Annotasiya
Əslən italyan olan amerikalı yazıçı Con Fantenin 1938-85-ci illər arasında çap olunan dörd cildlik romanlarından üçüncüsü və Los-Ancelesdəki həyatından bəhs edən yarı-avtobioqrafik əsəridir.
Əsərdən seçilmiş hissələr
Həmin gün, başqa bir gün, srağagün kitabxananın rəfləri iddialı oğlanlarla dolu idi: qoca Drayzer, qoca Menken və mən onları görməkçün kitabxanaya getdim. “Salam, Drayzer. Salam, Menken. Salam, salam. Orda mənim üçün də yer var: B hərfi ilə başlayır, B rəfində, Arturo Bandini. Arturo Bandini üçün də yer saxlayın orda, onun kitabı üçün bir boş yer”.
***
Ancaq o mənim kimi yalançıya inana bilməzdi. Düzü, bu heç yalan da deyildi, sadəcə bir arzu idi. Yalan deyildi, bəlkə hətta arzu da deyildi, ancaq bu fakt idi və bunu öyrənmək üçün poçta baxmalı idim, diqqətlə baxmalı idim, poçtları vestibüldə masaya qoyanda yoxlamaq lazım idi, əgər Bandini üçün nəsə var idisə, işarə etməyi kifayət idi. Amma mehmanxanada olduğum altı ay ərzində soruşmağa ehtiyac olmamışdı. Gəldiyimi görüb, mən soruşmadan başı ilə “hə”, ya da “yox” deyirdi: üç milyon dəfə “yox”, bir dəfə “hə”.
***
O vaxtlar mənim öz fəlsəfəm var idi: insanpərvər idim və Pedro da istisna deyildi, ancaq pendir bahalaşırdı.
***
Sənin qadına ehtiyacın var, duşa ehtiyacın var, oynamaq lazımdır, sənə pul lazımdır. Deyirlər ki, bu bir dollaradır, əntiqə, ancaq sənin dolların yoxdur və bundan savayı, sən qorxaqsan. Pul olsa belə getməzsən, çünki sənin Denverdə şansın var idi, ancaq getmədin. Yox, qorxaq, sən qorxdun, hələ də qorxursan və sevinirsən ki, sənin dolların yoxdur.
Qadından qorxmaq! Dahi yazıçıya baxın! Qadınla heç vaxt münasibəti olmadığı halda qadın haqda necə yaza bilər? Murdar saxtakar, şübhəsiz ki, yaza bilməzsən! Təəccüblü deyil ki, “Balaca it güldü” hekayəsində bircə qadın da yoxdur. Təəccüblü deyil ki, o, sevgi hekayəsi deyildi. Pozğun balaca məktəbli! Sevgi hekayəsi yazmaq və həyat haqda öyrənmək lazımdır!
***
Burnumun gecəsidir, ziyafətdir, ulduzları iyləmək, gülləri iyləmək, səhranı iyləmək və yatmış tozu iyləmək.
***
Ölülər yenidən dirilirmi? Kitablar deyir “yox”, gecə isə qışqırır “hə”.
***
Cənab, kilsə mövcud olmalıdır, ora kələkbazların, sadəlövh adam cildindəki artistlərin və bütün Brummagen fırıldaqçılarının sığınacağıdır.
***
Biz amerikanlar qum və kaktusdan imperiya yaratmışıq.
***
Əgər sən Los-Ancelesdə bəzəkli polo geyinir, günəş eynəyi taxırsansa, polis sənə avara-avara gəzdiyinə görə bir söz deyməyəcək. Ancaq sənin ayaqqabının üstündə toz varsa, soyuq ölkələrdəki kimi qalın sviter geyinirsənsə, onlar səni saxlayacaqlar. Belə ki, cavanlar, bacarırsınızsa, özünüzə polo köynək, bir cüt günəş eynəyi və ağ ayaqqabılar alın! Kollegial olun!
Bandini, möhtəşəm sərgüzəştə hazır ol! Qoy işğalçı ruhu sənə hakim kəsilsin!
***
Bu çox pisdir, Arturo. Nitşeni, Volteri oxumusan, yaxşı bilməlisən, amma fikirləşmək əbəsdir.
***
Dolaşıqlıq, səfalət olacaq, tənha günlər bir-birini izləyəcək. Lakin təskinlik verəcək günlər, ölü qızların sevgisi tək gözəllik də olacaq. Qəhqəhələr olacaq, təmkinli qəhqəhələr.
***
Peşmançılığın xeyri nədir, yaxud yaxşılıqdan sənə nə?
***
- Qazancım nə olacaq?
- O ölür!
- Kim ölmür ki?!
***
Gözəlliyi mənə artıqlıq edirdi. Məni özümə yadlaşdırırdı, mənim üçün sakit gecələr və hündür evkalipt ağacları, səhradakı ulduzlar, torpaq və səma, bayırdakı duman idi o.
***
Bircə dəfə də olsun gündüz vaxtı görüşməmişdik. Ayı gözləyən kimi gözləyirdim onu.
***
Ah, necə mənalı günlər idi, sözlərimin, cümlələrimin böyüməsini görmək, ona görə narahat olmaq, bəlkə əhəmiyyətli, bəlk əbədi, ancaq hər halda mənim kitabım. Ram olmayan Arturo Bandini artıq ilk romanını bitirmək üzrəydi.
***
Avropada müharibə, Hitlerin nitqi, Polşadan acı xəbər – bunlar günün başlıqları idi. Necə də cəfəngdir! Siz, müharibə həvəskarları, ey Alta Loma Otelinin vestibülündəki qocalar, xəbər budur e, xəbər budur, baxın: bu mənim kitabımın çapını reallaşdıracaq müqavilədir! Cəhənnəm olsun Hitler, bu Hitlerdən də vacibdir, bu mənim kitabım haqqındadır. Dünyanı sarsıtmayacaq, adam öldürməyəcək, atəş açmayacaq, ah, ancaq ölənə qədər unutmayacaqsınız, bu xəbəri xatırlaya-xatırlaya can verəcəksiniz. Vera Rivken haqda hekayə, həyatdan bir hissə!
Planlar qurmağa başladım. Evlənməyə ehtiyac yox idi, mənim üçün bacı-qardaş kimi yaşamaq da münasib idi. Çimməyə gedər və Balboa sahilində uzun-uzadı gəzərdik, qatı duman çökəndə ocağın kənarında oturub qızınardıq, külək dənizi cuşa gətirəndə qalın yorğanların altında yatardıq. Əsas ideya bu idi. Bir az da bəzəkli, şirin sözlərlə zənginləşdirib, fikrimi qulağına pıçıldadım, gülümsündü, ağladı.
- Və bir də it! – dedim. – Sənə balaca it alacağam. Küçük. Şotland idi, adını da Uilli qoyarıq.
Əllərini şappıldatdı. – Ah, Uilli! – dedi. – Gəl bura, Uilli! Gəl bura, Uilli!
- Bir dənə də pişik, – dedim. – Onu da Çanq deyə çağırarıq.
Titrədi, əlləri ilə üzünü örtdü. – Yox, – dedi. – pişiklərdən zəhləm gedir.
- Yaxşı, pişik olmaz. Elə mənim də zəhləm gedir.
Xəyal edir, bu rəsmləri özünəməxsus rənglərlə boyayırdı, əhvalı yüksəlmişdi.
- Bir dənə də at, – dedi. – Sən çoxlu pul qazanandan sonra ikimizə də at alarsan.
- Milyonlar qazanacağam, – dedim.
***
Küçəyə gəzməyə çıxdım. Allahım, yenidən buradayam, şəhəri dolaşıram. Ətrafımdakı üzlərə baxırdım, bilirdim ki, mənimki də onlarınkı kimidir. Qansız üzlər, sərt üzlər, narahat və bitkin üzlər. Bu simalar köklərindən qoparılmış və rəngləri sürətlə solan güllərə oxşayırdı. Bu şəhərdən çıxıb getməliydim.
***
Forduma tərəf getdim. Oturacaqda kitabım, ilk kitabım vardı. Qələmi çıxarıb ilk səhifəsinə yazdım:
- Kamillaya sevgilərlə, Arturo
Kitab əlimdə cənub-şərqə tərəf yüz yard getdim. Var gücümlə getdiyi istiqamətə tulladım. Sonra maşınıma mindim, mühərriki işə saldım və Los-Ancelesə qayıtdım.
Tərcümə: Vurğun Maşiyev
XƏBƏR LENTİ
ABŞ televiziya aparıcısı yadplanetlidir? GÖZLƏRƏ DİQQƏT... - VİDEO
Ailənin övlad dərdi: problem kimdədir?
Ağsu aşırımında nəqliyyatın hərəkəti məhdudlaşıb
Uşaq tərbiyəsində travmaya səbəb olan davranışlar
Sizin stiliniz hansıdır?
Suxarili kotletlər
Koronavirusun yeni əlamətlərini aşkar edildi
Hər zövqə uyğun topuz modelləri
Quru maya maskası
Alma şirniyyatı (foto-resept)
“Düşmən Azərbaycanın mülki infrastrukturunu məhv etməyə çalışır” - RƏSMİ
Çində Google bağlandı
DİN əhaliyə müraciət etdi - Evdən çıxmayın!
Mehriban Əliyeva Birinci Moskva Dövlət Tibb Universitetini yubiley münasibətilə təbrik edib
Məşhur xəbər aparıcısı ana oldu-FOTO
Ermənistanın Bərdəyə raket hücumunun nəticələri – VİDEO
4 hərəkətlə kürək ağrısına son
Demi Murun cadulu qalstuku-FOTO
Ayrılığa alışmadım
Seçim paradoksu
Dünyanın ən böyük sərnişin gəmisi tikildi
Saçlar haqqında yalnış bildiklərimiz
Adəm, naqqaş, altın və daha 50-ə yaxın söz orfoqrafiya lüğətindən çıxarılır - SƏBƏB?
Azərbaycanda bələdiyyələrlə bağlı yeni TƏKLİFlər
Azərbaycan ərazisi Ermənistandan raket atəşinə tutulub - VİDEO
Məşhurlar doğuşdan sonra necə arıqlayıblar?
Nüsrət bu dəfə işçisinə verdiyi maaşla gündəm oldu
Facebook ala bilmədi, rəqib oldu
Qarpızı yeməzdən öncə mütləq sabunla YUYUN, YOXSA...
Dünyanın 10 ƏN YARAŞIQLI KİŞİSİ - FOTO
Qadınların yaddaşı niyə güclüdür?
Məşhur müğənni Azərbaycanda klip çəkdirir
Ermənistan tərəfi dövlət sərhədində mövqelərimizi atəşə tutur - RƏSMİ
"Mehriban düşmən" serialının qəhrəmanları 22 il sonra - FOTO
Qışın trend dodaq boyası rəngləri
Bakı məktəblərində şagirdlər üçün avtobuslar ayrılacaq
Tarixdə ilk: onlara da qəhrəman adı verildi
Şah plov (foto resept)
Özünüzü tanıyın!
Azərbaycanın və Çexiyanın birinci xanımlarının görüşü olub
Türkiyədə ən populyar qız adı Zeynəbdir
Ətirli badımcan (foto resept)
Belə hobbi görmüsünüz?
Bu ölkədə 66 milyon "gombul" var
Sevgi dediyin təmənnasızlıqdır
Xarici dil imtahanlarında yenilik olacaq - AÇIQLAMA
Hicablı xanımlar üçün ziyafət geyimləri - 1
Bakı metrosunda hərarət yoxlayan avadanlıqlar quraşdırılacaq? - Açıqlama
Geometrik sırğalar
Xanım Bekhem səfir oldu
- ŞƏRHLƏR