H4cət-i Vusl4t
Mən, Əsgərova Lalə İntizam qızı, 1981-ci ildə may ayının 18-də Bakı şəhəri Xəzər rayonunda anadan olmuşam. Ailədə 4 nəfərik: kiçik bacım və valideynlərim. 1984-cü ildə bağçaya, 1987-ci ildə isə 1-ci sinfə getmişəm. 1998-ci ildə Xəzər Universitinin Tibbi biologiya fakültəsinə qəbul olmuşam. 2003-cü il dekabr ayının 21-də ailə həyatı qurmuşam. 2005-ci ilin yanvarın 21-də birinci qızım, 2006-cı ilin noyabrın 5-də ikinci qızım dünyaya gəlib. İşləmirəm, evdar xanımam.
ToRmEnTo
Mən Hümbətova (köhnə soyadım Qəmbərova idi) Aysel Səid qızı, 01.10.1987-ci ildə Bakıda anadan olmuşam. 6 yaşında məktəbə getmişəm, 17 yaşında Qafqaz universitetinə daxil olmuşam, 25 yaşında ailə qurmuşam. Ailədə 4 nəfər idik, yoldaşım da gəldi, olduq 5. 1 qardaşım var, 27 yaşı var, hələ subaydı (evdə qalıb ). Qız tapa bilmirik. Yegişim, hələlik bu qədər, bundan sonrası Allah Kərim.
Seli
Men Seli, 1984-cü ildə bir yaz günü ucqar dağ rayonlarının birinin kəndində 4 uşaqlı ziyalı bir ailədə anamın dediyinə görə günorta saat 12-də anadan olmuşam. Hərçənd ev şəraitində doğulmuşam, ancaq anam o ağrıyla saata necə baxıb onu da bilmirem. 5 yaşımda artıq sərbəst oxumağı bilirdim. Buna görə də birinci sinfi bitirdikdən sonra məni birbaşa üçüncü sinfə keçirmək istəyiblər, ancaq atam razılaşmayıb. Uşaqlıqda ən böyük xəyalım jurnalist olmaq idi. Xoşbəxt bir uşaqlıq yaşadığımız bir vaxtda Qarabağ hadisələri baş verdi və biz məcburən Bakı şəhərində yaşamalı olduq (O vaxt artıq 7 yaşım var idi). Sonra mən uşaqlığımın necə keçdiyini özüm də bilmədim. Bu illərdə bir çox çətinliklə üzləşsək də çox şükür ailəmiz bütövlüyünü heç vaxt itirmədi. Atam, anam, bacı-qardaşlarım həyatımın ayrılmaz parçalarıdı. Artıq öz sənətim var, öz ailəm var. Allaha çox şükür ki sakit hir həyat yaşayıram. Düzdür, bu yazım bəlkə də sırf tərcümeyi hal olmadı. Ancaq inanıram ki, ömür yolum təqvimlərlə dolu bir tərcümeyi haldan daha maraqlıdır.
İlk öncə mənə öz gözəl xəbərində yer ayırdığın üçün sənə təşəkkürümü bildirirəm, canım mənim. O ki qaldı tərcümeyi halıma, burda - bu gözəl saytımızda demək olar ki, çox xanımlarımız artıq məni yaxşı tanıyır. Tanımayanlar üçün də yenə yaza bilərəm. Adım Pərvanə, soyadım Əliyevadı. 1975-ci ildə Bakı şəhərində dünyaya göz açmışam. Ailəmiz beş nəfərdən ibarətdi. Atam, anam, 2 qardaşım və mən. Nərimanov rayonunda orta məktəbi bitirmişəm. İki təhsilim var, həm tibb bacısı, həm də ibtidai sinif müəlliməsiyəm. Amma heç birinə aid olan sahədə işləmirəm. 19 yaşımda nişanlandım sevdiyim şəxslə. 21 yaşımda ailə qurdum. Artıq 16 il tamam oldu ki, ailəliyəm. Sevgimizin bəhrəsi olan 2 gül balam var. Çox xoshbəxtəm. Allah olmayanlara da qismət etsin. Mehriban, səmimi biriyəm. Mənə bir addım atana mən beş addım ataram. Məncə yetərincə tanıda bildim özümü. Sizlərin də hər birinizi yaxından tanımaq mənim üçün çox xoşdur.
Ruhəngiz
Canım Yeganəm, mənə də xəbərində yer ayırdığın üçün sənə təşəkkür edirəm. Mən Ruhəngiz 1974-cü ildə Bakı şəhərində anadan olmuşam. 1981-ci ildə Bakı şəhəri H.Cavid adına 132 nömrəli məktəbə daxil olub, 1991-ci ildə oranı bitirmişəm. 1 il Türkiyə institutlarında oxumaq üçün təşkil olunan kurslarda oxumuşam. Qəbul olmuşdum. Amma müəyyən səbəblərdən bu iş alınmadı. Elə həmin ildə Ə.Cavad adına Bakı Mədəni-Maarif Texnikumunun kitabxanaçılıq fakültəsinə qəbul oldum. 1994-cü ildə adı çəkilən texnikumu bitirdim. Həmin ildən M.F.Axundov adına Dövlət Kitabxanasında kitabxanaçı-biblioqraf vəzifəsində çalışmışam. Öz peşəmdən o qədər də razı deyiləm. :( İndiki zəmanədə kitabxanaya gedən elə də çox deyil. Kitaba dəyər verən azdır. Çox təəssüf. Amma yenə də şükür Allahımıza. Hal-hazırda işləmirəm. İki övlad sahibiyəm. İlk övladım, oğul payım, Allahın köməkliyi ilə 1996-cı ildə dünyaya gəlib. Qızım isə 2001-ci ildə dünyaya gəlmişdir. Allah hamımıza xoşbəxt həyat nəsib etsin, Amin.
SəRRaS
Adim Rasimə Allahverdiyevadır. 1990-cı il oktabrın 6-sı Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində anadan olmuşam, 23 yaşım var. 1997-ci idəl 1-ci sinfə getmişəm, 2007-ci ildə məktəbi bitirmişəm, həmin il Odlar Yurdu Universititetinə qəbul olmuşam. Ailədə iki usağıq: qardaşım və mən. Qardaşımın 20 yaşı var. Azərbaycan Ali Hərbi Akademiyasında təhsil alır. Atam əslən Qərbi Azərbaycanlıdır, məktəb direktorudur. Anam Naxçıvanlıdır, evdar qadındır. Ailəliyəm, övladım yoxdur.
Mən, Baxşiyeva Aliyə Aslan qızı, 1993-cü ildə anadan olmuşam. 2001-ci ildə məktəbə getmişəm. 2010-cu ildə sənədlərimi kollecə verdim və elə bu il də kolleci bitirirəm inşAllah (Modelyer-dizayner fakultəsində oxuyuram). Fakultəmi çox sevirəm, baxmayaraq ki, çoxları bəyənmir. Alınsa, davam edəcəyəm bu sahə üzrə.
Ailədə 3 nəfərik. Qardaşım bank işini oxuyub, hal-hazırda əsgərlikdədir. Anam Moskvada təhsil alıb.
Bu qədər, hələlik bunları yaza bilərəm.
Sonay Quluzade
Şəxsi işə tikilməyəcək tərcümeyi-hal olduğunu nəzərə alaraq, bir qədər fərqli, həm də öz səhifəmdə açıqlanan məlumatlara əsaslanaraq, müəyyən qədər məxfiliyimi qorumaq şərtilə mənim tərcümeyi-halımla tanış olun, əziz Qadin.Net-lilər.
Mən – N.G.A. 1981-ci il 26 sentyabrda Ağstafa rayonunda Qadin.Net-li gülərəsmər-in böyük dayısının intelligent ailəsində dünyaya göz açmışam. Gələcəkdə istedadlı olacağımı hiss edən valideynlərim hərəsi öz anasının adını qoymaq istəyiblər, amma sonunda ortaq məxrəcə gələrək, hərə öz anasının adından bir hissə götürərək, mənə hibrid ad düzəldiblər.
1987-ci ildə orta məktəbə getmişəm, 1998-ci ildə həmin məktəbi bitirmişəm və həmin il IV ixtisas qrupu üzrə imtahandan kəsilmişəm. 1999-cu ildə I ixtisas qrupu üzrə imtahan verərək, Bakı Dövlət Universitetinin Tətbiqi-riyaziyyat və kibernetika fakültəsinə qəbul olunmuşam, 2003-cü ildə bakalavr pilləsini zar-zor bitirib (zarafat edirəm, 8 semestrin 5 semestrini əlaçı bitirmişəm, həm də onda əlaçı olmaq indiki kimi asan deyildi), həmin il Ehtimal nəzəriyyəsi və riyazi statistika ixtisası üzrə magistraturaya qəbul olmuşam, 2005-ci ildə Universitetlə vidalaşsam da oxumaqla vidalaşa bilmədim. 2004-cü ildən 2010-cu ilə kimi AMEA-nın Kibernetika İnstitutunda elmi işçi kimi işləmişəm, eyni zamanda BDU-də saat hesabı qaydada dərs demişəm. 2010-cu ildən indi sizə tərcümeyi-halımı yazana qədər N saylı Nazirlikdə məsləhətçi kimi işləyirəm (Bəlkə xəbər dərc olunanda artıq işləməyəcəm, nə bilmək olar). Sığortaya dair 6 mərhələli kurs keçmişəm. Bir də hərdən mənim şərhimə sitata cavabı türkcə verənlər olur, onlara demək istəyirəm ki, mən rus və ingilis dillərini daha yaxşı bilirəm, nəinki türk dilini, hərdən elə sözə rast gəlirəm ki, bilmirəm ki, nə demək istəyir.
Atam mühəndis olub, hazırda təqaüdçüdür, anam və bacım Qadin.Net-li Nuriyyə-nin baldızının qaynanasının (bilmirəm ki, qohumluq dərəcəsini təsəvvür edə bildinizmi) rəhbərlik etdiyi məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimidirlər. Qardaşım biznesmendir.
alisa1971
Tərcümeyi hal elə bir şeydir ki, onu hər kəs yazmaq istəməz. Amma sənin sözün yerə düşüncə düşmənin gözü çıxsın (yəni ermənilərin). Mən taleyin bəzən üzümə güldüyü, bəzən də gülmək istəmədiyi bir Şərq qadınıyam. 1971-ci ildə mən dünyaya gələndə tale üzümə gülmüşdü. Çünki atalı-analı xoşbəxt bir uşaq kimi doğulmuşdum, lakin bu xoşbəxtliyim çox çəkmədi. 1978-ci ilin avqust ayında atam (sistem işçisi idi) işdən evə dönərkən avtomobil qəzasında dünyasını dəyişdi. O zaman böyük bacımın 8, mənim 7, məndən kiçik bacımın 5, ən kiçik bacımın 4, anamın isə 24 yaşı vardı. Anam 24 yaşında təkbaşına 4 qız uşağını böyütmək məcburiyyətində qaldı. Mən nə 1-ci sinfə gedərkən sevinmişəm, nə də ki, 10-cu sinfi bitirərkən. Mən 1-ci sinfə gedən il, yəni 1978-ci ilin avqust ayında yuxarıda qeyd etdiyim kimi atam dünyasını dəyişdi. O gün bizə aldığı məktəbli forması da çox sonralar uzun zaman maşınında qalmışdı. Mən 10-cu sinfi bitirəndə isə, yəni 1988-ci ildə artıq Qarabağ müharibəsi başlamışdı. Həmin il BDU-nin biologiya fakultəsinə daxil oldum. Amma Bakıdakı vəziyyət, Sumqayıt hadisələri, qarmaqarışıqlıq mənə oxumağa imkan vermədi. Həm də arxamca gələcək birisi yox idi. Mən isə bir kənd qızı olaraq heç yeri tanımırdım. Məktəbi buraxmaq məcburiyyətində qaldım. 1988-ci ildən 1994-cü ilə kimi Azərbaycanda vəziyyət çox ağır idi. Anam 1993-cü ilin iyununda məni, həmin ilin sentyabrında bacımı, dekabrında isə ən kiçik bacımı gəlin köçürdü. Böyük bacım 1988-ci ildə ailə qurmuşdu. Anam ömrünü-gününü bizə həsr etdikcə zaman-zaman özünü unutdu. Və nəhayətdə xəstəliklər qarşısında aciz qaldı. İndi xəstəliyi ucbatından dörd divara məhkumdur. Bir oğlum var, məni başa düşən həyat yoldaşım var. Oğlum ali məktəbə daxil olan il ömrümün ən gözəl ili oldu. Çox sevindim, sevincimi sözlə ifadə edə bilmirəm. Çünki mənim təhsil almaq arzum ürəyimdə qalmışdı. Tam xoşbəxt olmasam da qismən xoşbəxt bir qadınam. Deyir, xoşbəxt o kəslərdir ki, səhər işinə, axşam isə evinə tələsir. Bilmirəm bu sözlər kişilərə aiddir, ya qadınlara, amma mən səhər işə, axşam isə isti yuvama tələsən bir qadınam. Şərqin bütün xanımlarını xoşbəxt görmək arzusu ilə Alisa.
XƏBƏR LENTİ
Uşaqlarınıza çoxlu balıq yedizdirin
Mehmet Ali Erbil səhhətindən danışdı
Avtobuslarda kart sisteminin tətbiqinə başlandı
10 mart - Milli Teatr Günüdür!
Maraqlı bürc təqvimi
Saçların düzgün daranması
Azərbaycan kitab bazarında rekord
Onkoloqlardan vacib XƏBƏRDARLIQ: gecələr belə yatın
Sumqayıtda sosial evlər tikilir - VİDEO
Atəş səslərinin müşayiəti altında mahnı oxuyan əsgərlərimiz - VİDEO
Albalılı piroq (foto resept)
Baş nazir Mandelaya görə üzr istədi
Qəbizliyi aradan qaldıran içkilər
İrəvanda böyük Qarabağ qorxusu
Mehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə qurban payları çatdırılır
Sobada pendirli ət (foto-resept)
Limfa düyünləri niyə böyüyür?
İngilis dili - XXIX dərs
Qarın bölgəsindəki şişlikdən xilas olmaq üçün içki
Bu qışa hazırıqmı?
Sevmədən evlənməyin
İdman geyimləri
Sinoptiklər istirahət günlərinə Azərbaycan üçün nə vəd edirlər?
Esra Erol əməliyyat olundu
Bizim Tarla - ETİBARINIZ ADIMIZDIR!
Azərbaycan idmançılarının “Bakı-2017”də altıncı qızıl medalı
Dərimiz niyə quruyur?
Ermənilərdən növbəti təxribat - RƏSMİ
Gözləmək iztirabı
Bakıda 37 metrlik yolka
Neqativ düşüncənin orqanizmə təsiri
Ərəblərin brilyant təyyarəsi: sirr açıldı - FOTO
ÜST rəhbəri koronavirusa qarşı tədbirlərin yumşaldılması üçün altı şərti açıqladı
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Sobada ətli pirojki (foto-resept)
Qadın.Netlilərin ən sevdiyi geyimləri
Antarktidada dünya sivilizasiyası üçün gözlənilməz təhlükə aşkarlandı
Cəlbedici dodaqlara qovuşmağın yolları
Kiçik detallarla hər zaman qəşəng
"Trüffle" peçenyesi (foto resept)
Şeyxin ailəsi və evinin fotoları yayıldı
Bir günə 20 min artdı - Əcnəbilərin “Qarabağ” marağı...
Zəlzələ və vulkanlar
Daha bir müəllim şəhadəti ilə düşmənə dərs keçdi
Acılış mərasiminə 100 milyon manat xərclənib
Kıvanç Yeni İmicdə-FOTO
Qadınlar, özünüzə güvənirsinizmi?
Dişlərinizi bu ədviyyatla ağardın
Pensiyaların artırılması ilə bağlı işlər yekunlaşdı - Nazir
Hulusi Akar: “Monitorinq mərkəzində xidmət aparacaq türkiyəli hərbçilər Azərbaycana yollanıb” - VİDEO
- ŞƏRHLƏR