necə qulluq etməli?
Krab salatı (foto resept)
Zəfəran çayının faydası
Bakı-2015-də bu idmançılarla yarışacağıq
Misirdən İlon Maskın piramidaların yadplanetlilər tərəfindən inşa edilməsi iddiasına cavab
20 mindən artıq insan könüllü şəkildə koronavirusa yoluxdurulacaq, çünki...
Nişan paltarları
Mənim əl işlərim (1)
Bakı genişlənir: nə vaxta, hara qədər?
- ŞƏRHLƏR