Statistikaya görə 2000-ci ildən axtarış sistemlərində qadınlar haqqında Web səhifələrin sayı 4 dəfə artıb. Bu saytların içərisində gender (qadın və uşaq hüquqları) haqqındakı saytların sayı 9 dəfə artmışdır. Bu faktlar onu göstərir ki, пїЅQadınlar və cəmiyyətпїЅ mövzusuna maraq daima artır.
İnformasiya texnologiyaları (İT) sahəsinin hazırda ən sürətli inkişaf edən istiqamətlərindən biri İnternetdir.XXI əsr informasiya cəmiyyəti (İC) və yüksək texnologiyalar əsridir. İC insanlara öz potensiallarından geniş istifadə etməyə və öz cəhdlərini reallaşdırmağa imkan verir. İnformasiya resurslarının yaradılması və ondan düzgün istifadə insanların fəallığından, kompyuter savadından, informasiya mədəniyyətindən asılıdır. Hazırda ölkələr və dünya səviyyəsində Qadın şəbəkələri mövcuddur. Məsələn, Londonda ingilis dilində Beynəlxalq qadın şəbəkələri fəaliyyət göstərir: AVIA: Women's World-Wide Web (www.avia.org), təşkilatın məqsədi bütün dünya üzrə qadınlar arasında əlaqə və əməkdaşlığın aktivləşdirilməsi və dəstəyidir. Praktiki fəaliyyəti isə jurnalların, kursların, resurs təşkilatların və tədbirlərin pulsuz sorğu kitabçalarının, xəbərlər bülletenlərinin nəşri; "Qadın-rəssamlar" qalereyasının təşkili və s. Saytda-qadın hərəkatı barədə informasiya, beynəlxalq qadın hərakatı haqqında məlumatlar da var. ABŞ-da (Nyu-Cersi) Center for Women's Global Leadership (www.rci.rutgers.edu) adlı qadın saytı fəaliyyət göstərir. Saytda qadınları maraqlandıran mövzular haqqında ingilis dilində informasiyalar verilir. Saytın bölmələri: "Mərkəz barədə", "Siyasi proqram və qadın hüquqlarının qorunmasına dair proqram", "Bütün dünyada qadınların liderliyinin və təhsilinin inkişafı proqramı", "Siz nə edə bilirsiniz", "Nəşrlər", "Mərkəz yenilikləri", "Məqalələr və resurslar", "İstinadlar"(qadın problemləri üzrə təşkilatların saytlarına istinadlar). Artıq bu gün dünyadakı Azərbaycan qadınlarını birləşdirən Qadın Səbəkəsinin, vahid veb-portalının (www.azerbaijanwomen.az) yaradılmasına ehtiyac var. Bu portal bizim qadın soydaşlarımızın harada yaşamalarından asılı olmayaraq, onlara bir-birlərini tanımaları üçün bələdçilik edə bilər. Digər tərəfdən onlar arasında əməkdaşlığı möhkəmləndirər, qadınları maraqlandıran məsələlərin birgə müzakirəsinə kömək etmiş olar.
Azərbaycanda ev xanımları ilə bərabər işgüzar xanımlar da az deyil. Bu xanımlar həm də ev işlərinin öhdəsindən gəlməyi, vaxtlarını duzgün bölüşdürməyi bacarmalıdırlar. Bu işdə onlara İnternet yardım edə bilər. Belə ki, lazımı məsləhətlərin vaxtında alınmasında, insanlarla informasiya mübadiləsinin aparılmasında və lazım olan xəbərin tez çatdırılmasında (təbriklər, e-məktublar), alqı-satqı, bank hesabından pul köçürmələri, sifarişlərin edilməsi (mağazalara, restoranlara, gözəllik salonlarına, nəqliyyat xidmətlərinə) və s. kimi işlərin görulməsində İnternetin rolu böyükdür. Yəni, xanımların tələbatının çoxunu əks etdirən saytların və ya portalların olması onların işini yüngülləşdirər, vaxt itgisini azaldar, axtarış sistemindən istifadə etmələrinə ehtiyac yaranmaz. Yəqin elə bu səbəbdəndir ki, İnternet qadınların ehtiyaclarını tam dolğun ödəyə bilmir.
Hazırda Azərbaycan dilli resurslarda qadınlar və uşaqlarla bağlı bir neçə sayt mövcuddur ki, bunlar haqqında növbəti yazıda...
İndi isə gəlin birlikdə baxaq,bizlərə də maraqlıdır,nəyi axtarırdınız ki, Qadın.net saytına rast gəldiniz və ya bu sayta gəlmə səbəbiniz hansıdır?
XƏBƏR LENTİ
Günün qoroskopu: Bədxərclik etməyin!
Kim Çen In koronavirusa görə bu şəhəri bağladı, fövqəladə vəziyyət elan edildi
Nəhəng almaz 63 milyon ABŞ dollara satıldı
Zibilyığanın marağı 900 illik mumiyanı üzə çıxardı
Dost dedikdə - 1
Düşmənin Ağdərədə yerləşən alaylarını silah-sursatla təmin edən anbar partladı - RƏSMİ
Hava haqqında
Uşaqlar üçün papaq və şərf modelləri (2)
Ağ saçları aradan qaldıran içki
Azərbaycanda yeni virus aşkarlanıb
Azərbaycanda tədrisin bərpası ilə bağlı RƏSMİ AÇIQLAMA
10 funt verdi 1 milyon qazandı
Körpələrin boy və çəki cədvəli
"Azərbaycanda hər 10 məhkəmə işindən 9-u boşanmadır"
Eşq ağlı başdan alır
İrem Derici sarışın oldu - FOTO
Əqrəb bürcünün 5 əsas xüsusiyyəti
Şəkər çörək (foto resept)
Kişini qadına bağlamağın yolları
Pərdə modelləri
Tətil sabahdan başlayır!
Ordumuz İrəvana necə girəcək?
“Facebook” profilinin təhlükəsizliyini necə qorumaq olar?
Azərbaycan hökuməti Ermənistan tərəfindən vurulan ziyanın ödənilməsi ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edəcək
Bir az dərin düşünək
Çəhrayı maska nədir?
Sumqayıt susuz qalacaq
Ermənistanda intihar halları getdikcə artmaqdadır
Məşhur müğənni boşanır
Qış toyu üçün rəng seçimi
Xərçəng xəstələrinə müjdə!
Azərbyacanda ən çox yayılan xəstəliklər
Dəbli geyim nümunələri
Güldürən heyvanlar
Europada həyat axtarışları
Xızı-Xaçmaz, Quba, Qusar turizm zonaları yaradılacaq - FOTO
Tərəzi bürcü qadını
ABŞ geri addım - növbə Britaniyanındırmı?
BÜRCLƏR bizə nə vəd edir? -6 İyun
Ramazanın 27-ci gününün duası
Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı və Müdafiə Nazirliyinin idarə rəisi vəzifələrindən azad edildilər
Yaşıl mərci salatı (foto-resept)
Kraliça ilə vida mərasimi keçirilir - FOTO
Avtomobillərin texniki baxışında yeniliklər
Acılı əzmə (foto resept)
"Hercai" serialının ulduzuna İsraildən reklam təklifi
Dünyanın ən nüfuzlu pasportlarının SON REYTİNQİ – Azərbaycan neçəncidir?
"Azərbaycan Reyms şəhərinə bu səfər poeziya ilə qonaq gəldi"
7 düşüncə ilə dəyiş
Günün qoroskopu: Münaqişə etməyin!
- ŞƏRHLƏR