Günel Əsədovanın qızları dombish və Ummu Fatimədir.
Sevinc xanımın bacıları Maya El və Gülşən29 da burdadır.
-"Hamımız saat 12-i gözləyirik, ele bil yeni ilə keçirik, yeni illə bərabər Şaxta baba da gələcək."
Hər kəs gülümsədi. Best gəlib dedi:
-"Gəldilər."
Qapıdan Günel girdi və qızları da arxasınca gəldi. Günelin gözləri dolaraq bacıları tərəfə getdi, qızlar da xalası qızları ilə görüşdü, qucaqlaşdılar. Leman dedi:
-"Ay daaa, elə bil Xoşqədəmin studiyasındayıq ee."
Dombish dedi:
-"Yoldaşımla birgə gəldim, elə Fatimə də yoldaşı ilə gəlib, amma biz elə bura köçmək fikrindəyik."
Maya EL dedi:
Fatime dedi:
-"Xala, nə bilim, qürbət ölkədə buranın yağı, dadı yoxdu da."
Sevinc bacı Günelə dedi:
-"Sənin gəldiyini eşitdiyim gün elə Lemanın qaynanası qonaq çağırmışdı, ora gedirdik."
Günel dedi:
-"Elə bir gün onlar da gəlsin, oturaq adətlərə hazırlıqlardan danışaq."
Ummu Fatime xalası qızlarından Lemanın nışanlısıgili soruşdu:
-"Kim ailə qurub, kimlər subaydır?"
SeRRaS dedi:
-"Fatime, onların subayını soruşma, elə biləcəklər hansısa qohumun üçün soruşursan, sevindinklərindən gözlərinə işəq gələcək, sonra işıq pulu vermək var e."
Qızlar gülüşdü. Best dedi:
-"Zəng eləyim, Mahira də mamasigillə gəlsinlər bura, oturaq."
Elə zəng eləyib Mahira ilə ordan-burdan danışıb onlara çağırdı. Mahira de dedi:
-"Hə, elə mamayla bacı da gəlmək istəyirdi, lap yaxşı oldu, gələrik yəqin."
2 saat keçdi, bacısı Shoko və maması Sada ilə ora gəldilər.
Sada Sevinc xanımın qaynı arvadıdır, təmkinli, ağır, xanım-xatın bir qadındır. Shoko isə hazırcavab, özündən razı, mehriban bir qızdır, nişanlıdır.
Nişanlısı zapıdan BMW-ə kreditle qalxan Insect666-dır.
Qızlar bir otaqda oturmuşdular. Fatime Lemandan soruşur:
-"Subay baldızlarını nə vaxt yola salacaqsan?"
Leman da gülə-gülə:
-"Nə olub, baldızlarım hamının yerini dar eləyir? Gedəcəklər də."
SeRRaS dedi:
-"Fatime, bu, baldızlarını yaman çox istəyir, hələ nişanlısının əmisi oğlu qızıldiş Samirdən danışmasın e, ağzı elə bil metallomdur, qızıldişi var", deyib gülümsədi.
Dombish dedi:
-"Subaydır ki o?"
Shoko dedi:
-"Hə, onun yaşında meşədə ağac qalmayıb."
Hamı gülüşdü.
Sizə söz açım Pervane xanımın qızı RevuŞdan.
RevuŞ Fidanla zəngləşir və deyir ki bu gün gəlin bizə.
Fidan da deyir:
-"Həə, evdə bir iş yoxdusa, deyərəm, gələrik."
Pervane xanım dedi:
-"RevuŞ, qızım, elə bu qədər hazırlıq görmüşük, bacın da gələcək, bəlkə Lemangili də çağırasan?"
RevuŞ sevinərək:
-"Həə, ana, əla olar", dedi.
Elə Sevinc xanıma zəng eləyib qızlarını dəvət etdilər, ancaq Sevinc xanım bacısının Rusiyadan gəldiyini və qızların da burda olduğunu söylədi. Pervane xanım dedi:
-"Nə olacaq, mən də elə cavanları yığıram, daha qohum sayılırıq, qızlar da gəlsin, bacınız da xoş gəlib."
Sevinc xanım:
-"Hə, çox sağ olun diqqət üçün, indi gedib deyərəm qızlara", dedi.
Sevinc gəlib qızlara dedi:
-"Hazırlaşın, Pervane xanım sizin hamınızı dəvət edir, deyir ancaq cavanlar olacaq, gəlib otursunlar."
SeRRaS dedi:
-"Cavanlar olacaqsa Yegana yəqin gəlməz, onun sroku cavanlıqdan keçib day. Yenə gəlib atmacalarından qalmayacaq, yoldaşı polkovnikdi hələ, belə göylə gedir, görən general filan olsa neynəyər?"
Nə isə qızlar hazırlaşmağa başladılar. Ele vaxt dolandı, hamı yığışdı Pervane xanımgilə. RevuŞun böyük bacısı Ayka Nəcəf də gəlib çıxmışdı. Ayka Nəcəf mehriban, işgüzar, yumşaq bir xasiyyətdədir, evlidir.
Bir az keçmişdi ki qapıdan Samirlə kristen_ də gəlir.
Mahira deyir:
-"Sən heç dəə, məclislərin göz muncuğusan, mütləq olmalısan"
Samir dedi:
-"Hər kəsə salam, inanın əmioğlu dedi ki, sən get orda ol, mən də gələcəm, evdə ağacları sulayırdım, heç boş deyildim".
Shoko dedi:
-"Elə mən də bu gün bağbana kömək etmişəm, ağacları sulayırdım".
Samir dedi:
-"Əşi, siz heç dəə, siz yəqin ağacları Essentukiylə sulayırsınız."
Yegana qəhqəhə çəkib güləndə Mahira dedi:
-"Ay Yegana, yavaş gül, mədən göründü."
Shoko gülərək dedi:
-"Samir, durub əlimi sənə bulasam, alma ceminə dönəcəksən."
Ayka Nəcəf kənardan gedən söhbətlərə, zarafatlara gülərək Fatimədən soruşdu:
-"Bəs Dombish niyə gəlmədi?"
Fatime:
-Yoldaşı tez gələcəkdi deyə gəlmədi", dedi.
Shoko dedi:
-"Eşitdim, ay Samir, arıqlamısan, amma göbüşlü balinalara oxşayırsan."
Samir dedi:
-"Heç nişanlın da məndən geri qalmır, balkon çıxardıb, sahəsini genişləndirib."
Yagmur damlası dedi:
-"Leman, bunların zarafatına duz lazımdı, sən vaxt elə alış-verişi yekunlaşdıraq."
Yegana dedi:
-"Ay Deniz84, eşitdim, hər oğlana bir mızınqulu tapırsan, çox xırdalama, axırda evdə qalıb Samirə qismət olacaqsan."
Deniz84:
-"Ay Yegana, sən hələ Fidanı ərə ver, sonra söhbət edərik."
Samir dedi:
-"Məni mövzu eləməyin, artıq bir namizəd var."
Fidan şəklini göstərdi hamıya ki, namizədi bu qızdır.
Mahira dedi:
-"Bu lap Obamagillərə oxşayır, şokolad kimi qızdır, amma xoşbəxt olun."
Yegana dedi:
-"Ay Mahira, sənin də ayaqların su turbasına oxşayır, onda sənə namizəd olan oğlan neyləsin?"
Mahira da dedi:
-"Əsas odur keçəl fontamaz olmasın", deyib gülüşdülər.
Samir cibindən güzgü çıxardıb stola qoyanda kristen_ soruşdu:
-"Samir, bu güzgü nədir, gəlin köçürdürsən?"
Samir dedi:
-"Yox, hər gün səhər-səhər evdən arxa-arxaya çıxanda qapıya dəyirdim, indi güzgüylə çıxıram ki, dəyməyim", deyə zarafatlaşdılar Mahira dedi:
-"Məktəbdə bu Samiri o qədər döyürdüm ki, neft iyi verirdi."
Samir dedi:
-"Sən hələ məktəbdə mən çantamdan kivi çıxardanda sən kiviyə kartoşka dediyini yadına sal e."
Shoko Samirin qulağına pıçıldadı:
-"Əlimin içi qaşınır, bir qapaz qoyacam ləhcəni dəyişəcəksən", deyib güldü.
Zarafat zarafat arxasınca gəldi.
Birdən Fidan RevuŞa dedi:
-"Yaxınlıqdakı marketə dəyib 2 dəqiqəyə gəlirəm."
Yegana dedi:
-"Dayan Samir də sənlə gəlsin, yolda sataşan filan olar."
SeRRas Bestə dedi:
-"Hardadı o bəxt onda?!!
2 bacı gülüşdü. Best dedi:
-"Ayka, RevuŞ, Pervane xala, hər şey çox yaxşıydı, çox sağ olun, əziyyət çəkmisiniz."
Pervane xala da gəlib dedi:
-"Qızlar, əsas odur mehribançılıq olsun, hər kəs hörmət sözünü dərindən dərk eləsə, getdiyiniz hər bir evdə də bu hörməti aşılasanız, inanın, sizlər üçün həmişə yaşıl işıq olacaq, qızlar, sizə bir ana kimi məsləhət verim, bu həyatda hər kəs öz həyatını yaşayır, həyatda "bezdim" sözünü deməyəcəksiniz, yalnız məqsəd qoyub o pilləyə getmək üçün əlinizdən gələni edəcəksiniz, çünki sizdən sonra körpələriniz var, edilən yaxşılıqları onların qabağına Allah çıxardacaq, düzdür, Ayka balamın hələ körpəsi yoxdu, amma mən ona da həmişə deyirəm səbir insanı ucaldır, səbirsizlik isə alçaldır. Yəni insan vaxtın getdiyinə baxıb heyfsilənməlidir, ömürdən gedir, amma heyfsilənməməlidir ki, artıq gecdir... Gec heç nə deyil, insan istədikdən sonra geci də tezləşdirə bilər... Burda hərəniz bir evə düşəcəksiniz, bəziləriniz düşmüsünüz artıq, bircə onu deyim ki, getdiyiniz ailədə 3 şeyi həmişə vacib orqan kimi özünüzdə daşıyın, birinci səbir, ikincisi hörmət , üçüncüsü inam. Hamınıza nuş olsun."
Leman dedi:
-"Pervane xala, lap mamam kimi nəsihətlər verdiniz."
Samir dedi:
-"Görəsən mənim namizəd olduğum qız bunları bilir? Gərək, bibi, kursa göndərək e onu."
Best dedi:
-"Kimdir e namizədin, nəyə gizlədirsən, elə bil Maykl Cekson falandır, de biz də bilək də, yoxsa dövlət sirridir?"
Samir dedi:
-"Best, dayan, oturmuşuq da, Maykl Ceksonun beyin sümüyünü tərpətmə. Amma burnu hə, Mayklın burnuna oxşayır."
Pervane xanım dedi:
-"Samirin namizədi yaxşı bir qızdır, yox gizlətmirik, oğlanı utandırmayaq."
Namizədi...
Ardı var...
XƏBƏR LENTİ
Azərbaycan futbolda Braziliyanı arxada qoydu
Qutunu açanda ölümcül infeksiyaya yoluxdu - FOTO
Ölümcül virus İsrailə də çatdı
"Quş yuvası" salatı (foto resept)
Ningen-qeyri-adi varlıq!
Tələbələrin təqaüdləri artırıldı
Məşhurlar İrem Dericinin bank hesabına pul göndərdilər-SƏBƏB
Saç boyasının uzun müddət qalması üçün
Tank döyüşləri başladı
Ancelina Coli ərə gedir
FHN mühafizəni gücləndirdi
Məşhur atalar və oğulları
Qara rəngli geyim dəstləri
Kim ki yüz il yaşamırsa...
Azərbaycan tarixindən yüz şəxsiyyət-20
Uşağa süd vermək inadcıl mərəzdən qurtarır
"Ronaldu olmayan yerdə Beyl əla oynayır"
ÜST koronavirusu müalicə edən yeganə ümidli dərmanın adını açıqladı
Neft yenidən bahalaşıb
Rusiyada məktəblilər maska taxmaya bilər
Azərbaycanlı milyarder şirkətini Səudiyyə Ərəbistanından çıxarır
Sentyabr ayının qalibləri!
Azərbaycanda bu xəstəlikdən əziyyət çəkən uşaqların sayı gizli saxlanılır
Rihannadan qeyri-adi FOTOsessiya
Dövlət qulluğuna qəbul başladı
Türkiyə Ordusu Ermənistan sərhədində
“Taxt-tac oyunları”nın məşhur aktyoru vəfat edib
Deniz Çakıra 1il həbs cəzası!
Hamiləliyin uyğun dövrü müəyyənləşib
Aprel ayı üçün bayram və tarixi günlər
Əfv olunmadı, özünə divan tutdu
Necə xoşbəxt olmalı?
Azərbaycan əsgərləri Cıdır düzündə yallı getdilər - VİDEO
Xorultunun səbəbləri nədir?
Məşhur aktyoru oğruya oxşatdılar-FOTO
Buzlu yollardan qəzalardan necə qorunmalı?
Məşhur cütlüyün ayrılıq səbəbi bəlli oldu-FOTO
Xərçəngin düşməni olan quru meyvələr
Aleks ağlayaraq futbolla vidalaşdı
Məşhur aktyor özündən 30 yaş kiçik sevgilisi ilə-FOTO
Məhəmməd Əmin Rəsulzadənin məzarı Azərbaycana gətiriləcək?
Bakıdan Sarkisyanın şərtlərinə cavab
Yanacaq sərfiyyatını azaldan yeni aviamühərrik hazırlanır
Yaponlar tərcüməçi eynək hazırladılar
Çatları yox edən üsul
Davamlı qaçmağın bədəndə yaratdığı dəyişikliklər
Məşhur modelin bu addımı QALMAQAL yaratdı-FOTO
Böyük yazarların gizli həyatı
Oscar tarixinin ən ikonik tərz sahibləri
Kiçicik etirafım…
- ŞƏRHLƏR