Agats_fan
Əgər mən prezident olsaydım, bir çox qanunlar qoyardım. İndi ağlıma gələnləri qısa şəkildə qeyd edim.
1.Tələbələrə qayıb qoyma qaydasını yığışdırılmalı və yubanan müəllimlər qayıb qoyulmalı.
2. Hamburqerin içindən ətlər çıxarılmalı.
3. Zəngli saatları zəngsiz saat etməli.
4. Narkotik vasitələri günəbaxan tumları ilə əvəz etməli.
5. Iphone firmasının Azərbaycandakı adını dəyişib yourphone qoymalı.
6. Metroda jetonu yeyən aparat gördükdə üstündən tullanıb keçməli, təmir etməyə ehtiyac yoxdu. Qoy camaat idman eləsin.
7. Nəqliyyat vasitələri piyada keçidinin düz ağzında saxlamalı.
8. Südlü çayın içinə süd qoyulmamalı.
9. Ebola kimi virusları axmağola kimi dəyişərdim ki, bütün axmaqlara yoluxsun, ölsünlər.
10. Beyinsiz insalara beyin təşkil edərdim və hamsını da Qadın.Net saytı vasitəsilə satardım.
Fidan Məmmədova
Əgər mən prezident olsaydım, ölkədə bütün uşaq əyləncə atraksionlarını pulsuz edərdim ki, uşaqlar doyunca əylənsinlər. Təsəvvür edin, pulsuz olsa, uşaqlar gecə-gündüz atraksionlardan el çəkməzlər, valideynlər də parkda gecələməli olarlar. Ölkədə bütün ailələrdə uşaqlara ataların baxmasını tapşırıq verərdim. Qoy onlar da anaların gün ərzində çəkdiyi əziyyətləri görsünlər. Analara isə Qadın.Net saytında oturub xəbərlər hazırlamağı, sayt üçün başqa lazımlı olan işlərin görülməsini tapşırardım. Atalara aylıq maaşlarının 90%-ni həyat yoldaşlarına verməyi tapşırardım.
Gulum
Mən prezident olsaydım, hər şey super olardı. Ancaq qadın həmrəyliyini əlimdə şüar tutardım. Birinci növbədə bütün fitnes zallarını pulsuz edərdim, bütün gözəllik salonlarını dövlət hesabına işlədərdim. Qadınlar üçün xüsusi taksilər olardı, həm də pulsuz. Ölkədə siqareti tamamilə ləğv etdirərdim. Ən əsası əmr verərdim ki, bütün əsgərlər gündə heç olmasa bircə dəfə anaları ilə danışsınlar. Qadınlar üçün çoxlu sayda çayxanalar, qadın mərkəzləri yaradardım və əmr edərdim ki, qadınlar istədiyi seriala və ya verlişə baxanda kişilər sakitcə, dinməz-söyləməz dayansınlar. Bilmirəm, az istədim ya çox, amma Allah bu kişilərin üzünə baxıb ki, mən prezident olmamışam.
Ellada Babayeva
Əgər prezident olsaydım, nə edərdim? Sözün düzü, neçə gündür ki, düşünürəm. Heç bu qədər düşünməmişdim. Səbəb mövzunun yumoristik olmasıdır. Mən prezident olmasam yaxşıdır, əgər belə bir şey mümkün olsaydı, qadağaların sayı, hesabı olmayacaqdı. Göstərişlərimi hələ demirəm. Amma mövzu yumora aid olduğuna görə qadağaları qırağa qoydum. Mən prezident olsaydım, göstəriş verərdim ki, avtomobilləri uşaqlar idarə eləsin. Mağazalarda şirniyyatlar pulsuz olsun, həmişə açıq olsun. Satıcı da özüm olum.
Nəzrin
Əgər prezident olsaydım, necə deyərlər, hava mənə xoş olardı. Mənim qanunlarım ən çox cavan nəsilin xoşuna gələrdi. İlk qanunum batereyası bitməyən telefonlar düzəltdirmək olardı. Hər yerdə şifrəsiz vi-fi şebəkələri quraşdırardım və ən böyük qanunum paltar sərilməsini qadağan edərdim. Əgər kim paltarı sərgidən assa, onun özünü sərgidən asdırardım. Bəs paltarı necə qurudaq deyirsinizsə, yudunuz, atın yerə qurusun, ondan rahat bir şey yoxdu. Mənim qanunlarım bunlardır. Əgər kim prezident olsa, məndən başqa, xahiş edirəm, paltar qanununu mütləq həyata keçirsin. Bu qanuna ehtiyacım var.
S.Nur
Mən prezident olsaydım, dərslərin saat 10-da başlanmasını əmr edərdim ilk növbədə (səhər yuxudan durmaq problem olur axı). Daha sonra maşınların ancaq yaşıl olmasını istəyərdim. Yaşadığım ərazini tamamilə yaşıla boyadardım (yaşılı çox sevirəm). Bütün çayxanaları bağladardım, dominonu dövlət səviyyəsində yasaqlayardım! Qadınlara icazə verərdim ki, kişilərini həftədə bir dəfə döysünlər, gün ərzində də 3 saat tək ayaqda saxlama cəzaları olsun balanslarında (günahi olanların təbii ki). Hər bazar günü də qadınlar bayramı kimi qeyd olunsun. İstirahət günlərinin sayını da çoxaldardım. Uşaqların baxımıyla da həftənin 2 günü atalar məşğul olmalıdılar. Həmin 2 gündə qadınların gün ərzində gördüyü işləri kişilər görməli olacaq. Bir də bütün fitnes mərkəzləri pulsuz olacaq. Qalanını da seçimlərdən sonra deyərəm. Hələ bir seçilim.
Mən prezident olsaydim? Demək belə, mən prezident olsaydım, ilk növbədə xanımlar üçün olan bütün alış-veriş mərkəzlərini bağlatdırardım, gözəllik salonlarının qapısına yekə bir kilid vurdurardım. Ən əsası kosmetik vasitələri yer üzündən silərdim. Daha sonra bu pampersləri ləğv eliyərdim, indiki qızlar da bilərdi ki, əziyyət nədir. Əllərinə bir vanna götürüb paltar yuyardılar. Bilirəmeee bu vədlərimə görə, onsuz da, prezident özüm seçilmişəm. Çıxışımı burada sonlandırıram, bilirsiniz ki, bizdə vaxt məhdudiyyəti var, vədlərimin yarısını da şərhlərdə davam etdirəcəm. Diqqətinizə görə təşəkkürlər.
Ayka
Əgər mən prezident olsaydım, işləyən insanların daha az işləyib daha çox pul qazanmaqları üçün əlimdən gələni edərdim. Ailəsinə vaxt ayırmayanlara cəza verərdim. Uşaqların dərslərini azaldardım və məktəbdən çıxdıqları zaman onları bir avtobus götürüb istədikləri yerə aparardı (şəhər içində). Sonra yay, qış Dondurma satmağa icazə verərdim. 8 martda deyil, bütün günlər qadınlara, hətta balaca qızlara belə hədiyyə aldırardım. Dərsləri 30 dəqiqə eləyərdim. Bütün hər şeyin qiymətini yarıya endirərdim və s.
Asi
Mən prezident olsaydım, nə edərdim? İlk olaraq hündür bir yerə çıxıb qışqırardım: uraaaaaaa mən seçildim! Sonra isə heyvanları öldürənlərərə cinayət işi açdırardım: 5 ildən 10 ilə qədər (rəhmətlik olveri cavan yaşında öldürdülər ). Sonra nə edərdim, 8 mart günü bütün qadınlara hədiyyə paylanmasını və həmin günün qadınların heç bir iş görməməsini (ev işləri belə) əmr edərdim. Daha sonra nə edərdim, bax, onu seçin, sonra deyərəm.
Fatma xanım
Əgər məni prezident seçsəydiniz, bütün dövlətlərə gedişi vizasız edərdim. Bir də pensiyaları artırardım və ən böyük azrum da Bakı-Sumqayıt yolunda körpü tikdirməkdir. Çünki o yolu keçəndə qorxumdan ölüb-dirilirəm
XƏBƏR LENTİ
Bu dövlət xəstəxanaları pullu olacaq - SİYAHI
Ayaqlardakı şişkinliyi aradan qaldıran üsullar
Dadlı, ancaq zərərli qidalar
Müsabiqə - "Yeni bir nəfəs"
Burak Özçivit Murad Bozun adını eşidən kimi ÖZÜNDƏN ÇIXDI - FOTO
"Twitter" istifadəçilərinə xoş xəbər
Alma olladiləri(foto resept)
Nepalda daha bir zəlzələ baş verib
Bu gün Azərbaycanda ilaxır çərşənbə və Novruz bayramı qeyd edilir
Tarixin binalara təsiri
150 illik araşdırma tamamlandı
Bakı metrosunda lift olacaq
Doğuşdan sonra depressiya
Sürücülərə xəbərdarlıq edildi
Günün tövsiyəsi: film, musiqi, kitab
Yay aylarında qidalanmada nələrə diqqət edilməlidir?
Dukan pəhriz ilə 25 kq arıqladım! (2-ci mərhələ)
Meyvə-tərəvəzlərdən hazırlanmış əl işləri
Məşhur aktyor tanınmaz hala düşdü - FOTO
Günün ulduz falı
Malaziya kralının keçmiş xanımı Oksana səhhətindən yazdı-FOTO
Bir toxunuşla dodaq boyanızı sabitləyin
Məhkəmədə qalib gəldi, hicabı çıxardı
Avropa Liqasında I təsnifat mərhələsinin oyunları
Cazibədar xanımlar üçün
Piylənmənin faydası da var imiş - Alimlərin yeni kəşfi
Sezonun ən aktual klaç modelləri
Google sağlamlığa önəm verir
İmmunitet sistemində zəiflik olduğunu göstərən hallar
Hicablı gəlinlər üçün baş örtükləri
COVID-19-un ilk və son simptomları məlum oldu
“Zoo mağaza”lar sərt karantin dövründə necə fəaliyyət göstərəcək?
Android yenə lider oldu
Günün ulduz falı
Məzun şəkilləri
Plombir tortu (foto resept)
Doğum gününə şəhadətini hədiyyə edən baş leytenantımız
Dövlət Komitəsi məcburi köçkünlərin qaz borclarını ödəyib? - AÇIQLAMA
Ronaldu bu evdə yaşayır - FOTO
Rusiyanın xalq artistləri Bakıya gəlir
Baş ağrıları
Mayami üzərində möhtəşəm səma
Ərinizin anlayışsızlığını necə başa düşmək olar?
Reynmen rekord qıran klipini sildi - SƏBƏB
Yaddaş bəlası: gözümü yummaq, onu unutmaq istəyirəm
Hüseyn Cavid kimdir, bilən varmı?
Yaralıyam, dəymə…
Dəhşətli soyuqlar gəlir: ALİMLƏRDƏN XƏBƏRDARLIQ
Xoşbəxtlik üçün 20 addım(2)
Sadə qələmləri heç belə görmədiniz
- ŞƏRHLƏR