V
Onun planeti, planeti tərk etməsi və səyahəti haqqında mən hər gün nəsə öyrənirdim. O bu barədə az danışırdı. Hər şey tədricən baş verirdi, təsadüfi sorğu-sual nəticəsində. Bax, beləcə üçüncü gün baobab dramını da bu yolla öyrəndim. Bu dəfə də söhbət yenə qoyundan gedəndə Balaca şahzadə qəfildən, ciddi bir şübhəsi olan adam kimi məndən soruşdu:
- Qoyunlar doğrudanmı kol-kos yeyir?
- Bəli, düzdür.
- Ah! Mən çox şadam.
Başa düşmədim ki, qoyunların kol-kos yeməsi nə üçün bu qədər əhəmiyyətli bir hadisə hesab olunur. Balaca şahzadə əlavə etdi:
-Deməli, onlar baobabları da yeyirlər, eləmi?
Balaca şahzadəni başa saldım ki, baobablar kol-kos deyil ki, qoyunlar onu yesin, onlar kilsədən də hündür ağaclardır, o, böyük bir fil sürüsü gətirsə də, bir baobab ağacını yeyib qurtara bilməz. Fil sürüsü fikri Balaca şahzadəni güldürdü. O dedi:
- Onda filləri bir-birinin üstünə mindirmək lazım gələrdi...
Sonra ağıl və məntiqlə əlavə etdi:
- Baobab ağacları bu həddə böyüyə-böyüyə gəlib çatırlar, təbii ki, əvvəlcə onlar balaca olur.
- Düz deyirsən! Amma nə üçün sən istəyirsən ki, qoyunların balaca baobabları yesin?
O cavab verdi: "Bəs necə! Sanki söhbət ən adi, hamıya məlum olan bir həqiqətdən gedirdi. Bu məsələni mən özüm başa düşmək üçün xeyli fikirləşməli oldum. Doğrudan da Balaca şahzadənin planetində, başqa planetlərdə olduğu kimi, həm faydalı, həm də zərərli otlar bitirdi. Yaxşı toxumdan nəticə etibarilə yaxşı ot, pis toxumdan pis ot yetişir. Amma, toxumlar gözlə görünmür. Onlar torpağı başına çəkib yerin dərinliklərində mürgüləyirlər. Bu mürgü onlardan birinin qəribə tərzdə oyanmasına qədər davam edir. Sonra zoğ atır, qəddini düzəldir, əvvəlcə zərərsiz görünən, utana-utana heyrətamiz dərəcədə gözəl, zərif və balaca göy zoğ günəşə tərəf boylanır. Söhbət turpun və ya gülün zoğundan gedərsə, onda qoy onlar necə istəyirlərsə elə də böyüsünlər. Amma, söhbət ziyanlı bitkilərdən gedəndə, onları tanıyan kimi dərhal kökündən qoparıb atmaq lazımdır. Balaca şahzadənin planetində də dəhşətli toxumlar vardı... bunlar baobab toxumlarıdır. Planetin torpağı bu toxumlarla doludur. Bir baobabı vaxtında tanımasan sonra ondan yaxa qurtarmaq qeyri-mümkün olacaq. Bütün planeti başdan-başa bürüyəcək. Öz kökləri ilə torpağı dəlik-deşik edəcək. Xüsusilə planet balacadırsa və
baobablar orada çoxdursa, planeti məhv edə bilərlər. "Bu intizam məsələsidir,-Balaca şahzadə kiçik bir fasilədən sonra mənə dedi. Səhər özünü qaydaya salandan sonra, böyük qayğıkeşliklə planetini də qaydaya sal. Müntəzəm olaraq baobabları kökündən qoparıb atmağı özünüzə borc bilin. Körpə ikən baobablar qızılgül koluna çox oxşayır, onları fərqləndirən kimi, ziyankarın kökünü dərhal kəsin. Bu darıxdırıcı iş olsa da , çətin deyil, asan işdir".
Bir gün Balaca şahzadə mənə məsləhət gördü ki, bir şəkil çəkim və baobab haqqında bu fikirləri üşaqların beyninə yeritmək mümkün olsun. Onlar bir gün səyahətə çıxsalar, bu şəkil onların karına gələr. Bəzən gördüyünüz işə fasilə verib onu müvəqqəti dayandıra da bilərsiz. Söhbət əgər baobablardan gedirsə onları özbaşına buraxmaq olmaz, bu həmişə fəlakətdir. Mən bir planet tanıyıram, orada bir tənbəl yaşayır. O, üç kol bitkiyə qarşı diqqətsiz olub, onların hansının gül kolu, hansının baobab olmasına fikir verməyib.
Balaca şahzadənin göstərişini nəzərə alaraq mən həmin planetin şəklini çəkdim. Mən öyüd-nəsihət verməyi sevmirəm. Amma baobab təhlükəsi insanlara o dərəcədə az məlumdur ki, bu və ya digər asteroiddə onun fəsadlarına düçar olmaq riski çox böyük olduğundan bu dəfə təmkinimi pozmalı oldum. Mən dedim: "Uşaqlar! Baobablardan özünüzü gözləyin!" Çoxdan dostlarımı bu təhlükədən xəbərdar etmək istəyirdim, elə bir təhlükə ki, onlar özləri də bilmədən onun lap yaxınlığından dəfələrlə ötüb keçmişlər. Bax elə buna görə mən bu şəkil üzərində bu qədər zəhmət çəkmişəm, sərf etdiyim əməyə də heyfim gəlmir. Dostlarım də mənim kimi yanından sürtünə-sürtünə ötüb keçdikləri baobabı tanımayıblar. Belə bir dərs verməyim zəhmətinə dəyər. Bəlkə də siz bir-birinizdən soruşacaqsınız: Nə üçün bu kitabda baobablardan savayı başqa böyük şəkil yoxdur? Cavabı çox sadədir: Çalışmışam, amma nail ola bilməmişəm. Mən baobabları çəkəndə bunun çox vacib və təxirəsalınmazlığı fikri məni vəcdə gətirmişdir.
VI
Eh! Balaca şahzadə! Sənin həyatının necə kədərli keçməsini yavaş-yavaş başa düşdüm. Uzun vaxtdan bəri sənin yeganə əyləncən günəşin qürubundan aldığın şirinlik olub. Həyatının bu kiçik məqamını mən sənin gəlişinin dördüncü günü, səhər öyrəndim. Onda sən mənə demişdin:
- Günəşin batmasını çox sevirəm. Gedək günəşin qürubuna tamaşa edək...
- Hələ gözləmək lazımdır.
- Nəyi gözləyək?
- Gözləyək ki, günəş qüruba tərəf ensin.
Onda sən qəribə bir görkəm aldın, öz-özünə güldün və sonda mənə dedin:
- Özümü öz evimizdəki kimi hiss edirəm!
Doğrudan da, Amerika Birləşmiş Ştatlarında günorta çağı olanda hamı bilir ki, Fransada gün batır. Günəşin batması səhnəsinə tamaşa etmək üçün bir dəqiqənin içində Fransaya getmək kifayətdir. Bədbəxtlikdən Fransa çox uzaqdır. Amma sənin lap balaca planetində stulunu bir neçə addım kənara çəkməklə sən hər dəfə istədiyin vaxt qaşqaralan vaxta, günəşin qürubuna tamaşa edə bilirsən...
- Bir gün günəşin batmasını mən 43 dəfə seyr etdim!
Az sonra əlavə etdin:
- Bilirsənmi... adam qəmgin olanda günəşin batmasına tamaşa etmək istəyir...
- Deməli, bir gündə Günəşin batmasına 43 dəfə baxanda çox kədərli olubsan, eləmi? Amma Balaca şahzadə cavab vermədi sualıma.
Ardı var...
XƏBƏR LENTİ
Yuxular ağrı-acıları silir
Buzovna çimərliyində təmizlik aksiyası keçirilib
İlham verən şəhər
Ermənistanın təxribatları nəticəsində Azərbaycanın itkiləri açıqlandı - RƏSMİ
2012-ci il notbookları və netbookları
Kaktusa qulluq
Kremli şaftalı piroqu (foto resept)
Qlükoza
Bu pərdələr mənzilinizi lüks mənzərəli edəcək
Məşhur aktrisa gözlənilmədən öldü-FOTO
Uşağı olmadığı üçün müalicə alan qadın 201 kq oldu - FOTO
BÜRCLƏR bizə nə vəd edir?-17 yanvar
Bakıda telefon nömrəsi fantastik qiymətə satılır - 38 MİN MANATA
Günün qoroskopu: Mübahisə etməyin!
Vaqif məqbərəsi Şuşanın işğalından əvvəl və indi
Bergüzar Korelin kafesi bağlandı-SƏBƏB
Disney heyvanları insan olarsa ...
Gəlin toya atını da apardı - FOTO
Yuxular haqqında nə bilirik?
BÜRCLƏR bizə nə vəd edir?-20 Sentyabr
Akrobatika gimnastikası üzrə Azərbaycan və Bakı birinciliyi başlayıb
Ermənistanda panika: Gümrüdə nə baş verir?
Gürcüstanda seçkini izləyən müşahidəçinin doğuş sancısı başladı
Gəlinlər üçün gözəl ayaqqabı modelləri
Kristina Agileradan gözlənilməz açıqlama
Duanın tez qəbul olması üçün qaydalar
Məktəblərdə qısa tətillər ola bilər
Qafqaz Universitetinin bağlanması ilə bağlı açıqlama
Məşhur aktrisa da 1 milyon dollar bağışladı
Nəyə fokuslansaq,onu artırırıq!
Azərbaycanın qədim qalası və karvansarayı ilə bağlı yeni faktlar aşkarlandı
Məşhurlar İrem Dericinin bank hesabına pul göndərdilər-SƏBƏB
Xalq artisti Leyla Əliyevanın yaradıcılığına müraciət etdi - VİDEO
15 ildir xəstə anasını belində gəzdirir
Gürcüstanda fırtına: ölənlər var
Faydalı məsləhətlər
Rihannanın bu FOTOsu 5 milyonluq "LİKE" topladı
QOZ peçenyesi 4 variantlı tərkibdə(foto resept)
Yol polisinə sürücüləri təqib etmək imkanı tanıyan qanun təsdiqləndi
Kitabları mobillə oxuya bilərsiniz
HAVA necə olacaq?
Bu da çox qənaətli Passat
Çanta modelləri
Ordumuz erməni generalının qardaşını vurdu
Toxumaq dərsi-11
Putindən Suriyaya soyuq duş
Dalay-lama karantinə yerləşdirildi
"Sədərək" bağlandı
Qeyri-adi üzüklər
Qəbul imtahanlarının vaxtları DƏYİŞDİRİLDİ-SƏBƏB
- ŞƏRHLƏR