totuwun mamasi
Nişan üzüklərimiz bir-birinə lentlərlə bağlandı və bir-birimizin barmağına taxdıq. Lenti kəsmək üçün nədənsə qayçı tapılmadı və nişanlım yavaş səslə "kəsməyin lenti, qalaq belə." dedi Bu nişanımızdan qalan xatirə. O,mənim sinif yoldaşım olub və özü dediyinə görə II-III siniflərdən məni sevməyə başlayıb Amma mən daima onunla dalaşırdım və nədənsə küsülü qala bilmirdim. Özüm dalaşıb, özüm də barışırdım. Mənim önümdəki partada əyləşirdi. Qəhvəyi rəngli gödəkçə geyinirdi. Gödəkçənin üstünü yazılarla, şəkillərlə doldurmuşdum. Birinci kursda oxuyanda onu sevməyə başladım. İndi çox xoşbəxtəm. 1 yaş 8 aylıq bir oğlumuz var. ALLAH-Təala mənim heç bir saniyəmi belə həyat yoldaşımsız etməsin. AMİN!
Qidi
Nişan üzüyüm gələndə, mən də hər kəs kimi çox həyəcanlı idim. Sevincli idim, inana bilmirdim ki, mən artıq nişanlı bir qızam. Sevincimi anamla bölüşdüm onu bərk-bərk qucaqladım.
Musliminka
Biz nişanlımla bir il öncə tanış olduq. Mən bacımgilə tez-tez gəlirdim, o da dostugilə gəlirdi. Onu bir neçə dəfə görmüşdüm. Onun məndən xoşu gəldiyini hiss edirdim. Bir gün o mənə öz sevgsini etiraf etdi. Düzü, ona yox dedim, çünki onu tanımırdım, amma xoşuma gəlirdi. Vaxt keçdikcə məndə onu sevməyə başladım.Tanışlığımızın 1 ayında mənə evlənmə təklif etdi. Çaşıb qalmışdım. Dedi ki, anma açım məsələni, o da ailəsinə deyəcəkmiş. Mən də anama dedim. Bir gün anası bizə gəldi, elçilik oldu. İyunun 17-si nişanımız oldu. İndi çox xoşbəxtəm. Onu da çox sevirəm.
SeRRaS
Nişanım haqqında çox da uzun nəsə deyə bilmərəm. Biz hürlü idik deyə elçilik tələsik oldu. Əmim rəhmətə getmişdi. Sadəcə yoldaşım əl çəkmədi ki, üzük taxılacaq. Elçi gəldilər, evin tək qızı olduğum üçün hər şeydə anama özüm kömək etdim. Qızılı heç sevmirəm. Bu dörd ildə çox az taxmışam. O da, ancaq toylara. Nişan üzüyümdən çox xoşum gəlir. Mən üzüyü almağa getməmişdim. Qaynanam bir neçəsini gətirmişdi, mən də dedim özünüz bilərsiniz. Nə isə, yoldaşıma da şəkilini göndərmişdilər. Bu üzüyü bəyənmişdi. Ondan sonra başqa üzük alıb deyə hal-hazırda o var barmağımda. Nişanım böyük olmadı. Evdə üzüyü taxdılar. Amma onu deyə bilərəm ki, həyatımda ən sevincli günüm idi. O gün səhərə qədər yoldaşım sevincindən nə özü yatdı, nə də məni yatmağa qoydu. Telefonla danışdıq. 08.08.2008-ci il idi. Bu günün olması üçün yoldaşım çox əziyyət çəkmişdi. 1 il nişanlı qaldıq. Həyatımda o gözəl günlər kimi gün heç yaşamamışdım. Allaha milyon dəfə şükr edirəm onu qarşıma çıxardığı üçün. Sonda isə, hər kəsə sevdiyi insanla ailə qurmağı arzu edirəm. Arzu edirəm ki, Allah hər evə körpə səsi qismət etsin. Elə bizə də...Amin!
Gumus90
Mənim üçün çox dəyərli və sevimli olan bu üzük 15 dekabr 2009-cu ildə sevib-sevildiyim insan tərəfindən mənə bəxş olunub...
Xalilova Munavvar
Mənim nişanım ad günümdə olub - 16 yaşımda. Çox sevincli idim, demək olar ki, sevincimin həddi-hüdudu yox idi. Nişan üzüyümü mənim nişanlım seçmişdi. Mən nişan günümə qədər nişan üzüyümü heç görməmişdim. Nişanımın səhəri günü nişanlımla gəzməyə çıxmışdıq. Əlimə baxanda, üzüyümü görəndə inanana bilmirdim ki, mən nişanlıyam. İndi, Allaha şükür, 8 ildir evliyik, amma 1 il olar nişan üzüyümü itirmişəm. Qızıllarıma baxanda pis oluram ki, nişan üzüyüm yoxdur. Heç bilmirəm harda itirmişəm. Ondan sonra yenisini alsam da, nişan üzüyümün yerini verməz, çünki o mənim bəxt üzüyüm idi. İndi arada fikirləşirəm ki, gərək ehiyyatlı olardım, itirməzdim amma neynəmək olar, qismət beləymiş. Heç kimə arzulamıram ki, nişan üzüyünü itirsin. Nişan üzüyümü itirsəm də onun yerinə bu üzüyü taxıram və sizə də bu üzüyün şəklini təqdim edirəm.
ToRmEnTo
Bizim nişanımız 26.08.2012-ci ildə oldu. Amma üzüyümü avqustun 5-i, yəni bizə elçi gəldikləri gün yoldaşımla ikimiz getdik aldıq. Axşam elçi gələndə gətirdilər. Üzüyü barmağıma yoldaşımın dostu taxdı. Həyəcandan əllərim əsirdi. Demək olar heç nəyi xatırlamırdım. Sonradan kameraya çəkmişdilər deyə baxdım ki, kənardan heç həyəcanlı görünməmişəm. Başıma qırmızı şal atanda üzüm şal rəngində olmuşdu . Bir neçə gün üzüyümü tez-tez taxıb barmağımda gəzirdim, gecələr baş ucumda qoyurdum. Yəqin ki, hər təzə nişanlanan qızın etdiyi bir hərəkətdir. Bu elçiliyi nişan kimi qəbul etmək istədik, amma ətrafımızdakı cavan qohumlar, dostlar öz aralarında nişan günü təşkil etdilər. Avqustun 26-sı dəniz kənarında, gözəl bir yerdə yığışıb nişanımızı qeyd etdik. Heç valideynlərimiz iştirak etmədilər, ancaq cavanlar idik. Müasir bir nişan oldu. Yoldaşımın üzüyünü də o özü görmədən mən seçmişdim. Sadə olduğu üçün bəyənmişdi. Onu da qeyd edim ki, mənim üçün bunlar sadəcə sevdiyimə qovuşmaq üçün bir vasitə idi. Nişanımda da, toyumda da adi hazırlıqlar görmüşdüm. Nişanımda heç salona da getməmişdim. Yeni nişanlanacaq olanlara, toya hazırlaşanlara məsləhtim-özünüzü çox yormayın. Sonradan görəcəksiniz ki, yorğunluq da, həyəcan da boşuna imiş. Allah bütün sevib sevilənləri qovuşdursun. Sevdiyinlə evlənmək yəqinki xoşbəxtliyin ən uca zirvəsidir. Ən azından mənimçün belə oldu.
Cahan
Mənə də bu bölmədə yer ayırdığınıza görə təşəkkür edirəm. Nişan günüm haqqında xatirələrim çoxdur. Nişanlımı əvvəllər heç sevmirdim. Hətda "nifrət edirdim" deyə bilərəm. Amma deyilənlər doğru imiş - böyük sevgilər nifrətdən yaranır. İndi nişanlımı çox sevirəm, həm də lap çox. Nişanım bu ilin yanvarın 17-də olub. Nişan üzüyümü nişana bir gün qalmış, nişanlımla almışıq. Amma daha çox nişanlımın sevgililər günündə hədiyyə etdiyi, adının baş hərfi olan "V" şəkilli qaşı olan üzüyü taxıram. Nişan günümə gəldikdə isə, həmişə gəlin maşının səsini çox sevmişəm. Ona görə də nişanlıma demişdim ki, gəlməmişdən qabaq xəbər etsin, amma o demədi. Səs-küydən maşınların gəldiyini eşitməmişdim. Qızlarla şəkil çəkdirirdim. Birdən gəlib dedilər ki, oğlan evi gəlib. Ayyaqabını necə geyindimsə az qaldı dabanı sına. Həm də əlim stula necə dəydisə taxma dırnaqlarımın ikisi düşdü. Bəy evi gələndə mən dırnağıma dırnaq boyası çəkirdim. Əvvəl bəyi görmədim. Elə bildim gəlməyib, çünki, əvvəllər məni hirsləndirmək üçün deyirdi ki, gəlməyəcək. Bir az qəhərləndim. Hər kəs oturandan sonra nişanlım gəldi. Qızların sözü olmasın "üzümün qırışığı açıldı, gözlərim güldü. Çox sevindim. Əslində xatirələr çoxdur, amma xatirələri dəyərli edən sevdiyinlə bağlı olmasıdır. Allah bütün qızları öz sevdiyinə qismət etsin, bütün sevənləri qovuşdursun. Amin!
♥A.Ravana♥
Bu da mənim nişan üzüyüm.Allaha çox şükür edirəm ki, o gözəl, həyəcanlı günlərdən mənə də nəsib edib .Arzu edirəm bütün qızlara qismət olsun. Nişan üzüyümü nişanlımla ikimiz seçib, bəyənib almışıq. Barmağıma bir balaca böyük olduğu üçün gündəlik taxmıram. Toya, qonaqlığa gedəndə taxıram. Amma yoldaşım toyumuzdan sonra barmağımda daim üzük olması üçün sadə halqa üzük aldı. O hər zaman barmağımdadır. Ancaq mənim nişan üzüyüm budur və bu üzüyümü çox sevirəm.
Arzum Eliyeva
Salam. Nişanım günü hər şey yuxu kimi gəlirdi, inana bilmirdim ki, biz qovuşduq. Biz bir-birimizi itirməkdən çox qorxurduq, çünki nişanlımın anası narazı idi. Hamı deyirdi ki, getmə incidəcək səni heç kimə qulaq asmadım. İnanın nişanlım məni o qədər sevir ki, elə xoşbəxtəm ki, bütün hər şeyə dəyər. Həmişə arzulamışdım ki, sevsəm çətinliklə qovuşum. Elə də oldu. Nişanımın səhəri nişanlım əsgər getdi. Onsuz çox darıxırdım. İlk dəfə idi ki, düz 9 gün səsini eşitməmişdim. Mən nişanlımı tanıyandan sonra səbir eləməyi öyrəndim. Rəbbimə çox şükür ki, mənim həyatımdadır və mənim Nişanlımdır. Bütün xanımlara bizim sevgimiz kimi möhkəm sevgi arzulayıram.
Ardı var...
XƏBƏR LENTİ
Geyim kombinasiyaları
Mehriban Əliyeva təşəkkür etdi
Günün qoroskopu - 27.10.2013
"Bizim Tarla" - Közlənmiş məhsullar
Türkiyədə koronavirusun üçüncü və dördüncü dalğası xəbərdarlığı
Sürücülər üçün məsləhət: maşın silkələnir - problem nədədir?
Yay üçün geyim kombinasiyaları
Virusları öldürə bilən maskalar hazırlandı - FOTO
Qardaş ölkənin qardaş şəhərində Heydər Əliyev parkı açıldı
Rusiyalı məşhurlar Heydər Əliyev Sarayında
Azərbaycanlı gənc Türkiyədə səs yarışmasında QALİB OLDU-VİDEO
Sizə ən uyğun makyaj tərzi (Test)
Ən istedadlı uşaqlar
Ömrü azaldan daha bir səbəb bəlli oldu
Azərbaycanda daşınmaz əmlak sənədləri dəyişiləcək
Onu bağışlamaq olarmı?!
Uzun fatalı gəlinliklər
Rəngarəng çanta modelləri
Qabarıq saçlar üçün tövsiyələr
Hər 14 gündə dünyada danışılan bir dil məhv olur
Cəbhədə şiddətli atışma
Bəzi sabunların faydaları (I hissə)
Hamiləlik dövründə uzaq durmalı olduğunuz 4 fəaliyyət
Həsən Həsənov dəfn olunur
İdmanda "ilin ən yaxşıları" seçilib
Rusiya müdafiə naziri Ermənistana daşınan silahlardan danışdı
Rayonlara gediş-gəlişin bərpası yalnız bu halda mümkündür
İngiltərə çempionatı: "Mançester Yunayted" şokda, Özil meydan suladı
Bürclərin ən çox QISQANILAN cəhətləri
Bengünü Cey Loya bənzətdilər - FOTO
Ruslar Sofiya Rotarunu istəmədilər
Putindən böyük böhran anonsu
Məktəblilərin ağır çantaları: nə etməli?
Ətsiz xoşbəxlik olar?
"Səni sevirəm"
İşğaldan azad edilmiş Xudafərin körpüsündə “Çırpınırdı Qara dəniz” ifası səsləndi - VİDEO
Azərbaycan "Facebook"da saxta səhifələrlə mübarizəyə başlayır
Pozitiv düşüncəyə necə sahib olaq?
Yoxa çıxan qadının evindən şoka görüntülər- FOTO
GÜNDƏLİK MAKİYAJ 2 variantda (foto dərs)
Gəncədə bu gün muzeylərə ziyarət pulsuzdur
“Hörümçək adam” həmkarı ilə sevgilidir - FOTO
Nizami Kino Mərkəzində milli filmlərin pulsuz nümayişinə başlanacaq
Özcan Denizin oğluna 2 milyonluq təklif gəldi
Günün ulduz falı
FİFA prezidenti Rövnəq Abdullayevə məktub göndərdi
Birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb
Trampın pərəstişkarı onun COVID-19-a yoluxduğunu eşidəndən sonra öldü
Fransanın dövlət idarəsi Napoleona rəsmi məktub göndərdi
Çin koronavirusa qarşı daha bir peyvənd hazırladığını elan etdi
- ŞƏRHLƏR